A. Bakıxanov (1794-1847)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/85
tarix04.12.2017
ölçüsü2,8 Kb.
#13843
1   2   3   4   5   6   7   8   9   ...   85

10 
 
Məcməülbüldanda  yazdığı  əlamətlərə  görə,  Zərqubad  kəndinin  də,  Firizqubad 
Ģəhəri  olmasına  ehtimal  vardır.  Sədan  kəndi  Sədani-Bakuyi  adından  alınmıĢdır. 
Xəzərgan  adlı  yer  də  Ġskəndərnamədə  yazılan  Xəzranguh  ola  bilər.  Qubadakı 
Cağatay və Dağıstandakı Cənkutay kəndlərinin adları da moğol sözü olub, oraların 
qədim  sakinlərinin  adları  ilə  adlanmıĢdır.  Mıçıqıçdakı  Bayan  kəndinin  adı  da 
Avarın  məĢhur  xanı  Bayanın  adından  götürülmüĢdür.  Nuxu  Ģəhəri,  adının 
münasibəti və  yerinin  vəziyyətinə  görə, həmin Naxiya  və  ya  Nağiya  Ģəhəridir ki, 
qədim tarixlərdə ġirvan Ģəhərlərindən sayılırdı. 
Qədim  dövrlərdə  Qaspi  adlı  tayfa  dəniz  kənarında  və  Kürün  sağ  sahilində 
sakin idi. Rumlular arasında bu dəniz həmin tayfanın adı ilə adlanmıĢdır. Sahilində 
olan  vilayətlərə  nisbətən,  bu  dəniz  müsəlmanlar  arasında  da  Bəhri-Xəzər,  Bəhri-
Cürcan, Bəhri-Gilan və Bəhri-ġirvan adı ilə Ģöhrət tapmıĢdır. 
Qafqaz sözü də həmin qaspi adlı tayfanın adından və Quranda qeyd edilən 
Qaf  dağından  alınmıĢdır.  Bu  dağ  əfsanə  kitablarında  divlərin  və  pərilərin  yurdu 
hesab olunur. Həmin kitablarda pərilərin padiĢahına ġahbal deyirlər. Dərbəndnamə 
müəllifi  ərəblərin  Dağıstanda  təyin  etdikləri  əmirin  adını  ġahbal  və  ya  ġahi-Bəəl 
deyə  qeyd  edir.  ġamxal  ölkəsində,  gözəlləri  bütün  Dağıstanda  məĢhur  olan 
kəndlərdən  birinin  adı  Pəravuldur.  Bu  da  Pəri-avul,  yəni  pərilər  kəndi  deməkdir. 
Bu kənd indi də durur. 
Gülüstani-Ġrəmi,  Qaf  dağının  yaxınlığında,  son  dərəcə  təravətli  və  axar-
baxarlı, gözəl çeĢməli və meyvəli ağacları olan bir yer kimi təsvir etmiĢlər. Ehtimal 
ki, bu da Qubanın ġabran adlı səfalı obasından ibarətdir; bu söz  xalq arasında da 
çox  məĢhurdur.  Bəziləri  deyirlər,  Gülüstani-Ġrəm  Qarabağdakı  Gülüstan  adlı 
yerdir.  Hicri  1228-ci  (=1813)  ildə  Rusiya  ilə  Ġran  dövlətləri  arasında  Gülüstan 
əhdnaməsi bağlanmıĢdır. Bunun yuxarısında, dağlıq bir yerdə, indi də, Gülüstani-
Ġrəm adlı bir yaylaq vardır. 
Ġslam  tarixçilərinin  çoxu  Qafqaz  dağlarını  Əlbürz  dağı  deyə  adlandırırlar. 
Bunlardan  Katib  Çələbi
16
,  ”Cahannüma”  adlı  əsərində  deyir:  Əlbürz  dağı  Babül-
əbvabın,  yəni  Dərbəndin  qərb  tərəfindədir.  Bu  dağ  Türküstandan  Hicazə  min 
mildən artıq məsafədə uzanan dağ silsiləsinə bitiĢir. Bu cəhətdən bəziləri onu Qaf 
dağı  zənn  etmiĢlər.  Dərbənd  yaxınlığında  dağ  iki  qola  ayrılır:  birinə  Böyük  Qaf, 
digərinə isə Kiçik Qaf deyirlər. 
Bu  sıra  dağlarda  üz  verən  bir  çox  müharibə  və  fəthlərə  görə,  ərəblərin 
qədim coğrafiya kitablarında bu dağlar Cibalülfəth (Fəth dağları) adlanmıĢdır. Bu 
qeydlərdən  baĢqa,  yenə  bir  çox  əlamət  vardır  ki,  Qaf  dağının  Qafqaz  dağları 
olmasına  dəlalət  edir.  Bu  dağ  haqqında  hədis  və  əxbar  kitablarında  və  baĢqa 
mənbələrdə  kinayə  qəbilindən  olaraq  verilən  yanlıĢ  məlumat  bilməməzlikdəndir; 
çünki  keçmiĢ  insanlar,  bu  əcaiblə  dolu  dağların  Ģimal  tərəflərindən  və  daxili 
                                                           
16
 Katib Çələbi – məĢhur Ģərq alimlərindəndir, hicri 1000-ci (=1591/92) ildə Ġstanbulda anadan olmuĢ və 
1067-ci ildə vəfat etmiĢdir. Əsərlərindən ən məĢhuru coğrafiyaya aid ”KəĢfüzzünun” adlı kitablarıdır. 
 


11 
 
vəziyyətlərindən  düzgün  xəbərdar  deyildilər.  Əgər  onlar  bu  səbəbə,  buranı 
dünyanın son nöqtəsi təsəvvür edərək, iri cüssəli, vəhĢi xasiyyətli sakinlərini divə 
və  aləmdə  hüsn  və  nəzakətlə  məĢhur  olan  gözəllərini  pərilərə  bənzətsələr, 
münasibətsiz və yersiz olmaz. 
Ġndiki  halda  bir  çox  səyyah,  dünyanın  hər  tərəfini  dəfələrlə  tədqiq  etmiĢ, 
Ģərq və qərb okyanuslarından keçərək yer kürəsinin o biri yarısında olan Amerikanı 
kəĢf etmiĢlər; lakin onlar Qaf dağını, xəyalata qapılan sadə dillərin təsvir etdikləri 
tərzdə, heç yerdə rast gəlməmiĢlər. 
Qədim  və  naməlum  əsərlərdən  bəri  bir  çox  müxtəlif  tayfalar,  Qafqaz 
ölkəsində müharibə və fəthlər edərək, cənubdan Ģimala və Ģimaldan cənuba doğru 
hərəkət etmiĢlər. Onlar burada bir çox ölkələri istila edib sakin olmuĢlar. Müxtəlif 
millətlərin  məzlum  və  qaçqınları buranın çətin keçidlərində  düĢmənin zülmündən 
asudə olmuĢlar. Ġranın qədim padiĢahları, xüsusilə Yəzdicird Bəhrami-Gur oğlu və 
NuĢirəvan  Qubad  oğlu  baĢqa  vilayətlərdən  buraya  bir  çox  qəbilə  köçürərək,  bu 
yerlərdə  Ģəhər  və  kəndlər  bina  etdirmiĢlər.  Bunların  xarabaları  indi  də  durur. 
Yunanlar,  rumlular,  ermənilər,  ğunlar,  avarlar,  türklər,  ruslar,  xəzərlər,  ərəblər, 
moğollar və tatarlardan olan müxtəlif tayfalar bu ölkənin bir çox yerlərini əllərində 
saxlamıĢlar.  Xüsusilə  ġirvan  ölkəsi  hamısından  artıq  iğtiĢaĢ  yeri  olmuĢdur. 
Səfəvilər  dövründə  Ġran  və  Osmanlı  qoĢunları  bir-birinin  ardınca  bu  ölkəni 
dəfələrlə  ələ  keçirmiĢlər.  Məlum  olur  ki,  bu  ölkə  əhalisinin  nəsli  müxtəlif 
tayfalardan  mürəkkəbdir.  Buna  onların  hələ  də  mövcud  olan  bir  çox  müxtəlif 
abidələri,  dilləri,  adətləri və  əhalinin əxlaq və  istedad dərəcəsi aydın və  aĢkar bir 
Ģahiddir. 
Lakin  bunu  ətraflı  olaraq  təyin  etmək  mümkün  deyildir.  Ancaq  bu  qədər 
demək olar ki, Təbərsəranın bir hissəsində, Qubanın qərb qismində, Samur və Kürə 
nahiyələrində  yaĢayan  əhalinin  əksəri  müxtəlif  tayfalara  qarıĢmıĢ  qədim 
nəsildəndir. Dərbənd ətrafında, Təbərsəranın çox hissəsində, Quba vilayətinin Ģərq 
qismində, ġəki, Bakı, ġirvan və Səlyan vilayətlərində yaĢayanlar, fars, ərəb, moğol 
və  tatarlardan  ibarətdir.  Burada  olan  erməni  və  yəhudilərin  çoxu  da  get-gedə 
müsəlmanlar  ilə  qarıĢmıĢlar.  Onlar  Təbərsəran,  Dərbənd,  Bakı,  Quba  və  Kürə 
ölkələrində çox az, ġirvan və ġəki ölkələrində isə daha çox qalmıĢlar. Onlar öz din 
və  dillərini  saxlamıĢlar.  QarıĢıq  nəsilli  əhalinin  varlığına,  bir  çox  qəbilə  və 
kəndlərin öz dilləri və adlarını saxlaması ən aydın bir dəlildir. 
Bakı ölkəsində Zıx, Dağıstanda isə Miyatlu kəndlərinin əhalisi Zıx və Miyat 
tayfalarının qalıqlarıdır. Plini
17
 və Strabon
18
 onları bu ölkənin qədim sakinləri deyə 
                                                           
17
  Plini  –  məĢhur  Roma  alimidir,  eramızın  23-cü  ilində  anadan  olmuĢdur.  Plininin  ”Təbii  tarix”  adlı 
əsərində Azərbaycan Tarixi və coğrafiyası haqqında qiymətli məlumat vardır. 
18
 Strabon – məĢhur yunan coğrafiyaĢünaslarındandır. Eramızdan təqribən 63 il əvvəl anadan olmuĢ və 
eramızdan  19  il  əvvəl  vəfat  etmiĢdir.  Onun  ən  məĢhur  əsəri  ”Coğrafiya”  adlı  kitabıdır.  Bu  kitabda 
Azərbaycan  haqqında  gözəl  məlumat  vardır.  Strabon  əsərlərini  Pompeyi  Azərbaycana  olan  yürüĢləri 
zamanında, romalıların topladıqları məlumat əsasən tərtib etmiĢdir. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə