Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
54
Tunqus və mancur dilləri Uzaq Şərqdə, Şərqi Sibirdə,
Çində və həmin arealın bir sıra başqa yerlərində işlədilir.
4. Mancur dilləri qrupu
Buraya aşağıdakı dillər daxildir:
1)
Mancur dili – bu dilin sahibləri Çində və Uzaq Şərqdə
yaşayırlar. Mancur ədəbi dili XVI əsrdə formalaşmış-
dır. Bu dilin lüğət tərkibinə çin və monqol dillərinin
güclü təsiri olmuşdur.
2)
Nanay dilindən Amur çayının cənub sahilində ya-
şayanlar istifadə edirlər. 1937-ci ildən yazı sisteminə
malikdir.
3)
Udey dilinin sahibləri
Oxot dənizinin sahillərində
məskunlaşmışlar. Udey dilinin bir sıra dialekti vardır:
iman, xor, xunqari, bikin və sair dialektlər.
4)
Ulç dili Amur çayının aşağı hissəsində yaşayan ulçla-
rın ünsiyyət vasitəsidir.
5)
Oroç dili. Bundan oroçlar istifadə edirlər.
Mancur və tunqus dillərinin vəhdət təşkil edən ge-
netik əlamətləri nəzərə alınaraq bunları birləşdirib bir ter-
minlə –
“Tunqus-mancur dilləri ailəsi” kimi də adlandırırlar.
Tunqus-maneur dilləri morfoloji
tipə görə aqqlütinativ
səciyyəlidir.
5. Koreya dili
Bu dil Koreya dövlətinin rəsmi ədəbi dilidir.
Şərqin
qədim dillərindən olan Koreya dili morfoloji tipə görə aqq-
lütinativ xarakterlidir.
Koreya dilinin yazılı abidəsi IV əsrə məxsusdur. Kore-
ya xalqı XV əsrə kimi Çin yazı sistemindən istifadə etmişdir.
Həmin əsrdən isə Koreyanın milli yazısı meydana gəlmişdir.
Koreya dili Altay dillərindən tunqus-mancur dillərinə
qohum hesab olunur. Lakin bu məsələ hələ tam inandırıcı
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
55
elmi dəlillərlə əsaslandırılmamışdır, problemlə bağlı mü-
bahisələr davam etməkdədir.
6. Yapon dili
Yaponiya dövlətinin rəsmi dilidir. Bu ədəbi dil morfo-
loji tipə görə aqqlütinativ dillərdəndir.
Yapon dilinin yazı sistemi VIII əsrdən mövcuddur.
Dialekt əlamətlərinə görə bir neçə yerə bölünür.
Yapon dili son zamanlar Altay dillərinə aid edilir.
Lakin yapon dilinin bu dillərlə
qohumluğu tam sübut
olunmamışdır.
Dostları ilə paylaş: