138
ki, dəfələrlə o qədər satılmışdır ki, bunlara görə kiməsə onların etimad bəsləməsi
ciddi səbəbə malikdir,
lakin bu da təbii idi ki, onlar Cənub adamı tərəfindən Şimala
deyilən istənilən sözdən və ya cəhd xarakterli hərəkətdən şübhələnirlər. Mən bir
daha inanıram ki, onun xeyrinə iş görmüşəm... əvvəllər gizli mövcud olan hüsn-
rəğbətimi indi oyatmışam. Əgər o, məni məhkum edirsə, mən onun narazılığına
biganə qalmayacağam... Mən nifrət edilən olmayacağam. O fikirdən xoş hal
olacağam ki, onun üçün xeyirxah iş görmüşəm. İctimai şəxs üçün elə bir vaxtdır ki,
o, Cənuba xidmət etməyə səy göstərsin və özünün qıcıqlanma hissinə kölə
olmasın... Mən onunkundan başqa heç bir marağa xidmət etməyəcəyəm və onun
xalqı
məni bəyənməsə, dinməz qaydada özəl həyata çəkiləcəyəm”.
Ancaq belə hücumlar azlıqda idi. Ümumi qaydada
Şimal və Cənub etiraf etdi
ki, çıxış bədbəxtliyə səbəb ola biləcəyi halda, əslində gözə çarpan zəfər idi. Bu da
yaxşı məlum idi ki, tarixin qəribə qüvvələri və şəxsi tale tərəfindən hərəkətə
gətirilən insan və təsadüf həmin gün Vaşinqtonda qarşılaşmışdı.
Bu adam kim idi?
Lutsius Kvintus Tsintsinnatus Lamar 1874-cü ildə “ictimai adam” idi. Nə
xırda işlər, nə siyasi əhəmiyyət daşımaması, nə də hətta özəl işlər ona öz
intellektini yadırğamağa imkan vermirdi. Nə də tərəfdarlıq, şəxsi və sektsional
gözləmələr onun milli marağa və həqiqətə özünü həsr etməsini üstələyə bilməzdi.
O, yalnız dövlət xadimi deyildi, həm də alim və öz dövrünün az sayda orijinal
mütəfəkkirlərindən biri idi. Henri Adams hesab edirdi ki, o, “Birləşmiş Ştatlarda ən
sakit, daha ağıllı, daha mülayim və sosial lətafətdə tam qeyri-adi adam idi. Hər
şeydən əvvəl o, takta və yumora malik idi”. Məşhur Vaşinqton reportyoru Henri
Uotterson onu “adamlardan ən maraqlısı və sevilməyə layiq olanı” adlandırırdı...
Mən hətta düşünürəm ki, qarşılaşdığım bütün adamlardan ən böyük beyinlisi idi”.
Və Senator Hoar bir dəfə qeyd etmişdi:
“Mərhum Metyu Arnold belə deməyi sevirdi ki, “Amerikan ictimai
adamlarında onun “ləyaqət” adlandırdığı şey yoxdur. Heç kəs bunu mister Lamar
haqqında deyə bilməzdi. O, istənilən yerdə özünün xarakteri və keyfiyyəti ilə
şübhəli şəxsiyyət ola bilərdi. O, çox maraqlı, çox gözəl və çox nəcib şəxsiyyət idi”.
140
“Tərcümeyi-halı” idi. İkinci kitab Rollinin
“Tarix”i idi, həmin “Tarix” haqqında
doqquz yaşlı Con Kvinsi Adams çox-çox illər əvvəl fikir yürütmüşdü. Lamar
diplomatiyanı və qanunu yaxşı oxumuşdu, lakin o, həmçinin yüngül ədəbiyyatı da
ehtirasla sevirdi. Bəzi müxbirlər bir neçə il sonra açıb göstərdilər ki, Lamarın
kolleksiya toplamasına kömək etdikləri bir neçə kitab, o, Kabinetin iclasında
iştirak etmək üçün Ağ Evə girəndə təsadüfən onun kiçik çemodanından düşmüşdü,
onların hamısı ucuz romanlar idi.
Lamarın girdiyi Emori kolleci ştatların hüquqlarının istixanası idi. Onun
prezidenti məşhur Lonqstrit ailəsinin üzvü, Kalhounun alovlu ardıcılı idi və onun
Lamara daim güclü təsiri olmuşdu, Lamar onun qızına evlənəndə bu təsir daha da
böyümüşdü. Lonqstrit Missisipinin Oksford şəhərində Ştat Universitetinin
prezidentliyini götürmək üçün Corciyanı tərk edəndə, Lamar vəkil işi ilə məşğul
olmaq və mühazirə oxumaq üçün onu müşayiət etdi və məhz bu universitetdə
Lamar özünün ictimai karyerasına başlamaq üçün imkan qazandı.
5 mart 1850-ci ildə Missisipi ştatının Qanunvericiliyinin qəbul etdiyi bir sıra
qətnamələr Missisipi təmsilçilərinə təminat verirdi ki, Kaliforniyanın Birliyə qəbul
edilməsi əleyhinə səs versinlər. Senator Fut diqqətəlayiq igidlik göstərməklə bu
təminatlara məhəl qoymayanda, Lamara məlum oldu ki, Fut Missisipiyə
Qubernator seçilmək üçün qayıdan vaxt Demokratların Ştatların Hüquqları
Komitəsi Senatoru müzakirəyə qoyacaqdır. Lamarın bu vaxt vur-tut iyirmi altı yaşı
var idi, ştatda və həmin günün siyasi həyatında yeni adam idi və ona həmin
dövrlərin ən ağıllı və aqressiv siyasətçilərindən birinə qarşı debatda çıxış etməyə
hazırlaşmaq üçün yalnız bir neçə saat vaxt verdilər. Lakin onun hazırlanmamış,
qəflətən edilən çıxışında o, Senator Futu Missisipi Qanunvericiliyinin təlimatlarına
məhəl qoymadığına görə qamçıladı (iyirmi səkkiz il sonra özünün başına belə
bir iş
gələcəkdi), həmin çıxış diqqətəlayiq müvəffəqiyyət idi və debatın sonunda
universitetin tələbələri onu “öz çiyinlərində oradan çıxardılar”.
Onun Konqressə seçilməsi, Kalhounun və Cefferson Deyvisin arxasınca
getdikləri doktrinalara möhkəm kömək idi. Konqressdə Aleksandr Stivens, Robert
Tumbs və digər Cənub yunionistləri (Birlik tərəfdarları – tərcüməçi) əbəs qaydada