411
növ maşın və avadanlıq bazarlarının qarşlıqlı əlaqəli birliyi deməkdir.
Təklifin yüksək monopolizasiya və konsentrasiya səviyyəsi ilə
xarakterizə olunan daxili milli bazardan fərqli olaraq dünya bazarında
rəqabətin çox yüksək səviyyəsi nəzərə çarpır. Bu onunla izah olunur ki,
bazara bir ölkənin hüquqlarında olduğundan çox istehsalçı daxil olur,
həmçinin müxtəlif ölkələrdə başqa-başqa müsəssisələr tərəfindən
istehsal olunan eyni bir məhsulun keyfiyyəti və istehlak xüsusiyyətləri
müxtəlif cür olur.
Nəzərə almaq lazımdır ki, dünya bazarında müxtəlif istehsalçılar
tərəfindən istehsal edilən eyni çeşidli məhsullar üçün qiymətlər
qiymətəmələgətirici faktorlara görə müxtəlif ola bilərlər. Bu faktorlar
dünya bazarında faktiki satış qiymətlərinin artması, həm də azalması
istiqamətində fəaliyyət göstərir (şəkil 10.3.).
Dünya bazarının qiymətəmələgətirici faktorları.
Məhslun həcm
tsikli
Məhsul
mənimsənilməs
i mərhələsində
yüksək qiymət
Artım
mərhələsində
Yetkinlik
mərhələsində
Avadanlıqların
universallıq
Istehsalçıya
investisiyaların
Iri miqyaslı buraxılış
Birbaşa
normativ xərc
Kruitlərin verilməsi
Investisisya
sisteminin
Ehtiyat
hissələri və
satışdan sonrakı
Infrastrukturun
formalaşması
412
Şə
kil 10.3. Emaledici sənaye məhsulları üçün dünya bazarının
qiymə
tə
mə
lə
gə
tirici faktorları.
Emaledici sənaye məhsullarında qiymətəmələgəlmənin belə
xüsusiyyəti aşağıdakı kimi izah olunur.
Yeni məhsul məsimsənilərkən rəqabət o qədər də güclü olmur,
tələb elastikliyi isə aşağı olur. Başqa sözlə desək nə qədər ki, yeni
məhsul azdır, onu hər hansı təklif edilən qiymətə alırlar.
Artım mərhələsində qiymət rəqabəti adətən artır. Bu da öz
növbəsində məhsulun qiymətinin aşağı düşməsinə gətirib çıxarır.
Yetkinlik mərhələsində adətən istehsal xərcləri artır və rəqabətli
qeyri-qiymət faktorları böyük əhəmiyyət kəsb etməyə başlayır.
Xammal üçün təyin edilmiş belə qiymət səviyyəsi ilə
istehsalçıların hamısı hesablaşmalı olurlar. Çox da yüksək olmayan xərc
səviyyəsi ilə xammal işi edən ixracatçılar öz xammalını dünya bazarında
satarkən külli miqdarda mənfəət əldə edirlər. Xammalın baha qiymətə
əldə etmiş ixracatçılar isə ya çox az miqdarda mənfəət əldə edirlər, ya
da ki, dünya bazarından tamamilə gedirlər.
Beləliklə, dünyanın xammal bazarı üçün ixracatçının qarşılıqlı
fəaliyyəti və bir-birinə qarşılıqlı təsiri, həmçinin birja kotirovkaları
xarakterikdir. Müəyyən bir növ xammal üçün əsas rolu ixracatçıların
təyin etdiyi qiymətlər oynayır və birja kotirovkaları da bu qiymətlərin
ardınca hərəkət etməlidirlər. Digər xammal növləri üçün, əksinə, birja
kotirovkaları xammal məhsullarına qiymətlərin təyin edilməsində
aparıcı rol oynayır. Xammal məhsullarının bəzi növləri üzrə (məsələn:
kənd təsərrüfatı üzrə qeyri-ərzaq məhsulları) birja kotirovkaları məhsul
üçün qiymətlərin təyin edilməsində yeganə istiqamət olaraq qalır.
Dünya xammal bazarının daha bir xüsusiyyəti ondan ibarətdir
ki, eyni növlü xammal növləri üçün aşağıdakılara uyğun olaraq müxtəlif
qiymətlər təyin edilir:
1) müxtəlif spesifik regionlara görə
2) istifafadə edilən müxtəlif növ valyutalara görə
3) tələb və təklif arasındakı münasibətlərin müxtəlifliyinə görə
4) müxtəlif alıcı katereqoriyaları üçün endirimlərə görə.
413
Dünya xammal bazarının ən mühüm xüsusiyyəti məhsul
qiymətinin formalaşmasında dövlət və dövlət orqanlarının iştirakının
yüksək səviyyə olmasıdır. Bəzən hətta elə olur ki, bu və ya digər
xammal məhsulları növlərində qiymətlərin formalaşması üçün istehsalçı
dövlətlər assosasiyada birləşirlər. Assosasiyada istər istehlakçılar, istər
sə xammal məhsulları istehsalçıları birləşə bilərlər. Xammal məhsulları
üçün QƏ9 xüsusiyyətləri şəkil 10.4.-də göstərilmişdir.
Beləliklə, idxal və ixrac məhsulları üçün təyin eedilmiş daxili və
dünya qiymətləri qarşılıqlı əlaqəli olmasına baxmayaraq çox nadir
hallarda uyğun gəlir.
Bir qayda olaraq, daxili bazar qiymətlər dünya bazar qiymətləri ilə
müqayisədə daha yüksək olurlar. Burada müstəsna hal olaraq elə
xammal məhsullarının idxalı baş verir ki, həmin xammal növü demək
olar ki, yeganədir və ya keyfiyyətinə görə üstündür və bu xammal yalnız
bir ölkədə hasil edilir və ixrac olunur. Belə halda bu xammal növü üçün
daxili bazarda təyin edilən qiymətlər həmin xammal növü üçün təyin
eedilmiş dünya bazar qiymətlərinin səviyyəsindən aşağı olur.
Bir qayda olaraq daxili bazar qiymətlərinin dünya bazar
qiymətlərindən üstünlüyü əsasən idxal edilən məhsullar üçün
xarakterikdir ki, bu da məhsul ölkəyə daşınmasının artımını
stimullaşdırır. Ixrac edilən məhsullar üçün daxili bazar qiymətlərinin
dünya bazar qiymətləri üzrərində belə üstünlüyü daha az əhəmiyyət
kəsb edir.
Daxili milli bazar və dünya bazarı arasında gömrük rüsumları və
müxtəlif güzəşt növləri ilə şərtlənmiş fərqlər vardır. Belə vəziyyəti dəf
etmək vacibdir. Bu halda daxili bzar qiyməti və dünya bazar
qiymətlərinin səviyyəsi bir-birinə yaxınlaşır. Burada dünya bazar
qiymətləri qiymət liderləri kimi nəzərdən keçirilir. Nəzərə almaq
lazımdır ki, xaricə məhsulun çatdırılması ixracatçı ölkələrdə rəqabət
apara biləcək istehsalçılar tərəfindən həyata keçirilir.
Biz qeyd etmişdik ki, dünya bazar qiymətləri bəzi hallarda bu və
ya digər məhsulun ixracı vaxtı daxili bazar qiymətlərindən aşağı olur.
Əgər daxili bazarın əhəmiyyətli dərəcədə geniş həcmi varsa, onda
ixracatçılar dünya bazarında özlərinin nisbətən aşağı səviyyəli
mənfəətini həmin xammal növü həmin ölkədə hasil edilən və ixrac
olunan yeganə və ya üstün resusr olsun. Bu halda həmin xammalın
qiyməti daxili bazarda həmin xammalın dünya bazarındakı
səviyyəsindən aşağı səviyyə olur.