99
Şəkil 3.10. Müxtəlif növ rəqabətin xarakterik xüsusiyyətləri
•
inhisarçı rəqabət bazarında satılan əmtəələr istehlakçı
üçün həm az faydalıq göstəricilərinə görə, həm də
göstərilən xidmətin səviyyə və növləri üzrə fərqlənirlər.
•
müəssisələr bazarda baş verən proseslər haqda və ya
tələb və təklif qanunlarına uyğun olaraq nəyin baş
verməsi haqda tam informasiyaya malik deyillər;
•
müəssisə lider mövqeyinə əsasən (üstün olaraq)
məhsulun
fərdiçiliyi
və
reklam
fəaliyyətinin
genişləndirilməsi yolu ilə çıxır;
•
yeni istehsalçıların bazara çıxışı azad (sərbəst) deyildir,
mövcud
üstünvermələr
(üstünlüklər)
hesabına
məhduddur (lakin bu məhdudiyyətlər mütləq deyil).
Inhisarçı rəqabət şəraitində qiymətlərin dəyişməsi həm liderin
təşəbbüsü ilə, həm də bazarın bütün iştirakçılarının qarşılıqlı razılığı ilə
baş verə bilər.
Inhisar rəqabət şəraitində çox vaxt diferensialaşmış qiymətlər
tətbiq edilir. Qiymətlərin diferensiallaşması tələbdən asılı olaraq eləcə
də coğrafi prinsip üzrə həyata keçirilir. Bu prinsipə görə müxtəlif
regionlarda eyni bir əmtəəyə müxtəlif qiymətlər təyin edilir. Məsələn,
kifayət qədər pul vəsaitlərinə malik olan alıcılara daha yüksək qiymətə
«lyuks» istifadəli əmtəələr təklif edilir. Qalanlar üçün isə adi əmtəələr
daha aşağı qiymətlərə təklif edilir. Qısa zaman dövrü ərzində əmtəəyə
daha yüksək qiymətlər təyin edilə bilər, qiymətin təyin edilməsində
liderlik edən firma – istehsalçı əlavə mənfəət əldə edəcəkdir. Bu,
verilmiş bazara digər satıcıları da cəlb edəcək və qiymətlərin aşağı
salınmasına gətirib çıxaracaq.
Yeni alıcıların cəlb edilməsi o vaxta qədər davam edəcək ki, nə
vaxta qədər ki, qiymətlər adi mənfəət səviyyəsinin təmin edilməsinə
qədər aşağı düşməyəcək.
Oliqopolik rə qabə t ancaq elə bazarda əmələ gəlir ki, harada
məhdud sayda iri müəssisələr fəaliyyət göstərir. Onlar tərəfindən təklif
edilən əmtəələr həm eyni və qarşılıqlı əvəz edilən, həm də bir-birindən
fərqli ola bilərlər. Birinci növ əmtəələrə misal olaraq polad, plastmas,
buğda və s. Ikinci növ əmtəəyə misal kimi isə müxtəlif növ modelli
video və audio aparatlar, avtomobillər və s. çıxış edə bilər.
100
Bu cür bazar şəraitində onların iştirakçıları, müəyyən vaxtdan-
vaxta öz rəqibləri ilə «qiymətlər haqda ümumi razılaşma» qəbul
edilməsinə və ya «paralel qiymət siyasəti» aparılması haqda razılığa
girməli olurlar.
Bir sıra ölkələrin əksinhisar qanunvericiliyi qiymətlər haqda
razılığa qadağa qoyur. Paralel qiymət siyasətinin keçirilməsi üçün
müəssisə xərclərin kalkulyasiya maddələrinin unifikasiyası haqda və
vahid mənfəət norması haqda razılaşma bağlayır.
Beləliklə, oliqopoliyanın xarakterik cizgiləri (əlamətləri)
aşağıdakılardır:
1) satıcı firmaların müştərək (birgə) hərəkəti (fəaliyyəti); 2)
qarşılıqlı əvəzedilmə. Onu qeyd etmək vacibdir ki, indiki zamanda
oliqopolist rəqabətin ümumi nəzəriyyəsi mövcud deyildir. Bu onu
bildirir ki, oliqopoliyanın hər bir modelinə funksiyalaşmanın xüsusi
spesifikliyi məxsusdur.
Müxtəlif növ rəqabətin xarakterik xüsusiyyətləri şəkil 3.10-da verilib.
Bir sıra hallarda rəqiblərin təklifinin və qiymətlərinin
öyrənilməsi liderin arxasında qiymətəmələgəlmə
adlı qiymətəmələgəlmə
strategiyasını məqsədyönlü edir. Bu strategiyaya görə oliqopoliya
bazarında «hakimlik» edən istehsalçı müəssisə bu əmtəəyə qiyməti
vahid (rəhbər) şəkildə təyin etmək imkanına malikdir. Bazarın qalan
iştirakçıları lider tərəfindən təyin edilən qiymət arxasında gedirlər. Qeyd
edək ki, bu qiymətlər elə ola bilərlər ki, potensial yeni satıcılar öz
işlərini verilmiş bazarda başlamaq xeyirsiz, faydasız olur. Buna görə də
qiymət raskladının bəzi variantlarında oliqopoliyə bazarına yeni
satıcıların daxil olması iqtisadi cəhətdən məhduddurlar.
Q,P
Q
2
P
1
Q
1
n
0
n
101
Şəkil 3.11. Oliqopolist tərəfindən əmtəəyə qiymətin dəyişməsi
zamanı buraxılan həcmin dəyişməsi.
Bir çox hallarda kiçik rəqiblər liderin həyata keçirdiyi qiymət
artırılmasının ardınca öz qiymətlərini yüksəltməyə cəhd edə bilmirlər.
Lakin onlar öz qiymətlərini aşağı salırlar. Əgər bunu lider edirsə.
Qiymətlərin kiçik rəqiblərin təşəbbüsü üzrə daha çox aşağı
düşməsi (salınması) bazarın vəziyyətinə mənfi təsir edəcəkdir. Xüsusi
halda iki rəqiblərin qiymətlərinin bərabərləşməsi (tarazlaşması) bazarın
xərcləri aşağı olanların xeyrinə olaraq yenidən bölüşdürülməsi baş verir.
Müvafiq qrafik şəkil 3.11-də verilib. Bu qrafikdə Q
1
və Q
2
–
birinci və ikinci müəssisələrin qiymətləridir. P
1
– birinci müəssisənin
məhsul buraxılışı; n
0
– rəqiblərin qiymətlərinin tarazlaşdığı zamanı.
§3.4. MÜQAVILƏ QIYMƏTƏMƏLƏGƏLMƏSI
Müasir şəraitdə alqı-satqı aktları adətən mövcud (qurulmuş)
təsərrüfat əlaqələri əsasında həyata keçirilir. Bu əlaqələr istehsalçıların
istehlakçılarla (satıcıların alıcılarla) qarşılıqlı əlaqələrinin forma və
metodlarının məcmusunu əks etdirir.
Bazar
iqtisadiyyatı
şəraitində
təsərrüfat
əlaqələrinin
mərkəzləşdirilmiş tənzimlənməsi başlıca (əsas) olmur. Hərçənd heç də
tam şəkildə istisna da edilmir. Alıcılar və satıcılar arasında qarşılıqlı
əlaqə müqavilə münasibətləri əsasında təyin edilir (qurulur). Müqavilə
münasibətləri mülki qanunvericiliyin hüquq normaları bazasında
(əsasında) formalaşır (sənədləşir). RF Mülki Məcəlləsi müqavilə
hüququnun əsas müddəalarını əhatə edir. Onlar müqavilənin şərtlərini,
mübahisələrin həll edilməsi qaydalarını (hansılar ki, müqavilənin
bağlanmasından əvvəl ola bilər), müqavilə öhdəliklərinin yerinə
yetirilməsinin təmin edilməsi, müqavilənin dəyişdirilməsi və pozulması
qaydalarını reqlamentləşdirir.
Alqı-satqı aktlarının həyata keçirilməsi üçün (müqavilə ilə
reqlamentləşdirilən) qiymətəmələgəlmə bir qayda olaraq mənfəətin orta
xərclərə əlavə edilməsi nəticəsində hesablama yolu ilə həyata keçirilir.
Mahiyyət etibari ilə bu satılan əmtəənin maya dəyərinə müəyyən
standart əlavənin hesablanmasını bildirir.
Dostları ilə paylaş: |