119
maraq göstərərək, teleqram göndərmişdi ki, “Batler məğlub oldu, həm də hər şey
itirilmişdir”). Mühakimə vaxtı adamların qalereyaya buraxılması üçün minə qədər
bilet çap olunmuşdu və hər bir Senatora verilən dörd biletdən birini ələ keçirmək
üçün istənilən fənddən istifadə edilirdi.
Martın beşindən on altısına qədər drama davam edirdi. Nümayəndələr
Palatası tərəfindən on bir maddə qəbul olunmuşdu, ilk səkkizi Vəzifə Müddəti
Aktının pozulması ilə Stentonun vəzifədən uzaqlaşdırılmasına və yeni müdafiə
nazirinin təyin olunmasına həsr olunmuşdu. Doqquzuncu Consonun generalla
söhbəti ilə əlaqədar idi, buna görə generala deyilmişdi ki, Ordu Müsadirələri
Aktının pozulmalarını təqdim etsin; onuncu bunu elan edirdi ki, Conson ifrat
dərəcədə qızışdıran və davakar olmaqla, həm də Konqressə və Birləşmiş Ştatların
qanunlarına qarşıdır; on birinci isə əvvəlki maddələrdəki bütün ittihamların
düşünülmüş, ancaq aydın olmayan konqlomeratı (toplusu – tərcüməçi) idi. Bu,
Taddeus Stivens tərəfindən ümumi müstəvini bəzəmək üçün layihələnmişdi,
bunlara görə o, ittihamı himayə edirdi, lakin təməl məsələlərdə özlərini tanıtmaq
istəmirdi. Batlerin bu tələsik düzəldilmiş ittihamı dəstəkləmək üçün olan biabırçı
arqumentlərinə qarşı Consonun bacarıqlı və savadlı Şurası gözlənilən səmərəliliklə
cavab verirdi. Onlar təkid edirdilər ki, Vəzifə Müddəti Aktı Konstitusiyanı açıq
pozmaq cəhdi kimi ləğv edilmişdir və hətta o qüvvədə olsaydı da, Stentona tətbiq
edilə bilməzdi, çünki səbəblər əvvəlcədən qeyd edilmişdir və qanunun ədalətli
yoxlamasının yeganə yolu ondan ibarətdir ki, Stentonun vəzifədən azad edilməli
olması və onun hüquqları üçün yaraması məhkəmə vasitəsilə həll edilə bilər.
Lakin mühakimə inkişaf etdikcə, artan qaydada aydın olurdu ki, səbirsiz
Respublikaçılar impiçmentin hazırlandığı rəsmi məsələlərə görə Prezidenti düzgün
mühakimə etmək istəmirlər, bunun əvəzinə onu istənilən müstəvidə, istər bu həqiqi
səbəb ya da təxəyyül edilən olsun, Ağ Evdən çıxartmaq niyyətindədirlər, çünki
onun siyasətini qəbul etməkdən imtina edirlər. Prezidentin xeyrinə deyilən sübutlar
arbitraj qaydasında istisna edilmişdi, Senatorların əksər
hissəsinin əvvəlcədən qərar
verməsi həyasızlıqla elan edilmişdi. Rüşvət vermək və təzyiqin digər növlərinə
cəhd göstərilməsi möhkəm dayaq vasitəsi rolunu oynayırdı. Mühakiməyə və