2915-“ İ a şə m ə hsullar


) Süd və yumurta ilə yağlı krem (şarlot)



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə32/62
tarix08.06.2022
ölçüsü0,76 Mb.
#89055
1   ...   28   29   30   31   32   33   34   35   ...   62
Lal-miraslanova-a-m-hsull.-tex

3) Süd və yumurta ilə yağlı krem (şarlot). 
Qazana və ya emallı çuxura süd və toz şəkər töküb qaynayana qədər 
qızdırılmalı, yumurtanı ayrı qabda köpüklənənə qədər çalıb üzərinə az-az qaynar 
süd şərbəti əlavə etməli və fasiləsiz olaraq çalmalı sonra qarışığı qaynayanacan 
qızdırıb otaq temperaturuna qədər soyudulmalıdır. Şərbət soyuyan müddətdə yağı 
yumşaltmalı və köpmüş elastik kütlə alınanacan çalınmalıdır. Yağın üzərinə az-az 
südlü yumurtalı şərbət əlavə edib, 10-15 dəqiqə ərzində çalınmalıdır. Hazır krem 
köpmüş, elastik olmalıdır. 
Norma: 100 q kərə yağı, 2 xörək qaşığı şəkər tozu, 1 ədəd yumurta, 2 xörək 
qaşığı süd götürülür. 
3) İsti şirin xörəklərin hazırlanması. 
Burada almanın qabığı soyulur, özəyi və toxumu çıxarılır, sonra o, xırda 
dilimlərə doğranıb qaba qoyulur və üstünə şəkər, darçın, vanilin vurulub (suxarı 
ovuntusu da qatılı bilər) qapağı örtülür və bişirilib hazır edildikdən sonra 
soyudulur. Eyni zamanda kərti buğda çörəyinin qazmağı kəsilib şarlot bişirilən 
qəlibin formasına görə uzun tikələrə doğranır. 
Çörək tikələrinin yuxarıya doğru tərəfi lyezonda isladılır və içinə yağ 
sürtülmüş qəlibin dibinə və divarlarına düzülür. Həmin çörək tikələri yerləşdirilmiş 


46
qəlibə sonra bişmiş alma qoyulur və onun da üstünə yenə həmin çörək tikələri 
düzülüb 180-200 dərəcə temperaturda qızdırıcı şkafda bişirilir. 
Şarlot hazır olduqda qəlibdən çıxarılıb boşqab yaxud bulud içində süfrəyə 
verilir. Süfrəyə verilən zaman bunun üstünə isti şirin qaysı sousu tökülür yaxud 
həmin sous ayrıca olaraq sous qablarında süfrəyə verilir. 
Bişmiş alma tikələri əvəzinə şarlotun içinə bişmiş alma püresi də qoyula bilər. 
Hər pors üçün burada 100 q təzə alma, 65 q əla növ buğda unu, 30 q süd, ¼ 
ədəd yumurta, 20 q şəkər, 0,01 q vanilin, 10 q kərə yağı və 0,2 q darçın götürülür 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə