145
olmaqla, Demokrat Tildenin qələbəsi ilə çatdı. Heysin əvvəlcə öz məğlubiyyətini
filosofcasına itaətlə qəbul etməsinə baxmayaraq, onun köməkçiləri, Respublikaçı
“
New York Times” qəzeti ilə birlikdə Tildenin açıq dəqiq seçkisini yaxın rəqabət
aparan ştatlar olan Cənubi Karolina, Luiziana və Floridanın ittihamına görə şübhə
altına aldılar – və bu vaxt nəticəni belə dəyişməyə cəhd etdilər ki, Heysin
seçkisinin səslərinin həmin üç ştatın sakvoyaj hökumətindən əldə edilən kimi
qiymətləndirdilər və belə hesab etdilər ki, seçkiyə qayıtmaqla bunu düzəltmək olar.
Zorakılığın və diktatorluğun yayılması barədə şayiələrlə, Konqress əsasən olmayan
Elektoral Komissiya vasitəsilə bunu arbitraj qaydasında yoxlamaq istədi – və
Lutsius Lamar inanırdı ki, obyektiv mühakimə Respublikaçıların ucbatından hiss
olunan yalanı nümayiş etdirəcəkdir, bu qərarla razılaşdı ki, həmin tədbir faciəli
münaqişənin yenidən baş verməsinin qarşısını alacaqdır. Həmin konflikt isə onun
ruhunu qocaltmaqla yanaşı, baxışını genişləndirmişdi.
Lakin Komissiya bütünlüklə partiya xəttləri ilə hərəkət edəndə, müzakirə
edilən ştatları və Heysi prezident seçilməsi ilə mükafatlandırdı, Tildenə verilmiş
184 elektor səsinə qarşı Heysin lehinə 185 səs verilmişdi. Bu, Cənubu
qəzəbləndirdi. Respublikaçıların dörd ildən çox davam edən idarəçiliyi Cənubun
köləliyi və istismarı demək idi, dörd ildən çox müddətdə Cənub qarşısında
dayanan
öz taleyini və millətin içərisində müvafiq yerini alacaqdı. Lamar öz səsi ilə və
gələcək mövqeyi barədə verdiyi vədə görə, öz sektsiyasının şərəfi ilə alver etdiyinə
görə ittiham edildi. O, qorxaqlığına, öz ştatının mənafeyi naminə durmaqdan
qorxduğuna görə, o vaxt bu, vuruş mənasını verirdi, ittiham edildi; və o nəhayət
zəfərinin qanuni olaraq baş verəcəyi bir vaxtda öz xalqını və öz partiyasını tərk
etməkdə ittiham edildi. Onun düşmənləri qət etdilər ki, altı ilin keçməsi lazım
gələcəkdir ki, seçilmiş Senator Lamar yenidən seçilmək üçün hərəkət etməyə
məcbur edilsin, and içdilər ki, onun xəyanət etdiyi günü heç vaxt unutmayacaqlar.
Lakin qanun və vicdan adamı olan Lutsius Lamar bu vaxt həmin üzə
çıxarılanlardan yayına bilmədi, ancaq yaradılmasına kömək etdiyi komissiyaya
görə şok keçirdi. O, komissiyanın üzə çıxardıqlarını
müdafiə etdi, çünki inanırdı ki,
yalnız qüvvə Heysin inauqurasiyasının qarşısını ala bilər və bu, yenidən həmin
146
yolla səfər etmə bədbəxtliyi ola biləcəkdir. O, inanırdı ki, bu, Cənub üçün xeyli
yaxşıdır ki, - fitnəkarlığın acığına – bu hadisədə öz məğlubiyyətini qəbul etsin. O,
Heysin Cənuba güzəştə gedəcəyinə, bura hərbi işğal qüvvələrinin geri çəkilməsi və
aparıcı ştatlarda yerli idarə etməyə keçilməsi daxil idi, əldə edilməsinə inanmaqda
kifayət qədər ağıllı idi. Öz ştatına bu əsl xidmət belə bir vaxta təsadüf edirdi ki,
Cənub siyasətçilərinin çoxu açıq tabe olmamaq barədə danışırdılar, ona görə də
məsələ əsasən qaranlığa bürünmüşdü. Lakin müxalifətin qasırğasından hərəkətə
gəlməyənlər Missisipinin hər tərəfindən irəli axışdılar,
Lamar Senatda olduğu kimi,
qeyri-sektsional, tərəfdar olmayan bir dövlət xadimi kimi öz rolunu daha həlledici
sınaq üçün hazırladı.
Konfederatın heç bir digər yüksək vəzifəli qulluqçusu hələ Senata daxil
olmamışdı. Senatorlardan çoxu iyirmi il əvvəl Lamarın qatı sektsionalist
Konqressmen olduğunu unutmamışdı, o, öz yerindən istefa vermişdi ki, Ayrılma
barədə Missisipi Ordinansının layihəsini hazırlasın. Zaman onun geri dönməsi
üçün əlverişli deyildi. Respublikaçılar artıq Demokratları qiyamçılara və satqınlara
sığınacaq verməkdə ittiham edirdilər; və sektsiyalar arası etimadsızlığın
böyüməsinə Demokratik kömək Cənub demaqoqlarının dözülməz və qisascıl,
“yenidənqurmanın avaralardan düzəltdiyi serlərdən” ibarət yeni növünün tərbiyə
edilməsi idi.
Senator Lamar xəstə və yorğun olduğuna görə bütün 1877-ci ili evində
istirahətdə keçirəndə bir nəsil üçün millətin siyasi partiyalarından ötəri yeni
bədbəxtliyə çevriləcək hərəkat – “Sərbəst Gümüş” hərəkatı meydana çıxdı. Gümüş
qüvvələrinin Moiseyi olan Uilyam Ceninqs Brian hələ səhnədə görünməmişdi;
lakin Blend-Missuridən olan Demokratik təmsilçi, “Gümüş Disk” Blend
sikkəxanaya gətirilən bütün gümüşlərdən sərbəst sikkə düzəltməkdən ötəri öz
qanun layihəsi ilə açdığı bir yolla gedirdi. Qərbin gümüş mədənlərinin istehsalının
nəhəng qaydada artması, onun dəyərinin qızılla müqayisədə müvafiq olaraq aşağı
düşməsinə səbəb oldu, bu vaxt gümüş qüvvələrinin bircə niyyəti aydın, sadə və
çağırış xarakterli idi – qiyməti asanca şişirdilən pul olsun.