M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
62
Səs necə eşidilir? Əmələ gələn hər hansı səs dalğala-
rı insanın qulaq seyvanına təsir edir. Bu ünsür səs dalğa-
larını toplayır. Həmin səs dalğaları xarici eşitmə yolu ilə
keçib qulaq pərdəsinə çatır. Çox həssas olan qulaq pərdə-
si təzyiq nəticəsində içəriyə doğru əyilir.
Bu zaman orta
qulaqdakı eşitmə sümükcükləri – çəkic, zindan, üzəngi işə
düşür, səs təzyiqinin artmasına
və eyni zamanda,
qulaq
pərdəsinə gələn dalğaların daxili qulağa keçməsinə kömək
edir. Daxili qulaqda ilbizvarı membran vardır. Buraya ça-
tan dalğalar membranı hərəkətə gətirir. Bu zaman mem-
bran
eşitmə əsəbləri ilə əlaqələnir,
bunun nəticəsində də
qıcıqlanma əmələ gəlir və bunlar (qıcıqlanmalar) beyində-
ki eşitmə mərkəzinə ötürülür.
Beləliklə, səs eşidilir.
DANIŞIQ ÜZVLƏRİNİN VƏZİFƏLƏRİNƏ
GÖRƏ BÖLGÜSÜ
§23. Səsin əmələ gəlməsində danışıq üzvləri müxtəlif
vəzifə daşıyır. Buna görə də onlar iki yerə bölünür: idarə
edən, icra edən.
Əsəb sistemi – bütün danışıq üzvlərini idarə edir.
Əsəb sisteminin
– beynin fəaliyyətdən düşməsi nəticəsin-
də digər danışıq üzvləri də anormal vəziyyət alır.
İnsan beyni mürəkkəb quruluşa malik olub, bir neçə
şöbədən ibarətdir. Beynin iki (sağ və sol) yarımkürəsi var-
dır. Sol yarımkürə sağ yarımkürədən böyükdür. Mərkəzi
xətlər, əsəb sistemi mövcud olan beyin yarımkürələrində
Dostları ilə paylaş: