47
Görkəmli Federalist Teodor Layman yazırdı ki, “gəncə lənət olsun, necə də
o, öz atası kimi meymunluq edir”. Bu adam böyük Adams Pikkerinqi vəzifəsindən
çıxaranda axırıncının tərəfində olmuşdu. Lakin yeganə bir Federalist var idi ki,
onun rəyini gənc Con Kvinsi özününkündən yuxarı qiymətləndirirdi – bu, Con
Adams idi. O, narahat şəkildə atasının baxışlarını axtarırdı və yenidən əmin olurdu
ki, 1804-cü ildə erkən yaşlı dövlət xadimlərindən atasının aldığı sakitlik, atasının
partiyasının əlindən qəbul etdiyi bütün təhqirləri kompensasiya edirdi. Con Adams
oğluna yazırdı ki, “Luiziana məsələsi barədə sənin davranışını bəyənməməkdən
uzağam, ona baxmayaraq ki, mən bilirəm ki, bu şimal ştatlarında çox qeyri-
populyar olacaqdır... Mən düşünürəm ki, sən düzsən!”
Öz gündəliyində gənc Adams Senatdakı ilk aylarını belə yekunlaşdırır:
“Mən artıq təcrübə aparmaq imkanına malikəm, bu təcrübəyə görə əvvəllər
öz prinsiplərimə olan təhlükəni gözləmək üçün tam səbəbə malik idim. Ölkə bütöv
şəkildə özünü partiya ruhuna vermişdir, bu, heç də bir ya digər günahı yuyulan
xətanın arxasınca kor-koranə getmək deyildir. Hər ikisinin arasında mən istənilən
perspektivi qurban vermədən, öz vicdanımın diqtəsi ilə getməyin mümkün
olmadığını görürəm, bu, sadəcə irəliləmək deyildir, hətta mənim malik olduğum
xarakteri və nüfuzu saxlamaq da deyildir. Həm də mənim seçimim edilmişdir və
əgər mən öz ölkəmə onu məmnun edəni verməyə ümid edə bilmirəmsə, ən azı öz
fikirlərimi sınaqdan keçirməyi qərara almışam”.
Adams adına iftixarla malik olmağın qarşısı alına bilməzdi ki, - və yaxşıca
tələsdirə bilərdi ki, gənc Senator tədricən bir azlıq kimi meydana çıxsın. Onun
siyasi fəlsəfəsi daha populyar olmalı idi, onun şəxsi manerası hələ də ona özünə
yaxın müttəfiqlər seçməkdə çətinlik törədirdi. O, hər şeydən əvvəl “Adams kimi...
soyuq, taktikasız və sərt vicdanlı idi”. Qeyri-populyar atanın oğlu öz partiyasındakı
reneqat və təzə Senator üçün kövrək olan Con Kvinsi nə siyasi müttəfiqlik, nə də
təsir axtarmırdı, həm də nə də bunlar ona təklif edilmirdi.
Yalnız on gündən sonra Senatda o, üç saatlıq debatda bu yaxınlarda vəfat
etmiş vətənpərvərlik şərəfinə bir ay ərzində krep parçadan paltar geyinməyə
çağıran şablon qətnaməni rədd etdiyinə görə yaşlı Senatorlarla sözləşdi və onlara
48
düşünmədən cavab verdi. Onun cəsarətlə mübahisə etdiyi qətnamə “şəxsiyyətin
yararsız diskussiyalarına yönəldiyinə” və Senatda “müzakirə edilmək üçün onun
mahiyyətcə məxsus olduğu bütünlüklə yad məsələlər kimi” olmaqla qeyri-
konstitusional olmasa da, uyğun gələn deyildi. Sonra o, öz kolleqalarını, hər bir
Senatorun, əvvəllər Nümayəndələr Palatasının üzvü olarkən impiçment
qətnaməsinə səs verdiyinə görə impiçment dinləməsi yolu ilə hüququnun əlindən
alınması yollarını axtardığına görə təəccübləndirdi. Sonra o, inadkar intellektual
müstəqilliyini göstərdi, təkcə icra sessiyasına getmək hərəkətinin əleyhinə çıxdı, o,
düşünürdü ki, bu vaxt onun yeganə niyyəti “ Journal”da bizneslə məşğul olmağın
meydana çıxmasını vermək idi, əlində isə burada edilmək üçün heç nə yox idi.
