2915-“ İ a şə m ə hsullar



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə33/62
tarix08.06.2022
ölçüsü0,76 Mb.
#89055
1   ...   29   30   31   32   33   34   35   36   ...   62
Lal-miraslanova-a-m-hsull.-tex

Meyvəli kruton (krut). 
Burada buğda çörəyi düzbucaq şəklində olaraq nazik doğranır və yumurta 
sarısından, süddən və şəkərdən ibarət şirin lyezon içində isladılıb hər iki tərəfdən 
kərə yağında qızardılır. Süfrəyə verilən zaman həmin qızdırılmış çörək buluda 
yaxud 
boşqaba 
qoyulub 
üstünə 
şərbət 
içində 
isidilmiş 
təzə 
yaxud 
konservləşdirilmiş meyvə, habelə təzə giləmeyvə düzülür və üstünə meyvə, 
giləmeyvə şərbəti yaxud şirin sous tökülür. 
Hər pors üçün burada 50 q əla sort buğda çörəyi, 1/5 ədəd yumurta, 35 q süd, 
10 q kərə yağı, 30 q meyvə konservi və 30 q hazır şirin sous götürülür. 
Meyvəli omlet. 
Burada yumurta qaba tökülüb üstünə süd və şəkər əlavə edilərək hamısı 
birlikdə ciddi qarışdırılır. Həmin kütlə nazik şırımla tavada qızdırılmış yağın içinə 
tökülüb güclü od üzərində bərkiyib qazmaq tutunca qızardılır. 
Bu qayda bişirilmiş omletin ortasına çərdəksiz mürəbbə yaxud cem qoyulub 
bükülür və mürəbbənin üstü örtülərək omlet düzbucaq pirojki şəklinə salınır. 
Omlet bulud yaxud boşqab içində süfrəyə verilir, süfrəyə verilən zaman isə 
bunun üstünə şirin sous tökülür yaxud şəkər pudrası səpilir və qızdırılmış metal tor 
vasitəsilə yandırılır. 
Hər pors üçün burada 2 yumurta, 30 q süd yaxud qaymaq, 5 q şəkər, 10 q kərə 
yağı, 25 q çərdəksiz mürəbbə yaxud cem və 50 q hazır şirin sous götürülür. 
4) Milli şirin xörəklərin hazırlanması.


47
Azərbaycan kulinariyasında üçüncü xörək kimi verilən şirin yeməklər istisna 
hallarda tətbiq edilir və ona görə də həmin xörəklərin çeşidi azdır. Nahardan sonra 
müxtəlif meyvə və giləmeyvələr, həmçinin limon, reyhan, zəfəran, nanə və başqa 
ədviyyəli-ətirli bitkilərdən hazırlanmış şərbətlər verilir. 
Halva 
Tavanın içinə yağ salıb qızdırılır. Sonra buna ələnmiş un qatılaraq qırmızı 
rəngə çatınca qovrulur.
Tavanı plitənin kənarında saxlayaraq una doşab qatılır və arasıkəsilmədən 
qarışdırılaraq təkrar qızardılır. Doşab olmadıqda onu zəfaranlı şəkər ilə əvəz etmək 
olar. Bunun üçün qənd isti suda əridilir və buna zəfəran qatılır. Halva həm laylı, 
həm də hamar konsistensiyalı ola bilər. Hazır halva dayaz desert nimçələrində 
qoyulub yastılanır və üstünə darçın səpilir. 
Qeyd. 
Halva hazırlamaq üçün yalnız ərinmiş yağ götürülür, çünki başqa 
yağlar halvanın təmini və elastikliyini pozur, halva üçün buğda unu olmalıdır. 
Doşab əvəzinə baldan da istifadə edilə bilər. Baldan istifadə etdikdə halvanın 
keyfiyyəti yaxşılaşır. 
Hər 100q halva hazırlamaq üçün burada 40q əla növ un, 20q ərinmiş yağ, 25q 
doşab, yaxud 20q qənd və 0,2q darçın götürülür. 
Quymaq 
Un yağda açıq qəhvəyi rəng alınca qovrulur. Sonra tavada arasıkəsilmədən 
qarışdırılmaqla qaynar su əlavə edilir, səthinə yağ çıxınca zəif od üzərində bişirilir. 
Tavanın dibində qazmaq əmələ gəlir. Quymağı süfrəyə boşqabda verir, üstünə 
darçın səpilib yağ tökülür. Ev şəraitində quymağa müxtəlif ədviyyə qarışığı qatılır. 
Hər pors üçün burada 40q buğda unu, 20q ərinmiş yağ, 10q şəkər, 0,2q darçın 
və duz götürülür. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə