A. Bakıxanov (1794-1847)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/85
tarix04.12.2017
ölçüsü2,8 Kb.
#13843
1   2   3   4   5   6   7   8   9   ...   85


 
Bir  çox  tarixçilər  Ermənistan,  Ġveriya,  Kolxida  və  Albaniyanı  bir-birindən 
ayıra bilməmiĢlər. Bu cəhətdən bəzi ixtilaflar meydana çıxmıĢdır... 
Həbibüssiyər  sahibinin  yazdığına  görə,  Ermənistan  ölkəsinə  daxil  olan 
Tiflis  Ģəhərini,  Həbib  ibni-Səlma  Osmanın  xilafəti  zamanında  ələ  keçirdi.  Bura 
həmiĢə  xəlifələrin  ixtiyarında  olmuĢdur.  Bunu,  Tiflisdə  ərəblər  tərəfində  zərb 
edilən dirhəmlər də göstərir. 
Ġveriya dağlıq yerdə olub, Dağıstanın qərb tərəfindədir. BaĢaçıq (Ġmeretiya) 
da  onun  Ģərq  hissəsindədir.  Erməni  tarixçiləri  qədim  gürcüləri  ivros,  yəni  dağlı 
adlandırırlar. 
Yaqutun
11
  yazdığına  görə,  gürcülər  hicri  V  əsrin  sonlarına  doğru,  Ġrandakı 
iğtiĢaĢdan  istifadə  edərək,  Kürün  sağ  sahilində  qətl  və  qarətə  baĢladılar;  daha 
sonralar, səlcuqi Sultan Məhəmmədin oğlanları, Sultan Mahmud ilə Sultan Məsud 
arasında gedən müharibə zamanı Tiflis Ģəhərini ələ keçirdilər. 
BaĢaçıq (Ġmeretiya) düzlərini, Minqreliya və Quriyanı Kolxida hesab etmək 
olar. ġirvan və Dağıstan isə, birgə olaraq Albaniya olmuĢdur. 
Alan tayfası xüsusunda bu qədər məlumdur ki, onlar bu ölkənin sakinləridir 
və xüsusi padiĢahları olmuĢdur. Alan və alban sözlərinin bir-birinə bənzəməsindən 
zənn  etmək  olar  ki,  biri  o  birindən  alınmıĢdır.  Albaniya  rum  dilində  ağlıq 
mənasında  olaraq  azadlığa  iĢarədir.  ġirvan  və  Dağıstan  ”Azadlar  ölkəsi”  adı  ilə 
məĢhurdur.  Ammian  Martsellinin  yazdığına  görə,  Alan  tayfası  qədim  Masaget 
nəslindən  olmuĢdur.  Bunlar  əvvəlcə  Tatarıstandan  gəlib  Skif  tayfasını  Xəzər 
dənizinin  Ģərq  sahillərindən  qovaraq  buralarda  yerləĢmiĢlər.  Skif  tayfası  Atil 
çayından  keçib,  Don  ilə  Tuna  çayları  arasında  yerləri  tutmuĢlar.  Onlar  cəsarətlə, 
vəhĢi xasiyyətlə və köçəri olan müxtəlif qəbilələrdən ibarət idilər. Cənub tarixçiləri 
o  tərəflərin  bütün  qədim  sakinlərini  Skif  adlandırırlar.  Herodot
12
  deyir  ki,  Skif 
gəncləri  və  Amazon  qızlarının  qarıĢmasından  Sərmat  tayfası  meydana  çıxmıĢdır. 
Lakin Qatterer
13
 isbat edir ki, Sərmat tayfası Ġsanın anadan olmasından 80 il əvvəl, 
Asiyadan Avropaya gəlib, Don çayı ətrafında Skif tayfası ilə qarıĢmıĢdır; get-gedə 
Skif  adı  aradan  çıxıb  Sərmat  adı  məĢhur  olmuĢdur.  Alan  tayfası  da  gəlib  Sərmat 
tayfasını məğlub edərək onların yerlərinə sahib olmuĢdu. 
                                                           
11
  Yaqut  Həməvi  –  1178  və  ya  1179-cu  ildə  anadan  olmuĢ  və  1229-cu  ildə  Hələbdə  vəfat  etmiĢdir. 
Yaqut,  Ģərqin  ən  məĢhur  müəlliflərindən  biridir.  O,  tarix  və  coğrafiyaya  aid  bir  sıra  qiymətli  əsərlər 
yazmıĢdır. Bu əsərlərdən biri də ”Möcəmülbüldan”dır. Səkkiz cilddən ibarət olan bu kitab mükəmməl 
bir coğrafiya lüğətidir. 
12
  Herodot  -  ən  məĢhur  yunan  tarixçisidir.  Eramızdan  əvvəl  480  və  425-ci  illər  arasında  yaĢamıĢdır. 
Herodotun kimmerilər və skiflərin Ģimaldan hərəkət etmələri, ticarət yolları, Ġran dövlətinin sərhədləri 
və satrapları, Azərbaycanda və onunla qonĢu olan yerlərdə yaĢayan qəbilələr haqqında verdiyi məlumat 
Azərbaycan tarixi üçün olduqca qiymətlidir. 
13
  Qatterer  –  alman  tarixçisidir.  1727-ci  ildə  anadan  olmuĢ  və  1799-cu  ildə  vəfat  etmiĢdir.  MəĢhur 
əsərlərindən biri də ”Qədim dövrlərdən baĢlayan Ümumdünya tarixi” adlı kitabıdır. 



 
Alan  tayfası  ĢəmĢirpərəst  dinində  idilər.  Qılıncı  yerə  sancıb  ona  səcdə 
edərdilər. Bir çox adət və ənənələri hun tayfası ilə bir idi. Prokopi
14
 Alan tayfasını 
Masaget  nəslindən  və  Böyük  Get  mənasında  olan  Masageti  də  Get  və  ya  Qotf 
nəslindən hesab edir. 
Həzəqil peyğəmbərin kitabında, 38-ci fəsildə, masoqlar Yafəsin oğlu Masoq 
nəslindən sayılır. Bunlar Ģimal-Ģərq tayfaları arasında məĢhurdurlar. Ola bilsin ki, 
Masaget  bu  nəsldən  və  ya  Maqos  və  Qət  tayfalarının  qarıĢmasından  meydana 
çıxmıĢdır. Degin
15
, alan sözünü alin, yəni dağlı sözündən sayır. Masagetlərdən bir 
tayfanı, qədim zamanda Altay dağlarında yaĢadıqları üçün, belə adlandırmıĢlar. 
Moisey  Xorenski  Alan  tayfasını  Qafqazın  yaxınlığında  göstərir.  Alanlar, 
Bətləmyusun  zamanından  XIV  əsrə  qədər,  Qafqaz  dağlarının  Ģimal-qərbində 
məĢhur  olmuĢlar.  Məsudinin  yazdığına  görə,  Babi-Alan  (Alan  qapısı)  gərək  ki, 
Gürcüstanın Daryal adlı yerində olsun. Lakin Dərbəndnamə müəllifi deyir ki, Babi-
Alan  Alğon  səddindədir.  Bu  səddi  Ġsfəndiyar  tikdirmiĢ,  NuĢirəvan  isə  yenidən 
təmir  etdirmiĢdir.  Həmin  səddin  hasarı,  darvazanın  yeri  və  Ģəhərin  xarabası 
Qubanın  ġabran  mahalında,  Gilhinçayın  sol  kənarında,  qalanın  yeri  isə  həmin 
çayın sağ kənarındakı bir təpə üzərində indi də mövcuddur. 
Bu  sədd  dənizdən  baĢlayıb,  adı  çəkilən  Ģəhərin  yeri  yaxınlığında  olan 
Əlixanlı  -  ehtimala  görə,  əslən  Alğonlı  olmuĢ  -  kəndinin  üst  tərəfindən  keçərək, 
Çıraq  qalasına  bitiĢir.  Oradan  da,  üzərində  böyük  bir  Ģəhərin  xarabası  olan  Ata 
dağından keçərək, Qonaxkəndin üstündən Baba dağına doğru gedir. 
Bu  iki  rəvayəti  birləĢdirərək  demək  olar  ki,  Babi-Alan  (Alan  qapısı)  həm 
Gürcüstanda, həm də ġirvanda olmuĢdur. Alan tayfası Qafqazın Ģimal tərəflərində 
yerləĢdiyindən,  onların  cənuba  hər  iki  tərəfdən  hücum  yolları  var  idi.  Alan  adı 
məĢhur  olduğu  üçün,  bir  çox  erməni  kitablarında  Qafqazın  Ģərq  tərəflərində 
yaĢayan dağlıların hamısına bu ad verilir. Hətta ġirvan üstə olan Muğan səhrasının 
Ģimal  qismi  də,  qədim  kitablarda  Alan  səhrası  adı  ilə  məĢhurdur.  Tarixçilərin 
yazdığına  görə,  Albanus  və  Qassı  çayları  arasında  olan  Alban  Ģəhəri,  yerin 
vəziyyəti və münasibətə görə, gərək Dərbənd Ģəhəri olsun. Albanus çayı Samur və 
Qassı çayı da Manas olub, Tarxu ilə Buynaq arasından axır. 
KeçmiĢ  uzun  əsrlər  belə,  bu  ölkədəki  yer  adlarının  bəzisini  hələ  də, 
dəyiĢdirə  bilməmiĢdir.  ġamaxı  Ģəhəri  Kamaxı  və  ya  Ksamaxı  olmuĢdur.  Burada 
olan Qəbələ Ģəhəri Xabaladır ki, Bətləmyus da onların adını çəkir. 
Quba  ölkəsində  Alpan  adlı  bir  kənd  vardır,  alban  sözündən  dəyiĢmiĢ  ola 
bilər.  Bir  dağın  təpəsində  çox  qədim  bir  qala  mövcuddur,  onu  ƏĢkəbus 
adlandırırlar.  Firdovsinin  ”ġahnamə”dəki  qeydinə  görə,  ƏĢkəbus  türklərdən  biri 
pəhlivan olub, xaqanın döyüĢündə Rüstəm tərəfindən öldürülmüĢdür. Həmdüllahın 
                                                           
14
 Prokopi – yunandır. V əsrin axırlarında anadan olmuĢdur. Ġlk Bizans dövrünün ən məĢhur tarixçisidir. 
15
  Dekin  –  fransız  ĢərqĢünaslarındandır.  1721-ci  ildə  anadan  olmuĢ  və  1800-ci  ildə  vəfat  etmiĢdir. 
Əsərlərindən ən məĢhuru ”Hunların. türklərin, moğolların və sair tatarların ümumi tarixi” adlı kitabıdır. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə