A. Bakıxanov (1794-1847)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/85
tarix04.12.2017
ölçüsü2,8 Kb.
#13843
  1   2   3   4   5   6   7   8   9   ...   85



 
A.Bakıxanov 
(1794-1847) 
 
 



 
«Gülüstani-Ġrəm» əsərinin ön sözü 
 
Azərbaycan  ədəbiyyatının  görkəmli  simalarından  biri  olan  A.  Bakıxanov  istedadlı 
alim,  filosof və Ģairdir. O, qiymətli  elmi  əsərlərilə Yaxın ġərq və o cümlədən Azərbaycan 
elminə  çox  mühüm  yeniliklər  gətirmiĢdir.  A.  Bakıxanov  elmi  və  fəlsəfi  əsərlərində  öz 
vətəninə və xalqına xidmət etmək məqsədini izləmiĢdir. 
A. Bakıxanov 1841-ci ildə özünün məĢhur «Gülüstani-Ġrəm» əsərini yazıb qurtarır. 
Bu əsər zəngin tarixi mənbələrə istinadən yazılmıĢdır. - «Gülüstani-Ġrəm» A. Bakıxanovun 
tarix elminə baxımını göstərən qısa, dolğun məzmunlu bir müqəddimə ilə baĢlanır. Burada 
müəllif  keçmiĢ  tarixi  dövləri  bəĢəriyyət  üçün  zəngin  həyat  təcrübəsi  kimi  qiymətləndirir, 
indiki  və  gələcək  həyatı  yaxĢı qura  bilmək  məqsədilə bu təcrübədən istifadə etməyi lazım 
görür.  Müqəddimədə  habelə  Azərbaycanın  və  Dağıstanın  qısa  coğrafi  təsviri,  bu  ölkələrin 
xalqlarının mənĢəyi, dili və dinləri haqqında məlumat verir ki, əsərlə tanıĢ olanlar bu hissəni 
əsərin  ən  qiymətli  cəhətlərindən  biri  hesab  edirlər.  Azərbaycan  və  Dağıstan  xalqlarının 
tarixini A. Bakıxanov mühüm tarixi hadisələrə əsasən beĢ dövrə ayırır və buna uyğun olaraq 
əsərini də beĢ fəslə bölür. 
Birinci  fəsildə  «Tarixi-təbəri»,  «Tarixi-Güzidə»,  «Nizamüt-təvarix»  kimi  qədim 
ġərq  mənbələrinə  əsasən  Nuhun  tufanı,  onun  övladları,  Yasəf,  Yəcuc  və  Məcuc,  skiflər, 
massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti və sair haqqında 
məlumat verilir. 
Ġkinci fəsil Azərbaycan və Dağıstanın ərəblər tərəfindən istila olunması, ərəblərin bu 
ölkələrdə  hakimiyyəti,  vətənin  istiqlaliyyəti  uğrunda  Babəkin  üsyanı  kimi  məsələlərə  həsr 
olunmuĢdur. Lakin Babək üsyanı haqqında verilən məlumat səthidir. 
Üçüncü  fəsil  hülakülərin  və  teymurilərin  hakimiyyəti  dövrünü  iĢıqlandırır  və 
ĢirvanĢahlar  haqqında  məlumat  verir.  Bu  fəsildə,  eyni  zamanda,  ağqoyunlular  və 
qaraqoyunlular  haqqında,  məĢhur  alim  Xacə  Nəsirrəddin  Tusinin  fəaliyyəti  haqqında 
maraqlı məlumata da rast gəlirik. 
Dördüncü  fəsil  Səfəvi  padĢahlarının  və  onların  süqutundan  sonra taxta  çıxan  Nadir 
Ģah ƏfĢarın hökmranlıq illərinə həsr edilmiĢdir. Bu fəsildə Türkiyə və Rusiya qoĢunlarının 
Dağıstan  və  Azərbaycana  hücumları,  Təbrizin  yaxınlığında  gedən  məĢhur  «Çaldıran» 
döyüĢü haqqında zəngin məlumat verir. 
BeĢinсi  fəsil  Nadir  Ģahın  ölümündən  «Gülüstan»  sülhünə  qədər  60  illik  bir  dövrü 
əhatə  edir.  Bu  fəsildə  Azərbaycan  xalqlarının  təĢəkkülü  və  onların  qısa  tarixi,  xanlıqlar 
arasında  gedən aramsız çəkiĢmələr və ayrı-ayrı  xanların siyasi  fəaliyyəti,  Ağa Məhəmməd 
Ģah  Qacarın  Azərbaycana  hücumu,  xanlıqların  Rusiya  hökuməti  tərəfindən  istilası  təsvir 
olunur. 
«Gülüstani-Ġrəm»  Azərbaycanın  məĢhur  alim  və  Ģairləri  haqqında  qısa  məlumat 
verən və təzkirə xarakteri daĢıyan kiçik bir əlavə ilə bitir. 
50 ildən artıq bir müddətdə iĢıq üzü görməyən belə bir qiymətli əsərin yenidən nəĢr 
olunmasında zəhməti olanların əməyi böyük bir təqdirə layiqdir. 
Hörmətlə: Ramiz Ağayev 
 
 
 



 
MÜQƏDDĠMƏ 
 
ŞİRVAN VƏ DAĞISTAN VİLAYƏTLƏRİNİN 
HÜDUD VƏ ƏRAZİSİ, ADLANMALARININ SƏBƏBİ, 
ƏHALİSİNİN MƏNŞƏİ, DİLLƏRİ VƏ DİNLƏRİ HAQQINDA
 
 
ġirvan vilayəti, Ģərq tərəfdən Xəzər dənizi ilə, cənub-qərbdən onu Muğan və 
Ermənistan vilayətlərindən ayıran Kür çayı ilə, Ģimal-qərbdən Qanıq (Alazan) çayı 
ilə,  Ġlisu  nahiyəsindən  keçən  qeyri-müəyyən  xətlə,  Qafqaz  sıra  dağları,  Kürə  və 
Təbərsəran  nahiyələrini  Qaziqumuq  və  Qaytaq  məmləkətlərindən  ayıran  dağ 
silsiləsi ilə və oradan da Dərvaq çayı yatağından onun Xəzər dənizinə qovuĢduğu 
yerə  qədər  uzanan  sahə  ilə  məhduddur.  (ġirvan)  Kür  dəhnəsindən  Dərvaq 
dəhnəsinə  qədər  təqribən  39°-42°-yə  qədər  Ģimal  en  dairəsi,  Qanıq  çayı 
dəhnəsindən  ƏfĢəran  burnuna  qədər  64°-68°-yə  qədər  Ģərq  uzunluq  dairəsi 
üzərində  vaqedir.  Düz  xətlə  hər  bir  dərəcənin  məsafəsi  təqribən  15  coğrafi  mil  - 
yeddi  rus  vesti  qədər  və  ya  bir  ağac  yarımdır.  Hər  ağac  -  üç  islami  mil 
uzunluqdadır.  Ġslami  mil  -  doxsan  altı  min  barmaq  boydadır.  Bir  barmaq  da  orta 
boylu  altı  arpa  uzunluqdadır  (arpaların  birinin  arxası  o  birinin  qarnına  bitiĢik 
surətdə düzülmək Ģərtilə). 
Beləliklə,  indiki  ġirvan  məmləkəti  Səlyan,  ġəki,  Bakı,  Quba,  Dərbənd, 
Təbərsəran,  Kürə,  Samur  nahiyəsi  və  Ġlisunun  aĢağı  bir  qismindən  ibarətdir. 
Bunlar, ölkənin ən gözəl və ən geniĢ vilayətlərindəndir. 
Qafqaz  dağlarının  böyük  bir  silsiləsi  onun  arasından  üzü  cənub-Ģərqə 
düĢübdür ki,  xoĢ havalı  yaylaqları,  otlaqları, Ģirin bulaqları və  hər iki tərəfə  axan 
çoxlu çayları vardır. 
Əksəriyyət üzrə, dəniz və Kür çayı sahillərində geniĢ və məhsuldar çöllərdə 
bol  taxıl  zəmiləri,  meĢələr,  bağlar  və  sair  vardır.  Dəniz  kənarında  olan  bu  ölkə, 
Rusiya  və  Ġran  dövlətləri  və  müxtəlif  Dağıstan  tayfaları  arasında  olduğundan, 
ticarət iĢlərində də mükəmməl tərəqqi edə bilər. 
Təqvimülbüldan
1
  müəllifi  deyir  ki,  ġirvanı  Sasani  sülaləsindən  olan 
ƏnuĢirəvani-Adil bina etmiĢdir, bu cəhətdən onun adı ilə tanınmıĢdır. ”Ənu” ləfzi 
çox iĢlənmək nəticəsində atılmıĢdır. Bəziləri deyirlər ki, ġirvanın əsli ġirvand, yəni 
Ģir  olan  yer  olub,  sonra  ġirvan  olmuĢdur.  Moisey  Xorenskinin
2
  tarixində  və 
                                                           
1
 MəĢhur ərəb tarixçisi Əbülfidanın əsəridir. Hicri 672-ci (=1273) ildə anadan olmuĢ və 732-ci (=1331) 
ildə  vəfat  etmiĢdir.  Onun ən  məĢhur  kitabları  ”Əlmüxtəsər  fi-tarixülbəĢər”  ilə”  Təqvimülbüldan”  adlı 
əsəridir. 
2
 Moisey Xorenski – V əsr tarixçisidir. Qədim dövr tarixi yazan erməni müəlliflərindən ən görkəmlisi 
hesab olunur. Üç hissədən ibarət olan əsərində ən qədim dövrlərdən baĢlayaraq V əsrin birinci yarısına 
qədər  ermənilərin  tarixini  sistematik  surətdə  yazmıĢdır.  Onun  bu  tarix  kitabı  bir  çox  xarici  dillərə,  o 
cümlədən rus dilinə də tərcümə olunmuĢdur. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə