A. Bakıxanov (1794-1847)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/85
tarix04.12.2017
ölçüsü2,8 Kb.
#13843
1   2   3   4   5   6   7   8   9   10   ...   85

14 
 
camaat, indi də Qafqaz dağlarında yaĢamaqla bərabər, ayrıca dilə malik və xüsusi 
əmirlərə tabe olaraq adət və ənənələrini davam etdirməkdədirlər. Bu Avar xanına 
Avar Üsmisi də deyirlər. O, hicri 1140-cı (=1727) ildə rus ordugahına gələrək dedi 
ki,  keçmiĢdə  mülkü  əlindən  çıxmıĢ  əcdadından  biri  rus  padiĢahının  köməyilə  öz 
yerinə təyin edilmiĢ və bu xüsusda rus padiĢahı tərəfindən verilən fərman indi də 
durur. Lakin baxılan  vaxt  məlum oldu  ki,  bu fərmanı  hicri VII əsrdə rus ölkəsini 
ələ keçirmiĢ olan Çingiz xanın nəvəsi Batı Cüci oğlu vermiĢdir. 
Qunib - kəndinin əhalisi (sözün axırından «b» hərfi atılaraq bəzən “Ğun” da 
oxunur)  bədsurət  və  vəhĢixasiyyət  Ğun  və  ya  Hun  tayfasının  qalıqlarındadır.  Bu 
kənd,  Əndələl  nahiyyəsində  tarlalı,  otlaqlı,  çaylara  və  ağaclara  malik  çox  çətin 
keçilən bir dağ təpəsində olub, təqribən yüz evdən ibarətdir. Bu kəndin əhalisi pis 
xasiyyətlidir.  Adamlar  çox  zaman  bir-birilə  vuruĢurlar.  Boyları  qısa  və  surətcə 
bədtərkib olub, o ətrafın sair əhalisindən xüsusilə fərqlənirlər. 
Təbərsəranda, Dərbənd səddi ilə əlaqədar olaraq ƏnuĢirəvan tərəfindən bina 
edilmiĢ bir Ģəhərin xarabaları ətrafında Calqan, Rukal, Məqatir, Kəmax, Zeydiyan, 
Hümeylərin  əhalisi  tat  dilində  danıĢırlar.  Bu  dil  qədim  fars  dilinin  ləhcələrindən 
biridir.  Məlum  olur  ki,  onlar  farsdırlar,  ancaq  bu  Ģəhər  xaraba  qaldıqdan  sonra, 
həmin kəndlərdə yerləĢmiĢlər. Bilhədi kəndinə yaxın olan bu Ģəhərdə sənətkaranə 
bir  tərzdə  iĢlənmiĢ  qəribə  bir  darvaza  vardır. Bu  dərvaza  indi  də  durur.  Ehtimala 
görə,  Babülhədid  həmən  budur,  kəndin  adı  da,  bundan  alınaraq,  çox  iĢlənmək 
nəticəsində dəyiĢib Bilhədi olmuĢdur. 
ġamaxı ilə Qudyal (indiki Quba) Ģəhərləri arasında qalan mahalda, məsələn: 
ġirvanda  Hovz,  Lahıc  və  QoĢunlu;  Qubada  Bərmək,  ġəmpara,  Buduğun  aĢağı 
hissəsi  və  bütün  Bakı  ölkəsində  -  altı  tərəkəmə  kəndindən  baĢqa  -bütün  əhali  tat 
dilində danıĢır. Məlum olur ki, bunların da əsli farsdır. Quba ölkəsinin qərb qismi - 
xüsusi  dilə  malik  olan  Xınalıq  kəndindən  baĢqa  -  Samur  və  Kürə  nahiyələri  və 
Təbərsəranın  Dərə  və  Əhmərli  adlı  iki  mahalı  müxtəlif  ləhcəli  xüsusi  dilə 
malikdirlər.  Bunlar  türk  dilində  danıĢan  əhalini  moğol  adlandırırlar. 
Dərbəndnamənin  qeydinə  və  sair  əlamətlərə  görə  məlum  olur  ki,  bu  tayfa  Alan 
masagetlərinin  nəslindəndir.  Bakıdakı  MəĢqətə  -  ”s”  hərfi  “Ģ”  hərfinə  təbdil 
edilmiĢdir  -  kəndinin əhalisi  də  həmin tayfadan  olmalıdır.  Bunlar Bakı əhalisinin 
dilini  qəbul  etmiĢlərsə  də,  yenə  əxlaq  və  yaĢayıĢ  tərzləri  cəhətdən  bu  ölkə 
əhalisindən  tamam  fərqlidirlər.  Sair  Təbərsəran  mahallarının  da  baĢqa  dilləri 
vardır. Mağarti, Mərağə, Xoçni və  Çıraq adlı dörd kənddə, Dərbənd Ģəhərində və 
onun  hər  iki  tərəfində  olan  Ulus  və  Tərəkəmə  mahalındakı  kəndlərin  hamısında, 
Tip,  Müskür  və  ġabran  mahallarında  və  Quba  Ģəhərinin  özündə,  Səlyan  ilə 
ġirvanın  digər  mahallarında,  Bakının  altı  tərəkəmə  kəndində  və  bütün  ġəki 
ölkəsində  əhalinin  dili  türkcədir.  Bunlar  əksəriyyətlə  türkmən,  moğol  və  tatar 
nəslindən  olub,  bəziləri  də,  Osmanlı  -  Ġran  müharibələri  zamanında,  Səfəvilər 
dövründə  və  bundan  sonra  gəlmiĢlər.  Bunların  ləhcələri  Ermənistan  və 
Azərbaycanın bütün vilayətlərində də Ġranın bir çox yerlərində iĢlənən türk dilinə 


15 
 
mənsubdur. Bu ləhcə Osmanlı, Cağatay, Qumuq və Noğay ləhcələri arasında orta 
ləhcədir, lakin hər dil üçün lazım olan yazı qaydaları və qanunları (sərf-nəhv) bu 
dil üçün hələ təyin edilməmiĢdir. 
Dağıstanda olan bir çox xalqların və əmirliklərin müxtəlif dilləri və hesabsız 
ləhcələri vardır. Bunlardan beĢ dil ümumiyyətlə daha çox iĢlənir. 
1)
 
Qumuq  ləhcəsilə  olan  türkcədir.  Bu  dil  Qaytağın  aĢağı  hissəsində, 
ġamxal  mülkündə  və  Qumuqda  olan  bütün  düzlərdə  iĢlənməkdədir.  Bununla 
bərabər, baĢqa yerlərin əhalisindən bir çoxu da bu dili bilir. 
2)
 
Avar  dilidir.  Bu  dil  bütün  Avarıstana  yayılmıĢ  və  bir  çox  xalqlar 
arasında iĢlənməkdədir. Sair qəbilələrdən bir çoxu da bu dili bilir. 
3)
 
BeĢ  AqquĢa  mahalının  dilidir.  Bu  dil  Sürhidə  və  Qaytağın  yuxarı 
mahallarında müxtəlif ləhcələrdə danıĢılır. 
4)
 
Qaziqumuq dilidir. Bu dil həmin ölkəyə məxsusdur. 
5)
 
Mıçıqıç dilidir. Bu dil həmin ölkəyə və bu ölkənin yuxarı nahiyələri olan 
ġübut, Carili və sairə məxsusdur. 
Zumtal, Baqtulal, Camalal, Əndib, Qapuçay, Ansux, Cəniq, Zaxur, Auvax, 
Qabalal  camaatı  və  Qaziqumuğa  mənsub  olan  Köbəçi,  Ərçub  kəndləri  və 
bunlardan  baĢqa  bir  çoxları  müxtəlif  dillərə  və  ləhcələrə  malikdirlər.  Bu  xüsusda 
təfsilat vermək üçün ayrıca tədqiqat aparmaq lazımdır. 
Ermənilər və yəhudilərdən baĢqa, ġirvanın bütün əhalisi islam dinində olub, 
bəzisi Ģiə və bəzisi sünnidir. Bakı ölkəsi tamamilə, Dərbənd əksəriyyətlə, ġirvanın 
yarısı, Səlyanın hamısı, ġəki və Qubanın bir hissəsi Ģiə məzhəbdir. ġirvanın yarısı, 
ġəki  və  Qubanın  çoxu,  Dərbəndin  azacıq  bir  hissəsi,  bütün  Təbərsəran,  Kürə, 
Miskincəni  çıxdıqdan  sonra  Samur  nahiyəsi  və  Dağıstanın  hamısı  sünnidir.  Bu 
məzhəb  buruda  iki  Ģöbədən  olub,  biri  hənəfi  və  digəri  Ģafiidir.  Quba,  ġəki  və 
ġirvanda  bunların  hər  ikisindən  vardır.  Samur,  Kürə,  Təbərsəran  nahiyələri  və 
Dərbəndin sünni hissəsi, bütün Dağıstan kimi Ģafii-məzhəbdirlər. 
Əgər  bu  ölkənin  qəbilələri,  kəndləri,  binaları  və  qədim  asarı  heniĢ  bir 
surətdə tədqiq edilərsə əhalinin mənĢəini təyin etmək mümkün olacaqdır. [26 - 27] 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə