147
Bu, Missisipidə nəhəng populyarlıq qazandı. 1873-cü ilin panikası milləti
heç vaxt görmədiyi ən dəhşətli iqtisadi depressiyaya saldı və artıq Cənubun
yoxsullaşmış ştatlarına xüsusən ağır zərbə dəymişdi. Minlərlə biznes sahələri iflasa
uğrayırdı, işsizlik artmışdı, maaşlar azaldılmışdı. Ferma qiymətləri onların
müharibə dövründəki yüksək həddindən tezliklə aşağı düşmüşdü və Missisipi
fermerləri – nəqd pula ümid bağlamadıqlarından – onların mallarının qiymətini
yüksəldəcək, borclarını aşağı salacaq və pulun yararlılığını artıracaq istənilən
qanun layihəsinin dəstəkləyəcəklərinə and içirdilər. Cənub qabaqcadan özünün,
əgər yüngül pul onların ağır borclarını ödəməyə yararlı olmasa, Şərqin maliyyə
institutlarına daim borclu qalacağını görürdü.
Veçel Lindseyin şeiri Cənubun və Qərbin müşahidə etdiyi kimi, Şərqin
möhkəm şəkildə artan maliyyə ağalığı ilə aydın hiss olunan köməksizliyini və acı
şəraitini ifadə edirdi.
Və bunların hamısı öz çarəsiz günlərində
Sərt Şərq tərəfindən istismar edilməklə,
Paternalizm mənasını verəndə
Öz səhvlərini onlara tətbiq etməklə,
Qərbin yarısını çarmıxa çəkən,
Bütün Atlantik sahilini becərən
Bənzəyir nəhəng yuvasına hörümçəyin.
Gümüş qəflətən kasıb adamların dostu kimi siyasi çağırış tələb etdi – varlı
adamların pulu olan qızılın əleyhinə, gümüş prerilərin (amerikan düzənlikləri –
tərcüməçi) və kiçik şəhərlərin pulu idisə, qızıl – Uoll Stritin pulu idi. Gümüş
istənilən adamın problemlərinin asan həll edilməsini təmin etmək üçün – aşağı
düşmüş ferma qiymətləri, yüksək faiz dərəcələri, ağır borclar və qalan hər şey üçün
işlədilirdi. Demokratik partiya Ceksonun və Bentonun dövrlərindən güclü pulun
tərəfdarı olmasına baxmayaraq, yeni və populyar məsələni istismar etməyə
atılmışdı və o da təbii idi ki, yoxsullaşmış Missisipidən olan təzə Demokratik
Senator həvəslə mübarizəyə qoşulmaq vəzifəsini öz üzərinə götürəcəkdi.
148
Lakin bilikli alim və professor olan Lamar məsələyə öz kolleqalarından bir
qədər fərqli qaydada yanaşırdı. Öz seçicilərinin tələblərindən özünü az da olsa
qoruyaraq, o, ziddiyyətin hər iki tərəfindən olan bütün yararlı münasibətlərdən
cana yığılmışdı. Onun öyrənməsi onu inandırdı ki, - güman ki, səhv olaraq –
yeganə sağlam mövqe sağlam pulu müdafiə etməkdir. Hökumət borclarının – hətta
Uoll Stritin “şişmiş istiqraz vərəqələri” üzrə olan borcların – dəyəri düşmüş,
inflyasiyaya uğramış valyuta ilə ödənilməsi, necə ki, Blend Billi bunu bəyənirdi və
Metyu Qətnaməsi onu müşayiət etməklə xüsusi olaraq təmin edirdi, etik cəhətdən
düzgün olmayan, praktiki cəhətdən isə səhv idi. O, hiss edirdi ki, yəqin ki,
dünyanın gözündə bizim belə vəziyyətdə olmağımızdan utanmaqla və ancaq milli
iqtisadi bəlanı yüngülləşdirmək üçün saxta kömək edici qanun layihələri kimi
daimi maliyyə proqramı irəli sürmədi.
24 yanvar 1878-ci ildə özünün mərd və savadlı müraciətində, - bu onun
Senatdakı ilk başlıca çıxışı idi – Missisipi səs verənlərinin yalvarışlarını rədd etdi,
süni və qiyməti şişirdilmiş gümüş ölçüsünün arxasında dayanan və səylə işlənib
hazırlanan səmərələşdirici qüvvələrə hücum etdi. Sabahısı günü o, Missisipidən
olan öz kolleqasının əksinə, Metyu Qətnaməsinə “yox” səsi verdi. Kolleqası zənci
Respublikaçı olmaqla, müstəsna istedad sahibi idi və bir neçə il əvvəl köhnə
“sakvoyaj” qanunvericiliyi tərəfindən seçilmişdi.
Senator Lamarın məsələ barədə ustalıqla və dövlət xadiminə xas olan
qaydada təhlillərinə görə edilən tərif ölkənin çox guşələrindən gəlirdi, lakin
Missisipidən gələn reaksiya az da olsa məhkum edici idi. 30 yanvarda ştat
Qanunvericiliyi Memorial qəbul etdi, lakin Lamarı xatırlamağı unutdu, -
əvvəlcədən və dəqiq vurulan sillədə, - onun kolleqasını əks qaydada səs verdiyinə
və beləliklə, “öz seçicilərinin hiss və iradəsini” ifadə etdiyinə görə təbrik etdi və
ona minnətdarlığını bildirdi (həmin kolleqaya Demokratik qanunvericilər normal
olaraq acı qaydada etiraz etdilər). Memorial Lamara dərin zərbə vurdu və o, yaxın
dostundan – Missisipi Nümayəndələr Palatasının spikerindən aldığı məktuba görə
az hüznlü idi. O, bunu “lənətə gəlmiş qəzəb” adlandırdı. Ancaq izah etdi:
149
“Xalq çətin dövrün və pul kasadlığının təzyiqi altındadır və onun təmsilçiləri
hiss edir ki, bir qədər yüngüllük verən nəyəsə zərbə vurulmasına bağlıdırlar,
onlardan yalnız azı necə və ya nə qaydada bunu izah edə bilər”.
Lakin Qanunvericilik bundan keçmədi. Fevralın 4-də hər iki Palatadan keçən
Qətnamə Lamara belə bir təlimat verdi ki, Blend Gümüş Billinə səs versin və
Missisipi naminə onun səsvermədən keçməsinə əmin olmaq üçün sözçü kimi bütün
lazım olan cəhdlərdən istifadə etsin.
Lamar bu hərəkətdən dərindən narahat oldu. O, bilirdi ki, Qanunvericilik
təlimatlarını əlaqələndirmək hüququnun möhkəm kökləri Cənubdadır. Onu təyin
etmiş Qanunvericiliyin tələbləri barədə arvadına yazdığı məktubda o, etiraf edirdi
ki, “mən bunu edə bilmərəm. Mən bundansa siyasətlə həmişəlik qurtara bilərəm”.
O, Qanunvericilik orqanında olan dostuna izah etməyə çalışırdı ki, o, federal
siyasətin məsələləri üzrə öz rəyini ifadə edən orqanın hüququnu tanıyır və
Senatorun vəzifəsi, o, hansı kursla davam edəcəyinə şübhə etdikdə, həmin
ekspressiyalara dözməkdir. Lakin bu xüsusi hadisədə o, təkid edirdi ki, “onların
arzuları bütün həyatın inandırdıqları ilə birbaşa münaqişədədir; və mən (Metyu
Qətnaməsinə) göstəriş əsasında səs versəm, mən onda ilk səsimi öz vicdanım
əleyhinə verəcəyəm”.
“Əgər (Senator) vətəndəki öz dostlarının rəyləri tərəfindən idarə olunmasına
imkan versə, o, necə özünü onlara, onlar isə ona özlərini həsr edə bilər, o, əvvəlki
hazırlığın – və təhsilin zəngin nəticələrini kənara atacaqdır – və onlardan bir neçə
gün ərzində dəyişilə bilən hisslərinin sadəcə bayağı eksponentinə çevriləcəkdir...
Belə kurs istənilən adamın dövlət xadimliyini karlik ölçüsündə edəcəkdir və onun
səsi sadəcə gözlənilən tək olacaqdır, kamil dəqiqliyin nəticəsi olmayacaqdır”.
Buna baxmayaraq, mərdlik fəlsəfəsi ilə razılığı onun siyasi həyata
qayıtmasını idarə etdi, Lamar qət etdi ki, öz bölməsi ona sadəcə əks mövqedə
olduğuna görə geri dönməsin. O, belə qənaətə gəlmişdi ki, köləlik xətti vasitəsilə
özü və sektsiyası üçün Şimalın hörmətini satın almayacaqdır; lakin ləyaqəti əsas
götürərək qərara almışdı ki, qanun layihəsi düzgün deyildir, o, Cənubda dövlət
xadimliyinin ölmədiyini və ya Cənubun milli borc və şərəfdən əl çəkməyin arzu
Dostları ilə paylaş: |