M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
22
Bütün bunlarla bərabər, ədəbi dilin formalaşmasın-
da ümumxalq dili dialektlərinin də xüsusi rolu olmuşdur.
Belə ki, bu və ya digər ədəbi dil ümumxalq dilinin müəy-
yən dialekti əsasında yaranıb inkişaf edir.
Lakin bu dil müxtəlif dövrlərdə əsasını təşkil etdiyi dialekt
çərçivəsindən kənara çıxır və ümumxalq dilinin başqa vasitələ-
rindən də istifadə edir. Azərbaycan ədəbi dili də belə bir tarixi
proses keçmiş və buna görə ədəbi dilimiz hazırkı heç bir dialek-
tin eyni deyildir. İndiki ədəbi dilimiz bütün dialektlərin yaxşı
cəhətlərini özündə əks etdirərək onların hamısından fərqlənir.
Müasir Azərbaycan ədəbi
dili özünəməxsus daxili
qaydalara və
ədəbi normalara malikdir. Normativlik ədə-
bi dildə başlıca şərtdir. Ümumi normalar olmadan ədəbi
dil də ola bilməz. Ədəbi normalar fikrin aydın, dəqiq ifadə
olunmasına, hamı tərəfindən eyni formada anlaşılmasına,
düzgün və vahid nitq yaratmağa kömək edir.
Ədəbi dilin normaları dilin bütün sahələrinə aid olur;
məsələn:
1) fonetik normalar;
2) orfoepik normalar;
3) leksik normalar;
4) onomastik normalar;
5) semantik normalar;
6) frazeoloji normalar;
7) derivatoloji
1
normalar;
8) morfoloji normalar;
9) sintaktik normalar;
10) üslubi normalar.
Nümunə üçün bunlardan leksik normaların tələbinə
nəzər salaq. Ədəbi dilin leksik normalarına görə, kobud,
1
Derivatologiya sözyaratma deməkdir.
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
23
loru və söyüş xarakterli sözləri ədəbi dildə işlətmək olmaz.
Müasir leksik normalara əsasən çətin ərəb və fars sözləri
ədəbi dilimizdə işlənmir.
Yuxarıda qeyd olunan
normalardan hər birinin
özünəməxsus çoxlu qaydaları vardır (bunlar kitabın mü-
vafiq bəhslərində geniş izah edilmişdir).
Ədəbi dilin normaları daimi deyildir. Bunlar dilin in-
kişafı ilə bağlı olaraq zaman keçdikcə təkmilləşib dəyişir
və zənginləşir. Müasir dövrün tələblərini ödəyə bilməyən
normalar sıradan çıxır, yeni tələblər əsasında yaranan zə-
ruri normalar isə dilə daxil olur. Hər bir yeni ədəbi norma
xalqın ruhuna uyğun yaradılır. Bu prinsipə müvafiq olma-
yan normalar dildə yaşaya bilmir və tez sıradan çıxır.
Ədəbi dilin orfoqrafik normaları dövlət tərəfindən təsdiq
olunur. Digər normalara da ictimaiyyət tərəfindən riayət edi-
lir. Bunların qanuniləşməsinə xüsusi fikir verilir. Ədəbi dil nor-
malarının sabitləşməsində və möhkəmlənməsində digər idarə
və müəssisələrlə yanaşı, ali məktəblərin də xüsusi rolu vardır.
Buna görə də ədəbi dilin təmizliyi və inkişafı üçün ali məktəb-
lərdə ədəbi normalara düzgün riayət etmək, onun sabitliyi uğ-
runda müntəzəm olaraq mübarizə aparmaq lazımdır.
Dostları ilə paylaş: