M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
12
etmək olur. Bu dil elmi, siyasi, fəlsəfi fikirləri çox aydın ifa-
də etməyə qadir olduğu kimi, bədii təfəkkürün gözəl nü-
munələrini yaratmaq üçün də çox yararlıdır.
Eyni zamanda, dünya mədəniyyəti xəzinəsinə qiymətli
hədiyyə kimi daxil olan və onu zənginləşdirən M.Füzulinin
məşhur “Leyli və Məcnun” poeması, M.F.Axundovun ko-
mediyaları və bir çox misilsiz sənət əsərləri həmin dildə –
Azərbaycan dilində yaranmışdır.
Fəlsəfi-siyasi əsərlər də
bu dildə çox gözəl səslənir.
Azərbaycan
dilinin gözəlliyi,
onun zənginliyi və di-
gər xüsusiyyətləri tarixən bir sıra görkəmli şəxsiyyətlərin
nəzər-diqqətini özünə cəlb etmişdir.
Böyük rus şairi M.Y.Lermontov Azərbaycan dili haq-
qın da demişdir: “...Mən bir çox dağlar aşdım, Şuşa, Quba və
Şamaxı şəhərlərində oldum... azərbaycanca öyrənməyə baş-
ladım; həmin dil burada və ümumiyyətlə, Asiyada fransız
dilinin Avropada olduğu qədər zəruri bir dildir”.
Məşhur şəxsiyyətlərdən Bestujev-Marlinski və başqa-
ları da Azərbaycan dilinin əhəmiyyətindən bəhs etmişlər.
Görkəmli ictimai xadim Sultanməcid Qənizadə Azərbay-
can dili haqqında yazmışdır: “Həqiqətən bu dil (Azərbay-
can dili –
A.Q.) öz təbiətinə görə çox elastikidir və asanlıq-
la zərif üslubi formalara düşmə bacarığına malik olmaqla
öz xüsusiyyətləri ilə fəxr edə bilər.
Bu xüsusiyyətlər öz
mahiyyətlərinə görə çox maraqlıdır... Buradakı
xüsusiy-
yətlərə bənzər hadisələrə hər hansı bir başqa dildə az təsa-
düf etmək olar”.
Azərbaycan dili mənşəcə
müasir türk dillərinə
məx-
susdur.
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
13
Dostları ilə paylaş: