35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   39   40   41   42   43   44   45   46   ...   71

 
129 
ona  olan  borcunu  ödəməyə  imkan  tapdı.  Onlar  bu  vaxt  Rossun  əvvəlki  ədalətli 
qərarı ilə razılaşırdılar ki, onun verdiyi səs “ölkəni... əyilməkdən xilas etdi, bu da 
hökuməti hansısa başqa bir qaydada qəzaya uğradacaqdı”. Onu əvvəlki illərdə acı 
şəkildə  məhkum  edən  Kanzas  qəzetləri  və  siyasi  liderlər  Rossu  qanunverici 
kütlənin  idarəçiliyinə  qarşı  durmasına  görə  tərifləyirdilər:  “Senator  Rossun 
möhkəmliyi  və  igidliyi”,  belə  deyilirdi  ki,  “ölkəni  müharibədən  böyük  olan 
bədbəxtlikdən  xilas  etdi,  həmin  vaxt  ona  siyasi  şəhidlik  imzalandı,  bu  bizim 
ölkənin ən qəddar işi idi... Ross dözümsüzlüyün quduz alovunun qurbanı oldu, bu 
alov  öz  qarşısındakı  hər  şeyi  süpürüb  atırdı.  O,  öz  borcunu  bilirdi,  bu  isə  onun 
siyasi ölümü idi... Rossun bunu etməsi bir igidlik idi... ancaq Ross bunu etdi. O, öz 
vicdanına,  yumşaq  vətənpərvərliyinə  görə  hərəkət  etdi.  Nəticədə,  özünün  məhv 
olacağını bilsə də, ona məhəl qoymadı. O, düzgün hərəkət etdi”.  
 
Mən  Rossla  bir  yerdə  dayanan  və  Endryü  Consona  bəraət  verilməsindəki 
igidliyə  görə  məhkum  edilən  həmin  altı  mərd  Respublikaçını  daha  çox  adekvat 
qaydada  xatırlamasam,  Edmund  Ross  əhvalatına  yaxınlaşa  bilməzdim.  Öz  altı 
kolleqasının  hər  birindən  daha  çox  Edmund  Ross  öz  səsverməsindən  əvvəl  və 
sonra  daha  çox  dözməli  olmuşdu,  özünün  vicdanlı  qərarına  böyük  çətinliklə  nail 
olmuşdu,  özünün  qeyri-müəyyən  dönməzliyi  ilə  16  mayadək  böyük  maraq  və 
narahatlıq  qaldırmışdı.  Onun  əhvalatı  səsverməsinə  bənzəyən  kimi  impiçment 
faciəsinin açarı idi. İttiham əleyhinə səs verən bütün yeddi Respublikaçının hər biri 
öz  mərdliklərinə  görə  xatırlanmalıdırlar.  Onlardan  heç  biri  Senata  yenidən  seçilə 
bilmədi.  Onlardan  heç  biri  qorxutmaq  yolu  ilə  səslərini  almağa  cəhd  edən  öz 
Respublikaçı  sirdaşlarının  təhlükələrdən,  rüşvətlərdən  və  məcburi  taktikalardan 
vicdansızlıqla  düzəldilmiş  kombinasiyasından  qaça  bilmədi  və  onlardan  heç  biri 
bəraətə səs verdiklərini əmələ gətirdiyi iyrənc tənqidin dəhşətli işgəncəsindən qaça 
bilmədi. 
Mendən  olan  Uilyam  Pitt  Fessenden  həmin  dövrün  ən  görkəmli 
Senatorlarından, natiqlərindən və hüquqşünaslarından biri olmaqla və irəli çıxmış 


 
130 
yaşlı Respublikaçı lider kimi Stentona valeh olmuşdu və Consona nifrət edirdi və 
oyunun əvvəlində inandırılmışdı ki, “bütün şeylər sadəcə dəlilikdir”. 
“Ölkə  Prezident  haqqında  o  qədər  pis  rəyə  malik  idi  ki,  buna  görə  o, 
tamamilə gözlənilən hökmə layiq idi. Şəxsən özümə hansı nəticələr olsa da, mən 
siyasətçi kimi nə fikirləşsəm və hiss etsəm də, öz ədalətimə qarşı heç bir məsələni 
həll  etməyəcəkdim.  Mən  o  günlərimi  xatırladan  kələm  bitkisini  də  məhbəsə 
salardım.  Siz  qərar  verəndə,  əgər  lazım  olsa,  mənim  satqın  kimi  məhkum 
edilməyimi və yəqin ki, portretimi dar ağacından asılmasını eşidərdim. Təxəyyülə 
gələn  hər  bir  təhqir  impiçmentə  həsr  olunmuş  adamlar  və  qəzetlər  tərəfindən 
üstümə yığılırdı. Mən dostlarımdan neçə-neçə xəbərdarlıq məktubları almışdım ki, 
əgər mən ittihamnamənin lehinə səs verməsəm, mənə siyasi qəbir qazılmışdır, həm 
də  bir  neçə  qətl  hədələri  almışdım.  Həyatımın  həmin  vaxtında  uzun  karyeradan 
sonra  sədaqətlə  xidmət  etdiyim  adamların  nizələrinin  məni  hədəf  götürməsinə 
öyrənmişdim. İctimaiyyət ehtiramla və xurafatla qalxanda və şadlananda, bu, vəhşi 
heyvandan bir az yaxşı idi. Bütün hadisələrdə mən özümə hörməti və təmiz vicdanı 
qoruyub saxlayırdım və zaman ən azı mənim motivlərimi ədalətli edəcəkdir”. 
Radikal  Respublikaçılar  qət  etmişdilər  ki,  hörmətli  Fessenden  üzərində 
qələbə  çalsınlar,  onun  adı  siyahıda  birinci  olaraq  çəkiləcəkdi  və  onun  poçtu 
Mendən təhqir edici, hədələyici sözlərlə və yalvarışlarla dolu idi. Uendell Filipps 
donquldanan kütləyə nifrətamiz şəkildə dedi ki, “altı ay lazım olacaqdır ki, dövlət 
xadiminə xas olan ideya mister Fessendenin başına yol tapsın. Mən demirəm ki, o, 
yoxdur; o, yalnız çox yavaş başa düşəndir”. 
Fessenden  qərara  aldı  ki,  bütün  qəzetlərdən  və  poçtunun  onu  təqib 
etməsindən qaçsın. Lakin Mendəki köhnə siyasi dostlarından biri onu inandırdı ki, 
“Consonu  taxıl  zəmisindəki  ölü  qarğa  kimi  dabanından  asmaq  lazımdır  ki,  onun 
bütün tayfası qorxsun”, hər şeydən əlavə o, “bu ştatda hər bir loyal ürəyin və başın 
yekdil hissini əminliklə ifadə edirəm” – dedi. Fessenden nifrətlə cavab verdi: 
“Mən  hakim  kimi  hərəkət  edirəm...  bu  hüquqla  hər  kəs  məsuliyyət  hiss 
etməyənlərə  və  sübutu  hətta  eşitməyənlərə  təsir  edə  bilər,  mənə  ədalət  və  hətta 
hökm barədə məsləhət vermək olarmı? Mən bütün dostlarıma və seçicilərimə arzu 


 
131 
edirəm ki, onları deyil, Prezidenti mühakimə edən adam kimi məni başa düşsünlər. 
Mən onlar deyiləm, qərəzsiz mühakimə etməyə and içmişəm. Mən onlar deyiləm. 
Allah  qarşısında  və  insan  qarşısında  hərəkətimə  və  onun  nəticələrinə  görə 
məsuliyyət daşıyıram”. 
Mayın  16-nın  faciəli  günortasında,  Rossun  təsvir  etdiyi  kimi,  Senator 
Fessenden  “öz  yerində  idi,  rəngi  ağarmış  və  üzgün  idi,  həm  də  üzləşdiyi  siyasi 
şəhidliyə hazır idi və bu, az keçməmiş onu qəbirə qovdu”. 
İlk Respublikaçı Senator “təqsirkar deyil” cavabını verməklə, yeddi nəfərdən 
ilk  qəbirə  gedən,  bununla  rəhmsiz  təhqirlərlə  təqib  edilən  və  yenidən  seçilməsi 
ümidləri tamamilə puç olan adam Mendən olan Uilyam Pitt Fessenden idi. 
Missuridən olan Con B.Henderson Senatın ən gənc üzvlərindən biri olmaqla, 
quldarlığın ləğv edilməsi barədə On Üçüncü Düzəlişi təqdim etməklə, öz igidliyini 
əvvəlcədən nümayiş etdirmişdi, sadəcə olaraq ona görə ki, onu inandırmışdılar ki, 
bu layihə yalnız o vaxt keçə bilər ki, ona qul ştatının Senatoru zəmanət versin. Bu 
yolla  onun  da  siyasi  ölümü  hökmən  həmin  işin  ardınca  gələcəkdi.  Lakin  onun 
ştatından  tam  Respublikaçı  nümayəndə  heyəti  onu  öz  vəzifəsindən  küncə  sıxıb, 
tələb  etdi  ki,  o,  nifrətamiz  Consonu  ittiham  etsin,  xəbərdarlıq  etdilər  ki,  Missuri 
Respublikaçıları  Hendersonun  adəti  igidliyini  göstərən  bir  xəttə  artıq  qətiyyən 
dözməyəcəklər. O, Qubernatora teleqraf edib, sadəcə olaraq öz istefasını təklif etdi, 
yeni təyin edilənə isə ittihamın lehinə səs vermək tapşırılacaqdı və bu, şübhə altına 
alındı.  Çünki  yeni  Senatora  səs  verməyə  icazə  verilməyə  bilərdi,  onun  səsi 
həlledici olsa, onda o, ittiham lehinə səs verməyə söz verdi. 
Lakin  Missuridən  alınan  həyasız  və  hədələyici  teleqram  onun  şərəf 
düşüncəsini bərpa etdi və o, gecikmədən teleqrafla öz cavabını göndərdi: “Mənim 
dostlarıma  de  ki,  mən  qanuna  və  vicdanıma  müvafiq  olaraq  qərəzsiz  mühakimə 
yürütməyə and içmişəm və bir namuslu adam kimi onu etməyə çalışacağam”. 
Con  Henderson  bəraət  verilməsinə  səs  verdi,  bu  onun  Senatorluq 
karyerasında axırıncı mühüm hərəkəti idi. Missuridə məhkum edilən, hədələnən və 
portreti  yandırılan  bir  adam  kimi  o,  hətta  Senata  yenidən  seçilməyə  cəhd 
göstərmədi. İllər keçdikdən  sonra partiyası  ona qarşı öz şübhəsini həyata keçirdi, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə