Sıçrayışlı Təkamül Nəzəriyyəsinin Əsassızlığı
141
C.Quld, Nayls Eldric, Stiven M.Stenli kimi paleontoloqların rəhbərlik etdiyi
bu qrup fosil qeydlərinin darvinist nəzəriyyəni təkzib etdiyini açıq şəkildə
görür. Ancaq nəyin bahasına olsa da, bir yolla təkamülə inanmaq üçün özlərini
şərtləndirmişdirlər. Elə buna görə, fosil qeydlərini qismən də olsa açıqlaya
bilmək üçün yeganə həll yolu kimi sıçrayışlı təkamül modelinə əl atırlar.
Digər tərəfdən genetiklər, zooloqlar və ya anatomistlər təbiətdə bu cür
“sıçrayışlar” əmələ gətirən bir mexanizm olmadığını görür və bu səbəbdən
də israrla darvinist mərhələli təkamül modelini müdafiə edirlər. Oksford
Universitetindən zooloq Riçard
Dokinz sıçrayışlı təkamül modelini
müdafiə edənləri bərk tənqid edir
və onları “təkamül nəzəriyyəsinin
inandırıcılığını
aradan
qaldırmaqda” təqsirləndirir.
İki tərəf arasındakı bu karlar
dialoqunun üzə çıxardığı əsl
nəticə isə təkamül nəzəriyyəsinin
düşdüyü elmi böhrandır. Ortada
heç bir təcrübə, müşahidə və ya
paleontoloji tapıntı ilə uyğun
gəlməyən
xəyali
“təkamül”
əfsanəsi var. Hər təkamülçü
nəzəriyyəçi
bu
əfsanəyə
mütəxəssis olduğu sahəyə əsasən
dəlil tapmağa çalışır, ancaq bu,
digər elm sahəsinin kəşflərinə
zidd olur. Bu qarışıqlıq bəzən “elm
bu cür akademik mübahisələrlə
inkişaf edir” kimi səthi şərhlərlə
üstündən keçməyə çalışırlar. Lakin problem ondadır ki, bu mübahisələr doğru
elmi nəzəriyyəni təkmilləşdirmək üçün yeridilən fikirlər deyil, səhv nəzəriyyəni
inadla müdafiə etmək üçün uydurulan doqmatik fərziyyələrdən ibarətdir.
Sıçrayışlı təkamül nəzəriyyəçilərinin elmə istəmədən də olsa verdikləri
töhfə isə fosil qeydlərinin əslində heç cür təkamül ilə uyğun gəlmədiyini açıq
şəkildə üzə çıxarmalarıdır.
Təkamül nəzəriyyəsinin dünyadakı ən qabaqcıl tənqidçilərindən biri olan
Filip Conson sıçrayışlı təkamülün ən əsas nəzəriyyəçisi olan Stefen Cey Quldu
“darvinizmin Qorbaçovu” adlandırır.
181
Qorbaçov Sovet İttifaqının kommunist dövlət sistemində çatışmazlıqlar
Riçar Dokinz gənc nəsillərə darvinizmin
təbliğatını aparmaqla məşğuldur
downloaded from KitabYurdu.org
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
144
(Homo sapiens) çevrilmişdir. Ancaq tapılan fosillər bu ssenarini dəstəkləmir.
Hər cür ara keçid növ iddiasına baxmayaraq, insan və meymunlara aid fosillər
arasında keçilməz sərhəd var. Hətta bir-birinin əcdadı kimi göstərilən növlərin
əslində eyni dövrdə yaşamış müasir növlər olduği məlum olmuşdur.
“İnsan təkamülü” tezisi nəyə əsaslanır?
Təkamülçülər əllərində olan çoxlu
fosillər üzərində fərziyyələr qurmuş
və insanın təkamülü tezisini əsasını bu
fərziyyələrilə əsaslandırmışlar. Tarix
boyu 6000-dən çox meymun növü
yaşamışdır. Bunların böyük qisminin
nəsli kəsilmişdir. Bu gün yer üzündə
cəmi 120-yə yaxın meymun növü
yaşayır. Məhz bu 6000-dən çox nəsli
kəsilmiş meymun növünün fosilləri
təkamülçülər üçün “dəlil” mənbəyi
təşkil edir.
Digər tərəfdən, müxtəlif insan
irqləri arasında da böyük fərqlər var.
Qədim dövrdəki insan irqləri arasında
fərqlər daha böyükdür. Zaman ərzində
insan irqləri müəyyən qədər bir-
biri ilə qarışmış və assimilyasiyaya
uğramışdır. Buna baxmayaraq, bu
gün dünyada yaşayan skandinavlar,
zəncilər, piqmeylər, eskimoslar və ya
Avstraliya aborigenləri arasında böyük fərqlər mövcuddur.
Təkamülçü paleoantropoloqlar tərəfindən “insanabənzər” (hominid)
adlandırılan fosillərin əslində müxtəlif meymun növlərinə və ya itmiş insan
irqlərinə aid olmadığını göstərən heç bir sübut yoxdur. Başqa cür desək, insan
ilə meymunlar arasında heç bir “ara keçid növ” nümunəsi yoxdur.
Bu ümumi izahlardan sonra “insanın təkamülü” ssenarisinin elmi kəşflərlə
necə ziddiyyət təşkil etdiyini birlikdə təhlil edək.
İnsanın xəyali nəsil ağacı
Darvinist nəzəriyyə bu gün yaşayan insanın meymunabənzər varlıqlardan
törədiyini iddia edir. 5-6 milyon il əvvəl başlandığı güman edilən bu prosesdə
bugünkü insan ilə “əcdadları” arasında bəzi “ara keçid növ”lərin yaşadığı iddia
edilir. Tamamilə xəyal olan bu ssenaridə dörd əsas “kateqoriya” sadalanır:
İnsanın təkamülü iddiasının
əslində elmi sübutu yoxdur. Sübut
olaraq göstərilənlər bəzi fosillərin
qərəzli şərh edilməsindən ibarətdir
downloaded from KitabYurdu.org