408
Hər hansı bir ölkə ilə ticarət əlaqələrinin həyata keçirilməsi haqda
qərarların qəbul edilməsi üçün müəssisə həm gəlir səviyyəsini, həm də
həmin ölkənin iqtisadi strukturunu öyrənməlidir.
Gəlirlərin quruluşunu təhlil edərkən şəkil (10.2.)-də göstərilən
əhalinin hər nəfərinə düşən orta həddi ilə qane olmaq olmaz, burada
həmin gəlirlərin diferensiyası səviyyəsi və onların əhalinin müxtəlif
kateqoriyaların arasında bölgüsü də nəzərə alınmalıdır.
Natural təsərrüfata yaxınlaşan iqtisadiyyatı olan ölkələr istehsal
edilən məhsulun böyük hissəsini özləri istifadə edirlər, əvəzində isə
yerdə qalan hissə sadə məhsul və xidmətlərdən istifadə edirlər.
Idxal ölkələri adətən hər hansı bir növ təbii resursla (məsələn:
qalay və mis, kauçuk, neft və s.) zəngin olur, amma digər təbii resursa
malik olmur (məsələn: k/t məhsulları, bu və ya digər filizlər və s.).
nkişaf etməkdə olan sənaye ölkələrində hasilatedici sənaye illik
milli məhsul məcmusunun 10-20 %-ni verir. Belə sənayenin inkişafı ilə
xammala olan tələbat artır, hazır məhsula olan tələbat isə azalır. Bundan
başqa, burada həm çox zəngin adamlar sinfi, həm də tələbatının
ödənilməsi tələb olunan inkişaf etməkdə olan çox da böyük olmayan
orta səviyyəli sinif yaranır.
nkişaf etmiş sənaye ölkələri üçün öz aralarında sənaye
məhsullarının idxal və ixracının inkişafı, həmçinin digər iqtisadi
strukturlu ölkələrlə ticarətdə xammal və yarımfabrikatların idxalı və
sənaye məhsullarının ixracı xarakterikdir. Belə ölkələrdə yüksək aılıcıl
qabiliyyətinə malik olan orta səviyyəli sinfin olması, həmçinin istehsal
fəaliyyətinin müxtəlifliyi və geniş miqyalı aləcıları daha da əhəmiyyətli
edir və dünya ticarətinə cəlb edir.
Ölkə arasındakı fərqi təkcə iqtisadi quruluşun nöqteyi nəzərindən
deyil, həm də onların siyasi və hüquqi təşkilatları nöqteyi nəzərindən də
nəzərə almaq lazımdır.
Beləliklə də, müxtəlif ölkələr xaricdən alış prosesinə müxtəlif cür
münasibət bəsləyirlər. Bəzi ölkələr xaricdən qoyulan investisiyaların və
idxalı üstün tutur. Bəzi ölkələr isə proteksionist siyasəti aparır, bu və ya
digər növ valyutalardan istifadəni qadağan edir, idxal kvotalarının terinə
yetirilməsini tələb edir, hətta bəzən embarqolardan istifadə edirlər və s.
Bu və ya digər ölkələrdə həmin ölkə üçün xarakterik olan siyasi
sabitlik və yaxud qeyri-sabitlik ticarət əməliyyatlarının həyata
keçirilməsinin məqsədəuyğunluğuna əsaslı təsir göstərə bilər. Bəzən
iqtisadi kursun dəyişməsi həmin ölkəyə hakimiyyətin dəyişib
409
dəyişməməsindən asılı olmayaraq çox kəskin şəkil ala bilər. Siyasi
nöqteyi-nəzərdən uyğun orqanlar xarici firmaların mülkiyyətini
müsadirə edə bilər, valyuta aktivlərinə həbs qoyula bilər, idxal üçün
kvotalar yaradılar və s.
Bu və ya digər ölkədə qoyulan valyuta məhdudiyyətləri də
həmçinin satıcının potensial gəlirilə və alıcının çəkdiyi xərcə əsaslı təsir
göstərir. Buna görə də, hər hansı ölkənin bazarına çıxmazdan əvvəl,
istehsalçı firma marketinq tədqiqatları aparmalı, həmin ölkənin valyuta
məhdudiyyətləri üçün xarakterik olan təhlili həyata keçirməlidirlər.
Nəhayət, dövlət mexanizminin səmərəliliyini, dövlətin xarici
firmalara təsirinin reallığını və mümkünlüyünü, gömrük fəaliyyəti
səviyyəsi, iqtisadi məlumatların dəqiqliyini və s. nəzərə almaq vacibdir.
Digər ölkələrin bazarına çıxarkən bu ölkələrin mədəni mühit
xüsusiyyətləri də nəzərə alınmalıdır. Çox zaman mədəni mühitin
özünəməxsus xüsusiyyətlərinin, mədəni ənənələrin öyrənilməməsi ona
gətirib çıxarır ki, istehsalçı firma çox böyük müvəffəqiyyətsizliyə
uğrayır. Əksinə. Bütün bu xüsusiyyətlərin öyrənilməsi və onların uçotu
xarici iqtisadi arenaya çıxan müəssisələrin təcrübə fəaliyyətində çox
böyük kommersiya müvəffəqiyyətinə gətirib çıxarır.
Hal-hazırda bir çox müəssisələr beynəlxalq istehsal məişət
fəaliyyəti ilə elə geniş miqyasda məşğul olurlar ki, onlara hətta
transmilli korperasiya adı da vermək olar. Digər tərəfdən belə
korperasiyaların xarici iqtisadi fəaliyyəti digər ölkələrdə istehsal edilən
məhsulların həmin ölkənin daxili bazarına daxil olması yollarını
asanlaşdırar. Bu da son hesabda istehlakçıların marağına qulluq edir.
§ 10.2. XARICI IQTISADI FƏALIYYƏTDƏ QIYMƏTIN ƏMƏLƏ
GƏLMƏSI
Gördüyümüz kimi, beynəlxlq ticarət üçün xüsusi qiymətlər
sisteminin – dünya qiymətlərinin yaradılması və fəaliyyət göstərməsi
xarakterikdir. Dünya qiymətləri sisteminin əsaslı bu və ya digər
məhsullarının beynəlxalq istehsal xərclərindən həmçinin həmin növ
məhsul üçün dünya bazarında formalaşan tələb və təklifin qarşlıqlı
münasibətindən ibarətdir.
Beynəlxalq ticarət üçün xarakterik cəhətondan ibarətdir ki, eyni
bir məhsul üçün satış yerindən və şəraitindən asılı olaraq müxtəlif
qiymətlər təyin edilə bilər. Bu halı dünya qiymətlərinin çoxluğu
adlandırırlar.
410
Dünya qiymətlərinin əsas iki qrupu nəzərdə tutulur:
1) Hasiledici sənaye məhsulları qiymətləri
2) Xammal və materialların qiymətləri
Hasiledici sənaye məhsullarının qiymətləri adətən bu məhslun
dünya bazarına əsas satıcısı olan iri kompaniyaların ixrac qiymətləri
əsasında formalaşır. Belə ixrac qiymətləri, öz növbəsində, həmin məhsul
üçün daxili bazarda formalaşmış qiymətlərdən kənarlaşaraq yaranır.
Iri istehsalçılar öz məhsulları üçün formalaşmış qiymətləri tam
xərc metodu və ya birbaşa xərc metodu əsasında təyin edirlər.
Birinci halda məhsul vahidinin istehsalı üçün zəruri olan bütün
xərclər (sabit və dəyişən xərclər), nəzərdə tutulmuş mənfəətin həcmi
toplanır. Belə olduqda istehsal olunan bütün məhsulu yuxarıdakı yolla
təyin edilən qiymətlərdən aşağı olmamaq şərti ilə realizə etmək nəzərdə
tutulur. Əks halda müəssisədə pul itgiləri ola bilər.
Ikinci halda bütün istehsal xərcləri iki yerə: məhsulun buraxılış
həcmindən asılı olması qaimə xərclərə və buraxılış həcminə
proporsional hesab edilə biləcək birbaşa xərclərə bölünür. Bu zaman
məhsul vahidinin buraxılış qiyməti birbaşa xərclərinin əlavə edilməsi ilə
təyin edlir. Əlavə xərclər bu zaman əvvəlcədən nəzərdə tutulmuş
müxtəlif məhsul vahid və xərclərin müxtəlif növləri rasında
bölüşdürülür və yalnız məhsul satıldıqdan sonra faktiki əldə edilmiş və
ya marjinal mənfəət hesabına ödənilir.
Məlumdur ki, qiymətəmələgəlmə üçün birbaşa xərc miqyasından
istifadə zamanı dünya bazarında satış həcmini tam dəqiqlik səviyyəsi ilə
təyin etmək zəruridir.
Amma tələbatın qiymətdən asılılığını və dünya bazarında satış
həcmini tam dəqiqliklə əvvəlcədən təyin etmək çox çətin olduğuna görə
müəssisələrin çoxu tam xərc metodundan istifadə edir.
Hər necə olursa olsun, məhsulun bu üsullardan hər hansı birisinin
köməkliyi ilə əldə edilən qiyməti həmin məhsulun dünya bazarının bu
və ya digər regionunda faktiki satışı üçün şərt edilən qiyməti üçün
yalnız bir göndəriş nöqtəsi ala bilər.
Gələcəkdə mühüm daxili ehtiyatları olan və bazara aktiv təsir
göstərə biləcək iri kompaniyalar qiymət manevrləri həyata keçirirlər və
konyukturanın və rəqabətin uçotunu nəzərə alaraq son satış qiymətini
təyin edir.
Emaledici sənaye məhsullarının dünya bazarında xarakterik
xüsusiyyəti ondan ibarətdir ki, bu vahid dünya bazarı əslində müxtəlif
Dostları ilə paylaş: |