A. Bakıxanov (1794-1847)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/85
tarix04.12.2017
ölçüsü2,8 Kb.
#13843
1   2   3   4   5   6   7   8   9   ...   85


 
təqsimatına  görə,  buranı  dörd  məmləkətə  bölmüĢdür:  1)  Gəlbax;  2)  TumanĢah 
mülkü; 3) Qaytaq və 4) Dağlıq Qumuq. 
Bu təqsimatın hamısı indiki vəziyyətlə də uyğundur.  
Birinci  məmləkət  -  Alan  və  ya  Sulağın  o  tərəfindəki  Qumuq  Gəlbaxı, 
Mıçıqıç və Kiçik Qabardıdan ibarət olmuĢdur. 
İkinci məmləkət - TumanĢah mülkü, ya Haptaq, ya da, birinci bölgüyə görə, 
Qaytaq ölkəsidir ki, ġamxal və Üsmi mülklərinin aĢağı qismini təĢkil edir. 
Üçüncü  məmləkət  -  Dağlıq  Qumuq,  ya  Hun,  ya  da,  Avar  ölkəsidir  ki, 
Qaziqumuq və Avarıstan mülkünü təĢkil etmiĢdir. 
Dördüncü  məmləkət  -  Baslas,  ya  Zirihgəran,  ya  Sərir,  ya  da,  axırıncı 
bölgüyə görə, Qaytaq ölkəsidir ki,  Qaytağın yuxarı hissəsindən,  AqquĢa  və  Sürhi 
mahallarından ibarətdir. 
BaĢlı  Ģəhərinin  adı  Baslas  sözündən  dəyiĢmədir.  Qumuq,  Bətləmyusun
7
 
dediyinə  görə, Kam  və  ya  Kamak tayfasının qalıqlarıdır. Bu  mülk  onların adı ilə 
adlanmıĢdır.  Rözətüssəfa
8
  müəllifinin  və  baĢqa  tarixçilərin  dediyinə  görə,  onlar 
Yafəsin  oğlu  Kamak  və  ya  Kamarı  nəslindəndirlər.  Bunlar  Yafəsin  Bulğar  adlı 
oğlunun  adını  daĢıyan  yerdə  sakin  idilər.  Ehtimala  görə,  o  yer  Kiçik  Qabardı 
ölkəsində  olan Balğar adlı  yerdir. Balğar və  onun ətrafında  olan Çəgəm, Baxsan, 
Bizəngi  əhalisi  və  baĢqaları  indi  də  türk  dilində  qumuq  ləhcəsində  danıĢırlar. 
Məlum olur ki, bunlar bir tayfadırlar. Bu məsələni Həbibüssiyər
9
 və sair kitablar da 
təsdiq edir. 
Bu  mənbələrin  yazdığına  görə,  Əmir  Teymur  ToxtamıĢ  xanı  məğlub 
etdikdən  sonra  öz  qoĢununun  baĢçılarına  Qumari  çayının  kənarında  ənam  vermiĢ 
və  Qum  boğazında  qıĢlamıĢdır.  Qumari  adlanan  bu  çay  Terek  çayı  yaxınlığında 
olub,  indi  türkcə  Kumi  və  rusca  Kuma  adlanır.  Əlifin  vava  və  kaf,  qaf  və  ğəyn 
hərflərinin bir-birinə çevrilməsi uzaq deyildir.  Təsəvvür etmək olar ki, Qaytaq və 
Həptaq  ya  bir  mənada  olub,  ya  da  bir-birindən  dəyiĢmədir,  ya  da  ki,  Tağ  mütləq 
Dağıstanın adı imiĢ. ġamxal mülkünə ”həp” - yəni hamı - sözü əlavəsilə ”həptaq”, 
Üsmi mülkünə də, Keyxosrov və sair Kəyan padiĢahlarına nisbətilə, ya da böyük 
və  uca  mənasına  gələn  ”key”  sözü  əlavəsilə  Keytaq  demiĢlər.  Sözlərin 
iĢlənməsində ta dala, kaf və ğəyn hərfləri də qafa və biləks dəyiĢilmiĢdir. 
                                                           
7
 Bətləmyus (Ptolomey) məĢhur Yunan riyaziyyatçısı və astronomlarındandır, II əsrin birinci yarısında 
anadan olmuĢdur. ”Coğrafiya” adlı əsərində Albaniya və Ermənistan haqqında da məlumat vardır. 
8
  ġərqdə  yetiĢən  ən  məĢhur  tarixçilərindən  Mirxondun  əsəridir.  1433-cü  ildə  Bəlxdə  anadan  olmuĢ  və 
1498-ci  ildə  Heratda  vəfat  etmiĢdir.  Mirxondun  7  cilddən  ibarət  olan  ”Rövzətüssəfa”  adlı  əsəri, 
teymurilər dövrünün sonlarında yazılmıĢ ən mühüm tarix kitabıdır. ”Rövzətüssəfa” kitabı, bir hesabla, 
ġərq tarixinin bir ensiklopediyasıdır. 
9
  ”Rövzətüssəfa”  müəllifi  Mirxondun  nəvəsi  Xandəmirin  əsəridir.  Xandəmir  özü  də  məĢhur 
tarixçilərdəndir. 1475-ci Heratda anadan olmuĢ və 1535-ci ildə Gücəranda vəfat etmiĢdir. Xandəmir bir 
sıra  tarixi  əsərlər  yazmıĢdır  ki,  bunlardan  ən  böyük  və  ən  qiymətlisi  ”Həbibüssiyər”  adlı  kitabıdır. 
Xandəmir  ”Həbibüssiyər”də dünyanın  yaradılıĢından  ġah  Ġsmayıl  Səfəvinin  vəfatı  tarixinə  qədər  olan 
hadisələri təsvir edir. 
 



 
Hun  tayfası  haman  Ğun  adlanan  tayfadır.  Moisey  Xorenskinin  yazdığına 
görə,  miladi  tarixin  V  əsrində  Xəzər  dənizinin  qərb  sahilində  sakin  imiĢlər.  Ġndi 
yeri  məlum  olmayan  Varçan,  bunların  ən  böyük  Ģəhəri  olmuĢdur.  Simaca  kifir, 
qaniçən, talançı və cəsur olan bu tayfa, qədim zamanlarda Çin hüdudundan Qıpçaq 
çölünə  və  Xəzər  dənizi  ilə  Qara  dəniz  arasındakı  sahəyə  gələrək,  hədsiz  zülmlər 
etmiĢlər. Bunların padiĢahı Atilla... müxtəlif tayfaları, hətta Macarıstanı da, özünə 
tabe etmiĢdi. Qostəntiniyyədən xərac alırdı. Hicri 454-cü ildə vəfat etdikdən sonra, 
övladı arasında gedən çəkiĢmələr nəticəsində Ğun dövləti dağıldı. 
Miladi IV əsr tarixçilərindən Ammian Martsellinin
10
 yazdığına görə, ğunlar 
öz  üzlərini  bıçaqla  çərtirdilər  ki,  saqqalları  çıxmasın.  Onların  əksəri  bədĢəkil, 
boynu yoğun olub, heyvana bənzəyirdilər. Bitkilərin yarpaq və köklərini və çiy əti 
yəhər  altında  qızdırıb  yeyərdilər.  Evləri  yox  idi,  hətta  onu  istəmirdilər.  Çöllərdə, 
meĢələrdə  və  dağlarda  keçinirdilər.  Onların  paltarı  kətandan  və  heyvanat 
dərisindən  olub,  bədənlərində  çürüyərdi.  Özlərini  isti-soyuğa,  aclıq  və  susuzluğa 
vərdiĢ etdirərdilər. Ancaq camaat müĢavirəsi olan zaman atdan enərdilər. Həya və 
əxlaq sahibi deyildilər. Talançı, qaniçən, qanun bilməyən, yalançı və dinsiz idilər. 
Atillanın yanında olan Rum səfirlərindən Prist belə nağıl edir: Biz onunla orduda 
görüĢdük. Rum qeysərinin hədiyyələrini son dərəcə kibr və qürurla qəbul etdi. Bizə 
buyurdu ki, istirahət zamanı onunla bərabər yaĢadığı yerə gedək. Qızlar uzun və ağ 
paltarlarda onu qarĢılayıb, skif dilində Ģeirlər oxuyurdular. Hündür və uca bir yerdə 
çubuq  hasarla  əhatə  edilmiĢ  və  ağacdan  qayrılmıĢ  bir  imarət  var  idi.  O  hər  gün 
səhər  çağı  evinin  qapısında  oturub,  xalqın  divan  iĢlərilə  məĢğul  olurdu.  Gündüz 
müxtəlif  tayfaların  elçilərini  qəbul  edib,  gecə  onlar  ilə  bərabər  yemək  yeyərdi. 
Qonaqlar  üçün  gümüĢ  qablarda  və  qızıl  camlarda,  özü  üçün  isə  ağac  qablarda 
yemək-içmək  gətirdərdi.  Yeməkdən  sonra  Ğun  Ģairləri  gəlib  onun  zəfər  və 
fütuhatından  bəhs  edən  Ģerlər  oxuyardılar.  Bu  zaman  onun  qoĢunu  Ģadlanar, 
qocalar isə davadan geri qaldıqları üçün həsrətlə ağlardılar... 
Rum səfirlərindən bir nəfər onu (Atillanı) öldürmək istədi. Atilla bunu bilib, 
özü  üçün  təhqir  hesab  edərək,  ona  cəza  vermədi.  Ola  bilsin  ki,  Atil  çayı  Atilla 
adından və ya Atillanın adı bu çayın adından alınmıĢdır. 
Dağlılara  ləzgi adının  verilməsi,  Laz qovmilə qarıĢmaları  münasibətilə  ola 
bilər.  Lazlar  miladın  III  əsri  sonunda  Kolxidada  yaĢayırdılar.  Sərmat  padiĢahı 
Qıpçaq  çölündən  gəlib,  onları  məğlub  etdi.  Lazlar  V  əsrdə  albanlar  və  iverlər  ilə 
bərabər Rum və Ġran arasında uzun müddət davam edən müharibələrə qarıĢırdılar. 
VI və VII əsrlərdə də bunların dövləti mövcud idi. Bunların padiĢahlarından Qubaz 
və Xoryan Ģöhrət sahibi olmuĢlar. Bu tayfanın qalıqları indi də Qara dənizin cənub-
Ģərqində sakin olub, yazılarında öz adlarını layiqi deyə yazırlar. 
                                                           
10
  Ammian  Martsellin  –  Roma  tarixçilərindəndir,  330-cu  ildə  anadan  olmuĢdur.  ”Roma  dövlətinin 
tarixi”  adlı  məĢhur  əsəri  96-378-ci  illərin  hadisələrini  təsvir  edir.  Ammian  Martselinin  bu  əsərində 
Azərbaycan haqqında da qiymətli qeydlər vardır. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə