80
təkcə özünə himayəçiliyə nifrət edirdi, lobbistlərdən gələn Konqressin rüşvət və
xeyriyyə mədaxilləri siyasətçiləri narahat edə bilərdi, lakin Missuri adamını yox!
Missuri qanunvericiliyi üçün Demokratik namizəddən tələb olunurdu ki, onların
kampaniyalarının alçaldıcı məğlubiyyətinin acısı altında özünün yenidən seçilməsi
üçün səs vermək öhdəliyini götürsün. İlk Senator hətta ardıcıl olaraq otuz il xidmət
etmişdi, yeni ştatdan heç bir başqa Senatorun iddia edə bilmədiyi halda, Tomas
Hart Benton görkəmli mövqeyə nail olmuşdu və o, Qərbi nəhayətsiz enerji ilə
müdafiə etmişdi, başqa heç bir müxalif namizəd bu məsələdə onunla yarışa
bilməzdi. Poni Ekspress, teleqraf xətti və ştat daxilindəki magistral yollar onun
iftixar bəslədiyi nailiyyətlərdən biri idi – və trans-kontinental dəmir yolu, tam
inkişaf etmiş, əhalisi və resursları ilə varlı olan Qərb onun arzularını təşkil edirdi.
Senatın atası və xalqın müdafiəçisi olan Bentonu məğlub etmək olardımı? “Heç
kəs Bentona qarşı çıxa bilməzdi, ser”,- deyə o, qışqıracaqdı. “Çomaqla döyən az
sayda vəkillərdən başqa heç kəs; onlar Bentonun opponentləridir – Benton və xalq,
Benton və demokratiya bir və eynidir, ser; sinonim terminlərdir, ser, sinonim
terminlər”.
1844-cü ildə zəruri məğlubiyyətin əl yazısı artıq divar üzərində meydana
çıxmışdı. Qul ştatı olan Missuri tədricən daha güclü surətdə hiss etməyə başladı ki,
onun sədaqəti Cənubun bacı ştatlarına məxsusdur. Bu ştat artıq özünün üsyankar
Senatoruna şübhə ilə baxmağa meyl edirdi, onun əsas loyallığı nə partiyaya, nə də
sektsiyaya aid idi, ancaq Birliyə aid idi, bunun üçün o, vuruşurdu – döyüş
cəbhəsində və Konqressdə - və baxışlarının sərt müstəqilliyi üçün o, istər
Konqressin işində, istərsə də Konqressdən kənarda döyüşmək niyyətini güdürdü.
Onun Birliyə özünü həsr etməsi Cənuba və ya Demokratik partiyaya onun həsr
olunmasından çox böyük idi (opponentləri onu ittiham edirdilər ki, Benton 1844-cü
ildə Demokratik partiyanın Milli Qurultayında demişdi ki, əgər qurultay Van
Byureni tərk etməyə hazırlaşırsa, onda o, “Demokratik partiyanın 50 dəniz
sajenindəki (bir dəniz sajeni 182 sm uzunluğundadır – tərcüməçi) dərinlikdə
cəhənnəm odunun ortasında batmasını görəcəkdir, bundan əvvəl isə mən mister
Van Byurenə bir dyüm verəcəyəm”).
81
Qanunvericilik üçün kampaniya 1844-cü ilin başlanğıcında onun yenidən
seçilməsinə ümid verirdi, qəflətən Benton öz ştatı və partiyası ilə əlaqəsini qırdı,
bunu o, Texasın anneksiya edilməsi barədəki müqavilənin məğlubiyyətinə görə
etdi. İnanmışdı ki, bu müqavilə Kalhounun meksikalıların hüquqlarına və ya
müqavimətinə, siyasi, quldarlıq və sektsionist niyyətlərə məhəl qoymadan bəsləyib
üzə çıxardığı qəsddir. Benton həqiqətən “taleyin manifestinin” milli müstəvidə
Qərbə doğru genişlənməsini alqışlayırdı – öz siyasi düşmənlərinə kömək edirdi ki,
ona açıq hücum etmək imkanını seçsinlər. Bentonun təsdiq etdiyinin əksinə Texas
müqaviləsi Missuridə populyar idi, o, bilmirdi ki, seçiciləri həqiqətənmi onun
mövqeyinə əksdirlərmi:
“Əgər onlar mən bildiyim kimidirlərsə, mən öz yerimdən istefa verəcəyəm;
çünki nə onların məlum arzuları əleyhinə səs verməklə zorakılıq edə bilərəm, nə də
ona səs verməklə öz konstitusional və əxlaqi borc düşüncəmə zorakılıq edə
bilərəm. Əgər mənim siyasi həyatımı alternativ söndürəcəksə, mən onu qəbul
etməliyəm”.
Öz partiyasına və sektsiyasına satqın yarlığı vurmaqla, Viqlərə və
britaniyalılara qoşulmaqla, Benton Missuri Qanunvericiliyinin görkəmli
namizədlərinin dəstəyini açıqca itirdi və bütün qaydalarda şəxsi hücumların
obyektinə çevrildi – oranın sakini olmayan, öz borcunu yerinə yetirməyən və
ictimai rəyin nifrət etdiyi adam kimi Missurinin “Register” qəzeti elan etmişdi ki,
Senator Benton “ürəyində demaqoq və tirandır. Xristianlıqda özü haqqında ən
böyük fikirdə olandır, eqosentrikdir. O, hara gedirsə, o, nə edirsə, bircə xarakterini
– hədələyən, həyasız, prinsipsiz demaqoq xarakterini göstərir”.
Lakin Benton hətta seçki ərəfəsində də öz partiyasının Texas siyasətini ifşa
etməsini davam etdirməkdə tərəddüd etmirdi. O, Senatda çıxış edərkən ittiham
edirdi ki, Missuridəki onun siyasi əleyhdarlarını Kalhoun, Tayler və onların
dostları, “ştatın departamentinin pulunu ödədiyi 300 qəzet daxil olmaqla, onların
çoxu elə də gözə çarpan deyildir, hərəkətə gətirmişlər”. Adi vətəndaşlar arasında
nəhəng populyarlığı onu Qanunvericilikdən keçirmişdi – Qanunvericiliyin iyirmi
səkkiz səs ehtiyatından yalnız səkkiz səsə onun partiyası nəzarət edirdi. Elə həmin
82
vaxt quldarlıq tərəfdarı Demokrat Atçison hələ qurtarmamış müddətə Senatı
doldurmaq üçün otuz dörd səs ehtiyatı ilə seçildi. Senator Benton öz vəziyyətinin
yazılmamış ümumi təlimatlarına əməl etməkdə çətinliklə səhvə yol verə bilərdi –
effekt şəklində: “Sən müstəqil dilini yumşalt, ser, Cənubun mövqeyində dayan və
ya labüd nəticələrdən əzab çək”.
Lakin Tennessi sərhədindəki çətin gənclik Tomas Hart Bentona özünü
döyüşdən necə uzaqlaşdırmağı öyrətməmişdi, istər bu vəhşi heyvanla döyüş olsun,
istər siyasətçilərlə döyüş olsun. (Onun Endryü Ceksonla münasibəti, bu, onun
Tennessidə vəd edilən qanuni və siyasi karyerasını tərk edib Missuriyə keçməsinə
səbəb oldu, belə bir izahın subyekti idi ki, hər ikisi Vaşinqtonda olan vaxt möhkəm
siyasi və şəxsi dostlara çevrildilər. İllər keçdikdən sonra Bentondan yeni bir adam
soruşanda ki, nə vaxtdan Ceksonu tanıyır, o, lovğa qaydada cavab vermişdi: “Hə,
ser, mən onu tanıyıram, ser; general Cekson çox böyük adamdır, ser. Mən ona
güllə atmışam, ser. Sonralar o, mənə böyük yaxşılıq etdi, ser. Mənim Birləşmiş
Ştatlar Bankı ilə davamda”). “Vəhşi bizona” oxşayan, - bəziləri isə ona “əyilmiş
palıd ağacı” deyirdi, - hər gün, hər bir işdə onun hücum etməsindən bütün millətin
asılı olduğu fikirinə inanaraq o, Senata döndü.
1844-45-ci illərdəki onun məğlubiyyətə yaxın olmasının əksinə, Senator
Benton Oreqonun ərazisinin genişlənməsi məsələsində cəsarətlə öz partiyasının və
ştatının əleyhinə çıxdı. Genişlənmə məsələsi barədə ictimai bəyənməni, xüsusən
çox sayda vətəndaşlarını Oreqona göndərmiş Missuridə şəxsən özü qaldırsa da – o,
bu vaxt hiss etdi ki, “bütöv Oreqona ya heç nə”, “əlli dörd qırx və ya vuruş”
barədəki Demokratik partiyanın mövqeyi qeyri-adi dərəcədə qeyri-realdır. İngiltərə
və Kanada ilə sövdələşmək şüarlarına sadiq qalmağın əleyhinə prezident Polkla
məsləhətləşib, o, baxışlarındakı səhvi düzəltməkdən imtina etmələrinə – xüsusən
miçiqanlı Lyuis Kassa görə Senatda Demokratik kolleqalarına hücum etdi. Bu
“sadə şeylərin” Missuri atlarını fiziki və ruhi cəhətdən kor edən xəstəlik növü
olduğunu izah etdi, hansı ki, həmin xəstəlik yalnız baytar həkimi hansısa bir əsəbi
kəsən vaxt sağala bilər. O, elan etdi ki, “Kassı sadə şeylər naminə kəsəcəkdir, ser
də onu müalicə edəcəkdir”.
Dostları ilə paylaş: |