21. yüzyılda pek çok gelişmiş ve gelişmekte olan ülkede sosyal belediyecilik anlayışıyla yerel yönetimler sosyal politikada etkin rol almaktadır



Yüklə 13,01 Mb.
səhifə65/71
tarix08.04.2023
ölçüsü13,01 Mb.
#104773
növüYazı
1   ...   61   62   63   64   65   66   67   68   ...   71
diplom isi son olarn izmir belediyyesi

Güzəşt və əlavə təminatlar.
Əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər üçün qanunvericilik aktlarında bir çox güzəşt və əlavə təminatlar da əksini tapıb.
Qanunvericiliyin təkmilləşdirilməsi.
Azərbaycan dövləti və hökumətinin siyasi iradəsi və fəaliyyət müstəvisi də əliliyi olan şəxslərlə bağlı BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına və dünyada mövcud olan mütərəqqi yanaşmalara əsaslanır.
Təsadüfi deyil ki, hələ 2008-ci ildə Azərbaycan BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına ilk qoşulan ölkələrdən biri olub.
Milli qanunvericiliyin həmin Konvensiyaya və ümumən əlilliyi olan şəxslərlə bağlı dünyada qabaqcıl təcrübələrdən irəli gələn yanaşmalara uyğunlaşdırılması üçün 2018-ci ilin may ayında "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanun qəbul olunub.
Əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin reabilitasiyası, təhsili, məşğulluğu, əlilliyi olan şəxslərin sosial təminatları və s. mühüm məsələlər əhatə edən bu Qanunun tətbiqi ilə əlaqədar olaraq 20-ə yaxın yeni normativ hüquqi akt hazırlanıb.
“Əlilliyi olan şəxslərin abilitasiyası qaydası” və “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydası”, “İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması Qaydası” layihələrinin, əlilliyi olan şəxslərin turizm xidmətlərindən cəmiyyətin digər üzvləri ilə bərabər şəraitdə faydalanması üçün təkliflərin hazırlanması təmin edilib və digər istiqamətlərdə müvafiq fəaliyyətlər həyata keçirilib. (Kaynak: https://www.sosial.gov.az/2952)
Eyni zamanda, nazirlik tərəfindən hazırlanmış “Əlilliyin müəyyən olunması meyarları” əlilliyin qiymətləndirilməsində ən qabaqcıl beynəlxalq təcrübənin tətbiqini nəzərdə tutur.
Almaniyanın Bədbəxt Hadisələrdən Sığorta Agentliyi ilə əməkdaşlıq şəraitində, inkişaf etmiş ölkələrin ən müsbət təcrübələri əsasında yeni "Reabilitasiya Konsepsiyası” sənədinin layihəsi də hazırlanır. (Kaynak: https://www.sosial.gov.az/2952)
Əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən səmərəli şəkildə faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması məqsədilə Nazirlik tərəfindən qanunvericliyə dəyişiklik layihəsi də hazırlanıb və işarət dilinin (jestika) istifadəsinin genişləndirilməsinə dair zəruri tədbirlər görülməkdədir.



Yüklə 13,01 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə