A. Bakıxanov (1794-1847)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/85
tarix04.12.2017
ölçüsü2,8 Kb.
#13843
1   ...   10   11   12   13   14   15   16   17   ...   85

28 
 
müdaxilə  edirdilər.  O  dövrün  hadisələrini  qeyd  edən  tarixçi  Tatsitin
30
 
yazdıqlarından ən məĢhuru budur: Qeysər Tiberi öz səltənəti zamanında Ġveriyada 
səltənət sürən Farazmanın qardaĢı Mitridadı Ermənistan əyalətinə təyin etdi. Lakin 
Ermənistan  səltənətinə  göz  tikmiĢ  parfyan  padiĢahı  Artaban  bu  iĢə  razı  deyildi. 
Farazman,  albanlarla  bərabər  Mitridada  kömək  edirdi.  Dağıstan,  ġirvan  və  indiki 
Gəncə mülkü adlanan Qarabağ dərəsi yolu ilə Sərmat tayfasından onun köməyinə 
qoĢun gətirdilər, bu iĢ yaxĢı nəticə verdi. Ġran vilayətlərindən bir çoxu Parfyan və 
Ermənistan sultanlarının əlində idi; Albaniya da ermənilərin ixtiyarında və istilası 
altında idi. 
Erməni  tarixçisi  Çamçiyan  deyir:  Ermənistan  padiĢahı  ArtaĢes  Sanatruk 
oğlu, miladın 88-ci ilində Alan, yəni Muğan səhrasında birləĢmiĢ Alan, Dağıstan, 
Kuhistan  iveriyalıların  bəzisi  ilə  müharibəyə  giriĢərək  onlara  qalib  gəldi.  Alan 
padiĢahının oğlu Saten əsir alındı. Erməni qoĢunundan bir dəstə Kürün sol tərəfinə 
də keçmiĢdi. Alan padiĢahı sülh etmək istərdi. Onun qızı Satenek Kürün kənarına 
gəlib, çayın o biri kənarında olan ArtaĢes isə mütərcim vasitəsilə danıĢığa baĢladı 
və  dedi:  “Ey  ağıllı  və  güclü  padiĢah!  Rəva  deyildir  ki,  qardaĢımın  öldürülməsi 
üzündən  iki  Ģövkətli  və  əzəmətli  padiĢah  arasında  daimi  ədavət  düĢsün”.  ArtaĢes 
(bunu  eĢidib)  Kürdən  keçdi,  üz-üzə  onunla  danıĢığa  baĢladı,  onun  kamal  və 
camalına  aĢiq  oldu.  Sonra  öz  qoĢununun  sərdarı  Sumbatı,  qızın  atası  Alan 
padiĢahının yanına elçiliyə göndərdi. Qohumluq baĢ tutdu, Saten azad edildi və hər 
iki padiĢah da öz hökumət mərkəzlərinə qayıtdılar. 
Bir zaman keçdikdən sonra, Alan padiĢahı vəfat etdi və onun sərdarlarından 
biri səltənətə keçdi. Saten qaçıb ArtaĢesə pənah apardı, o da Sumbatı külli qoĢunla 
onun köməyinə göndərdi. Böyük bir vuruĢma oldu, səltənəti qəsb edən sərdar türk 
ölkəsinə qaçdı. Sumbat onu Dərbəndin o tərəfinə qədər təqib etdi. Fəth və zəfərə 
nail oldu. Onun qoĢunlarından bir çoxunu öldürdü və bir çoxunu da əsir aldı. Onlar 
Ermənistan  ölkəsində  Ağrı  dağının  ətrafında  yerləĢmiĢdilər.  Saten  öz  atasının 
mülkündə müstəqil oldu. Qaziqumuq Ģəhəri ətrafında bir kəndlə bir dağın indi də 
Sumbat adı ilə məĢhur olması bu mətləbi təsdiq edir. 
Ermənistan padiĢahı Xosrovu,  miladi 258-ci  ildə  öz  əmisi  oğlu  Anak, Udi 
Ģəhəri yaxınlığında hiylə ilə öldürüldü. Xosrovun vərəsələri də Anakı bir çox övlad 
və tabeləri ilə bərabər öldürdülər. Anakın iki kiçik yaĢlı oğlunu lələlər götürdülər; 
böyüyü  həzrət  Corcisi  Qeysəriyyəyə,  kiçiyi  Sureni  də  bibisinin  -  Haptaq  padiĢahı 
CavanĢirin  arvadının  yanına  gətirdilər.  Sonra  Suren  39  il  Dərbənddə  hökmranlıq 
etmiĢdir. Xosrovun qətlindən sonra, Ermənistan ölkəsində iğtiĢaĢ baĢlandı, ƏrdəĢir 
Sasani  bu  ölkəni  istila  etməyə  və  Xosrovun  nəslini  kəsməyə  qalxıĢdı.  Bu  zaman 
Ermənistan  əmirlərindən  Artavazd  Xosrovun  oğlu  Tiridatı  götürüb  Qeysəriyyəyə 
qaçdı. 
                                                           
30
  Tatsit  –  məĢhur  Roma  tarixçilərindəndir,  I  əsrin  ikinci  yarısında  anadan  olmuĢ  və  II  əsrin  birinci 
rübündə vəfat etmiĢdir. 
 


29 
 
Tiridat  çox  qüvvətli  və  Ģücaətli  idi,  əsgəri  xidmətə  girərək  yüksək  Ģöhrətə 
malik  oldu.  Axırda  Roma  qoĢunu  ilə  gəlib  Ermənistan  ölkəsini  aldı.  Daha  sonra, 
289  və  290-cı  illərdə  Ġveriya,  Əğvan  və  Massageteni  ələ  keçirdi.  Sumbat 
övladından  Sumbat  adlı  birini  göndərib,  Alan  padiĢahının  qızı  ƏĢkəni  aldı.  II 
Xosrov  bundan  olmuĢdur.  Əğvanlar  ikinci  dəfə  iğtiĢaĢa  baĢladıqları  üçün  Tiridat 
yenə gəldi.  Hər iki tərəfdən çoxlu qoĢun toplandı; Muğan səhrasında çox Ģiddətli 
bir  müharibə  oldu.  Ermənilərin  böyük  sərdarı  qoca  Artavazd  öldürüldü.  Tiridat 
bundan  qəzəblənərək,  özü  müharibəyə  giriĢdi.  Alanda  doğulmuĢ  Baslas  padiĢahı 
cəsur  Katarhun,  Tiridata  bir  kəmənd  atdı.  Tiridat  kəməndi  kəsib  onu  öldürdü. 
Xülasə,  əğvanlar  məğlub  oldular.  Tiridat  onları  təqib  etdi.  Nəsl  və  qaynayıb-
qarıĢma səbəbilə bir tayfa hesab edilən alan, baslas, haptaq və hunları özünə tabe 
etdi. Onlardan girov alıb geri qayıtdı. Bundan sonra, sasanilərdən Hürmüzün oğlu 
ġapur ilə müharibəyə baĢladı. Azərbaycanı aldıqdan sonra, onunla barıĢdı... 
VaqarĢapat  Ģəhərini  Ermənistan  padiĢahı  VaqarĢ  miladi  II  əsrin  axırında 
bina etmiĢdi. Tiridatın vəfatına qədər bura Ermənistanın paytaxtı olmuĢdur; indiyə 
qədər də ermənilərin böyük xəlifəsinin (patriarxının) oturduğu yerdir. 
Məhəmməd  Əvvabi  AqtaĢi  (AğdaĢlı),  hicri  XI  əsrin  əvvəllərində  ġamxal 
Çoban  bəy  Gəray  xan  oğlunun  xahiĢinə  görə,  Ġndiri  kəndində  ixtisarla  farscadan 
türkcəyə  tərcümə  etdiyi  Dərbəndnamədə  deyir:  Türklərlə  iranlılar  arasında  daimi 
müharibə getdiyindən ġirvan, Ermənistan və Azərbaycan ölkələrinə onlardan zülm 
və  təxribat  yetiĢirdi.  Ġran  padiĢahı  Qubad  Firuz  oğlu  Sasani,  paytaxtı  Atil  çayı 
kənarında olan Xəzər padiĢahı Xaqan ilə barıĢıb, onun qızını aldı. Xaqanın 400000 
nəfər  qoĢunu  var  idi.  Moskva,  Noqrad  -  ehtimal  ki,  Novqorod  olsun  -  və  bütün 
ruslar ona (Xaqana) xərac verirdilər. Bundan sonra Qubad elçi göndərib, istədi ki, 
iki ölkənin arasında bir sədd çəkdirsin. Xaqan da buna razı oldu. Qubad tarixlərdə 
görmüĢdü  ki,  müqəddəs  hesab  edilən  Dərbənddə  Ġskəndər  Zülqərneynin  səddi 
olmuĢdur. Deyirlər ki, bu səddin bir mil qədəri Xəzər dənizinin içində olub, qalan 
hissəsi isə Qara dənizə qədər uzanıb getmiĢdir. Qubad əmr etdi ki, hasarı torpağın 
və  qumun  altından  çıxarıb  təmir  etsinlər.  Hasarı  Təbərsəranın  yuxarısına  qədər 
çəkib, ona dəmir qapılar saldılar. Bundan sonra Dərbəndin cənub tərəfindəki divarı 
çəkdirdi  və  Ģəhərin  binasını  qoydu.  Bu  iĢlərin  hamısı  yeddi  ildə  tamam  oldu.  ĠĢ 
bitdikdən  sonra,  xəzərilərin  çox  qüvvətli  olmasına  baxmayaraq,  onların  bu 
möhkəm  hasara  əl  tapa  bilməyəcəklərinə  arxayın  oldu.  Xaqanın  qızını  atasının 
evinə  geri  qaytardı  ki,  nəslin  qarıĢması  üzündən  ölkənin  iĢlərinə  ixtilal  yol 
tapmasın.  
Deyirlər  ki,  bu  səddi  Qubaddan  əvvəl  Bəhrami-Gurun  oğlu  Yəzdicird  də 
təmir etdirmiĢdir. Bu təmir NuĢirəvan dövründə tamam oldu. Qubad və NuĢirəvan 
- hər ikisi Ġran vilayətlərindən müxtəlif xalqları köçürüb bu ölkədə bir çox Ģəhər və 
kənd bina etdirmiĢdir. NuĢirəvan atasının səltənəti dövründə xeyli zaman bu ölkədə 
yaĢamıĢdır.  O,  Dərbənd  səddindən  əvvəl  (Xəzərlər  səddi  də  adlanır)  Ġsfəndiyar 
GüĢtasib oğlunun dənizdən dağa qədər çəkdirdiyi Alğon səddinin uçulan yerlərini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə