72
şərtə əməl olunmalıdır: azadlığa, ümidə, dəyişikliklərə”.
b) Keynsçilik istiqaməti iqtisadi elimdə XX əsrin
30-cu illərində, 1929-1933-cü illərdəki dünya iqtisadi böh-
ranı şəraitində meydana çıxmış elmi-nəzəri təlim olub,
ingilis iqtisadçısı
Con Meynard Keynsin (1883-1946) adı
ilə bağlıdır. O illərdə sərbəst bazar münasibətləri iqtisadi
sisteminin “özünü tənzimləyə bilməsi” haqqında neoklas-
sik ideyalar, yaranmış böhranın əsl səbəblərini izah edə
bilmir və ən başlıcası isə ondan çıxış yollarını tapa bil-
mirdi.
Belə bir tarixi şəraitdə C.M.Keyns “iqtisadiyyatın
dövlət tənzimlənməsi” konsepsiyasını irəli sürüb əsaslan-
dırmışdı. İqtisadiyyatda baş verən yeni proseslər və pers-
pektiv meyllərə dair keynsçi ideyalar, onun “
Məşğullu-
ğun, faizin və pulun ümumi nəzəriyyəsi” (1936) kitabın-
da hərtərəfli təhlil olunmuşdur. O göstərirdi ki, daxili-xari-
ci təsərrüfat əlaqələrinin mürəkkəbləşdiyi bir şəraitdə sər-
bəst bazar vasitəsilə məşğulluq, maliyyə resurslarından sə-
mərəli istifadə, iqtisadiyyatın dinamik inkişafını təmin
etmək mümkün deyildir. Ona görə də iqtisadiyyatda bazar
münasibətləri prinsiplərini saxlamaqla yanaşı, bu münasi-
bətlər sistemini hökmən tənzimləmək
lazımdır. Bu məna-
da C.Keynsin iqtisadi təlimi dövlət tənzimlənməsi sistemi-
nə əsaslanan
makroiqtisadi nəzəriyyədir.
Bu nəzəriyyənin mahiyyəti və yeniliyi aşağıdakılar-
dan ibarətdir:
-
cəmiyyət miqyasında səmərəli məcmu tələbin for-
malaşması və dövlətin iqtisadiyyatı tənzimlənməsi siyasəti
əsasında, ölkədə məşğulluğun
səviyyəsini yüksəltmək;
-
iqtisadiyyata investisiyalar yönəldilməsini güclən-
dirmək yolu ilə əldə edilən gəlirin istehsalın müxtəlif sa-