M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
9
xüsusiyyətləri haqqında yığcam xülasə verilmişdir. Bundan
sonra ayrı-ayrı bölmələrdə dilin fonetik və lüğəvi xüsusiy-
yətləri şərh edilmişdir. Bütün bölmələr və bunlara aid olan
hissələr bir-biri ilə qarşılıqlı əlaqədə izah olunmuşdur.
Əsər yazılarkən dünya dilçiliyinin
nailiyyətlərindən
istifadə edilmişdir. Bu və ya digər bir məsələni əyani ola-
raq göstərmək üçün misallar həm yazılı
ədəbiyyatdan,
həm də folklor nümunələrindən seçilmişdir.
Bu kitabın bir sıra bölmələri müasir ədəbi dilimizin az
tədqiq olunmuş sahələrinə həsr edildiyindən, şübhəsiz ki,
nöqsansız deyildir. Müəllif əsərin gələcək nəşrinin daha da
təkmilləşməsinə dair xeyirxah tənqidi qeydlərini göstərən
yoldaşlara qabaqcadan öz razılığını bildirir.
İkicildliyin çapa hazırlanan II kitabında Azərbaycan
ədəbi
dilinin morfologiya, sintaksis
və durğu işarələrinə
dair məsələlərin şərh edilməsi nəzərdə tutulmuşdur.