132
onu aşağı vəzifəyə qaytardı, interqasiyanı dəstəklədiyi Senatdan isə o, kənara
atılmalı oldu.
Qərbi Virciniyadan olan Piter Van Uinkl axırıncı şübhəli Respublikaçı kimi
16 mayda adı çəkiləndə, Ross kimi “heç kəs” olmaqla yanaşı, onun möhkəm
şəkildə dediyi “təqsirkar deyildir” kəlməsi Edmund Rossun artıq bütünlüklə
dağıtdığı ümidin son, zəif sayrışan işığını da söndürdü. Birləşmiş Ştatların Qərbi
Virciniyadan olan ilk Senatoru, Stentonun vəzifədən çıxarılmasını tənqid edən Van
Uinklə bel bağlayırdılar və igidliyinə görə ona Uillinqin “
İntelligencer” qəzeti
“Qərbi Virciniya satqını” yarlığını vurdu. O, bütün dünyaya elan etdi ki, ştatda bir
loyal vətəndaş yoxdur ki, onun səs verməsini təhrif edilmiş şəkildə qəbul etməsin.
O, həmçinin əmin etmişdi ki, Senat müddəti başa çatdıqdan sonra siyasətdən
həmişəlik geri çəkiləcəkdir.
İllinoysdan olan veteran Limen Trumbull Senata seçilmək üçün vaxtilə Eyb
Linkolna (
Abe-Abraham Linkolnun qısaldılmış adı – tərcüməçi) qalib gəlmişdi və
Consonun veto qoyduğu Qanunvericiliyin yenidən qurulmasının əksəriyyətinin
layihələrini vermişdi və Stentonun vəzifədən uzaqlaşdırılmasına görə Consonun
məhkum edilməsinə səs vermişdi.
Lakin Filadelfiya “
Press”-inin gözündə onun “dövlət xadimliyi eqoizm
içində dreyf edirdi”, çünki o, nəhəng təzyiqə müqavimət göstərib ittiham əleyhinə
səs vermişdi. Çikaqoda Respublikaçıların qurultayı qərara aldı ki, “Respublikaçılar
Birliyinin səsləri əsasında seçilmiş hər bir Senator, kim ki, bu vaxt geri çəkilmiş və
xəyanət etmişdirsə, alçaqdır və biabır ediləcəkdir, bu sərbəst hökumətə dözüldükcə
təhqir ediləcək və ona nifrət ediləcəkdir”. Və İllinoys Respublikaçılarının lideri
möhtərəm
Trumbullu xəbərdar etdi ki, “özünü Çikaqonun küçələrində göstərməsin;
çünki
mən qorxuram ki, onu ən rahat olan işıq dirəyindən asacaqlar”.
Lakin ictimai xidmətdəki parlaq karyerasını və onu məhkum edən partiyaya
özünü həsr etməsini başa vuran Limen
Trumbulldan imtina edildikdə, həmin xəbəri
belə dözümlü xarakterli sözlərlə qarşıladı:
“Məsələ, Endryü Consonun hökmən Prezident vəzifəsini tutmalı şəxs kimi
olmasına və ya orada qalmasına aid deyildi... Bir dəfə qoyulan qayda kimi
134
Ayovadan olan Ceyms U.Qrimes Senatda Consonun ən acı və nüfuzlu
düşməni olmaqla, inandırılmışdı ki, mühakimənin niyyəti yalnız “buradan yer
üzərindəki ən ləyaqətsiz və məsuliyyətsiz məxluqlar tərəfindən göndərilən
yalanlar” vasitəsilə ictimai ehtirasları qızışdırmaqdır. (Bu, güman ki, Vaşinqton
müxbirlərinin son səksən yeddi ildə yaxşılaşdırılmış keyfiyyətinin şəhadəti idi).
Bədbəxtlikdən təhqir və hədələr mühakimə vaxtı onun üstünə yazılmaqla,
səs vermədən iki gün əvvəl onu iflic zərbəsinə hədəf etdi və o, öz çarpayısına
bağlandı. Hansısa təxirə salınmadan imtina edən Radikal Respublikaçılar sevinərək
əmin oldular ki, Qrimes o qədər xəstədir ki, mayın 16-da faktiki olaraq
gəlməyəcəkdir və ya belə səbəb gətirəcəkdir, çünki xəstəlik onun gəlib səs
verməsinin qarşısını alır və bu, onun karyerasının sonu olacaqdır. Qalereyalarda
camaat oxuyurdu: “Qoca Qrimes ölmüşdür, biz onu bir daha görməyəcəyik”. Nyu-
Yorkun “
Tribune” qəzetində Horatsi Qriili yazırdı: “Bu belə görünür ki, əgər heç
bir nəsil tarixin xəbərdarlıqları arasında yaşamalı olan bir nəfəri verməsə, ötüb
keçə bilməyəcəkdir. Biz Benedikt Arnolda, Aaron Barra, Cefferson Deyvisə
(Cənub Ştatları Konfederatının prezidenti – tərcüməçi) və indi Ceyms U.Qrimesə
malikik”.
Lakin Ceyms U.Qrimes mənəvi igidliyə olan kimi, həm də böyük fiziki
igidliyə malik idi və mayın 16-da başlanan səsvermədən azacıq əvvəl dörd adam
Ayovadan olan sifəti ağarmış və solmuş Senatoru zaldakı öz yerinə gətirdi. O,
sonralar Fessendenə yazıb, onun əlini sıxırdı və ona “şərəfli təbəssüm göndərirdi”.
“Mən bu gün həmin ad çağırmanı həyatın ən yüksək fərqli
hesab etdiyim an olduğu
barədə fikrimi dəyişə bilmərəm”. Baş hakim belə gümana görə, səs verəndə onun
yerində oturuqlu qalması yol verilən olacaqdır dedikdə, dostlarının köməyi ilə
Senator Qrimes güclə ayaqları üstünə qalxdı və təəccüblü qaydada möhkəm səslə
dedi: “Təqsirkar deyil”.
Portreti yandırılan, mətbuat tərəfindən dəli və gücsüz adam kimi ittiham
edilən, öz ştatı və dostları tərəfindən biabır edilən Qrimes heç vaxt sağalmadı –
lakin ölümündən əvvəl dostlarına elan etdi ki,