2. ÜMumi DİLÇİLİk II indd


Tibet-Birma dilləri qrupu



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə38/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   34   35   36   37   38   39   40   41   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

2. Tibet-Birma dilləri qrupu iki yarımqrupa ayrılır: 
Tibet dilləri yarımqrupu və Birma dilləri yarımqrupu.
Tibet dilləri yarımqrupuna aşağıdakı dillər daxildir.
1) Tibet dilinin bir çox (17 dialekt) dialekti vardır. Əhali 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
63
müxtəlif dialektlərdə danışır. Bu dilin sahibləri, əsa-
sən, Çinin Tibet əyalətində və Hindistanda yaşayırlar.
2) Himalay dilinin fərqlənən bir neçə ləhcəsi vardır ki, bunları 
müstəqil dil də hesab edirlər: lença, qurunq, murli və s.
Birma dilləri yarımqrupunu aşağıdakı dillər təşkil edir:
1) Birma dili (“myamma” – özləri belə deyirlər) Birmanın 
əsas dilidir. Bunun bir neçə dialekti mövcuddur: inta, 
danu, taunqu, arakan, yo və s. Birma ədəbi dili XIX əs-
rin ortalarında Ranqun dialekti əsasında yaranmışdır. 
Birma yazısının xüsusi əlifbası vardır.
2) Kaçin dilindən Birmada istifadə olunur. Kaçin yazısı 
latın qrafikası əsasındadır. Kaçinlər Tayland, Laos və 
Çində də yaşayırlar.
3) Karen dilinin sahibi Birma xalqlarındandır. Karenlər 
Taylandda da məskunlaşmışlar. Karen dilinin yazısın-
da Birma əlifbasından istifadə olunur.
Bu yarımqrupdakı dillərdən Birma dili daha çox işlənilir.
Dilçilikdə indiyə kimi Çin-Tibet dillərinin genetik 
əlaqələri kifayət dərəcədə aydınlaşdırılmamışdır.
VII. DRAVİD DİLLƏRİ AİLƏSİ
Dravid dilləri ailəsinə daxil olan dillər Hindistanda işlə-
nilir. Bu dil ailəsinin adı dravid tayfalarının adı ilə bağlıdır.
Dravid dilləri ailəsinə aşağıdakı dillər daxildir:
1) Teluqu dili Cənubi Hindistanın inkişaf etmiş milli dil-
lərindən biridir. Bir çox dialekti vardır. Yazılı abidəsi 
II əsrə məxsusdur.
Teluqların etnogenetik əsasını dravid tayfaları təşkil 
etmişdir.
2) Tamil dili qədim Hindistan xalqlarından olan tamillə-
rin dilidir. Tamilnad ştatında yaşayan bu millət mən-


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
64
şə cə draviddir. Tamil dili bir neçə dialektə bölünür: 
şimal dialektləri, şimal-qərb və qərb dialektləri. 
Şri-Lanka dialekti başlıca dialekt hesab olunur.
Tamil dilinin yazısı bizim eranın əvvəlindən məlum-
dur. Bu yazı braxmi əsasında qurulmuşdur.
3) Malayalam dili Hindistanın geniş işlənən dillərindən-
dir. Dilin sahibləri dravidlərdəndir. Bu dilin yazısı 
IX əsrdən başlayır. Yazı sistemləri braxmi üzərində 
yaradılmışdır.
4) Kannada dili Hindistanın ən qədim xalqlarından bi-
rinin – kannadaların dilidir. Bunlar, əsasən, Hindis-
tanın Kranataka ştatında yaşayırlar. Yazılı abidəsi V 
əsrə aiddir. Özünün xüsusi yazı forması vardır.
5) Tulu dili dravid mənşəli tuluların dilidir. Bu dilin yazı-
sı kannada yazısı əsasındadır.
6) Braquy dili, əsasən, Pakistanda və eləcə də İranda, Əf-
qa nıstanda, Türkmənistanda yaşayan dravid əlamətli 
braquy xalqının dilidir. Bu dil aşağıdakı dialektlərə 
bölünür: saravan, cxalavan, kalat. Latın qrafikası əsa-
sında XX əsrin əvvəllərindən yazıya malikdir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə