21. yüzyılda pek çok gelişmiş ve gelişmekte olan ülkede sosyal belediyecilik anlayışıyla yerel yönetimler sosyal politikada etkin rol almaktadır


Əlilliyi olanların istedad və qabiliyyətlərinin dəstəklənməsi



Yüklə 13,01 Mb.
səhifə64/71
tarix08.04.2023
ölçüsü13,01 Mb.
#104773
növüYazı
1   ...   60   61   62   63   64   65   66   67   ...   71
diplom isi son olarn izmir belediyyesi

Əlilliyi olanların istedad və qabiliyyətlərinin dəstəklənməsi
Əlilliyi olanların istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması məqsədilə 1997-ci ildən Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə ümumrespublika səviyyəli sərgi və baxış müsabiqələrə başlanılıb. Prezident cənab İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər də uğurla davam etdirilir.
Bu il də noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi keçirilib.
Baxış-müsabiqədə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət sahəsində istedad və qabiliyyətlərini nümayiş etdirmək imkanı yaradılıb. İlk mərhələdə ümumilikdə 341 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın iştirakı ilə ölkəmizin regionlarında zona baxış-müsabiqələri keçirilib.
Onlardan ümumilikdə 193 nəfər baxış-müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb. Final mərhələsində isə iştirakçılardan 25 nəfəri baxış-müsabiqənin qalibləri seçilib.
3 Dekabr - Beynəlxalq Əlilliyi olan şəxslər günündə onlara diplom və mükafatların, final mərhələsinin digər iştirakçılarına həvəsləndirici təşəkkürnamə və mükafatların təqdim edilməsi, eyni zamanda, həmin qaliblərin iştirakı ilə yekun konsertin keçirilməsi planlaşdırılıb.
Əliliyi olan şəxslərin məşğulluğuna və sahibkarlığa çıxışına dəstək.
2019-cu ilin 11 ayında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti orqanları vasitəsilə 2200-dən çox əlilliyi olan şəxsin məşğulluğu təmin edilib.
İşsiz və işaxtaran şəxslərin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatında mühüm rola malik olan “İşsizin DOSTu” proqramı çərçivəsində bu il 40 minədək şəxs işlə təmin edilib və proqrama cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən həssas qruplardan biri də əliliyi olan şəxslərdir.
Nazirlik yanında Dövlət Məşğulluq Xidməti orqanları və ƏƏSMN yanında DSMF-nin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən bu ilin 11 ayında ümumilikdə 251 nəfər əlilliyi olan şəxs peşə hazırlığına cəlb edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi Prezident İlham Əliyevin tapşırığı ilə yaradılıb. Burada həmin təbəqədən olan gənclərin yeni peşələrə yiyələnməsi təmin edilir. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Mərkəzdə cari ilin 1 ayında 200 nəfər, mərkəz fəaliyyətə başladıqdan bəri isə 1800 gənc peşə kurslarına cəlb edilib.v
Peşə Reabilitasiya Mərkəzində peşə təlimi müddətində gənclər dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət ilə təmin olunur və kursları bitirdikdən sonra onlara peşə şəhadətnamələri verilir. Onlar mərkəzdə inteqrasiya məqsədli çoxşaxəli tədbirlərə də cəlb olunurlar. Bu müəssisə ümumən sağlamlıq imkanları məhdud gənclərin həyatında müsbət dönüş yaradır.
Özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən sosial cəhətdən həssas kateqoriyalardan biri də əlilliyi olan şəxslərdir. 2018-ci ildə müraciət edən əlilliyi olan şəxslərdən özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olan 1000 nəfərdən çox nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub.
2019-cu ildə də bu sahədə işlər aparılır, ilin əvvəlindən bəri proqrama cəlb edilən əlilliyi oan şəxslərin sayı artıq 2 mini ötüb və hazırda da işsiz və işaxtaran şəxslərin proqrama cəlb edilməsi işləri davam edir.
Eyni zamanda, bu il daha 500 nəfər əlilliyi olan şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində özlərinə dayanıqlı biznes qurmaları üçün işlər aparılır.

Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə