A. Bakıxanov (1794-1847)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/85
tarix04.12.2017
ölçüsü2,8 Kb.
#13843
1   ...   13   14   15   16   17   18   19   20   ...   85

35 
 
əvvəlkindən də yaxĢı təmir edər. Nə qədər Dərbənd onların əlində olsa, Ermənistan 
və Azərbaycan ölkələri salamat qala bilməz. Müslimə onun sözünü qəbul etməyib, 
qala divarının hər iki tərəfdən dağıdılmasına əmr verdi. Əbdüləzizi də Ermənistan 
və Azərbaycan hakimi təyin edib ġama qayıtdı. Xəzər tayfası yenə Dərbəndə gəldi, 
lakin onlar qalanı təmir etmədilər. Hər il oradan keçib, Ermənistan və Azərbaycanı 
qətl  və  qarət  edirdilər.  Bu  ölkə  əhalisindən  peydərpey  gələn  Ģikayətlərə  görə, 
Müslimə  ikinci  dəfə  40000  qoĢunla  Dərbəndə  gəldi.  Qalanı  təmir  edərək,  burada 
5000  nəfər  əsgər  qoyub,  ġama  qayıtdı.  Bundan  bir  neçə  il  keçdi.  Dərbənd 
mühafizləri  xəzərlərin  qorxusundan  qaladan  bayıra  çıxa  bilmirdilər.  Xəzərlər 
dərədən keçib Ermənistan və Azərbaycanı çapırdılar. Ermənistan və ġirvan hakimi 
Əbdüləziz  Bahili,  hərdənbir  müdafiəyə  qalxıĢırdısa  da,  onları  dəf  etməyə  gücü 
çatmırdı... 
Hicri  103-cü  (=722)  ildə  Əbdüləziz  vəfat  etdi.  O  əsrin  xəlifəsi  Yəzid  ibni-
Əbdülməlik
36
,  Əbü  Übeydeyi-Cərrahı  6000  nəfər  əsgərlə  Dərbənd  mühafizlərinin 
köməyinə göndərdi. Xaqanın oğlu da öz qoĢunu ilə Həmriyə gəldi. Əbu Übeydeyi-
Cərrah  Müskürə  gəlib  o  ətrafın  qalalarındakı  qoĢunları  toplayaraq  Rubas  çayı 
kənarında dayandı. O, Təbərsəran və Qaytağın hələ də islam dinini qəbul etməmiĢ 
olan  əmirləri  ilə  görüĢüb  dedi:  “Mən  Ərəbistandan  xəzərlərin  müharibəsinə 
gəlmiĢəm,  sizin  də  bu  xüsusda  mənə  kömək  etmənizi  arzu  edərdim”.  Ləzgi 
rəislərindən ArtanıĢ adlı bir nəfər, bu əhvalatı gizlicə Xaqanın oğluna bildirdi. Əbu 
Übeydeyi-Cərrah  bundan  xəbər  tutub,  üzdə  dedi  ki,  guya  o,  burada  ancaq  3  gün 
dayanacaqdır.  Lakin  gecə,  məĢəllərin  iĢığı  ilə  Rubas  çayından  və  Dərbənd  Ģəhəri 
içərisindən  keçdi.  O,  Avayın  çeĢməsi  yanında,  sağ  cinah  əmirini  2000  atlı  ilə 
Qaytaq tərəfinə  və  sol cinah  əmirini də  2000 nəfərlə  Təbərsəran tərəfinə çapqına 
göndərdi. TapĢırdı ki, günəĢ doğunca ordugaha qayıtsınlar. Sağ cinah əmiri 12000 
qaramal, qoyun və 700 əsirlə, sol cinah əmiri də 40000 qaramal, at, qoyun və 2000 
əsirlə  geri  qayıtdı.  Onlar  bunlardan  əlavə  bir  çox  baĢqa  qənimətlər  də  gətirdilər. 
Xümsünü çıxdıqdan sonra, bu qənimətlərin hamısını qoĢun arasında bölüĢdürdülər. 
Xəzər  Ģahzadəsi  bu  xəbəri  eĢidəndən  sonra,  müharibə  qəsdilə  Həmridən  hərəkət 
etdi.  Əbu  Übeydə  də  qarĢıya  çıxdı.  Dərvaq  çayı  kənarında  iki  qoĢun  bir-birilə 
üzləĢdi...  Hər  iki  tərəfdən  dava  təbili  vuruldu,  bayraqlar  ucaldı,  çox  Ģiddətli  bir 
müharibə  baĢlandı.  Ġki  tərəfdən  də  çox  adam  qırıldı.  Axırda  xəzər  qoĢunu 
müqavimət  göstərə  bilmədi,  bütün  təchizatını  buraxaraq,  qaçıb  qurtardı. 
Müsəlmanlar onları təqib edib qətl və qarət edirdilər. O gün xəzərlərdən 7000 nəfər 
və  müsəlmanlardan 2000 nəfər öldürülmüĢdü. Xaqanın oğlu çox çətinliklə  özünü 
Ġnci  Ģəhərinə  yetirib  dedi:  “Gördüyüm  düĢmən  çox  güclüdür,  əgər  sizə  kömək 
gəlməzsə,  özünüzü  qaçmaqla  qurtarın”.  Oradan  Bəlxə  gedib  Bəlx,  Ulu  Macar, 
Kiçik  Macar,  Qızılyar  və  sairin  hakimlərini  Əhran  hakiminə  tapĢırdı.  Ölkənin 
mühafizəsi üçün lazım gələn əsgəri tədbirləri görüb, özü paytaxta qayıtdı. 
                                                           
36
 II Yəzid ibni-Əbdülməlik - əməvilərdən doqquzuncu xəlifədir (101-105=720-724).  
 


36 
 
Əbu  Übeydeyi-Cərrah  Qayakənd  yaxınlığında  bir  təpə  üzərində  vaqe  olan 
Həsin  qalasını  alıb,  indi  Tarxu  adlanan  Səməndər  Ģəhərinə  getdi.  Buranın  əhalisi 
təslim  oldu.  Buradan  Ġnci  qalası  üzərinə  gəldi.  Bu  qala  bir  tərəfdən  dağ,  o  biri 
tərəfdən  dəniz  ilə  yanaĢı  idi,  dağ  ilə  dəniz  arasında  da  bir  hasar  vardı.  Buranın 
əhalisi,  yerin  möhkəmliyinə,  su  və  azuqənin  bolluğuna  arxalanıb,  qalanı  müdafiə 
etməyi  qərarə  aldılar...  Müsəlmanlar  ətrafdan  12000  araba  toplayıb,  üzərlərinə 
taxta yığdılar. QoĢun da bunların ardınca gedərək Ģəhərə daxil oldu. Ġncinin əmiri 
ərkə  sığındı  və  gecə  bir  neçə  nəfər  rəis  və  əsgərlə  Ġnci  ilə  Bəlx  arasında  olan 
Keyvan  qalasına  çatdı.  Sübh  zamanı  müsəlmanlar  Ġnci  əhalisini  islama  dəvət 
etdilər, qəbul etməyəni öldürdülər və ya əsir aldılır. Ġnci qalasını da dağıtdılar. 
Rövzətüssəfa  və  Güzidə  kitablarında  deyilir:  Əbu  Übeydeyi-Cərrah  Xəzər 
mülkünü qətl və qarət edib, Azərbaycana qayıdandan sona, Xəzər Xaqanı türklərin 
müxtəlif  qəbilələrindən  kömək  istəyib,  300  min  qoĢun  topladı.  Xaqanın  oğlu 
PəĢənk, o cəmiyyətlə Dərbənddən keçərək, Kür və Araz çayları qovĢağında düĢdü. 
QoĢununu  ətrafı  çalıb-çapmağa  göndərdi.  Bu  zaman  Əbu  Übeydənin  qoĢunu 
dağınıq bir halda idi. Özü də atəĢgədəni dağıtmaq üçün Ocan səhrasına  getmiĢdi. 
Yanında olan azacıq qoĢunla xəzərlərin qarĢısına çıxdı. ġiddətli bir müharibə oldu, 
müsəlmanlar  məğlub  olub  çoxlu  tələfat  verdilər.  Əbu  Übeydeyi-Cərrahın  özü  də 
öldürüldü  və  ailəsi  əsir  düĢdü.  Ġslam  qoĢunu  ilə  bərabər  olan  və  Azərbaycanın 
böyük adamlarından sayılan MərdanĢah da öldürüldü. Türk qoĢunları Azərbaycan 
və  Ermənistan  ölkələrində  qətl  və  qarətə  baĢladılar.  Ermənistanda  zərb  olunan 
dirhəmlərdən  məlum  olur  ki,  bu  vilayət  həmin  iğtiĢaĢ  zamanı  xəlifələrin  əlindən 
çıxmamıĢdır.  Xülasə,  bu  xəbər,  o  dövrün  xəlifəsi  HiĢam  ibni-Əbdülməlikə
37 
yetiĢdi.  O,  hicri  114-cü  (=733)  ildə  Səid  ibni-Əmri-HərĢini  böyük  bir  qoĢunla 
türklərin  müharibəsinə  göndərdi.  O  da,  bir  çox  qələbələrdən  sonra,  Qarabağ 
Beyləqanına  yetiĢdi.  EĢitdi  ki,  Xaqanın  oğlu  müsəlman  qalalarından  birini 
mühasirəyə  almıĢdır,  az  qalmıĢdır  ki,  qaladakılar  təslim  olsunlar.  Bu  zaman  fars 
Ģahzadələrindən  Xüdavəndi-əsbi-əbləğ  adlı  Xəzər  dilini  bilən  bir  nəfəri  göndərdi 
ki, qaladakılara onun gəlməsini bildirsin. ġahzadə ertəsi gün oraya çatdı. Xəzərlər 
onu  tutub  soruĢdular:  -  Sən  kimsən  və  hara  gedirsən?  O  dedi:  -  Ərəb  sərkərdəsi 
məni göndərdi ki, qaladakılara onun gəlməsini xəbər verim. Xəzərlər ona dedilər: - 
Əgər  qurtarmaq  istəyirsən,  qalanın  yanına  gedib  de  ki,  ərəb  qoĢunu  hələ  çox 
uzaqdadır. ġahzadə dərvazaya yaxınlaĢıb səsləndi: - Ey müsəlmanlar, tanıyırsınız? 
Sizə  müjdə  olsun!  Səidi-HərĢi  külli  qoĢunla  Bəyləqandadır.  Ġki  üç  gündən  sonra, 
gəlib sizə çatar. Mərd və igid olun! 
Müsəlmanlar təkbir dedilər. Xəzərlər Ģahzadəni oradaca parça-parça etdilər 
və özləri də köçüb Ərdəbilə tərəf getdilər. Bu zaman ağ atlı və ağ paltarlı bir Ģəxs 
Səidin yanına gəlib dedi: - 2000 nəfər xəzər 5000 islam əsiri ilə filan yerdədirlər. 
Əmir casus göndərib onun sözünü təhqiq etdi, söz doğru çıxdı. Əmir 40000 nəfər 
                                                           
37
 I HiĢam ibni-Əbdülməlik - əməvilərdən onuncu xəlifədir (105-125=724-743). 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə