402
kənarda qalırlar. Beləliklə də, dünya bazarı beynəlxalq pul - əmtəə
münasibətlərinin sahələrini təmsil edir, yəni bütün dünya ölkələrinin
xarici ticarət əməliyyatlarını özündə əks etdirir.
Beynəlxalq ticarət idxal və ixrac əmtəə axınını özündə cəmləyir.
Idxal – ixrac əməliyyatı yalnız o zaman başa çatdırılmış hesab edilir ki,
hər hansısa çatdırılacağı ölkənin gömrük məntəqəsindən yoxlanılıb
keçmiş olsun. Bu keçid məhsulun mülkiyyətçisi tərəfindən nəzarət oluna
və olunmaya da bilər.
Dünya bazarında ixrac olunan məhsullar üçün tələb və təklifin
balanslandırılması təmin edilir. Hər hansı bir ölkədə ixracın həcmi
həmin ölkədə bu məhsulun artıq təklifi ilə təyin edilir. Hər-hansı bir
ölkəyə ixracın həcmi isə həmin ölkədə bu məhsula olan artıq təlabatla
təyin edilir.
Ölkə daxilində artıq təklifin və ya tələbin olması daxili
bazarlarda təyin edilmiş tarazlıq qiymətlərinin və həmin məhsullara
digər ölkələrdə təyin edilmiş qiymətlərin müqaviləsi, nəticəsində təyin
edlir. Beynəlxalq ticarətin həyata keçirildiyi qiymətlər həmin məhsula
üçün təyin edilmiş minimum və maksimum daxili qiymətlər arasında
olur.
Beləliklə, müəssisə dünya bazarına daxil olması əməkdaxili
bazarda onun üçün imkanların zəifləməsi nəticəsində olduğu kimi, həm
də digər ölkələrdə onun üçün perspektivlərin açılması nəticəsində də ola
bilər. Bundan başqa, istehsalçıların dünya bazarına çıxması dövlət
tərəfindən də stimullaşdırıla bilər, belə ki, bu hal xarici valyutanı
dövlətə axınını artırar və xarici ticarət çatışmamazlığının aradan qaldırır.
Dövlətin xarici iqtisadi fəaliyyətə qarışması stimullaşdırıcı
olduğu kimi, həm dünya bazarıə tormozlayıcı təsir göstərə bilər. Bu hər
şeydən əvvəl gömrük rüsumları və ya gömrük tarifləri formasında, yəni
dövlətin ixrac edilən məhsullar üçün təyin etdiyi pul vergiləri
formasında əks etdirilir. Gömrük tarifləri təyin edilərkən nəzərdə
tutulmuş məqsədlərdən asılı olaraq onun 2 müxtəlif cəhəti fərqləndirilir:
1) fiskal tarif - əmtəə istehsalına əsaslanır.
2) proteksionist tarif – istehsalçının müdafiəsi məqsədi ilə
əmtəə ixracını məhdudlaşdırar.
Dövlət uyğun pul vergilərini təyin etməklə yanaşı beynəlxalq
ticarət prosesində istehsalçının müdaifəsi və müxtəlif növ kvotaların
həyata keçirilməsi yolu ilə məşğulluğun sabitlə.dirilməsi və ya
yüksəldilməsi kimi daxili sosial məsələləri dünya bazarıə həll edə bilər.
403
Kvota – hər hansı bir məhsulun başqa ölkəyə daşınması üçün təyin
dilmiş kəmiyyət həddi deməkdir. Müstəsna hallarda kvota üçün
embarqo qoyulur, yəni hər hansı bir məhslunu daşınması tamamilə
qadağan edilir (sıfır hədli kvota). Qeyri-tarif gömrük hədlərinə həmçinin
hər hansı bir məhsulun diskriminasiyası da aid edlir.
Məhsula olan tələb və təklifin balanslaşdırılması nəticəsində
tənzimləyici qiymətlərin yarandığı – qapalı daxili bazardan fərqli olaraq
beynəlxalq ticarətdə tənzimləyici qiymətlər qarşlıqlı tələb və qarşlıqlı
təklifin balanslaşdırılması nəticəsində təyin edilir.
Qarşılıqlı tələb – məhsulun elə həcmidir ki, onu bütövlükdə
mövcud olan qiymətlər səviyyəsində realizə etmək mümkündür. Qeyd
etmək lazımdır ki, qarşılıqlı tələb yerli istehlakçılar tərəfindən tələbat
demək deyildir. O, xaricdən xarici istehlakçılar tərəfindən o cümlədən,
ölkə daxilində investisiyaları həyata keçirən istehlakçılar tərəfindən
təqdim edilən tələbatdır.
Qarşılıqlı təklif – bu məhsulun elə bir həcmidir ki, burda
mövcud qiymətlər səviyyəsində həmin məhsulun bütün istehsalçıları öz
məhsullarını bötüvlükdə təklif edirlər. Qarşılıqlı təklif məhsulu yerli
istehsaldan onun ixracına gətirib çıxarır.
Bütün Dünya miqyasında keçid mərhələsi bitdikdən sonra
(hansı ki, bunu həmişə tam sona yetmiş hesab etmək olmaz) qarşılıqlı
tələb qarşılıqlı təkliflə bərabərləşməlidir. Amma ayrı-ayrı regionların və
ya qrup ölkələrin miqyasında hətta keçid mərhələsi sona yetişdikdən
sonra, yəni tam təyin edilmiş rejimə çatmasına baxmayaraq bu və ya
digər məhsul növü üçün balans olmaya bilər.
Daxili bazardan fərqli olaraq xarici bazarın bu və ya digər
məhsul və ya xidmət növü üçün müəyyənləşdirilmiş hətta ən minimal
məbləği belə ödəməyə hazır olduğuna arxayın olmaq olmaz. Buna görə
dünya bazarında konyukturanın təhlili üçün müxtəlif məhsullara və
müxtəlif ölkə və ölkə qruplarına müxtəlif cür yanaşmalar tələb olunur.
Gəlin ən əvvəl dünya bazarında realizə edilməsi nöqteyi-
nəzərindən müxtəlif məhsul növlərini nəzərdən keçirək.
Çox zaman dünya bazarında məhsulu onun dəyəri və qiyməti
arasındakı uyğunsuzluqlarla əlaqədar olaraq həmçinin həmin məhsulu
sərhədlərdə kənara çıxarmaq demək olar ki, qeyri-mümkün olduğuna
görə əldə etmək demək olar ki, imkansızdır. Bu nöqteyi-nəzərdən bütün
məhsulların iki yerə: ticarət və qeyri-ticarət məhsullara bölmək olar:
404
Ticarət məhsulları – elə məhsullardır ki, onların bir ölkədən
digərinə köçürmək mümkün olsun.
Qeyri-ticarət məhsullarının isə bir ölkədən digərinə köçermək
mümkün deyil. Prinsipcə, təkrar istehsaldan kənarlaşmaq üçün qeyri-
istehsal məhsullarını bütövlükdə yalnız istehsal olunduğu ölkədə realizə
etmək lazımdır.
Bütün məhsulların ticarət və qeyri-ticarət mallarına bölüşməsi
adətən BMT tərəfindən qəbul edilmiş standartlaşmış sənaye təsnifatı
əsasında baş verir. Bu təsnifata uyğun olaraq bütün məhsul və
xidmətlərin bölgüsü aşağıdakı kimi baş verir:
a) ticarət məhsulları:
k/t, ab, meşə təsərrüfatı və balıqçılıq;
hasiledici sənaye;
emaledici sənaye;
b) qeyri-ticarət məhsulları:
kommunal xidmətlər və tikinti;
topdansatış və pərakəndəsatış qiymətləri, restoran və
mehmanxanalar;
daşınma, saxlanma, əlaqə, maliyyə vasitəçiliyi;
müdafiə və mütləq sosial xidmətlər;
digər kommunal, sosial və şəxsi xidmətlər;
bütün məhsulların təsnifatı sxem şəklində aşağıdakı kimidir:
Şə
kil 10.1. Beynəlxalq ticarətdə iştirakına görə məhsulların
tə snifatı.
Məhsulun cəmi
Qeyri-ticarət malları
k/t ob, meşə
təs-tı və
Ticarət malları
Hasilat sənayesi
Emaledici sənaye
Kommunal xidmətlər və tikinti
Topdansatış və
pərakəntəsatış ticarəti,
Daşınma, saxlanma, əlaqə, maliyyə vasitəçiliyi;
müdafiə və vacib sosial xidmətlər
Təhsil, səhiyyə, ictimai işlər
Dostları ilə paylaş: |