135
“Mən hər vaxt Allaha minnətdar olacağam ki, mühakimənin belə narahat
saatında çoxları özəl qaydada etiraf etmişdilər ki, onlar öz ədalətlərini və öz
vicdanlarını partiya qəzetlərinin göstərişinə və partiya nifrətinə qurban vermişlər,
mən mərdlik göstərdim ki, andıma və vicdanıma düz olum... Yəqin ki, mən partiya
göstərişinə görə andımı pozmadım, lakin mən onu görə bilməyəcəyəm ki, həmin
yolla öz məsuliyyətimə, yalnız öz vicdanıma və məni Yaradana arxalanmaqla
hərəkət edən hakimə çevrildim və heç bir qüvvə məni məcbur edə bilməzdi ki, belə
məsələdə əks qaydada qərar verim, istər bu, mənim dostlarımdan və ya
düşmənlərimdən düzələn partiya olsun”.
VII
Lutsius Kvintis Tsintsinnatus Lamar
“Bu gün mən düz ya saxta olmalıyam...”
Heç kəs heç vaxt görməmişdi ki, belə möhkəm veteran, Nümayəndələr
Palatasının spikeri Ceyms Q.Bleyn ağlasın. Lakin oturduğu yerdə heç bir
utancaqlıq hiss etmədən onun göz yaşları yanaqlarından axırdı, o, öz emosiyalarını
palata üzvlərinin və müşahidəçilərin baxışlarından gizlətməyə qadir deyildi.
Zaldakı və qalereyalardakı az sayda adam 1874-cü ilin həmin dramatik günü mister
Bleynə diqqət verirdi və əksəriyyət öz göz yaşlarını gizlətməyə cəhd edirdi.
Demokratlar və Respublikaçılar eyni qaydada, Vətəndaş Müharibəsinin döyüş
çapıqları olan veteranları və siyasətin gücü, kədərli sakitlikdə oturub Missuridən
olan təzə Koqressmeni məcburi qaydada dinləyirdilər. Çıxış edən sakit, adəti
ritorika icadlarına əl atmadan özünün dolğun, qüvvətli səsi ilə hər bir dinləyicinin
136
ürəyinə, Şimal və Cənub arasında dostluq və ədalətin bərqərar olması üçün sadə
yalvarışla toxunurdu.
Onun söylədiklərindən hər şeyə toxunulurdu, lakin həmçinin bu sözlərin
təsiri adamları sarsıdırdı – çünki Missuridən olan Lutsius Lamar Cənubun ən
əvəzedilməz düşməni, Radikal Respublikaçı, Cənub üçün Yenidənqurma dövründə
qaralar üçün dəhşətlərin törədilməsinə kömək etməsi ilə heç vaxt yaddan çıxmayan
bir adamın adına – Massaçusetsdən olan Çarlz Samnerə müraciət edirdi. Çarlz
Samner Deniel Uebsteri Birliyi qoruyub saxlamaq yollarını aradığına görə satqın
adlandıraraq ona hücum etmişdi. O, Konqressin kütlə idarəçiliyinə qarşı səs
verdiyinə görə Edmund Rossun dar ağacına çəkilməsinə kömək etmişdi, bu isə ona
Cənuba və Prezidentliyə öz dabanı altında müstəvi verəcəkdi – onun öz ölümü
Senat zalında illərlə əvvəl Cənubi Karolinadan olan Konqressmen Bruks tərəfindən
çəliklə dəhşətli dərəcədə döyülməsi ilə sürətlənmişdi. Bu hadisədən sonra Bruks
Cənub qəhrəmanına çevrilmişdi, Çarlz Samner isə bu vaxt ölmüşdü. Və Lutsius
Lamar müharibədən əvvəlki günlərdə nə vaxtsa ən quduz “alov yeyən”lərdən biri
olmaqla, Cənubun lap dərinliyindən çıxmışdı, Nümayəndələr Palatasının zalında
duraraq, öz gedişini sərt dillə demək şəklindəki nitqlə çatdırmışdı.
Çarlz Samner öləndən əvvəl Lamar onun barəsində özünün sakitləşən
auditoriyasına demişdi:
“İnanırdı ki, Şimalla Cənub arasında mübarizəyə və inamsızlığa aid bütün
hadisələr ötüb keçəcəkdir. Bu, Şimal və Cənub adamlarının əgər böyük kütləsinin
ümumi hissi deyildisə və ya əgər o yoxdursa, olmalı idimi, ya olmamalı idi? Biz
bəşər meyllərinin və rəhmdilliyinin həyata keçirilməsi üçün bu ciddi yalvarışların
qalıqlarını şərəfləndirəcəyik ya yox, barışıqlarda kənarda durmaqla yalnız
anlaşılmazlığın və inamsızlığın əbədiləşməsinə xidmət edirik və hər iki tərəfdən
ağıllı etirafı biz bir nəfər kimi daha ciddi surətdə, hissimizdə və ürəyimizdə
arzulamırıqmı?... Bu məşhur ölənin ruhu, hansına ki, biz ağlayırıq, qəbirdən hər iki
partiyaya hüznlü fikir ayrılığını deyə bilər və onun deyiliş tonu ilə bu geniş
ərazinin hər yerində hər bir kəsə və hər bir ürəyə çatmalıdır: “Mənim
həmvətənlərim! Bir-birinizi tanıyın və sizin biriniz digərini sevəcəksiniz”.
137
Ümumi sakitlik yarandı – bu düşünmək üçün olan və şok sakitliyi idi. Bu
vaxt birdən bütün tərəflərdən alqışlar səsləndi. “Mənim Allahım, bu necə bir çıxış
idi!” – Nyu-Yorkdan olan Konqressmen Limen Trimeyn Pennsilvaniyadan olan
“Dəmir Donuz” ləqəbli Kelliyə dedi: “Bu bütün ölkə boyu səslənəcəkdir”.
Amerikan siyasi tarixinin az sayda natiqi belə qəfləti zərbəyə malik
olmuşdu. Bir gecə ərzində bu, Lamarı Konqressin və ölkənin birinci adamları
səviyyəsinə qaldırdı; və daha əhəmiyyətlisi, Şimalla Cənub arasında dönüş
nöqtəsini göstərməsi ilə əlamətdar idi. İki həftə sonra Samnerin panegiriki
Missuridən olan Çarlz Sxurts Bostonun on min vətəndaşı qarşısında dayanıb
Lamarı Şimalla Cənubun əlaqələrində yeni günün peyğəmbəri kimi salamladı.
Bostonun “Globe” qəzeti Lamarın Samner barədə çıxışını “Cənubda Birliyin
bərpasının sübutu” adlandırdı; və Bostonun “Adveritiser” qəzeti deyirdi ki, bu
“müharibədən bəri Cənubdan eşidilən ən əhəmiyyətli və ümidverici kəlam” idi.
Bu labüd idi ki, həm Şimaldan, həm də Cənubdan bəziləri onu düzgün başa
düşməsin. Keçmiş Konfederatın ştatları üzərində federal hegemonluqdan asılı olan
Şimallıların siyasi hakimiyyəti sektsional mübarizənin sağaldılmasının istənilən
cəhdinə qarşı müqavimət göstərirdi. Göz yaşları quruduqda Ceyms Bleyn Samner
barədə panegirikini yazırdı: “Bu Cənub nümayəndəsində pozitiv dühanın əlaməti
idi ki, mister Samner barədə hərarətli və ayrı-seçkilik panegiriki tələffüz etsin və
Con Uesli kimi mister Samnerin inandığı bütün əclafların cəminə inanmalı
olduğundan, onu müdafiə etmək üçün ağıllı surətdə naxış toxudu”.
Çarlz Samner Cənublular üçün müharibədən əvvəlki abolitsionist
hərəkatının ən pis simvolu idi və müharibədən sonrakı yenidənqurmaya o, xəyanət
edildiyini hiss edirdi. Missisipinin bir sıra aparıcı qəzetləri, Kolumbusun
“Demosrat”-ı, Kantonun “Mail”-i və Meridianın “Mercury”-si daxil olmaqla, onun
köhnə dostlarının çoxunun etdiyi kimi Lamarı cəsarətlə tənqid edirdilər, onun
Cənub prinsiplərini və şərəfini təslim etməsi fikrini dəstəkləyirdilər. Lamar öz
arvadına yazırdı:
“Burada heç kəs düşünmür ki, mən Cənub bayrağını aşağılamıram. Lakin
Cənub mətbuatı bunu mənim üstümə yıxır... Bizim xalq o qədər əziyyət çəkmişdir
Dostları ilə paylaş: |