A. A. Baki- 009 Redaktor : Əməkdar elm xadimi professor M.İ.İsayeva Ali məktəb tələbələri üçün dərslik



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix05.02.2018
ölçüsü1,04 Mb.
#25486
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

107 

Palnomaqnitologiyanın  əsas məsələlərindən biri, geoloji 

dövrün bütün mərhələləri üçün baş verən geomaqnit inver-

siyanın zaman ardıcıllığının qurulmasından ibarətdir. Belə 

ardıcıllıqla  şkalanın qurulması bir neçə üsulla mümkündür: 

üsulun seçimi isdədiyimiz dəqiqliyin dərəcəsilə, ardıcıllığın 

tamlığı ilə və inversiyanın təyinetmə imkanları ilə təyin olunur. 

Belə ki, geomaqnit inversiya hadisəsi qlobaldır, düzünə 

və  əksinə maqnitlənən  əmələgəlmələr dünyəvidir, dəqiq 

stratiqrafik və xronoloji korrelyasiyaya malik olmalıdır.  

Əgər maqnit qütbləşməsi təyin olunan süxur nümu-

nələrinin yaşı fiziki üsullarla təyin oluna bilərsə, onda 

geomaqnit sahənin inversiyası prinsip etibarilə təmiz xronoloji 

şkala kimi qurula bilər. Belə  şkalaya maqnitoxronoloji şkala 

deyilir. Bu yaxınlaşma geomaqnit sahənin inversiyasının 

tarixinin öyrənilməsində o vaxt düz olur ki, epoxanın davam 

etdiyi müddətdə geomaqnit qütbləşmənin saxlanma müddəti 

yaşın təyin olunma xətasından çox olsun. 

Maqnitoxronoloji şkalanın qurulması kali-arqon üsulunun 

inkişafından sonra mümkün oldu, bu da imkan verdi ki, 

vulkanogen süxurlarda başlıca olaraq maqnit qütbləşməsi təyin 

olunan əsas axınların yaşını çox dəqiqliklə təyin etməyə imkan 

verdi. 

İkinci üsul geomaqnit inversiyanın tarixinin izlənməsidir. 



Bu okean dibində  xətti anomaliyanın öyrənilməsində  və bu 

anomaliyanın uzanma istiqamətinə çarpaz istiqamətdə 

profillərin qurulmasından ibarətdir. Belə profillərin interpre-

tasiyası düzünə  və  əksinə maqnitlənən anomaliya yaradan 

kütlələrin ardıcıllığını verir, və okean dibinin genişlənməsi 

konsepsiyasına uyğun olaraq geomaqnit sahənin xronoloji 

yazısını göstərir. Okean dibinin genişlənməsinin sürətini bilərək 

və bu anomaliyaların bəzilərinin yaşını bilərək geomaqnit in-

versiyanın anomal şkalasını qura bilərik. 

Okean dibinin çöküntülərində qazılan quyulardan çıxarı-

lan nümunələrdə  kəsiliş üzrə aparılan paleomaqnit tədqiqatlar 

və okean dibi quyu kalonkaları geomaqnit  inversiyanın 

tədqiqinin üçüncü qaydası adlanır. Okean dibinin 

108


süxurlarının yaşının cavan olduğundan, yalnız yura dövründən 

geomaqnit sahənin inversiyası  şkalasının qurulması mümkün 

olmuşdur. 

Dördüncü qayda tam olan kəsilişlərdə çökmə və vulkano-

gen-çökmə süxurlarında paleomaqnit tədqiqatları aparmaqla 

maqnitostratiqrafik  şkala qurulur, sonra ərazilər üçün 

müqayisələr edilərək ümumi maqnitostratiqrafik şkala tərtib 

olunur və sonra onları qlobal miqyasda birləşdirirlər. 

Geomaqnit sahənin inversiyasının ən güclü sübutu çökmə 

və vulkanogen qatların kəsilişində birqütblü zonaların (düzünə 

və  əksinə maqnitlənən zonaların) böyük ərazilər üçün 

sinxronluğudur. 

 

2.14. Birləşmiş təmizləmələr 

Uzun illərin təcrübələri ilə sübut olunub ki, vaxta görə 

təmizləmə (müvazinətləşdirmə üsulu) hər bir h; t; və  l 

təmizləmədən qabaq aparılması vacibdir. Kimyəvi təmizləmə 

qızma ilə uyğun olaraq (qızmadan qabaq, yaxud sonra) çox 

yaxşı  nəticə verir (səmərəlidir). Məs., Tuvanın qırmızı  rəngli 

(silur devon yaşlı) h təmizləməyə 64 10

3

 A/m sahəyə qədər da-



vamlıdır və t təmizləmə 600

0

 C- yə  qədər temperaturda qız-



dırıldıqdan sonra bu nümunələrə 10n sulfat turşusu ilə  təsir 

etdikdə  aşağıdakı xassələr aşkar edilmişdir. Süxurun kislatada 

37-dən 1375 saata qədər saxlandıqdan sonra 

Ι

n



 0,74-0,18 qədər 

başlanğıc qiymətindən aşağı düşmüşdür, maqnitlənmə vektoru 

Ι

n

 öz istiqamətini bir neçə  dərəcədən 180



0

 - yə  qədər 

dəyişmişdir. Sonrakı t təmizləmə 

Ι

n  



vektorunun istiqamətini 

ilkin istiqamətdən daha çox dəyişmişdir (şəkil 33).  

Təmizləmənin nəticəsində maqnitlənmə vektoru 

Ι



iki 

qrupa bölünür, təxminən əks istiqamətdə (şəkil 34), ancaq tem-

peratur təmizləmə təkcə bu effekti vermədi. 

 

  




109 

 

 



Şəkil 33

Ι



n  

vektorunun təmizləmə prosesində 

istiqamətinin dəyişməsi.  Təmizləmə: 1-kimyəvi; 2- temperatur. 

 

 



      

Şəkil  34.

 

Ι



n  

vektorunun paylanması: (a) təmizləməyə 

qədər; (b) birləşdirilmiş temperatur və kimyəvi təmizləmədən 

sonra. 


 

 

Bu üsulu 



Kazan Universitetinin 

110


maqnitoloqları  tərəfindən  istifadə edilərək qırmızı  rənglilərin 

ilkin 


Ι

n  


maqnitliyində 

Ι

rs



 və

  

Ι



ro  

komponentlərinin əhəmiyyətini 

qiymətləndirmişlər. Bunun üçün nümunələr 8

⋅10


3

 A/m sahədə  

h təmizləmədən keçmiş, sonra isə t təmizləmə 150-200

0

 C 



aparılıb. Belə birləşdirilmiş ikipilləli təmizləmə vulkanik 

süxurlar üçün geniş istifadə olunur. (8÷12) 10

3

 A/m sahədə h 



təmizləmə bütün stabil olmayan komponentləri yox edir və 

Ι

n  



vektoru özünü birkomponentli maqnitlənmə kimi aparır, 

istiqaməti isə üstünlük təşkil edən istiqamətə uyğun gəlir. 

Sonrakı qızdırma əvvəlcə ikinci maqnitlənməni dağıdır və ilkin 

yüksək temperaturlu qədim maqnitlənməni saxlayır. Onun 

qiyməti bəzən ilkin maqnitlənmənin 10%-dən azını təşkil edir. 

Beləliklə, burada maqnitlənmənin üç fazasını ayırmış oluruq. 



 

2.15. Təmizləmənin nəticələrinin göstərmə yolları  və 

onun təhlili 

Süxurların qalıq maqnitliyi vektoru kəmiyyət olduğundan 

təmizləmə prosesində 

Ι

n  



maqnitliyinin dəyişməsi onun 

qiymətində  və istiqamətində özünü göstərməlidir. Nəticələrin 

qrafik  şəkillində verilməsi D; J; və 

Ι

n  



nin dəyişməsinin 

temperatur və  təsir edən maqnit sahəsinin gərginliyindən 

asılılığı kifayət qədər informasiyaya malik deyil, çünki bu halda 

vektor yalnız skalyar qiymətlə xarakterizə olunur. 

Maqnitsizləşmənin nəticələrini təsvir etmək üçün yüksək 

informasiyaya malik olan üsullardan biri Ziyderveld 

diaqramıdır. Bu maqnitsizləşdirmə diaqramda özünü 

Ι

n  



vekto-

runun iki ortoqonal proyeksiyasını  təsvir edir, bir proyeksiya 

şaquli meridian müstəvisində (X və Z oxları üzərə),  digəri 

horizontal müstəvi üzrə (X vəY tərkib hissələri üzrə) yönəlir. 

Hər iki proyeksiya bir ümumi  şimal cənub oxa malikdir (X 

oxu). Təmizləməni bu üsulla nümayiş etdirmə  aşağıdakı im-

kanlara malikdir; təcrübənin istənilən anında diaqramdan düz 

xətli hissəni ayırmaq olar, bu hissə birkomponentin olduğunu 

göstərir və istiqamətini diaqramdan götürmək olar. Ayrılan 

düzxətli hissə 

təcrübənin sonunda 

koordinat 

başlanğıcına yönəldiyi onu göstərir ki, 

Ι

n   



stabil 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə