A. Bakıxanov (1794-1847)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/85
tarix04.12.2017
ölçüsü2,8 Kb.
#13843
1   2   3   4   5   6   7   8   9   ...   85

12 
 
göstərmiĢlər. ġəki, ġirvan və Qubada yaĢayan Udilu tayfası Udi Ģəhəri əhalisindən 
olmalıdır. Bu Ģəhər miladi III əsrdə Ermənistan padiĢahlarının paytaxtı olmuĢdur. 
Ġndiri kəndinin Tumanlar adlı bir məhəlləsi  vardır. Əhalisi  indi də  Qoysunun  sağ 
tərəfindən  Temurquyuya  qədər  olan  yerlərdəki  mülklərə  və  arxlara  sahibdirlər. 
Onlar əvvəldən buruda sakindilər. 
BaĢlı  yaxınlığında  olan  Tumanlar  kəndi  də,  TumanĢah  tayfasının  qalığı 
olmalıdır. Onları burada NuĢirəvan yerləĢdirmiĢdir. Köbəçi əhalisi öz babalarından 
eĢitdikləri  rəvayətə  görə  ticarət  məqsədilə  buralara  gəlmiĢ  Yunan  və  Cənəviz 
əhalisindən bir dəstədir. Onlar burada karxanalar bina edərək, get-gedə ayrıca bir 
camaat Ģəklinə  düĢmüĢlər. Təbərsəran əhalisinin çoxunu  NuĢirəvan Təbəristan  və 
Ġsfahandan  köçürmüĢdür.  Bu  nahiyənin  adı  da  Təbəristan  sözündən  dəyiĢmiĢ  ola 
bilər.  
Ərəb  adı  ilə  Qubada  iki  kənd,  Dərbənddə  bir  kənd,  ġəkidə  iki  kənd  və 
ġirvanda da böyük bir qəbilə vardır. Bu qəbilənin bir qismi indi də öz aralarında 
ərəbcə danıĢırlar. Təbərsərandakı Dərvaq kəndində də əhali son zamanlaradək ərəb 
dilində  danıĢarmıĢ; bu dili ancaq yaxın zamanlarda  tərk etmiĢlər, kəndin qocaları 
indi də bu dili bilirlər. Bunlardan baĢqa Kürə, Təbərsəran məmləkətləri və Samur 
nahiyəsi, bütün Dağıstan kimi öz kitablarında və yazılarında ərəb xətti və ərəb dili 
iĢlədirlər. 
Qubadakı  Bərmək  mahalı  HarunərrəĢidin  vəziri  Cəfər  Bərməkinin 
qəbiləsindəndir.  Onlar  Cəfərin  öldürülməsindən  sonra,  gəlib  burada  sığınmıĢlar. 
Quba və ġirvanda Zəngənə, Xəlilli və Kəngərli; ġirvanda Qaramanlı, Təkəli, ġamlı 
və Çakərli; Qubada Osallı, ƏrĢəli, Ustacallı və Qacar tayfaları; Quba, Dərbənd və 
ġirvanda  Bayat  qəbiləsi;  ġəkidə,  ġirvanda  Qaraqoyunlu,  Xələc  və  sair  bir  çox 
tayfalar  vardır.  Bunlar  Ġran  və  Rum  ölkələrində  sakin  olan  tərəkəmə  və  sair  elat 
kimi, türk tayfalarındandır. Samur nahiyəsindəki Miskincə kəndinin əhalisini, I ġah 
Təhmasib  Səfəvi  Astarabad  hüdudundan  buraya  köçürmüĢdür.  Bu  nahiyyədə 
yalnız  Miskincə  kəndi  Ģiə  məzhəbdir.  Həzrət  sözündən  dəyiĢmiĢ  olan  Həzrə 
kəndinin əhalisini, həmin padiĢah Ġrandan Quba vilayətinə köçürüb, öz babası ġeyx 
Cüneydin qəbri ətrafında yerləĢdirmiĢdir. Bunlar indi sünni məzhəbində olsalar da, 
bir məhəllələri hələ də, ”ġiələr məhəlləsi” adı ilə məĢhurdur. 
Samur  nahiyəsindəki  Mikrağ  kəndinin  və  Qaziqumuq  əhalisinin  çoxu, 
məlum olduğu kimi,  rus tayfasındandır. Onlar xəzərlərin istilası dövründə  buraya 
gəlmiĢlər. Bundan əlavə  onların zahiri qiyafəsi  və  bir çox adət  ənənələri də  buna 
Ģahiddir.  Qaziqumuq  əhalisi  indi  də  salam  əsnasında  papaq  götürüb  bir-birinə 
”izrov”  deyirlər. Bu söz  ola  bilər ki,  ”zdorov”  sözündən alınmıĢdır.  Ġndiki halda, 
Qaziqumuq  Ģəhərində  və  bu  böyük  Ģəhərdən  ayrılmıĢ  olan  bəzi  nahiyələrdə  üç 
tayfa sakindir: Qaççi, Məçcə, və Qumuq. Ehtimal ki, Qaççi tayfası Hun, Slavyan, 
Avar və Xəzər nəslindən olsun; Məçcə - Məkkə sözündən dəyiĢmə olub, ərəblərin 
QüreyĢ  qəbiləsindən  Qumuq  da,  qədim  Kamak  tayfasından  olsun.  Həmçinin  bu 
ölkənin  sair  əhalisi  və  Sulağın  sağ  tərəfində  olan  AqquĢa,  Qaytaq  mahalları  və 


13 
 
ġamxal  mülkü  əksəriyyətlə  qədim  nəsildən  olub  ermənilər,  farslar,  ərəblər  və 
türklərlə qarıĢmıĢlar. Sulağın o tərəfindəki Qumuq əhalisi Mıçıqıç, Avar və əslində 
qədim  nəsildən  olan  bir  çox  azadlıqsevən  xalqlar,  müxtəlif  Ģimal  tayfaları  ilə 
qarıĢmıĢlar. 
Xülasə, bu əzəmətli dağlarda (Qafqazda), dilləri az yayılmıĢ olan naməlum 
xalqlar  vardır  ki,  qədim  tayfaların  qalıqları  hesab  edilə  bilər.  Bunlar,  əsrlər  boyu 
dünyada qalibiyyət və qüdrətlə məĢhur olmuĢlar. Ġndi isə bunların bəzilərindən heç 
bir əsər qalmamıĢdır, yalnız tarix kitablarında adları çəkilməkdədir. 
Karamzin
19
  və  baĢqa  tarixçilərin  yazdıqlarına  görə,  avarlar  Türküstan 
çöllərində  iqtidar və  Ģöhrət  sahibi bir tayfa  olmuĢlar. Çin tarixçilərinə  görə, Avar 
tayfası  çinlilərlə  qonĢu  olan  hun  nəslindəndir.  II  əsrdə  türk  tayfaları  tərəfindən 
məğlub  edilən  avarlar,  cənub  ölkələrinə  gəlmiĢ  və  baĢqa  tayfalarla  qarıĢmıĢlar. 
Avar  xanı  Dizavul,  Atilla  kimi  yüksək  iqtidara  malik  olmuĢdur.  O,  Altay  dağları 
arasında  ipək  döĢənəcək  və  qızıl  qab-qacaqla  bəzənmiĢ  çadırda,  Rum  qeysəri 
Yustinianın elçilərini və hədiyyələrini qəbul edərək, onunla barıĢmıĢ və iranlılarla 
müvəffəqiyyətlə  müharibə  etmiĢdir.  Rum  tarixçilərinin  dediyinə  görə,  Dizavulun 
elçiləri  qırxılmamıĢ  uzun  saçlarından  baĢqa,  surət  və  əxlaqca  da,  tamamilə  hun 
tayfasına  bənzəyir  və  Atilla  zamanını  xatırlatmaqla  tamaĢaçıların  heyrətini 
artırırdılar.  Onlar  568-ci  ildə  sülh  tələbi  üçün  Qostəntiniyyəyə  gəlib,  qeysər 
Yustiniana dedilər ki, Avarın cəsur və məğlub edilməz tayfası səninlə dost olmaq, 
səndən  ənam,  məvacib  və  yaĢamaq  üçün  yararlı  və  gözəl  bir  yer  istəyir.  Qeysər 
onların  tələblərindən  heç  birini  rədd  etməyə  cəsarət  etmədi.  Avarın  qaniçən  xanı 
Bayan, bolqarları məğlub edərək, qətl və qarətdə əlindən gələni etdi. O, çex və sair 
slavyan xalqlarının sakin olduqları Moraviya  və Bohemiyanı istila ilə Frank kralı 
Siqberti məğlub edərək bir baĢ Tuna çayına gəlib çıxdı. Burada Lonqbard tayfasilə 
ittifaq  edərək  Qəbidiyan  dövlətini  alt-üst  etdi  və  Macarıstanı  ələ  keçirib  Ġtaliyanı 
almaq xəyalına düĢdü. 568-ci ildə avarların ölkəsi Elba çayından Atilə (Volqaya) 
qədər olan sahəni tuturdu. 
Bayan  xan  580-ci  ildə  Qara  dənizin  Ģimal-Ģərq  sahillərini  türklərin  əlindən 
aldı. Ertəsi il, 60 min süvari ilə gəlib Tuna çayı kənarında  o zamana qədər baĢlı-
baĢına yaĢayan Slavyan tayfasını qətl və qarətlə özünə tabe etdi. Tarixçi Nestorun 
yazdığına görə, Avar xanı 619-cu ildə Rum qeysəri Heraklini elə məğlub etdi ki, az 
qaldı  onu əsir  alsın və  hicri 4-cü (=626) ildə Qostəntiniyyəni  mühasirə etdisə  də, 
məqsədə  çatmadan  geri  qayıtdı.  Bu  tayfa  sonralar  müxtəlif  zamanlarda  cürbəcür 
qəbilələrlə Ģiddətli müharibə etmiĢ və get-gedə zəifləmiĢdir. IX əsrin əvvəllərində 
adlarını itirərək, baĢqa tayfalara qarıĢmıĢdır. 
Qəbirlərindən tapılan qiymətli Ģeylərdən məlum olur ki, bunlar o qədər də 
vəhĢi  olmayıb  Ġran,  Çin  və  Rum  ilə  ticarət  əlaqəsi  saxlamıĢlar.  Bunlardan  bir 
                                                           
19
  Karamzin  -  Karamzin  Nikolay  Mixayloviç  -  məĢhur  rus  tarixçisidir,  1766-cı  ildə  anadan  olmuĢ  və 
1826-cı ildə vəfat etmiĢdir. ”Rusiya dövlətinin tarixi” adlı on iki ciddlik əsərin müəllifidir. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə