A. Bakıxanov (1794-1847)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/85
tarix04.12.2017
ölçüsü2,8 Kb.
#13843
1   2   3   4   5   6   7   8   9   ...   85


 
Zendavesta  kitabında  ġerovaner  deyə  adlanır.  Əmin-Əhməd
3
  ”Həft-iqlim”  adlı 
əsərində deyir ki, ġirvan, əvvəllərdə bir Ģəhərin, sonra isə bir ölkənin adı olmuĢdur. 
Çamçiyan
4
  ”Ermənistan  tarixində”  ġirvan  vilayətini  Əğvan  adlandırır  və 
deyir ki, onunla Alan, yəni Dağıstan arasındakı sərhəd əvvəl Alğon səddi və sonra 
da, Dərbənd səddi olmuĢdur. 
Türkmən  Həsən  padiĢahın  oğlu  Sultan  Yaqub  hicri  892-ci  (=1487)  ildə 
ermənilərin  xəlifəsi  (baĢ  keĢiĢi)  Simeona  verdiyi  fərmanda,  ġirvanı  Əğvan  deyə 
adlandırmıĢdır. 
Dağıstan vilayəti 42°-dən 44°-yə qədər Ģimal en dairəsi və 63°-dən 66°-yə 
qədər  Ģərq  uzunluq  dairəsindədir.  ġərq  tərəfdən  Xəzər  dənizi  ilə,  Ģimaldan  Terek 
çayı  ilə,  qərbdən  Çərkəz  və  Os  (Osetin)  mülkü  ilə,  cənub-qərb  tərəfdən 
Gürcüstanla  və  cənub-Ģərqdən  ġirvanla  məhduddur.  Bu  ölkənin  Ģimal-Ģərq  qismi 
gözəl  yerlərə  malik  olub,  yaĢayıĢ  vasitəsinin  bolluğu  ilə  məĢhurdur  Bu  hissə, 
xüsusilə  dəniz  və  Terek  sahillərində,  çayların  bolluğu  və  gediĢ-gəliĢin  çoxluğu 
üzündən,  əkinçilik  məhsulatının  zənginliyi  və  ticarət  vasitəsinin  geniĢliyi  ilə 
tanınır.  Buranın  o  biri  dağlıq  qismi,  bəzi  məhsuldar  vadi  və  yaylaqlara  malik 
olsada, ümumiyyətlə yaĢamaq üçün çox çətin və məĢəqqətlidir. 
Bu vilayət Məsudinin
5
 rəvayətinə görə, hicri 332-ci (=944) ildə aĢağıdakı üç 
ölkədən ibarət olmuĢdur: 
1)
 
Qaytaq  -  bura  Dərbəndin  Ģimal  tərəfindədir.  Hökumət  mərkəzi 
Səməndər,  yəni  Tarxudur  ki,  onu  NuĢirəvan  bina  etdirib.  Səməndər  Xəzər 
xaqanının  paytaxtı  olmuĢ  idi.  Lakin  Səlman  ibni  Rəbiə  buranı  aldıqdan  sonra, 
xaqan  öz  paytaxtını  Atilə  köçürdü.  Səməndər  əhalisinin  çoxu  xəzərlər, 
müsəlmanlar və yəhudilərdən ibarət olmuĢdur... 
2)
 
Sərir (taxt) -  Dərbəndin Ģimal-qərbində, üç mənzillik məsafədədir. On 
iki  min ailədən ibarət  olmuĢdur.  Sərir padiĢahı FilanĢah adlanıb, nəsara  (xristian) 
dinində idi. Bəzilərinin dediyinə görə, Sasani sülaləsindən olan Yəzdicird, ərəblər 
tərəfindən  məğlub  edildikdən  sonra  Xorasana  getdi.  O,  öz  qızıl  taxtını  baĢqa 
qiymətli  Ģeylərlə  bərabər  Bəhram-Çubin  nəslindən  olan  bir  mənsəb  sahibinə 
verərək,  Cibali-Fəthə,  yəni  Qafqaza  göndərdi.  O  da  indi  Sərir  adlanan  mülkü  ələ 
keçirib  öz  nəslini  tərk  etdi.  Nizaminin  dediyinə  görə,  buranın  Sərir  adlanması 
                                                           
3
  Əmin-Əhməd  Razi  -  ”Həft-iqlim”  adlı  məĢhur  əsərin  müəllifidir.  Bu  əsər  köhnə  üzrə  yeddi  iqlimin 
(qitənin) məĢhur Ģəhər və qəsəbələrini və hər iqlimdə yetiĢmiĢ olan adlı-sanlı adamları bildirir. Kitab, 
hicri 1002-ci (=1593) ildə yazılmıĢdır. 
4
  Çamçiyan  –  XVIII  əsr  erməni  istorioqrafiyasının  görkəmli  nümayəndəsidir.  Erməni  və  əcnəbi 
mənbələrdən  istifadə  edərək,  erməni  tarixini  ta  ilk  dövrlərdən  baĢlayaraq  XVIII  əsrin  axırına  qədər 
yazmıĢdır.  Çamçiyanın  ”Ermənistan  tarixi”  bu  əsəri,  üç  cilddən  ibarət  olaraq  1785-1787-ci  illərdə 
Venesiya Ģəhərində çap olunmuĢdur. 
5
  Məsudi  -  ərəb  tarixçilərinin  ən  böyüklərindən  biridir,  hicri  III  əsrin  axırlarında  Bağdad  Ģəhərində 
anadan  olmuĢ  və  346-cı  (=957/8)ildə  Misirdə  vəfat  etmiĢdir.  Əsərlərindən  ən  məĢhuru 
”Mürucüzzəhhəb”adlı kitabdır. 
 



 
Keyxosrovun  taxt  və  tacından  nəĢət  etmiĢdir;  çünki  bu  taxt  və  tac  burada  bir 
mağaranın  içində  idi.  Bəzilərinin  dediyinə  görə,  bu  ölkənin  hakimləri  qızıl  taxt 
üzərində  oturub  hökm  verdikləri  üçün  bu  ölkəyə  Sərir  adı  verilmiĢdir.  Sərir 
hökmdarı  rəiyyətini  öz  qulu  hesab  edərdi  və  dağlılar  çöllülərə  nisbətən  daha 
Ģücaətli olduqlarından xəzərlər üzərinə basqın edərək onları qarət edərdilər. Səririn 
yaxınlığında  Zirihgəran  mülkü  olub,  hazırda  Köbəçi  adlanır.  Əhalisi  müsəlman, 
nəsara (xristian) və yəhudidir. 
3)  Dağlıq  Qumuq  -  Səririn  Ģimalında  və  Qaytağın  qərbindədir.  Əhalisi 
nəsaradır  (xristiandır).  PadiĢahları  olmadığından  öz  rəislərinə  itaət  edərdilər.  Çox 
məhsuldar və abad olan Alan ölkəsinə buradan gedərdilər. Kəndlər bir-birinə yaxın 
olduğundan,  bir  xoruz  banlayanda  bütün  kəndlərin  xoruzları  banlardı.  Alan 
padiĢahının ləqəbi Kərkərandac və ya Kərkəndac, arvadının adı isə Məğəs idi. Otuz 
min  atlı  qoĢunu  var  idi.  Babalarından  biri  Abbasilər  xilafətinin  birinci  əsrində 
nəsara (xristian) dinini qəbul etdi. O vaxta qədər onlar atəĢpərəst idilər. Hicri 320-
ci  (=932)  ildə  onlar  nəsara  (xristian)  dinini  tərk  edib,  Rum  imperatorunun  onlara 
göndərdiyi  keĢiĢləri  ölkələrindən  çıxarıb  qovdular.  Alan  ilə  Cibali-Fəth  (Qafqaz) 
arasında,  körpülü  bir  çay  kənarında  olan  dağın  baĢında  bir  qala  vardır  ki,  Hisni-
Babi-Alan (Alan qapısının qalası) adlanır. Dağdan keçmək ancaq buradan mümkün 
idi.  Bu  qala  qalaların  ən  möhkəmi  idi.  Fars  Ģairləri  bunu  çox  tərif  etmiĢlər.  O, 
Ġsfəndiyarın əmrilə tikilmiĢdir. 
Müslimə  ibni-Əbdülməlik  Qafqazın  bir  çox  yerini  itaəti  altına  aldıqdan 
sonra  ərəb  mühafizlərini  bu  qalada  qoydu.  Onlara  Sərhəd  boyunda  olan  Tiflis 
Ģəhərindən  maaĢ  və  ərzaq  göndərilirdi.  Baba-Laziqə  də  Gürcüstan  nahiyəsində 
olub,  padiĢahı  müsəlman  idi.  Alanın  qərb  tərəfində  KəĢək  mülkü  Cibali-Fəthdən 
Pont  dənizinə,  yəni  Qara  dənizə  qədər  uzanıb  gedir.  Buranın  əhalisi  yaraĢıqlı  bir 
tayfadır.  Burada  tala  adlanan  və  Misir  qumaĢından  daha  qiymətli  olan  bir  qumaĢ 
toxuyurlar.  Buradan  Trabizona  tacirlər  dəniz  vasitəsilə  gedib-gəlirlər.  Alanların 
hücumundan  qorunmaq  üçün  dəniz  kənarında  qalaları  vardır.  KəĢək  tayfası  çox, 
lakin  dağınıqdır.  Əgər  bunlar  ittifaq  etsəydilər  hamıya  qalib  gələrdilər.  Onların 
ölkəsinin o biri tərəfi Səbbüldan (yeddiĢəhər) ölkəsidir... 
KəĢək tayfası çərkəzlərdir, onları qədim rus tarixçiləri Kasoq, Os (Osetin) 
tayfasını isə, Kasaq adlandırırlar. 
Məhəmməd  Rəfi  Əbrürrəhim  oğlu  ġirvaninin
6
  öz  tarix  kitabında  qeyd 
etdiyinə  görə  də,  burada  üç  məmləkət  vardır:  1)  DəĢt;  2)  Zirihgəran  və  3)  Avar. 
Avar  yaĢayıĢ  və  nəqliyyat  yolları  etibarilə  ölkələrin  ən  çətini  hesab  edilir. 
Çamçiyan  öz  tarixində  bu  vilayətdə  dörd  ölkə  olduğunu  göstərir:  1)  Alan,  2) 
Basalas,  3)  Haptaq  və  4)  Hun.  Dərbəndnamə  müəllifi,  Ġsfəndiyar  və  NuĢirəvanın 
                                                           
6
 Məhəmməd Rəfi Əbdürrəhim oğlu ġirvani – XVI əsrin ikinci və XVII əsrin birinci yarısında yaĢamıĢ 
Azərbaycan  alimidir.  Azərbaycan  və  Dağıstan  tarixinə  aid  bəzi  əsərləri  vardır.  ”Risaleyi-Rüstəm 
xaniyyə” adlı kitabını Dağıstan xanlarından Rüstəm xanın adına yazmıĢdır. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə