35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   31   32   33   34   35   36   37   38   ...   71

 
104 
bacarmayacaqdır. Beləliklə, 1859-cu ilin payızında yaşlı döyüşçü, arxasında duran 
heç bir partiya, heç bir qəzet və heç bir təşkilat olmadan Qubernatorluğa müstəqil 
namizəd  kimi  hərəkətə  başladı  və  bir  çıxış  kampaniyası  həyata  keçirdi.  O,  öz 
auditoriyasına hələ də valehedici bir səslə deyirdi ki, o, “Konstitusiyaya və Birliyə 
heç  vaxt  açıq  etiraf  etmədiyi  və  rəsmi  qaydada  təcrübədən  keçirmədiyi  bütün 
“Cekson  demokratiyasına”  arxalanacağam  –  siyasətdə  mən  köhnə  dəbli  adamam, 
ona görə də mən bu hökumətin əsasında qurulduğu primitiv prinsiplərdən bir həsr 
olunmaq qaydasında yapışacağam”. 
Onun  opponentlərinin  dəfələrlə  israr  etmələrinə  baxmayaraq,  ayrılma  və 
Texasın  qul  ticarətinin  yenidən  açılması  real  məsələ  deyildir,  Hyuston  məhz  bu 
müstəvidə  möhkəm  təzyiq  göstərirdi,  həm  də  Meksikanın  və  hinduların  sərhəd 
terrorizminə qarşı böyük müdafiə tədbirləri vəd edirdi. Bu ən sərt kampaniya idi və 
qəzetlər Hyustona istehzalı bir ehtirasla hücum edirdilər, Hyustonun əxlaqsızlığı və 
qorxaqlığı  barədə  köhnə  ittihamları  yenidən  qaldırdılar.  Lakin  bu  da  kifayət 
dərəcədə  qəribə  idi  ki,  onun  işləri  barədə  (ancaq  vaxtından  əvvəl)  qaldırdıqları, 
onun köhnə yoldaşlarının arasında şəxsən onun arxasınca gedənlərlə, opponentlərin 
administrasiyasına  nifrətlə,  Hyustonun  tələb  etdiyi  yeni  populyarlıqla,  Senatda 
federal hakimin rüşvətxorluğu ilə bağlı açıqlaması onun istirahətə yollanması üçün 
vacib  əhəmiyyət  daşıyırdı  və  onun  sevdiyi  Texasa  dönməsinə  görə  ona  yönəlmiş 
səmimi  hisslərin  böyük  dalğası  bütünlüklə  Sem  Hyustonun  Qubernator  seçilməsi 
üçün  birləşərək,  onun  iki  il  əvvəlki  məğlubiyyətinin  bütöv  şəkildə  dəyişilməsi 
oldu.  On  illik  ərzində  Cənub  ekstremistləri  üçün  bu  ilk  maneə  idi  və  seçilən 
Qubernator nifrət yayan Texas qəzetləri tərəfindən “heç vaxt bir daha qalxmamaq 
üçün  düşməyə  borclu  olan  satqın”  və  “Cənubun  –  Cənub  Azad-Torpaqçının  ən 
böyük düşmənlərindən biri” kimi hücuma məruz qalırdı. 
Köhnə  Cekson  millətçiliyi  bütövlükdə  onun  karyerasına  səbəb  olmaqla,  bu 
vaxt  ən  sərt  sınaqla  qarşılaşdı.  Demokratik  Qanunvericiliyin  aşıb-daşan 
düşmənçiliyinin  həqiqəti  onun  xalqı  təmsil  etmədiyi  fikrinə  tərəfdar  çıxmaqla, 
Qubernator  Hyuston  bütün  pretsedenti  pozaraq,  Qanunvericiliyin  birgə  sessiyası 
qarşısında  çıxış  etmək  əvəzinə  öz  inauqurasiya  müraciətini  Kapitolinin 


 
105 
pilləkənindən  birbaşa  xalqa  çatdırdı.  Kapitolinin  ətrafında  toplaşan  nəhəng 
auditoriyaya  müraciət  edərək,  Hyuston  elan  etdi  ki,  o,  partiyanın  yox,  xalqın 
Qubernatorudur və “Texas öz taleyini Birləşmiş Ştatlarla birləşdirdiyi vaxt, Şimala 
və ya Cənuba daxil olmamışdır; onun bağlılığı sektsional deyil, millidir”. 
Lakin seçiminin yaraları sağalmırdı; və Sem Hyustonun adını 1860-cı ildəki 
Demokratik Milli Qurultayda “Nyu Yorker” tərəfindən “böyük qələbə üçün bütün 
ölkəni  gəzəcək”  adamların  adlarından  biri  kimi  təklif  edəndə,  Texas  nümayəndə 
heyətinin lideri, eks-Qubernator Rannels tullanıb ayağa qalxdı və dedi: “Ser, Allah 
xatirinə! Mən o şəxsəm ki, bir az əvvəl Sem Hyustonu Qubernatorluğa seçilməkdə 
əzmişdim və ona edilən hansısa tərif mənə görə lənətə gəlmiş və xoşa gəlməyən bir 
şeydir”. 
Belə  düşmənlərdən  qaçmaq  məqsədilə,  Hyuston  1860-cı  ildə 
Qanunvericiliyə birinci ümumi müraciətində dedi: 
“Pozulmuş  çalışanların  özlərindən  çıxmalarına  və  ölkəni  fanatikcəsinə 
parçalayanların  vicdansız  hədələrinə  baxmayaraq,  bizim  ümumi  ölkəmizə 
məhəbbət  hələ  də  keçmiş  zamanın  alovunda  Texasın  konservativ  xalqının 
ürəklərində yanır. Texas Konstitusiyanı müdafiə edəcək və Birliyin müdafiəsində 
dayanacaqdır.  Bütün  bu,  bizi  bir  millət  kimi  xilas  edə  bilər.  Onu  dağıt  və  bizi 
anarxiya gözləyəcəkdir”. 
Cənubi  Karolina  “quldarlıq  institutuna  və  Cənubun  hüquqlarına  qarşı 
hücumlara”  etiraz  etmək  üçün  Cənubluların  qurultayına  nümayəndələr  yollamaq 
barədə Texasa dəvət göndərdi. Hyuston Qanunvericilik ilə əlaqəni ədəb məsələsinə 
çevirdi,  lakin  ustalıqla  yazılmış  sənəddə  xəbərdar  etdi  ki,  “Birlik  əbədi  olmaq 
niyyətini güdür”. Ağıllı siyasi manevrlərlə o, Cənubi Karolinanın dəvətinin qəbul 
edilməsinin qarşısını aldı, bu da Corciyadan olan Senator tərəfindən onun “qalxıb 
öz ölkəsini çalbaş iblisdən qoruyan Texas Brutu” (Brut b.e.ə. 44-cü ildə Romada 
respublikanı Sezarın diktatorluğundan qorumaq üçün onun qətli ilə nəticələnən sui-
qəsddə  iştirak  etmişdi  –  tərcüməçi)  adlandırmasına  səbəb  olmuşdu.  1860-cı  ildə 
qızışdırılan Prezident seçkisi kampaniyası ərzində bölünmə xeyrinə olan hisslərin 
böyüməsi  xeyli  artdı.  Qubernator  Hyuston  əgər  seçilsəydi,  yalnız  öz  səbirsiz 


 
106 
seçicilərindən  gözləməyi  və  mister  Linkolnun  münasibətinin  necə  olacağına 
baxmağı  yalvarardı.  Lakin  fakt  belə  idi  ki,  Respublikaçıların  qurultayında  xahiş 
etdiyi səslərdən az hissəsini aldı, Linkolnun hərəkəti onun düşmənlərini daha ciddi 
motivlərlə  silahlanmağa  gətirib  çıxardı.  Avqust  ayında  Hendersonun  şəhəri  sirrli 
qaydada  yananda,  Qubernator  linç  məhkəmələrinin  (Ku-kluks-klançıların  həyata 
keçirdiyi  iyrənc  linçləmə  əməliyyatı  –  tərcüməçi),  linç  edənlərin  təşkilatı  olan 
“sayıq  komitələrin”  və  hirs  hissləri  dalğasının  qarşısını  almaq  üçün  heç  nə  edə 
bilmirdi.  Ondan  sonra  Zənci  üsyanları  və  yanğınlar  şayiələri  gəldi.  Ueykoda 
Hyustonun ayrılmanı pisləyən çıxışına mehmanxananın arxasındakı barıt çəlləyinin 
partladılması ilə cavab verildi, bu mehmanxanada isə o, heç bir xətər toxunmadan 
yatmışdı. Özünün şəxsi və siyasi təhlükəsinə məhəl qoymadan o, sentyabrda xəstə 
yatağından qalxıb özünün son müraciətini etdi: 
“Mən  sektsionizmi  sektsionalizm  tərəfindən  deyil,  millətçilik  tərəfindən 
məğlub edilməsini xahiş edirəm... Mənim heç bir yeni hissim yoxdur. Mən onları 
1856-cı ildə amerikan Senatında tələffüz etmişəm. İndi də onları ifadə edirəm. Mən 
o vaxt satqın kimi məhkum edilmişdim. Mən indi də məhkum edilmişəm. Yenə də 
belə olacaqdır! Heç vaxt ehtiyaca, zəhmətə, təhlükəyə dözməyən adamlar məni öz 
ölkəmə  görə  xain  adlandırırlar,  çünki  mən  Konstitusiyaya  və  seçilmiş 
hakimiyyətlərə tabe olmağa hazıram. Mənim bu Birlik üçün etdiklərimə görə qoy 
onlar  əzab  çəksinlər  və  onlar  hiss  edəcəklər  ki,  bu,  həyat  saplarının  ürəyimiz 
ətrafında  belə  yaxın  sarınmaqla  birləşməsinə  bənzəyəcəkdir,  onlardan  imtina 
etməkmi...  Məni  xain  adlandıran  adam  kimdir?  Onlar  milli  bayraq  altında 
addımlayır  və  onu  müdafiə  etməyə  hazırdırlarmı?  Bu  mənim  bayrağımdır!...  Və 
belə  uzun  vaxt  ərzində  dalğalar  iftixarla  mənim  üzərimə  gəlir,  hətta  o  tufanlı 
səhnənin arasında dalğalansa da, o adamlar deyil, mən yaddan çıxara bilərəmmi ki, 
məni satqın adlandırmışdılar”. 
Abraham  Linkoln  Prezident  seçildi  və  tezliklə  bütün  Texasda  Zolaqlı 
Ulduzlu  bayraq  (ABŞ-ın  dövlət  bayrağı  –  tərcüməçi)  şadlıq  və  döyüş  gözləmə 
atmosferində  qaldırıldı  –  Hyustonun  Texasa  “Birlikdə  və  Birlik  naminə”  öz 
hüquqları  uğrunda  vuruşmaq  barədə  yalvarışı  kar  qulaqlara  çatdı.  “Köləlik  hissi” 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə