A. Bakıxanov (1794-1847)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/85
tarix04.12.2017
ölçüsü2,8 Kb.
#13843
1   ...   4   5   6   7   8   9   10   11   ...   85

16 
 
BĠRĠNCĠ FƏSĠL 
 
İSLAM DÖVLƏTİNİN ZÜHURUNDAN 
ƏRƏB QOŞUNUNUN GƏLMƏSİNƏ QƏDƏR 
ŞİRVAN VƏ DAĞISTAN ÖLKƏLƏRİNDƏ BAŞ VERƏN 
QƏDİM HADİSƏLƏR HAQQINDA 
 
Məlum olduğu üzrə, bütün tarixçilər yazırlar ki, insan nəslinin birinci yurdu 
Babil ölkəsi olmuĢdur; Nuhun tufanı da, burada baĢ vermiĢdir. 
Məhəmməd  ibni-Cərir  Təbəri
20
  öz  tarixində  deyir:  “AtəĢpərəstlər  ümumi 
tufana  inanmırlar”.  Ġslam  tarixçilərinin  bəzisi  isə  ümumi  tufanın  Babildə,  Ġraqda, 
ġamda və Yəmənə qədər olan ölkələrdə baĢ verməsi qənaətindədirlər. Həmdüllah
21
 
“Tarixi-güzidə”  adlı  əsərində  yazır:  “Bəzilərinin  dediyinə  görə,  tufan  ancaq 
Ərəbistan yarımadasında olmuĢdur. Çin əhalisi və türklərdən bəzisi ümumi tufanı 
danırlar”.  Osmanlı  sultanlarının  nəsəblərindən  bəhs  edən  bir  Təbəqat  kitabında 
onların nəsli türk xanlarına və buradan da Nuha, Adəmə gedir çatır. 
Ümumiyyətlə,  ya  tufan  səbəbinə,  ya  da  baĢqa  bir  hadisəyə  görə,  yaxud 
törəyib artdıqlarından yaĢayıĢ vəsaiti artırmaq üçün, cənub hissəsində yaĢayan bir 
cəmiyyət dünyanın hər yerinə dağılmıĢdır. Bununla əlaqədar olaraq ġərq və ġimal 
ölkələri Yafəs nəslinə, Afrika və Hindistanın isti tərəfləri Ham övladına, Ərəb, Ġran 
və Rum ölkələri də Sam silsiləsinə mənsub olmuĢdur. 
Hicri  IX  əsrin  axırlarında  yazılmıĢ  Rövzətüssəfa  kitabına  görə,  cənub  ərz 
dairəsinin  14-cü  dərəcəsinə  qədər,  Okyanus  dənizində  abad  cəzirələr  vardır  ki, 
onların sakinləri də Sam nəslindəndir. 
Nuhun bu üç oğlu, bəzilərinin rəyincə, qəbilə rəisləri sayılırlar, əgər bunlar 
tək  olsaydılar,  bu  qədər  uzaq  məsafəyə  gedə  bilməzdilər.  Bəziləri  də,  Yafəsin 
Ġranın və bütün Sam nəslinin birinci padiĢahı olan Kəyumərsin müasiri və türklərin 
ilk hökmdarı kimi tanıyırlar. 
Güzidə  və  Xülasətüləxbar
22
  müəlliflərinin  rəyinə  görə,  Yafəsin  səkkiz  və 
Rövzətüssəfa müəllifinin yazdığına görə, on bir oğlu olmuĢdur: 
1. Türkdür. Yafəsin böyük oğlu və vəliəhdi olub, ədalətli və rəiyyətpərvər 
bir  padiĢah  idi.  Bütün  Yafəsin  qəbilələri  bunun  adı  ilə  -  türk  adlanırlar.  Atasının 
                                                           
20
  Məhəmməd  ibni  Cərir  Təbəri  –  IX  əsrin  ən  məĢhur  tarixçisidir.  Hicri  224-cü  (=838/39)  ildə 
Təbəristanın  Amül  Ģəhərində  anadan  olmuĢ  və  310-cu  (=923)  ildə  Bağdadda  vəfat  etmiĢdir. 
“Tarixülüməm  vəlmüluk”  və  eyni  zamanda  “Əxbarürrüsül  vəlmüluk”,  “Tarixi-Cəfəri”  və  “Tarixi-
Təbəri” adı ilə də məĢhur olan əsəri ən mühüm tarixi mənbələrdən sayılır. 
21
 Həmdulla Mustovfi Qəzvini – elxanilər dövründə yetiĢən məĢhur tarixçilərdən biridir. Təqribən hicri 
680-ci  (=1281/82)  ildə  anadan  olmuĢ  və  750-ci  (=1349/50)  ildə  vəfat  etmiĢdir.  Həmdullah  biri 
coğrafiyaya və ikisi tarixə aid olmaqla üç əsər yazmıĢdır. Bunlar da: “Nüzhətülqülub”, “Tarixi-güzidə” 
və “Zəfərnamə” adlı əsərləridir. Onun ən mühüm əsəri “Tarixi-güzidə”sidir. 
22
  “Xülasətüləxbar”  –  Xandəmirin  əsəridir.  O,  babasının  “Rövzətüssafa”  adlı  əsərini  ixtisar  edərək 
“Xülasətüləxbarı” yazmıĢdır. 


17 
 
vəfatından  sonra,  özü  üçün  Türküstanda  isti  və  soyuq  bulaqlı  bir  çox  otlaqlar 
seçmiĢdir.  Əvvəlcə  ağac,  qamıĢ  və  otdan  özü  üçün  qərargah  və  daha  sonra 
heyvanat  dərisindən  çadır  və  otaq  düzəltdirmiĢdir.  Bu  yer  Suluq  adlanır, 
Zəfərnamədə
23
 isə Suluqay Ģəklində qeyd edilmiĢdir. 
Karamzin  və  baĢqalarının  yazdıqlarına  görə,  ĠrtıĢ  və  Yayıq  çaylarının 
kənarlarında yaĢayan türklər güclü bir tayfa olmuĢlar. Bunlar Çin və Ġran ölkələrinə 
basqın  edirdilər.  Miladi  580-cı  ildə  Qara  dənizin  Ģimal-Ģərq  sahillərini  Krım 
ölkəsinə  qədər  istila  etmiĢdilər.  Lakin  o  ildə,  Avar  tayfası  ilə  etdikləri  müharibə 
nəticəsində, bu yerlər əllərindən çıxmıĢdır. 
Rum  qeysəri  Tiberinin  elçisi  dost  olduqlarını  bildirmək  üçün  türk  xanının 
yanına  gəlmiĢdi.  Xan  ona  dedi:  “Siz  o  rumlular  deyilsiniz  ki,  on  dildə  danıĢıb 
hamısı  ilə də  insanları eyni dərəcədə  aldadırsınız? Biz  türkük,  yalan  və  aldatmaq 
bilmərik;  bunu  da  bilməlisiniz  ki,  mən  sizin  padiĢahınızdan  intiqam  almaq  üçün 
firsət axtarıram. O öz dostluğu ilə məni arxayın etmək istəyir, lakin bizdən qaçan 
avar  qullarımızı  himayə  edir.  Deyirsiniz,  sizin  məmləkətə  ancaq  Qafqazdan 
keçmək olar. Mən Don və Dnepr çaylarının yataqlarını öyrənərək, avarların Rum 
ölkəsinə  haradan və  necə  keçmiĢ olduqlarını təyin edəcəyəm, eyni zamanda  sizin 
gücünüzü  də  biləcəyəm.  Bilməlisiniz  ki,  məĢriqdən  məğribə  qədər  bütün  aləm 
mənim itaətimdədir. 
Miladi  581-ci  ildə,  türk  ölkəsi  Ģərqi  və  qərbi  deyə  iki  yerə  bölündü.  Bu 
ölkələrin  hər  ikisi  müxtəlif  tayfalarla  olan  müharibələr  nəticəsində  zəif  düĢdü. 
Sonralar yenə (qüvvət tapıb) hər tərəfdən baĢ qaldıraraq, bütün ətrafı fitnə və fəsad 
ilə doldurdular. 
2.  Xəzərdir.  Bu  da  bir  sıra  səfər  və  köçərilikdən  sonra  öz  qəbiləsilə  Atil 
çayı kənarında yerləĢib, bir Ģəhər salmıĢ və balıq ovu ilə məĢğul olmuĢdur. Arıdan 
bal  hasil  etməyi  buna  nisbət  verirlər.  Deyirlər  ki,  Xəzərin  bir  oğlu  ölür,  onun 
cənazəsini qəbilə yığıncağında çalğı ilə  - suyun ziddi olan odda - yandırır (Xəzər 
bununla sudan intiqam almaq istəyir), çünki atası Yafəs dənizdə batmıĢdı. 
Xəzər  tayfası  türk  cinsindəndir,  erməni  tarixləri  üçüncü,  Avropa  tarixləri 
dördüncü  əsrdən  baĢlayaraq  onlardan  bəhs  edir.  Hacı  Tərxan  (HəĢtərxan) 
çöllərində hunların istilası zamanı, onlar Atillanın hökmü altında olmuĢlar. 
D'Anvil yazır: V əsrin əvvəllərində, tatarlardan Tulun və ya Turun adlı bir 
əmir,  özünü  Xəzər  xaqanı  adlandırdı.  626-cı  ildə  Rum  qeysəri  Herakli,  Xəzər 
                                                           
23
  ġərəfəddin  Əli  Yəzdinin  əsəridir.  Teymur  dövrünün  tanınmıĢ  tarixçisidir.  Yəzd  Ģəhərində  anadan 
olmuĢ və hicri 858-ci (=1454) ildə vəfat etmiĢdir. Onun yazmıĢ olduğu “Zəfərnamə”,  Teymurun tarixi 
hadisələrini təsvir edən mənbələr içərisində mühüm yer tutur. Teymurun tarixinə aid “Zəfərnamə” adlı 
iki  əsər  daha  vardır.  Bunlardan  biri  Nizaməddin  ġaminin  “Zəfərnamə”sidir.  Bu  kitab  Teymur 
zamanında və onun əmrilə yazılmıĢdır. Ġkinci də məĢhur Əbdürrəhman Caminin bacısı oğlu Hatifinin 
mənzum  “Zəfərnamə”sidir.  Hatifi,  “Teymurnamə”  adı  ilə  də  adlanan  bu  əsərini  ġərəfəddin  Yəzdinin 
tarixini əsas tutaraq nəzmə çəkmiĢdir. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə