3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   79

74 
 
Keynsin davamçıları, yaxud neokeynsçiliyin A.Han-
sen,  R.Xarrod,  E.Domar,  C.Xiks,  P.Samuelson,  C.Robin-
son  kimi  nümayəndələri,  bu  nəzəriyyəni  təkmilləşdirərək, 
daha da inkişaf etdirmiş, habelə onu  yeni  yaranmış  «iqti-
sadi dinamika» nöqteyi-nəzərdən işləyib hazırlamışlar. 
Həmin  müəlliflər  ilk  növbədə  diqqətlərini  təsərrüfat 
həyatının ən aktual problemləri sayılan - iqtisadi tsikl və 
iqtisadi artım məsələlərinə yönəltmişlər. 
İqtisadi  tsikl  nəzəriyyələrindən  biri,  Keynsin  nəzəri 
müddəaları  əsasında  meydana  çıxmış  akselerator  (sürət-
ləndirici)  mexanizmi  ilə  təkmilləşdirilmiş    investisiya  nə-
zəriyyəsidir. 
Əgər multiplikator - gəlirin artımı tempinin investisi-
yaların  artımı  tempinə  olan  nisbətini  göstərirsə,  akselera-
tor  isə  əksinə,  investisiyaların  artımı  kəmiyyətinin  milli 
gəlirin  artımı  tempinə  təsirini  göstərir.  Bu  nəzəriyyənin 
yaradıcısı A.Hansen (ABŞ) olmuşdur. 
 XX əsrin ortalarından Qərb ölkələrində geniş  yayıl-
mış iqtisadi keynsçi nəzəriyyələrdən digəri - iqtisadi artım 
nəzəriyyəsidir.  Həmin  nəzəriyyənin  müəllifləri  -R.Xarrod 
(İngiltərə) və C.Domar (ABŞ) olmuşlar. Əsrin 70-ci illəri-
nin sonlarından neokeynsçiliyi, postkeynsçilik əvəz etmiş-
dir. Onlar  müəyyən  məsələlərdə keynsçiliyi tənqid etsələr 
də,  lakin  bütövlükdə  C.Keynsin  təlimindən  imtina  etmə-
mişlər.  Postkeynsçi  nəzəriyyədə  əsas  yeri  iqtisadi  artım 
 bölgü problemləri tutur. Onların mövqeyinə görə isteh-
salın artım sürəti milli gəlirin bölgüsündən, həmin gəlirin 
kəmiyyəti  və  onun  artım  tempi  isə  yığımdan  asılıdır.  Öz 
növbəsində  yığımın  ümumi  kəmiyyəti  -  əmək  haqqı  və 
əldə edilmiş mənfəətdən əmələ gəlir. Bu prosesdə yığıma 
meyllik,  əmək  haqqı  və  mənfəət  əldə  edənlərdə  müxtəlif 


75 
 
olduğundan, şübhəsiz bölgədə baş verən real dəyişikliklər, 
yığımın ümumi məbləğinə öz fəal təsirini göstərəcəkdir. 
Maraqlıdır  ki,  postkeynsçilər  sələflərindən  fərqli 
olaraq,  müxtəlif  islahat  və  dəyişikliklər  yolu  ilə  kapitalist 
iqtisadi  sisteminin  dəyişdirilərək  yeniləşdirilməsinə,  ya-
xud modernləşdirilməsinə tərəfdar olmuşlar. 
c) İnstitusional-sosioloji istiqamət, iqtisad elmi tarı-
xində XIX əsrin sonları və XX əsrin əvvəllərində meydana 
çıxmış,  sonralar  xüsusilə  ABŞ-da,  habelə  digər  ölkələrdə 
geniş  yayılmağa  başlamışdır.  Ölkənin  iqtisadi-sosial  prob-
lemlərinin həllini dövlətin ümumi siyasəti, cəmiyyətdə for-
malaşmış  müəyyən  adətlər,  qayda-qanunlar,  təsisatlar  və 
rəsmi, habelə qeyri-rəsmi təşkilatların fəaliyyəti ilə əlaqə-
ləndirən  bu  istiqamətin  T.Veblen,  C.Helbreyt,  R.Kouz, 
Y.Tinbergen  kimi  görkəmli  nümayəndələri  olmuşdur. 
Onlar cəmiyyətin  sırf iqtisadi problemləri ilə  yanaşı onun 
sosioloji  münasibətlərini  də  hərtərəfli  öyrənməyi  zəruri 
hesab etmişlər. 
Bu  istiqamətin  tərəfdarları  iqtisadi  nəzəriyyənin 
(economicsin)  predmetinə  siyasi  və  texniki  amilləri  də 
daxil  etmiş,  təsərrüfat  subyektlərinin  ayrı-ayrılıqda  fərdi 
fəaliyyətlərini deyil, kollektiv institutların (dövlətin, həm-
karlar təşkilatlarının, iri korporasiyaların, inhisarların) işi-
nin  təhlil  olunmasını  irəli  sürmüşlər.  Onların  fikrincə, 
müasir  mərhələdə  cəmiyyətin  təsərrüfat  həyatında  sərbəst 
bazar  rəqabətinin  yerini  iri  inhisar  birliklərinin  və  trans-
milli korporasiyaların (TMK) tutduğu bir şəraitdə, ölkənin 
təkcə iqtisadi problemləri ilə  məşğul olmaqla ciddi səmə-
rəli nəticələr əldə etmək, mümkün deyildir. Deməli cəmiy-
yətin  problemlərinə  kompleksli  yanaşılmalı,  onun  siyasi, 
mənəvi,  sosial,  təşkilati  problemləri  iqtisadi  məsələlərlə 


76 
 
qarşılıqlı əlaqə müstəvisində, birlikdə həll edilməlidir. Bu 
istiqamətə  mənsub  iqtisadçılar  kapitalizmin  təkamül  yolu 
ilə  tədricən  təkmilləşməsi,  yaxud  “xalq  kapitalizmi”  kon-
sepsiyası  əsasında  cəmiyyətin  postsənaye  daha  sonra  isə 
informasiya, texnotron inkişaf mərhələləri keçəcəyi ideya-
sını irəli sürərək, müdafiə etmişlər. 
İnstitusionalizmin meydana çıxıb formalaşması XIX 
əsrin  axırı  və  XX  əsrin  başlanğıcında,  sərbəst  rəqabətə 
əsaslanan bazar iqtisadiyyatının (kapitalizmin) öz inkişafı-
nın  daha  yüksək,  inhisarçı  mərhələsinə  keçməsilə  olmuş-
dur.  Həmin  mərhələdə  baş  verən  proseslər  və  qarşıya  çı-
xan  iqtisadi-sosial  problemlər,  cəmiyyətdə  yaranmış  yeni 
qüvvələr nisbəti baxımından, bir sıra məsələlərin elmi-nə-
zəri  cəhətdən  dərk  edilərək,  ümumiləşdirilməsini  irəli  sü-
rürdü. 
Mürəkkəb və ziddiyyətli bir iqtisadi nəzəriyyə istiqa-
məti olan institusionalizm nümayəndələrinin vahid ümumi 
mövqeləri  olmamışdır.  Lakin  qeyd  etmək  lazımdır  ki,  öl-
kənin  iqtisadiyyatına  dövlət  tərəfindən  nəzarət  olunub, 
onun  tənzimlənməsi  məsələsində,  bu  nəzəri  istiqamətin 
tərəfdarları  eyni  fikirdə  olmuşlar.  Digər  ümumi  oxşar  cə-
hət isə, bu iqtisadi istiqamət nümayəndələrinin yaşadıqları 
bazar iqtisadiyyatı münasibətlərinin hakim olduğu cəmiy-
yəti ciddi tənqid etmələridir. 
Mütəxəssislər  qeyd  edirlər  ki,  institusionalizm  iqtisadi 
nəzəriyyənin  əhəmiyyətli  dərəcədə  yenidən  qurulması 
mərhələsinin  başlanğıcı  və  ondan  yeni  tarixi  şəraitə  (azad 
rəqabətin məhdudlaşması, inhisarların hökmranlığı, dövlətin 
rolunun güclənməsi) uyğunlaşmasının əsasını qoymuşdur. 
Bu istiqamətin sosial-psixoloji cərəyanının banisi sa-
yılan  T.Veblen,  bazar  iqtisadiyyatı  inkişafının  inhisarçı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə