3. Ağız boşluğu. Ağız boşluğu arxadan udlaq boşluğu
ilə hüdudlanır. O öz forma və həcmini daha çox dəyişməyə
qadirdir. Ağız boşluğu dilin hərəkəti ilə qeyri-bərabər his-
sələrə bölünür, alt çənənin aşağı düşməsi ilə daralır, ordun
daxili əzələlərinin hərəkəti ilə eninə dəyişilir və s.
Ağız boşluğu rezonatorların ən başlıcasıdır. Belə ki,
nitq səsləri burada formalaşır. Ağız boşluğu səsin müxtəlif
formaya düşməsi üçün, bir növ, laboratoriyadır. Ağız boş-
luğu udlaq boşluğundan gələn zəif səsləri qəbul edərkən
öz vəziyyətini dəyişməklə onları müəyyən qədər qüvvət-
ləndirir və müxtəlif rəngə salır. Dildəki sait və samitlər,
onların müxtəlif növləri, əsasən, ağız boşluğunun fəaliyyə-
ti nəticəsində yaranır. Deməli, ağız boşluğunun rezonator
vəzifələrindən biri səsin formalaşmasına xidmət etməkdir.
Səsin yaranması və formalaşmasında nitq rezonator-
larının (ağız, burun, udlaq boşluqları) rolu müxtəlif olur,
lakin vəhdət halında fəaliyyət göstərir.
4. Dil. Danışıq səslərinin
formalaşmasında iştirak edən
çox mühüm üzvlərdən biri
dildir. Dil mürəkkəb əzələlər
sistemindən ibarətdir. Bu
əzələlərin bir qrupu ancaq di-
lin gövdəsini əsasa birləşdirir
və onun hərəkətini təmin edir.
Şəkil 3. Səslərin
formalaşmasında iştirak edən
bəzi üzvlərin hissələri
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
70
Digəri isə dilin gövdəsinin ayrı-ayrı hissələrinin müxtəlif
formaya düşməsinə xidmət edir.
Quruluşuna görə dilin gövdəsi dörd yerə bölünür:
dil ucu, dilyanları, dildibi və dilüstü.
Dilüstü də şərti olaraq 3 yerə ayrılır: dilönü, dilortası
və dilarxası.
Dil elastiki xarakterə malikdir. O, ən çox hərəkət edən,
mütəhərrik üzvdür. Onun hərəkətinin istiqaməti şaquli (di-
lin ortası yuxarı qalxır, aşağı enir) və üfüqi (dil irəli uzanır,
geri çəkilir) olur ki, bunun da nəticəsində rəngarəng səslər
yaranır. Lakin demək lazımdır ki, dilin bütün hissələri eyni
dərəcədə hərəkət etmir. Dilin önü başqa hissələrə nisbətən
daha mütəhərrikdir. Bu, fəaliyyətdə olarkən müxtəlif və-
ziyyətlər alır. Belə ki, uzanıb ağızdan kənara çıxa bilir, dil-
ucu nazikləşib yanlara enlənir; üst dişlərin dibinə toxunub
geri əyilir və sair. Dilönünün belə müxtəlif vəziyyətlər ala
bilməsi əsasında danışıq üçün çox zəruri olan [t], [d], [l],
[r], [s], [z] və s. səslər əmələ gəlir.
Dilin orta hissəsi dilönünə nisbətən zəif hərəkət edir.
Lakin müxtəlif səs tələffüzündə bu hissənin də hərəkəti zə-
ruridir. Dilin ortası yuxarıya doğru qabarır və sərt dama-
ğa yaxınlaşır. Belə vəziyyətdə [g], [k] kimi səslər meydana
çıxır. Dilin ən az hərəkət edən hissəsi dilarxasıdır. Dilarxası
bir sıra səslərin tələffüzündə böyük əhəmiyyətə malikdir.
Dilin bu hissəsi yuxarı qabarır, geri, udlaq boşluğu-
na tərəf çəkilir. Ağızda belə vəziyyət alındıqda [q], [ğ], [x]
səsləri yaranır.
5. Dişlər. Bu üzv çənələrdə yerləşərək iki cərgə təşkil
edir: alt dişlər və üst dişlər. Danışıq səslərinin əmələ gəl-
məsində dişlərin rolu heç də az deyil. Bunlar bir sıra səslə-
rin yaranması və formalaşmasına kömək edir. Məsələn, [d]
səsinin tələffüzündə dilin ucu üst dişlərin iç tərəfinə toxu-
nur. Əgər belə olmasa, həmin səs yarana bilməz. Deməli,
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
71
dişlər bəzi səslərin əmələ gəlməsində xüsusi əhəmiyyət
kəsb edib, dilin ucu üçün söykənəcək olur.
Dostları ilə paylaş: |