102
Müqavilənin həyata keçirilməsi üçün ilkin qiymətin təyin
edilməsi, bir qayda olaraq satıcı tərəfindən onun satılan əmtəənin maya
dəyərinin kalkulyasiya edilməsi əsasında həyata keçirilir. Ilkin qiymətin
satıcının təşəbbüsü ilə bu cür müəyyən edilmiş aşağıdakı vəziyyətlərlə
şərtlənir:
•
satıcılar (istehsalçılar) adətən istehlakçılara nisbətən
istehsal xərcləri haqda daha çox məlumata malik
olurlar;
•
əgər qiymətəmələgəlmənin bu metodundan həmin
əmtəənin
satıcıları
tərəfindən
istifadə
edilirsə
(təchizatçılar, satıcılar), onda alıcı kimə belə müraciət
etsə də (sifarişçi) o, müqavilənin bağlanması üçün eyni
və ya yaxın təklif qiyməti ilə rastlaşacaqdır;
•
alıcıya kalkulyasiya sənədini yoxlamağa icazə verilir,
yəni müqavilə qiymətinin necə formalaşdığını
yoxlamaq imkanı mövcuddur, həm də bu cür imkan
alıcıya müqavilənin bağlanmasının və icrasının bütün
mərhələlərində verilir.
Müqavilə qiymətinin müəyyən edilməsi metodları bir çox
hallarda hesablama şəklində olur. Artıq qeyd edildiyi kimi qiymətlərin
hesablama yolu ilə qurulmasının iki prinsipi mövcuddur. Bunlardan biri
verilmiş əmtəənin istehsalına tam xərclərdən (məcmu) istifadəyə
əsaslanır. Ikinci prinsip isə istehsalın hədd xərclərindən istifadəyə
əsaslanır.
Tam xə
rclə
r metodu
məhsul vahidinə düşən bütün birbaşa və
dolayı xərclərin müəyyən edilməsinə əsaslanır.
Гиймятямяляэялмянин щесаблама методлары
Там хяржляри нязяря алан
ГЯ
Бирбаша хяржляри нязяря
алан ГЯ
ГЯ-нин параметрик
методлары
Там хяржляр методу
Бирбаша хяржляр
методу
Орта хяржляр
методу
Норматив там хяржляр
методу
Норматив бирбаша
хяржляр методу
Регрессийа методу
Гиймятли бал
методу
103
Şəkil 3.12. Qiymətəmələgəlmənin hesablama metodlarının
təsnifatı
Hə
dd xə
rclə
ri metodu
ilə ancaq bilavasitə məhsul vahidinə
düşən xərclərin nəzərə (uçota) alınmasına əsaslanır. O, əlavə edlmiş
dəyər prinsipinə əsaslanır, hansı ki, bu da marcinal gəlir adlanır. Bu
dəyər qiymətlə birbaşa dəyişən xərclər arasında fərq kimi tapılır. Əldə
edilmiş marcinal gəlir hər şeydən qabaq qaimə xərclərin ödənilməsinə
sərf edilir. Marcinal gəlirin qalığı isə mənfəəti ifadə edəcəkdir.
Müqavilə qiymətlərinin ilkin göstəricilərinin hesablanması üçün
praktiki metodikalar bir neçə növlərə malikdirlər (şəkil 3.12). Onları
daha dolğun araşdıraq.
Tam xərclər metodu üzrə qiymətəmələgəlmə
Bu qiymətəmələgəlmə metodunda verilmiş növ məhsulun istehsalı
üçün zəruri olan bütün xərclər aiddir. Bura xammal və material xərcləri,
eləcə də işçilərin əmək haqları da aiddir. Bundan başqa qiymət əldə
etməkdən ötrü buraya dolayı xərclər də və tələb olunan mənfəətdə üstə
gəlir. Mənfəəti adətən verilmiş rentabellik norması üzrə hesablanılır,
yəni bu mənfəətin xərclərə nisbəti üzrə hesablanılır.
Bu cür qiymətəmələgəlmədə bazör konyukturası öz təzahürünü
tapmır (bu qeyd rentabelliyə aid edilmir). Bu cür qiymətəmələgəlməyə
adətən verilmiş əmtəənin istənilən halda tələb tapacağına inamları olan
müəssisələr tətbiq edirlər.
Bu qiymətəmələgəlmə metodunun çatışmamazlıqları (əsaslı)
ondan ibarətdir ki, bu cür kalkulyasiya faktiki xərclərin optimal
xərclərdən kənarlaşmasını əks etdirmir. Nəticə olaraq, bu cür
qiymətəmələgəlmə metodunda maddələr üzrə aşağı salınması
ehtiyatlarını aşkar etmək olmaz.
Faktiki xərclərin normativ səviyyədən əmələ gələn kənarlaşmanın
uçotu ilə xərclərin təyin edilməsi normaları əsasında qiymətləri
formalaşdıran standart (normativ) xərclər metodu üzrə sərbəst
qiymətəmələgəlmənin yuxarıda sadalanan çatışmamazlıqdan yayınmaq
olmaz. Bu metod xərclərin normalardan maddələr üzrə kənarlaşmaları
təhlil etməyə və bu cür kənarlaşmaları doğuran səbəbləri aşkar etməyə
imkan verir.
Məsələn, məhsulun qiymətlərinin dəyişməsinə təyin edilmiş
normalarla müqayisədə xammal və materialların israfçılığı və ya əksinə
qənaətin necə təsir etdiyini hesablamaq olar. Xərclərin mövcud
normalardan kənarlaşmalarını doğuran digər istehsal amillərini də aşkar
104
etmək olar, məsələn istehsal güclərinin həddən çox yüklənməsi və ya
əksinə az yüklənməsi və s.
Mütərəqqi standartlar əsasında hesablanmış qiymətlər (qabaqcıl
xərc normaları) hər şeydən qabaq bazarda rəqabətqabiliyyətli olurlar.
Bundan başqa olan müəssisəsi konkret xərc növlərinin aşağı
düşməsinin zəruriliyinə yönəldə bilər. Lakin burada problem müvafiq
xərc standartlarının və normalarının müəyyən edilməsidir. Bu məqsədlə
istehsalın cari və perspektiv texnologiya və metodlarını, rəqiblər
tərəfindən təklif edilən analoci məhsulların xarakteristikaları və
qiymətləri təhlil etmək zəruridir (vacibdir).
Bazarın konyukturası bir başa xərclər qiymət metodunda nəzərə
alınır. Bu metodu həm də ixtisar edilmiş xərclər üzrə qiymətəmələgəlmə
metodu da adlandırmaq olar. Bu metoda görə dolayı xərclər müxtəlif
məhsul növləri üçün təqribən eyni hesab edilir və onun satışından əldə
olunan ümumi məcmu mənfəətdən silinir. Mənfəət nə qədər çox olursa,
verilmiş məhsul müəssisənin gəlirlərinə daha çox qoyuluş edir.
Məmulatın ümumi qiymətində birbaşaxərclərin uçotu müxtəlif
texnologiyaların seçilməsindən, satış həcminin, istehsalın çeşid
strukturunun müəyyən edilməsində və s. vacibdir. Birbaşa xərclər
qiymət metodunun müxtəlif növlərindən biri kimi standart (normativ)
birbaşa xərclər metodunu hesab etmək nəzərdə tutulur. Buna müvafiq
olaraq mövcud standart və normalardan kənarlaşmalar nəzərə alınır, bu
cür ixtisar edilmiş nomenklaturanı təhlil edərək istehsalın rentabelliyinin
yüksəlməsi üçün optimal yollar tapmaq olar. Analoci məhsullara
qiymətlərin hesablanması zamanı parametrik qiymətəmələgəlmə
metodları tətbiq edilir. Bunları xüsusi olaraq (əsas parametrləri
kəmiyyətcə ölçülə bilən və ifadə oluna bilər, bu və ya digər məhsul
növünün xarakterik) hallarda səmərəlidir. Misal kimi, müxtəlif
yüktutumlu yük daşıyıcıları, arxa və qabaq mərkəzlər arasında müxtəlif
məsafəli tokar dəzgahlar çıxış edə bilər. Parametrik kimi metodlar qəbul
edilir ki, hansılarda ki, yeni qiymət araşdırılan, baxılan parametrlərin
dəyişməsi üçün zəruri olan xərclərin nəzərə alınması ilə köhnə qiymət
əsasında hesablanılır. Bu cür parametrik metodlarının başqa növləri
orta qiymət metodu, bal metodu və reqressiya metodudur. Orta
(udelğnıy) qiymət metodu bu orta qiyməti baxılan məhsulun başlıca
müəyyənedici parametrin yeni göstəricisinə vurmaqla qiymətlərin
formalaşması üçün istifadə edilir. Orta qiymətin mahiyyəti verilmiş