Lakin əgər federalist partiyası “onun serinə” nifrət etməyinə nisbətən
“yeniyetməyə” daha güclü nifrət etməyi öyrəndi, necə deyərlər, bu, hər bir
federalistin Con Kvinsiyə məhəbbətinin istənilən şəkildə əbəs bir şey olduğunu
demək idi. Çünki o, Federalist partiyasına artan dərəcədə bir nifrət edən adama
çevrildi. Xaricdəki qısa müddətdəki həyatının böyük hissəsini o, amerikan
millətçisi kimi yaşamışdı, milli marağa özünü həsr etməsini hansısa dar tərəfdar
mövqeyinə çevirə bilməzdi, bu vaxt isə məhdud şəkilli və Britaniyapərəst baxış
Yeni İngiltərənin birinci siyasi partiyasına ağalıq edirdi. Ştat Qanunvericiliyində
keçmiş kolleqaları onu ictimai qaydada “Makiavelliyə layiq olan davranışına görə”
nankorluqda ittiham edirdilər; lakin o, anasına yazırdı ki, bir Senator kimi bunu
hiss edir, lakin daha yaxşı müəyyən edəcəkdir ki, massaçusetslilərin ən yaxşı
maraqları nədir və “əgər federalizm Britaniya donanmasına bizim azadlığımızın
yeganə palladiumu (qədim yunanların və romalıların inamına görə şəhər
təhlükəsizliyini qoruyan silahlı ilahənin, daha çox nəzərdə tutulan Afina-Palladanın
heykəli – tərcüməçi) kimi baxırlarsa, mən siyasi dönük olmalıyam”.
Senatorların çoxu 1804-cü ildən əvvəl və sonra onların partiya başçıları
tərəfindən pis təsirə məruz qaldıqlarına görə dönüklərlə vuruşurdu, onlar öz
seçiciləri arasında möhkəm şəxsi populyarlıq qururdular. Bu, ölkənin kişi
əhalisinin ümumi səsvermə hüququna malik olmasını artan dərəcədə mümkün etdi
və erkən on doqquzuncu əsrdə bu, ümumi hala çevrildi. Lakin Con Kvinsi Adams
49
belə deyildi. O, bundan əvvəl görülən hər bir ictimai tədbiri qiymətləndirirdi,
Senator yoldaşı müşahidə etmişdi ki, bu, Yevkliddən gələn mücərrəd mövqe
olmasına baxmayaraq, siyasi çağırış düşüncələrinə yaramırdı. O, seçilmiş
təmsilçilərin “öz seçicilərinin iradəsi ilə iflic olması” kimi borcunu inkar edirdi; və
“xalq üçün qeyri-adi qayğı göstərməklə, onların xurafatını tərifləməklə,
ehtiraslarına xidmət etməklə və ötüb keçən, dəyişən rəylərini əzizləməklə” onun
adlandırdığı “professiya üzrə vətənpərvərlərə” çevrilməklə uğur qazanmaq yolunu
rədd edirdi. Ona yol göstərən ulduz puritan dövlət xadiminin prinsipləri idi, atası
bunu bir çox illər əvvəl belə ifadə etmişdi: “Magistrat özünün arzularının, hətta
xalqın xidmətçisi deyildir, yalnız öz Allahının xidmətçisidir”.
Əgər Con Kvinsi Adams bu gün Senatda xidmət etsəydi, biz onun
mərdliyinə və qətiyyətliliyinə heyran olardıq. Biz onun qeyri-tərəfkeşlik, qeyri-
sektsiya mövqeyindən yanaşmasına hörmət edərdik. Lakin mən o qədər də əmin
deyiləm ki, bir şəxs kimi ondan xoşumuz gələndi; və bu da aydındır ki, cərgələr
arasındakı hər iki tərəfdən olan onun kolleqalarının çoxu bunu etmirdi. Onun siyasi
partiyadan da izolyasiyası və qaldırdığı antoqonizmlər praktiki olaraq onun
müstəqil və elmi mövqelərinin təsirini sıfıra endirirdi. Onun gündəliyi bu cəhəti də
açır ki, gənc Senator heç də özünün artan siyasi izolyasiyasını bütünlüklə hiss
etməmiş deyildi; o, şikayətlənirdi ki, “müxalifəti qeyri-məhsuldar etmək üçün heç
nəyə malik deyildir”. “Mən bunu təsdiq etmək üçün artıq kifayət dərəcədə görürəm
ki, indiki üzvlərlə dolu olan Senatda mənim təklif etdiyim heç bir düzəliş öz
məqsədinə çatmayacaqdır”. “Mən bu ölçü üçün çox sayda senzuraya və təhqirə
məruz qalmağa şübhə etmirəm”. Və Adams onları “istənilən prinsipə məhəbbətdən
daha artıq qaydada mənə nifrət edənlər” kimi təsvir edirdi. Özünə qarşı Pikkerinqin
nifrətamiz davranışı ona xüsusən acı gəlirdi və hiss edirdi ki, kolleqası “bütünlüklə
düzgünlük müstəvisini tərk etmişdir və hiylə ilə məşğul olanlara bel bağlayır”.
1807-ci ilə qədər partiya ilə Senator arasındakı ayrılma hələ də sağalmayan
olan deyildi və Adams öz seçicilərinin böyük çoxluğu tərəfindən, partiya başçıları
tərəfindən olduğu kimi məhkum edildi. Son ayrılma, kifayət qədər təbii olmaqla,
milli xarici siyasətlə əlaqədar idi. Bizim Böyük Britaniya ilə əlaqələrimiz
Dostları ilə paylaş: |