35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   28   29   30   31   32   33   34   35   ...   71

 
95 
populyarlığı  qiymətləndirirəm  –  yaxşı  adamların  yaxşı  hərəkətlərə  görə 
populyarlığını.  Mən  köpük  populyarlığına  nifrət  edirəm,  çünki  o  ləyaqətsiz 
qaydada  qazanılır  və  cinayət  baş  vermədən  itirilir.  Mən  30  il  Senator  olmuşam... 
Mən bəzən şəxsi rəylərimə və seçicilərimin ilk təəssüratlarına qarşı hərəkət etməli 
olmuşam;  lakin  həmişə  onların  məni  başa  düşmək  fərasətlərinə  və  məni  ədalətlə 
mühakimə edəcəklərinə bel bağlamışam – və mən heç vaxt yanılmamışam”. 
 

 
Sem Hyuston 
 
“...Mən xain adlandırılmağımı unuda bilərəm” 
 
1854-cü  ildə  səhər  şəfəqinin  ilk  şüaları  Senatın  pis  işıqlanmış  zalına, 
axırıncı  çıxış  edən  özünü  tanıtmaq  üçün  ayağa  qalxanda,  düşdü.  Arıq,  əldən 
düşmüş  və  üzü  qırxılmamış  Senatorlar  bütün  gecə  davam  edən  sərt  sessiyadan 
sonra  öz  kürsülərində  “səs  vermə,  səs  vermə”  deyə  artıq  qəbul  edilməsinə  tam 
əmin  olduqları  qanun  layihəsi  barədə  danışacaq  istənilən  növbəti  natiqi  ruhdan 
salmaq  ümidi  ilə  mızıldanırdılar.  Lakin  Texasdan  olan  Senator,  San  Xasinto 
(Meksika  müharibəsinin  mühüm  döyüşlərindən  biri  –  tərcüməçi)  qəhrəmanı  Sem 
Hyuston bu aşıb-daşan qəribəliklərdən elə də asanlıqla ruhdan düşmədi və özünün 
dərin,  musiqili  səsi  ilə,  qüdrətli  mesajının  cilalanmamış,  ancaq  cəsur  sözlərini  öz 
təəccüblənən  kolleqalarına  çatdırdı,  onlar  səfeh  stuporda  titrəyirdilər,  bu,  onların 
yorulmuş beyinlərini gücdən salmışdı və yerlərində yuxarı dartınıb, diqqətlə qulaq 
asan kimi oturmuşdular. 
Acı  və  taqətdən  salan  bir  debatının  başa  çatdığı  qanun  layihəsi  “Kanzas-
Nebraska Billi” adı ilə tanınırdı, bu Demokratik partiyanın yeni “birləşmə” icadı və 
Cənuba ən axırıncı güzəşt idi. Bu, 1820-ci ilin Missuri Kompromisini ləğv edirdi 
və quldarlığın genişləndirilməsinə yol açırdı, 1850-ci il kompromissində bunu həll 


 
96 
etmək  kimi  düşünülürdü.  Bu  Ayovadan  Rokkilərə  qədər  olan  geniş  ərazidə 
məskunlara icazə verirdi ki, quldarlıq məsələsini özləri həll etsinlər, ərazinin Şimal 
hissəsinin azad olaraq qalmasını və Cənub hissəsinin qul zonası olmasını nəzərdə 
tuturdu. Demokratlar və Cənublular üçün qanun layihəsi qanuna “çevrilməli idi”. 
Sem  Hyuston  uzun  müddətdən  bəri  Demokrat  idi.  Və  Sem  Hyuston 
doğumuna,  məskunlaşmasına,  loyallığına  və  fəlsəfəsinə  görə  Cənublu  idi.  Ancaq 
Sem  Hyuston  həm  də  Sem  Hyuston  idi,  nə  vaxtsa  Senat  zalına  daxil  olmuş  ən 
müstəqil,  unikal,  populyar,  qüdrətli  və  dramatik  fərdlərdən  biri  idi.  Texasdan  ilk 
Senator  olmaqla,  onun  adı  hələ  çox-çox  əvvəl  mübarizə  aparan  və  bütöv  şəxsi 
heyətə malik olmayan Texas könüllülərinin Baş komandanı kimi dillərdə gəzən bir 
söz  idi.  O,  bütöv  Meksika  ordusunu  San  Xasintoda  qaçmağa  məcbur  etmişdi, 
onların  generalını  əsir  götürmüşdü  və  müstəqil  Texas  dövlətini  qurmuşdu.  O, 
Texas  Müstəqil  Respublikasının  ilk  Prezidenti  elan  edilmişdi,  onun  Konqressinin 
üzvü  və  Texas  bir  ştat  kimi  Birliyə  daxil  olmamışdan  əvvəl  yenidən  Prezidenti 
olmuşdu.  Ona  altmış  dörd  yaşı  çətinliklə  vermək  olardı,  nə  sektsiyaya,  nə  də 
partiyaya bağlılığı onun dodaqlarına möhür vura bilməzdi. 
Sem  Hyuston  Tennessidən  olan  gənc  Konqressmen  kimi  1820-ci  ildə 
dəstəklədiyi  Missuri  Kompromissinə  Şimalla  Cənub  arasındakı  təntənəli  və 
müqəddəs bir birləşdirici maddə kimi baxırdı, Konstitusiyanın bir hissəsinin effekti 
əsasında  Texas  Birliyə  daxil  olmuşdu.  O,  1850-ci  il  kompromissini  də  kənara 
tullamağa  hazır  deyildi,  Texasın  alov  udanlarının  (fokusçularının  –  tərcüməçi) 
düşmənçiliyinə  baxmayaraq,  onu  müdafiə  etmişdi,  onlar  isə  Hyustonun  səs 
verməsini  Texasa  edilən  “ən  lənətlənmiş  təhqir”  adlandırdılar.  Sərt,  sadə,  lakin 
ciddi  natiqliyə  malik  olmaqla,  o,  milləti  quldarlıq  məsələsi  üstündə  yeni  bir 
təşviqat burulğanına salmaq istəmirdi. 
Sem Hyuston bilməli idi ki, qanun layihəsi qəbul ediləcəkdir, o, bilməli idi 
ki, heç bir Cənub demokratı ona qoşulmayacaqdır, o, bilməli idi ki, onun mövqeyi 
barədəki səs-küy əvvəlki həftədən yayılmışdır. Riçmondun “Enquirer” qəzeti onun 
seçiciləri  üçün  elan  etmişdi  ki,  “heç  nə  onun  xəyanətinə  haqq  qazandıra  bilməz; 
heç bir şey satqını onun xəta xəttinin layiq olduğu dərin lənətlənmədən xilas edə 


 
97 
bilməz”.  Lakin  dik  dayanıb  o,  çənəsini  qabağa  verdi,  əgər  onun  hərbi  plaşı  və 
puma  dərisindən  olan  jiletinin  ekssentrikliyi  (bəzi  vaxtlarda  o,  iri  sombreroda  və 
meksikan  yorğanında  (ponçoda  –  tərcüməçi)  gəlirdi)  olmasaydı,  koloritli  Sem 
Hyuston  (“gözəl  barbar”)  yorulsa  da,  diqqətini  cəmləyərək  Senat  qarşısında 
özünün nadir çıxışlarından birini etdi. 
“Bu  görkəmli  və  təhlükəli  tədbirdir;  siz  gözləyirsiniz  ki,  mən  burada  sakit 
dayanacaq  və  ya  məni  xəbərdar  edən  Cənubu  təəccübləndirərək  öz  vəzifəmdən 
çıxarılmamaq üçün geri çəkiləcəyəm. Buna görə də mən nəticənin necə olacağına 
niyə də əmin olmayım? Mən üstümə atıla biləcək bütün qorxuzmaların, hədələrin, 
bəyənilməmələrin acığına danışacağam. Ser, mənim Abolitsionistlərlə və ya Azad-
Torpaqçılarla  birgə  getməyə  hazırlaşmağım  barədə  iddia  mənə  heç  bir  təsir 
göstərmir. Şüurlu borcdan azad olunmaq məni yaşadığım, tərəfdarlarımın olduğu, 
bağlılıqlarımın  qaldığı  ölkənin  bölməsinin  birləşmiş  düzlənməsinə  çox  vaxt  əks 
mövqedə  dayanmağa  tələsdirir.  Ser,  əgər  Cənubun  qiymətləndirilməsi  təklif 
olunursa  və  əgər  bu  xeyirdisə,  mən  Cənublu  adam  kimi  ondan  imtina  edirəm. 
Mənim  bununla  heç  bir  əlaqəm  yoxdur...  Bizim  övladlarımız  bir  vaxt  sonra 
dincliyin,  harmoniyanın,  inkişafın  sevincində  yaşayacaqlar  və  ya  onlar  üçün 
alternativ  kimi  anarxiya,  fikir  ayrılığı  və  vətəndaş  sözləşməsi  qalacaqdır.  Biz 
keçmişi  döndərə  bilərik...  Mən  inanıram  ki,  biz  bunu  edəcəyik...  Mən  sizə 
yalvarıram ki, bu Birliyi bir dəfə harmoniyalaşdırmaq və saxlamaq üçün bağlanan 
müqaviləni  qiymətləndirəsiniz.  Missuri  Kompromissini  dəstəkləyin!  Təşviqata 
sürüklənməyin! Bizə dinclik verin!” 
Hyuston  sonralar  qeyd  etmişdi  ki,  “bu  mənim  nə  vaxtsa  verdiyim  ən 
populyar olmayan səs verməm idi, (lakin) ən müdrik və daha vətənpərvər olan idi”. 
Əlbəttə bu ən populyar olmayan idi. Qoca Sem ilk dəfə Senata səfər edəndə körpə 
uşaq  olan  Texas  ştatı  başlıca  olaraq  dəmir  yolu,  torpaq,  borc  və  sərhəd 
məsələlərinin qayğısını çəkirdi, xüsusən Cənuba möhkəm bağlılığa malik deyildi. 
Lakin bu vaxt Texas özünün 150.000 nəfər dəyərli qulu və izafi demokratik əhalisi 
ilə  digər  Cənub  ştatlarından  daha  çox  vətəndaşları  əhatə  edirdi,  Hyustonun 
barəsində  hücum  etdiyi  öz  maraqlarına  görə  tanınırdı;  yekdilliyə  yaxın  olan  bir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə