150
olunmayan olduğunu millətə nümayiş etdirmək qayğısını çəkirdi. O, hiss edirdi ki,
bu məsələdə xüsusi əhəmiyyəti olan odur ki, Cənub hərəkətin dar sektsional
kursunun arxasınca getməyəcəkdir. İllər ərzində o, mübahisə etmişdi ki, Cənub
Demokratları Birləşmiş Ştatlar hökumətinin Vətəndaş müharibəsi ərzində irəli
sürdüyü vəzifələrin ləğv olmasını axtarmayacaqdır. Lamar Cənub Demokratları
arasında Corciyadan olan Senator Ben Hill istisna olmaqla, yeganə adam idi ki,
“Sərbəst Gümüş” hərəkatının əleyhinə çıxdı. Ben Hill demişdi ki, müharibə
ərzində onun etdiyi ən yaxşı şey o idi ki, Birliyin istiqraz vərəqəsini altmış sentə
almış, verdiyi altmış senti də itirmişdi, bu vaxt isə ona vəd edildiyi dolların
ödənilməsini istəyirdi.
Bir həftə sonra Blend Gümüş Billi axırıncı səs vermə üçün Senat qarşısında
qoyuldu. Debat sona çatanda gözlənilmədiyi halda Senator Lamar ayağa qalxdı.
Onun əlində heç bir qeyd nişanəsi yox idi, çünki o, Senatda nə vaxtsa mövcud
olmuş ən parlaq improvizasiya ilə çıxış edən natiqlərdən biri idi (“Qələm mənim
ağlımdakını söndürəndir” – o, deyirdi – və “əsəblərimə işgəncədir”). Qeyd əvəzinə
əlində Missisipi ştatının böyük möhürünü gəzdirən rəsmi sənədi tutmuşdu və bunu
səhifə-səhifə stolun üstünə qoyurdu. Öz kolleqalarına tərif dedikdən sonra Senator
Lamar izah etdi ki, Gümüş Billi barədə artıq öz baxışlarını bildirməsinə
baxmayaraq, o, “özünün bir borcunu da icra etməlidir; ən ağrılı cəhət olmasına,
baxmayaraq ki, aydındır”. Sonra o, xahiş etdi ki, stolunun üstünə qoyduğu
qətnamələr oxunsun.
Senat əvvəlcə təəccübləndi və sonra məmur Missisipi Qanunvericiliyinin
Blend Gümüş Billinə Senatorların səs vermələri barədə ekspress-iradəsini
oxuyanda, zalda diqqətəlayiq bir sakitlik yarandı. Məmur təlimatları oxuyub başa
çatdıranda, bütün gözlər Lamara dikildi, lakin bircə adam onun gözlədiyinə əmin
idi. Vaşinqtonun “Capitol” qəzetinin reportyoru bunu belə təsvir edir:
“Qəbul olunacaq qanun layihəsi ilə bu centlmenin utancaq mövqeyini nəzərə
alaraq, hər bir Senator o dəqiqəcə diqqət verməyə başladı və zal qəbir kimi
sakitliyə çevrildi”.
151
Senat zalında iri bədənli, lakin tənha fiqura olan Lutsius Lamar sakit, lakin
güclü səslə danışırdı, səs “emosiya ilə titrəyərək qalxırdı, onun bədəni də təşviqata
uyğun qaydada yırğalanırdı”.
“Mister Prezident, bu qətnamələrlə mənim əqidələrim arasında böyük
uçurum vardır. Mən onları qəbul edə bilmərəm... Mənim vəziyyətimin üzərində
gənclikdə təhsilə kömək etmək imtiyazım olduğundan, mən daim çalışmışam ki, öz
inamım və həqiqət saxtakarlıqdan, vicdanlılıq siyasətdən, mərdlik qorxaqlıqdan
yaxşı olduğuna görə onları ifadə edim. Bu gün aldığım dərslər mənə qarşıdır. Bu
gün mən ya düzgün, ya da saxta, vicdanlı və ya hiyləgər, öz xalqına sədaqətli ya da
sədaqətsiz olmamalıyam. Hətta bu saat onların qanunvericiliyinin narazılığı və
bəyənməməsi qarşısında da olduğum bir vəziyyətdə mən bu qətnamələrə səs verə
bilmərəm.
Öz səsimin səbəblərini mən öz xalqıma izah etməliyəm. Onda bu onlara qət
etməyə imkan verəcəkdir, vicdanlı şəkildə öz məsləkimə sadiq olmağım onları
təmsil etməyi dayandıracaqdır. Çətin və mürəkkəb məsələ barədə rəy
müxtəlifdirsə, ona görə mənə səbir, uzun davam edən və vicdanlı qaydada
öyrənmək lazım gəldi, buna bütöv vicdanlılığı və məqsədimin yeganəliyini tabe
etmişəm, buna görə mən qüdrətli Allahın mənə verdiyini sərf etməklə, sizdən
ayrıldığımı bildirirəm;... lakin onların iştirakı ilə qərar necə olacaqsa, həm də
bilirəm ki, həmin vaxt uzaqda olmayacaqdır ki, o zaman mənim bu günkü
hərəkətimin müdrik və ədalətli olduğunu onlar etiraf edəcəklər; və öz borcumun
vicdanlı məsləki ilə silahlanaraq sakitcə nəticələri gözləyəcəyəm, çünki böyük
Amerikanın “Həqiqət hər şeydən qüdrətlidir və ictimai ədalət şübhəsizdir”
kəlamına inanıram”.
Qanun layihəsinin hər iki tərəfində olan Senatorlar o saatca onun stolunun
yanına yığışdılar ki, igidliyini tərifləsinlər. Lamar bilirdi ki, onun natiqliyi və səs
verməsi, Blend Billinin çoxluğunun səsi ilə qəbul edilməsinin və prezident Heysin
vetosunu da keçərək onun sonradan qüvvəyə minməsinin də qarşısını ala
bilməyəcəkdir. Həm də onun məqsədli və qəribə bir mərd qaydada öz seçicilərinin
iradəsinə tabe olmaması da bütünlüklə əbəs deyildi. Bütöv Şimalda nitq yüksək
152
qaydada tərifləndi. Cənuba qarşı etimadsızlıq və onun milli borca və milli etibara
münasibətinə şübhə azalmışdı. “ Harper`s Weekly” Lamarın “öz ştatının möhkəm
və ümumi ictimai hissiyyatına” əks olaraq səs verdiyini qeyd edərək, bunu belə
yekunlaşdırırdı:
“Heç bir Senator mister Lamar kimi özünün ümumi hörmətə daha çox layiq
olduğunu göstərməmişdi; öz ştatının ən nüfuzlu etirazı qarşısında, öz prinsiplərinə
görə heç nə üçün daha bütöv insan kimi dayanmamışdı... Missisipidən Demokratik
Senator Amerikan dövlət xadiminə çevrilməklə kişilik mərdliyi göstərdi”.
“ The Nation” Lutsius Lamarın qısa çıxışını, öz ştatının təlimatlarına məhəl
qoymamasını izah etməklə, insanlığa, ləyaqətə, “Konqressdə heç vaxt ötüb
keçilməyən pafosa görə” nəşr etdi.
Əvvəlcədən irəlini görmənin baş tutacağı yəqin ki, görünürdü. Missisipidə
Senatora hücum qəfləti və güclü idi. O, öz xalqına və sektsiyasına arxasını çevirdi.
Bir siyasi natiqin sözlərinə görə, o, “çox tələsik düşmən sıralarına birləşdi,
beləliklə öz həlak olmuş yoldaşlarının qəbirlərinin üstündə büdrədi”. Köhnə dostu
Cefferson Deyvis Lamarı Qanunvericiliyin təlimatlarına məhəl qoymamaqla
“bizim siyasi sistemin əsasına” və Cənub Demokrat partiyasının uzun müddət
mövcud olan təcrübəsinə hücum edən kimi, onu dərindən yaralamaqla, ictimai
qaydada məhkum etdi. İmtina etmək, ya tabe olmaq, yaxud da vəzifədən istefa
vermək, onun seçiciləri belə qaydada “eləsini seçməli idilər ki, o, həqiqətən onları
təmsil etsin”. Deyvis deyirdi ki, idarə etmək üçün fərasətlilərin sayı barədə xalqın
tələbi vardır (Lamar öz keçmiş rəhbərinin münasibətindən ağır zərbə almışdı, lakin
bir neçə gün sonra bir qeydini işıqlandırdı. Bu vaxt Senator Hoar qanun tərəfindən
Deyvisə Meksika müharibəsinin iştirakçısı kimi verilən pensiyanı ləğv etməyə
çalışanda, Lamar Konfederat lideri barədə unudulmaz və müdafiə edici bir çıxış
etdi:
“Ser, bu heç bir mərdlik göstərməyi tələb etmir; mən inanıram ki, centlmen
xristian dövlət xadimləri arasında rütbə əldə edir. O, mifologiyanın səhifələrindən
daha yaxşı dərs ala bilər. Prometey qayaya mıxlananda, bu, qurbanın həyati
orqanlarına öz dimdiyi ilə işgəncə verən qartal deyildi, o quzğun idi”.
Dostları ilə paylaş: |