35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   22   23   24   25   26   27   28   29   ...   71

 
77 
sarkastik  qaydada  qeyd  edirdi  ki,  onun  kolleqalarından  çoxu  bu  vaxt  deyəcəkdir: 
“Onlar daim belə hesab edirdilər ki, axıra qədər Birliyin tərəfində dayandılar”. 
Lakin Deniel Uebster öz ümidlərinin puç olmasına məhkum idi, açıq dəstək 
belə onu Prezidentliyi yenidən axtarmağa da bütünlüklə qadir edə bilməzdi. Onun 
çıxışına  görə  perspektivlər  elə  dağılmışdı  ki,  mövqeyinin  qayıtması  Yeni 
İngiltərədəki və Şimaldakı böyük seçici kütlələrini qənaətləndirə bilməzdi. O, uzun 
müddət arzuladığı Prezidentliyə namizəd göstərilməsini əldə edə bilməzdi, həm də 
onun  müdafiə  etdikləri  digər  cəhətləri  də  mümkün  edə  bilməzdi,  bunu  təkcə 
müasiri  olan  tənqidçiləri  ifadə  etmirdilər.  On  doqquzuncu  əsrin  bir  çox  tarixçiləri 
dəfələrlə  demişdilər  ki,  Yeddi  Mart  çıxışında  real  məqsəd  Prezidentlik  üçün 
Cənubun dəstəyini almaqdan ötəri təklif edilən qiymət idi. 
Çıxışın bu “dərin eqoizm”i təmsil etdiyinə Emerson əmin idi, lakin bu səbəb 
Deniel  Uebsterin  motivasiyalarına  heç  cür  daxil  ola  bilməzdi.  Professor  Nevins 
qeyd edirdi ki, “o, Prezidentlik üçün hansı qiyməti təklif etmişdisə, öz kəlmələrini 
qaydaya  salmalı  idi  və  Nyu-Meksiko  və  qaçmış  qullar  barədə  isə  adamı  qəfildən 
yaxalayan sözləri əlavə etməli idi. Prezidentliyi əldə etməyə çalışan hər bir adamın 
birinci ehtiyatlılığı öz vəziyyətinə və bölməsinə əmin olmaqdır; və Uebster bilirdi 
ki, onun çıxışı Mansfild dağından Monamoy İşığına qədər sıçrayan ictimai ittiham 
əks-sədası yaradacaqdır. Buna baxmayaraq, Uebster siyasi cəhətdən kifayət qədər 
düşünən adam idi, bilsin ki, onunku kimi, partiyanın bölünməsi siyasi cəhətdən əks 
olan şəxsiyyətlər tərəfindən başqa tərəfə döndəriləcəkdir və risqsiz neytral fərdlərə, 
bu günün razılaşan  qaydada tətbiq etdiyi prinsiplərə doğru  hərəkət  edəcəkdir. Və 
1852-ci ildə Viq qurultayı məhz bu xəttlə getdi. Kompromisspərəst gizli səsvermə 
əlli  iki  səs  üçün  Uebsterlə  prezident  Filmor  arasında  bölündü,  qurultay  populyar 
general olan Uinfild Skotta tərəf döndü. Heç bir Şimal Viqi Uebsteri dəstəkləmədi. 
Və  Boston  Viqləri  partiya  platforması  üstündə  mübahisə  edəndə  Kley 
Kompromissi etimad qazandı, bu barədə onlar demişdilər: “Deniel Uebster Henri 
Kley  və  digər  dərin  düşüncəli  dövlət  xadimləri  ilə  razılaşmaqla,  müəllif  idi”, 
Ohayodan  olan  Senator  Koruinə  demişdilər,  o,  isə  bunu  istehza  qaydasında  şərh 


 
78 
etdi:  “Və  mən  Moiseylə  razılaşmaqla  və  əlavə  köməkdən  istifadə  etməklə  On 
Ehkamı yazmışam”. 
Beləliklə,  Deniel  Uebster  öz  çıxışı  ilə  nə  öz  siyasi  populyarlığını 
yaxşılaşdırmaq  məqsədi  güdmədi,  nə  də  Birliyə  haqq  qazandırmaq  üçün  öz 
ambitsiyalarını oyatmağa can atmadığı halda, 1852-ci ildə ümidləri puça çıxmış və 
ruhdan  düşmüş  şəkildə  öldü,  onun  gözləri  yataq  otağının  pəncərəsindən  görünən 
bir yerdə lövbər salmış yelkənli qayığın dor ağacında yellənən bayrağa dikilmişdi. 
Lap ömrünün axırınadək o, xarakter etibarilə düz idi, ölüm yatağında xahiş etmişdi 
ki, “arvadım, uşaqlarım, həkim, mən özüm bir səbəbə görə əminəm ki, mən Deniel 
Uebsterə  layiq  olmayan  heç  nəyi  deməmişəm”.  Və  sona  qədər  o,  Birliyə 
münasibətdə  düz  olmuşdu  və  onun  ən  böyük  hərəkəti  mərd  prinsipindən  irəli 
gəlmişdi; bunun üçün Senata axırıncı sözlərində Uebster öz epitafiyasını yazmışdı: 
“Mən  Birlik  üstündə  dayandım...  onun  gətirəcəyi  şəxsi  nəticələrə  qətiyyən 
məhəl  qoymadım.  Şəxsi  nəticələr  buna  bənzər  böhranda  böyük  ölkənin  üzərinə 
düşəcək  xeyir  və  şərlə  müqayisədə  nədir  ki?...  Qoy  onların  istədikləri  nəticələr 
olsun, mən buna əhəmiyyət vermirəm. Heç kəs, əgər o, azadlıqları və öz ölkəsinin 
Konstitusiyasını müdafiə edəndə yıxılmışdırsa, bu qədər çox əzab çəkə və heç kəs 
bu qədər tez yıxıla bilməz”. 
 
IV 
 
Tomas Hart Benton 
 
“Mən köpük populyarlığına nifrət edirəm” 
 
“Mister prezident, ser...”. Qıvrım qara saçlı Senator 1850-ci ildə az qala 
boş olan zalda danışırdı. Çıxış edənlə sözləşmiş əsəbi Senator daxil olmaqla burada 
qalanlar  onun  gərilmiş  iri  əzələlərini  və  çiyinlərinin  qalxdığını  gördü  və  onun 


 
79 
soyuqqanlı cingiltili səslə, çətinliklə dediyi, qədim romalılara məxsus iri başından 
çıxan və zəhərli mizrağa bənzəyən “ser” sözünü eşitdilər. 
“Mister Prezident, ser... Mən heç vaxt sözləşməmişəm, ser. Lakin bəzən mən 
döyüşürəm, ser; və mən döyüşəndə, ser, arxasınca matəm gəlir, ser”. 
Heç  kəs  bunu  Missuridən  olan  yaşlı  Senator  Tomas  Hart  Bentonun  əbəs 
lovğalığı kimi qiymətləndirmədi. Həqiqətdə isə o, Sent-Luisin erkən vaxtlarından 
indiyədək heç kəsi öldürməmişdi, həmin vaxt Birləşmiş Ştatların mahal prokuroru 
bədbəxtlikdən  kobud  missurili  ilə  duelə  çıxmışdı  (doqquz  addımlıqda!).  Lakin 
bütün  Senat  bilirdi  ki,  Tomas  Hart  Benton  sərt  və  vuruşmağa  atılan  adamdır  və 
Senatın  zalına  –  artıq  tapança  ilə  deyil,  beyni  deşən  sarkazmla,  söyüşlə  çıxırdı, 
buna  baxmayaraq,  natiqliyə  və  sərt  qızışdırılan  debata  öyrənmişdi.  O,  özü  siyasi 
toqquşmaların  yaralarına  qarşı  immunitetə  malik  idi,  onun  düşmənləri  isə  qanı 
tökülə-tökülə,  əzilmiş  halda  geri  çəkilirdilər.  Onun  böyük  siyasi  eqosu  və  güclü 
sağlamlığı,  fiziki  cəhətdən  olduğu  kimi  onu  ruhi  cəhətdən  də  dərisi  qalına 
çevirmişdi.  (Onun  dərisinin  gön  keyfiyyəti  hər  gün  öz  bədənini  at  qaşovu  ilə 
daramasının nəticəsi idi, “ona görə ki, ser, Roma qladiatorları bunu edirdilər, ser”. 
Ondan  əgər  şotka  həqiqətən  də  kələ-kötürdürmü  soruşduqda,  o,  qışqıracaqdır: 
“Nəyə  görə,  əgər  mən  sizə  həmin  şotka  ilə  toxunsaydım,  siz  qatil  deyə, 
qışqırardınız, ser”). 
Lakin  indi,  Senatdakı  otuz  ili  əhatə  edən  axırıncı  müddətində  Benton  sona 
çatmaq üçün özünün son böyük döyüşündə hücum altında idi   - və bu vaxt onun 
özünə  siyasi  matəm  qismət  olacaqdı.  1821-ci  ildən  1844-cü  ilədək  o,  Missuri 
siyasətinin mühüm şəxsi kimi, onun ilk Senatoru və ən çox sevilən bütü kimi ştatı 
ali  qaydada  idarə  etmişdi.  Onun  opponentlərindən  birinin  sözlərinə  görə,  bu  belə 
məna verir ki, “istənilən adam üçün siyasi ölüm “qoca Bulliona” (Bentonun çətin 
pulu  qazanmaq  üçün  vuruşmasından  çıxarılan  ləqəbi  idi),    (“öküz”  –  bull  və 
“milyard”  –  billion  sözlərinin  qəribə  şəkildə  birləşməsindən  əmələ  gəlmişdi  – 
tərcüməçi).  Buna  baxmayaraq,  siyasətdə  ekspert  olmaqla,  daim  öz  ştatı  daxilində 
qeyri-populyar  işləri  müdafiə  edir  və  adamları  tədricən  valeh  etdiyi  dövr  ərzində 
yenidən seçilmək barədə xahiş etməyə də ehtiyac duymurdu. Bu bir fakt idi ki, o, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə