35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   25   26   27   28   29   30   31   32   ...   71

 
86 
Mister  Kalhoun:  ...Mən  əlbəttə  ki,  güman  edirəm  ki,  Missuridən  olan 
Senator qul saxlayan ştatın təmsilçisi olmaqla, bu qətnamələri dəstəkləyəcəkdir... 
Mister Benton: Senator mənim ictimai həyatımın bütün xəttindən yaxşı bilir 
ki,  mən  heç  vaxt  ictimai  işi  buraxıb,  bütün  dünyanı  oda  verən  kösövü 
götürməyəcəyəm. 
Mister Kalhoun: Onda mən centlmeni harada tapacağımı biləcəyəm. 
Mister Benton: Mən düz yerdə, ölkəmin tərəfində və Birliyin tərəfində tapıla 
bilərəm  (Benton  sonrakı  illərdə  yazırdı  ki,  “bu  cavab  həmin  gün  və  həmin  yerdə 
verilməklə,  mister  Bentonun  onun  həyatında  olan  və  gələcək  nəsillərin 
xatırlamasını arzu etdiyi insidentlərdən biridir”)”. 
Kalhoun bir sıra sirrləri açanda, qul ştatlarından olan Konqressmenlərin gecə 
keçirilən  görüşü  Bentonun  missurili  kolleqası  Atçison  tərəfindən  güclü  surətdə 
dəstəkləndi.  Benton  bu  məsələ  barədə  nəsə  etməkdən  imtina  etdi.  Cənubi 
Karolinadan olan Kalhounun kolleqası onu duelə çağırdı, Benton onunla da nəyisə 
etməkdən  imtina  etdi.  O,  quldarlığın  düşməninin  qiymətləndirilməsi  barədəki 
böyük  nitqinin  çatdırılmamasına  görə  Con  Kvinsi  Adams  tərəfindən  xəbərdarlıq 
ediləndə, o, belə xəbərdarlığa diqqət verməkdən imtina etmişdi. Və nəticədə, 1848-
ci  ildə  quldarlıq  məsələsi  ayrıca  Demokratik  partiya  tərəfindən  qurultayda 
qoyulanda  o,  ayrılmaya  acı  peşimançılıq  edəndə,  məsələnin  əhəmiyyətini  inkar 
etmişdi,  düşərgəni  fəal  surətdə  dəstəkləməkdən  də  imtina  etmişdi.  Bu  vaxt  o, 
partiyasız, etiraf edilən platforması olmayan bir siyasətçi və seçicisiz Senator idi. 
Erkən  1849-cu  ildə  səs-küy  qalxdı.  Bir  neçə  Cənub  ştatının 
qanunvericilikləri  öz  qətnamələrinin  qəbul  edilməsinə  müvəffəqiyyətlə  nail 
olduqda, Bentonu onun düşmənləri qarşısında məhkum etdi, onu “Cənubun son on 
ili  üçün  saxtakar”  adlandırdı.  “O,  bizə  öz  düşərgəmizdə  olduğundan  daha  çox, 
abolitsionistlərin  düşərgəsində  yara  vura  bilər.  O,  bütün  xainlərin  taleyini 
yaşayacaqdır”.  Üstünlük  təşkil  edən  ehtiyatla  Missuri  Qanunvericiliyi  Kalhoun 
qətnamələrini  qəbul  etdi,  missurililərin  digər  qul  saxlayan  ştatlarla  əlbir  olmaq 
arzusunu  ifadə  etdi  və  öz  Senatorlarını  təlimatlandırırdı  ki,  müvafiq  qaydada  səs 
versinlər.  Bu  maneədən  qəzəblənən  Benton  ittiham  irəli  sürdü  ki,  qətnamələr 


 
87 
Vaşinqtonda ilhamlandırılmışdır və  Missurinin həqiqi rəyini saxtalaşdırmışdır. O, 
deyirdi ki, onlar “iyrənc birləşmənin ləkələnmiş törəmələridir, Birliyə gizli xəyanət 
qoxusu verirlər”. 
“Onlarla  mənim  aramda,  indiki  ilə  əbədilik  arasında  hündür  divar  və  dərin 
xəndək  vardır.  Və  onlarla  heç  bir  əlaqə,  heç  bir  kompromiss,  heç  bir  partiya 
müşavirəsi  ola  bilməz.  Bunu  rəhbər  tutaraq  mən  Missuri  xalqına  müraciət 
edəcəyəm və əgər onlar təminatları təsdiq etsələr, mən onlara imkan verəcəyəm ki, 
öz arzularını həyata keçirən Senator tapsınlar, çünki mən bu Birliyi dağıtmaq üçün 
heç  nə  edə  bilmərəm  və  ya  onun  yarısını  başqa  yarısının  üstünə  göndərə 
bilmərəm”. 
Qanunvericiliyin  qətnamələrinin  geri  götürülməsini  və  ya  onun  rədd 
edilməsini  görməyi  qərara  alıb,  Benton  öz  düşmən  ştatındakı  aqressiv  turuna 
başladı. O, öz partiyası üçün aparıcı Cənub sözçüsünü “Con “Katalina” Kalhoun” 
kimi  məhkum  etdi  (bu  məhkum edilməni o,  Kalhounun uzun sürən  xəstəliyindən 
sonra,  1850-ci  ildəki  ölümündən  bir  az  əvvəlki  vaxta  qədər  davam  etdirdi.  O,  öz 
hücumlarını onda dayandırdı ki, özünün dediyi kimi, ona görə ki, “Qüdrətli Allah 
öz əlini adamın üstünə qoyanda, ser, mən öz əlimi çəkdim”). Öz tikanlı sarkazmını 
qısa kəlmələrlə, nəhəng qəzəbinin, nifrətinin və ələ salmasının bombalayan ildırım 
zərbəsi  ilə  günbəgün,  şəhərbəşəhər  davam  etdirirdi,  öz  opponentlərinə  və  onların 
siyasətçilərinə acı invektivalarla (latınca “söyüşlü nitq” deməkdir, qəzəbli ittiham 
mənasını verir – tərcüməçi) hücum edirdi. Onun hökmlü və rəhmsiz sərtliyi, şəxsi 
qisasçılığı  və  barışıq  bilməyən  düşmənçiliyi,  barışıqla  başqa  dəstəyinə  malik  ola 
biləcəyi  adamların  da  çoxunu  onun  yanından  qovurdu.  Kütləvi  mitinqə  o, 
“dostlarım və mən bu şəraitdə dərk edirəm ki, həqiqəti dinləməyə və ona inanmağa 
gələnlər – başqa heç kəs” sözləri ilə başlayıb, həmin qətnamələrə “öz faktlarında 
saxta, öz xarakterində fitnəkar, öz obyektini birliyi parçalamaq edən, öz vasitəsini 
yüksək  xəyanətdə  görən  və  uzurpasiya  xarakterli”  kimi  hücum  etdi.  Qətnamənin 
“bütöv konsepsiyası yalan olmaqla, onların qəbul edilməsi də tam aldatma ilə baş 
verməklə...  məni  Senatdan  və  Birliyi  dağıtmaq  qəsdçilərinin  yolundan 
uzaqlaşdırmaq  qəsdidir”.  Uzunmüddətli  siyasi  düşməni,  deyilənlərə  görə 


 
88 
qətnamələrin layihələrini tərtib edən hakim Neptona hücum edərək, deyirdi ki, hər 
bir  adam  öz  şəraitinə  müvafiq  qaydada  elə  ölçülərdə  hərəkət  edə  bilərdi  ki,  o, 
“Birləşmiş  Ştatların  qanunlarına  görə  dar  ağacından  asılmaq  subyekti  olsun  –  və 
əgər hakim dar ağacından asılmağa layiq olacaqsa”. 
Bir  gün  qanunvericiliyin  hər  bir  üzvünün  adını  sərt  şəkildə  oxuyanda  və 
onlara izah verəndə o, “D-s” familiyası gələndə dayandı və dedi ki, o, Nullifier iyi 
verir.  Deyvis  adlı  qanunverici  etiraz  etməyə  qalxanda,  Benton  qaş-qabaqlı  halda 
dedi:  “Mən  heç  vaxt  sənin  adını  çəkməmişəm,  ser.  Profilini  auditoriyaya  tərəf 
çevir... (səfeh kimi, Deyvis bunu icra etdi). ...Vətəndaşlar, bu insan profili deyildir; 
bu  it  profilidir”.  Köhnə  dostu  təsadüfən  şlyapasını  çıxarmayıb,  ona  çıxışının 
ortasında  sual  verəndə,  Benton  acıqlı  qaş-qabaqla  dedi:  “Vətəndaşlar,  bu  adam 
kimdir,  kim  Bentonun  çıxışını  dayandırmağa  cəsarət  edə  bilər?”  “Aykok, 
polkovnik  Aykok”  –  deyə  bir  düjin  səs  cavab  verdi.  “Aykok?  Yox,  vətəndaşlar, 
yox,  xoruz  deyil,  daha  çox  toyuqdur  (“aycock”  sözündəki  “cock”  ingilis  dilində 
“xoruz”  deməkdir  –  tərcüməçi).  Ser,  şlyapanızı  çıxarın,  ser,  və  öz  yerinizdə 
oturun”. 
Digər  bir  şəhərdə  üç  düşməni  platformadakı  yerdə  onun  yanında  sakitcə 
oturanda,  o,  onların  qətnamələrini  “göbələk  xərçəngi”  kimi  xarakterizə  etdi,  o, 
zəhərli şəkildə onlara “üç fahişənin  xaç  vuranda yalançı utancaqlığı” adını verdi. 
Onun  diqqəti  hörmətli  opponentin  tənqidinə  yönələndə,  o,  arxaya  dönüb  dedi: 
“Ona bir söz çatdırın ki, Benton deyir ki, o, qarnının dərinliyindən dilinin dibinə 
qədər  yalan  deyir”.  Və  keçmiş  dostu  onun  xəttini  bəyənmədiyinə  görə  onu  hətta 
salamlamağa  da  məhəl  qoymayanda,  həmin  bədbəxt  centlmen  təzim  edib  ona  öz 
adını xatırlatdı. Benton soyuq şəkildə cavab verdi: “Ser, bir vaxtlar bir adamı adı 
ilə  tanıyırdım,  ancaq  o,  ölmüşdür,  ser,  o,  ölmüşdür”.  O,  Fayett  platformasına 
qalxanda,  əgər  o,  şəhərin  ərazisinə  daxil  olsaydı,  həyatı  təhlükədə  ola  bilərdi, 
silahlı adamların bədənindən səs gəlməyə başladı. Lakin Ceffersonun “İnquirer”-ə 
müvafiq olaraq “saatın dörddə biri ərzində təhqir edənlər qorxdular; və dörd saatlıq 
çıxış hörmət və alqışla qarşılandı”. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə