143
vəzifələrini tutmuşdu. Missisipinin geniş əraziləri viran qalmışdı. Vergilərin
səviyyəsi on dörd dəfə yüksəlmiş, yüksək olduğu kimi, yenidənqurma hökumətinin
qeyri-adiliyini, ştatın və milli ağır müharibə borclarını dəstəkləməyə görə normal
hesab olunurdu.
Bu narahat dövrlərdən keçdikcə Lamar başa düşməyə başladı ki,
Cənub üçün
yeganə ümid Şimalla onun köhnə sözləşmələrini davam etdirməkdə deyil, barışığı
irəlilətməkdədir və federal-ştat əlaqələrinin normal hala qayıtmasında, inkişaf
etdirilməsində və hərbi idarəçiliyin ləğv edilməsindədir. Belə dönüşə yalnız
Şimalın dərk etməsi ilə nail oluna bilər ki, Cənub artıq bunu arzu etmir. Lamarın
sözlərinə görə Cənub – “Amerikan siyasətinin təşviqatçısı və təşviq olunmanın saat
kəfkiri olmalıdır”. Lamarın ümid etdiyinə görə, elə etmək lazımdır ki, Şimal qət
etsin ki, Cənub xalqının Konstitusiya qarantiyalarının ləğvi hökmən Şimal xalqının
azadlıqlarına da öz təsirini göstərəcəkdir. O, inanmağa başladı ki, ölkənin gələcək
xoşbəxtliyi yalnız qarşılıqlı barışığın, bütün sektsiyalar və bütün ştatlar arasındakı
əməkdaşlığın ruhundadır.
Bu siyasətə iki müxalif qüvvə var idi. Bir tərəfdən onlar Respublikaçı
liderlər idi, hansılar ki, yalnız qanlı köynəyi əllərində yelləməklə, Şimal və Şərqdə,
xüsusən respublikanın Böyük Ordusu arasında onlar öz dəstəyini saxlaya bilərdilər
və həm də o adamlar ki, onlar 1868-ci ilin seçkiləri tərəfindən inandırılmışdılar ki,
əgər Cənub ştatları bir daha yenidən Demokratlar tərəfindən idarə olunsa, bu ştatlar
– onların Şimaldakı müttəfiqləri ilə birlikdə – respublikanın milli cəhətdən daim
azlığını təşkil edəcəkdir. Digər tərəfdən, Cənubda elələri var idi ki, asan yola əl
atıb məğlub edilən Cənubun öz işğalçılarına qarşı təbii nifrəti və acı qisməti ara
düzəltmək və istismar etmək vasitəsilə özlərinə nüfuz və populyarlıq qazanmaq
istəyirdilər.
Əksinə, Lamar inanırdı ki, “mənə bircə xətt qalır ki, ümumilikdə digər
Cənublu təmsilçilər də bu yolla getməlidirlər, elə edilməlidirlər ki, biz sektsiyalar
arasındakı
təşviş hisslərini azaldaq, sülhə və yenidən barışığa gətirə bilək”.
1872-ci ildə o, Konqressə seçildi və bütün Konfederat qulluqçuları üzərinə
On Dördüncü Düzəliş (1868-ci ildə elan edilmiş bu düzəlişə görə Birləşmiş