A. Bakıxanov (1794-1847)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/85
tarix04.12.2017
ölçüsü2,8 Kb.
#13843
1   ...   5   6   7   8   9   10   11   12   ...   85

18 
 
tayfasını iranlılarla  müharibəyə  apardı və  bu ildə  xaqanı oğulluğa  götürüb baĢına 
tac qoydu. 
Rum qeysəri II Yustinian Tiberidən qaçıb xaqanın yanına getdi və onun qızı 
ilə evləndi. Qeysər Lev də xaqanın qızını öz oğlu Qostəntin üçün aldı. Qeysər Lev 
də (Xəzəri) bundan dünyaya gəldi. 
Xəzərlər  iki  dəniz  (Xəzər  və  Qara  dəniz)  arasındakı  yerləri  ələ  keçirib, 
slavyanları və sair qəbilələrdən bir çoxunu özlərinə tabe etdilər; Rum sultanları ilə 
dost  olub  Qafqaz,  Ermənistan  və  Azərbaycan  ölkələrindən  keçərək,  fars  və  ərəb 
padiĢahları ilə müharibəyə giriĢdilər.  
Karamzinin  yazdığına  görə,  Atil  Ģəhəri  Atil  çayı  kənarında  olub,  xaqanın 
paytaxtı  idi.  Bu  Ģəhəri  NuĢirəvan  bina  etmiĢdir.  Xəzərlər  hunların  və  sair  türk 
tayfalarının  əksinə  olaraq,  tikinti  iĢlərinə  həvəskar  imiĢlər.  Don  kazaklarının 
mülkündə  olan  Sarkel  qalası,  Xarkov  Ģəhəri  yaxınlığındakı  Xaqan  adlı  Ģəhər 
xarabası  və  Voronej  ətrafındakı  Xəzəriyyə  adlanan  sair  yerlər  bunların  məlum 
olmayan Ģəhərlərinin qalıqlarıdır. 
Xəzərlər əvvəllərdə bütpərəst idilər. VIII əsrdə yəhudi dinini qəbul etdilər. 
Məsudinin  rəvayətinə  görə,  bu  dini  əvvəlcə  Xəzər  xaqanlarından  Bula  adlı  biri, 
hicri 121-ci ildə qəbul etmiĢdir. Hicri 243-cü (=858) ildə isə onlar xaçpərəst dininə 
keçmiĢlər. 
Əbülfida  yazır: Xaqan, sultanlar nəslindən olmalı idi. Mühüm və böyük iĢ 
olmadan, onu görmək hər kəsə mümkün olmazdı.  Hüzuruna gedən zaman torpağa 
düĢmək  lazım  idi.  Ondan  icazəsiz  (torpaqdan)  qalxmaq,  yaxına  getmək  və  söz 
söyləmək olmazdı. Xaqanların qəbirləri yanında keçərkən, atdan düĢüb baĢ əymək 
lazım idi. Xaqan mənsəb sahiblərindən hər hansına: “Get öl” desəydi, o haman saat 
evə gedib, özünü öldürməli idi. 
Bu  nəsildən  fəqir  və  yoxsul  olanlar  da  növbə  ilə  hökmranlığa  çatırdılar. 
EĢitdim  ki,  bir  cavan  dükanda  xırdavatçılıq  edirdi,  xalq  deyirdi  ki,  hazırkı 
xaqandan  sonra taxta  varis  bu Ģəxsdir.  Lakin  həmin Ģəxs  müsəlman idi, xaqan isə 
yəhudi olmalı idi. 
Xaqan ilə bərabər on nəfər də məhkəmə və divanda hazır olub, xalqın iĢinə 
baxmalı idilər. Bunlar da, müsəlman, yəhudi, xaçpərəst və bütpərəst ola bilərdilər. 
Bu  Ģəhər  əhalisinin  çoxu  müsəlman  və  xaçpərəst,  bir  azı  da  yəhudidir.  Bunların 
hörmətlisi müsəlmanlar və tacirlərdir. Çox yedikləri Ģey düyü və balıqdır. ġəhərin 
ətrafı  on  ağac  məsafəyə  qədər  məhsuldar  çöllərdən  ibarətdir.  Xarəzm  malları  ilə 
yüklü gəmilər, Ģəhərin ortasından axan çay ilə keçib gedir. BaĢqa gəmilər də Portas 
ölkəsi  ətrafında  qiymətli  qara  tülkü  dərisi  gətirir.  Çöllü  tayfaların  padiĢahları,  bu 
dəriləri kürk və papaq üçün baha qiymətə alırlar. BaĢqa ölkələrdən də qırmızı, boz 
və ağ rəngli tülkü dəriləri gətirilir. Bunlara “ərəbi” deyirlər. Bu dərilər daha ucuz 
olub yalnız Dərbəndə, Bərdəyə və Xorasana deyil, hətta Fransaya və Ġspaniyaya da 
aparılır. 


19 
 
Bu  Ģəhərin  evləri  ağac  və  qamıĢdandır.  Xaqanın  sarayı  isə,  çayın  qərb 
tərəfində tikilmiĢdir. 
Xəzər  ölkəsində  gözəl  bağları  olan  Ġsmid  adlı  bir  Ģəhər  vardır.  Ehtimala 
görə, bu sözün əsli Səməndər, ya Ġsməndər olmuĢdur. Ancaq yazarkən “y” hərfi ilə 
“n”  hərfi  qarıĢdırılmıĢ  və  “r”  hərfi  də  qələmdən  düĢmüĢdür.  Dərbənddən  Sərirə 
qədər yol boyu bağlıqdır. Burada üzüm də əmələ gəlir. 
3.  Rusdur.  Bu  adam  ...  uzun  zaman  köçəri  həyat  sürdükdən  sonra  elçi 
göndərib,  Xəzərdən  oturaq  yeri  istədi.  Xəzər  o  tərəflərdəki  münbit  torpaqlı  və 
sağlam  havalı  adaların  bəzisini  ona  verdi.  Rus  “yarğu”,  yəni  qovğa  salmağa  və 
ədalət  tələb  etməyə  baĢladı.  Ruslarda  belə  bir  adət  vardır  ki,  atadan  qalan  malın 
hamısını qıza verərlər, oğula isə qılıncdan baĢqa bir Ģey verməzlər: “Sənin hissən 
ancaq budur” - deyərlər. 
Karamzin  və  sair  rus  tarixçilərinin  yazdıqlarına  görə,  hicri  247-ci  (=862) 
ildə baĢsız və intizamsız olan Ģimali Slavyan tayfasının dəvəti ilə rus nəslindən üç 
qardaĢ  -  bunların  əhvalatı  hicri  235  (=850)  ildə  Avropa  tarixinə  də  girmiĢdir  - 
Baltik  dənizinin  o  biri  tərəfindən  gəlib,  slavyan  torpaqlarında  sakin  oldular. 
Bunların  böyüyü  -  Rurik  əmirliyə  baĢladı  və  rus  dövləti  o  zamandan  etibarən 
əsaslandı. 
Tarixlərdən  və  yuxarıda  qeyd  olunan  faktlardan  əlavə,  bir çox  əfsanələrdə 
Rus  tayfasının  göstərdiyi  hünərlər,  təəccüblü  iĢlər  və  Makedoniyalı  Ġskəndərin 
onlara yazdığı dostluq məktubu məĢhurdur. 
Həzəqil  peyğəmbərin  kitabında  38-ci  fəsildə  və  Ərəmya  peyğəmbərin 
kitabında 25-ci fəsildə Ģərq tayfaları sırasında Rus tayfasının da adı çəkilir, bu da 
onların qədim bir nəslə mənsub olduqlarını göstərir. 
4.  Qərrədir.  Hiyləgər  bir  adam  idi.  O  öz  tayfası  ilə  bərabər  Bolqarıstan 
ətrafında yurd salmıĢdı. 
Onunla Türk arasında Ģiddətli müharibə baĢ verdi. Bu müharibədə Qərrənin 
oğlu Beyğur öldürüldü. Deyirlər ki, bunların nəsli arasında indi də çəkiĢmə davam 
edir. Moisey Xorenskinin  yazdığına görə, Bolqar tayfasının adı  tarix kitablarında 
miladdan yüz il əvvəl söylənməkdədir. 
5.
 
Kamaridir. Buna Kamak da deyilir. Bu xoĢtəbiət və ovçuluğu sevən bir 
Ģəxs idi. O indi Bolqar adlanan yerə gəlib yurd saldı. Onun Bolqar və Pərtas adlı 
iki  oğlu  oldu.  Bunlar  da  qəbilə  sahibi  oldular.  Qumuq  tayfası  bu  nəsildən 
ayrılmıĢdır və adları da, ehtimal ki, Kamak sözündən alınmıĢdır. Bətləmyus da bu 
tayfanı həmin yerlərdə Kam və Kamak adları ilə qeyd edir. 
6.
 
Səqlabdır. Bunun da böyük bir qəbiləsi var idi. Yer ələ keçirmək üçün 
səfərə  çıxardı.  Onun  bir  oğlu  oldu,  anası  vəfat  etdiyi  üçün  it  südü  ilə  bəsləndi. 
Böyüdükdən sonra it kimi insanlara hücum edərdi. Atası öz qohumlarından ona bir 
qız  aldı.  Bundan  Səqlab  adlı  bir  oğlu  oldu.  Bu  da  böyüyüb  qəbilə  rəisi  olduqda, 
elçilər göndərib, Rus və Xəzərdən oturaq yeri istədi. Səqlabın qəbiləsi çox olduğu 
üçün onun tələbini rədd etdilər. ĠĢ müharibə ilə nəticələndi. Səqlab basılıb Ģimala 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə