А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə34/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   30   31   32   33   34   35   36   37   ...   148

 

99

Şəkil 3.10. Müxtəlif növ rəqabətin xarakterik xüsusiyyətləri 



 

• 

inhisarçı  rəqabət  bazarında  satılan  əmtəələr  istehlakçı 



üçün  həm  az  faydalıq  göstəricilərinə  görə,  həm  də 

göstərilən xidmətin səviyyə və növləri üzrə fərqlənirlər. 

• 

müəssisələr  bazarda  baş  verən  proseslər  haqda  və  ya 



tələb  və  təklif  qanunlarına  uyğun  olaraq  nəyin  baş 

verməsi haqda tam informasiyaya malik deyillər; 

• 

müəssisə  lider  mövqeyinə  əsasən  (üstün  olaraq) 



məhsulun 

fərdiçiliyi 

və 

reklam 


fəaliyyətinin 

genişləndirilməsi yolu ilə çıxır; 

• 

yeni istehsalçıların bazara çıxışı azad (sərbəst) deyildir, 



mövcud 

üstünvermələr 

(üstünlüklər) 

hesabına 

məhduddur (lakin bu məhdudiyyətlər mütləq deyil).  

Inhisarçı  rəqabət  şəraitində  qiymətlərin  dəyişməsi  həm  liderin 

təşəbbüsü ilə, həm də bazarın bütün iştirakçılarının qarşılıqlı razılığı ilə 

baş verə bilər. 

Inhisar  rəqabət  şəraitində  çox  vaxt  diferensialaşş  qiymətlər 

tətbiq  edilir.  Qiymətlərin  diferensiallaşması  tələbdən  asılı  olaraq  eləcə 

də  coğrafi  prinsip  üzrə  həyata  keçirilir.  Bu  prinsipə  görə  müxtəlif 

regionlarda  eyni  bir  əmtəəyə  müxtəlif  qiymətlər  təyin  edilir.  Məsələn, 

kifayət qədər pul vəsaitlərinə malik olan alıcılara daha yüksək qiymətə 

«lyuks»  istifadəli  əmtəələr  təklif  edilir.  Qalanlar  üçün  isə  adi  əmtəələr 

daha  aşağı  qiymətlərə  təklif  edilir.  Qısa  zaman  dövrü  ərzində  əmtəəyə 

daha  yüksək  qiymətlər  təyin  edilə  bilər,  qiymətin  təyin  edilməsində 

liderlik  edən  firma  –  istehsalçı  əlavə  mənfəət  əldə  edəcəkdir.  Bu, 

verilmiş  bazara  digər  satıcıları  da  cəlb  edəcək    və  qiymətlərin  aşağı 

salınmasına gətirib çıxaracaq.  

Yeni alıcıların cəlb edilməsi o vaxta qədər davam edəcək ki, nə 

vaxta  qədər  ki,  qiymətlər  adi  mənfəət  səviyyəsinin  təmin  edilməsinə 

qədər aşağı düşməyəcək. 



Oliqopolik  rəqabət  ancaq  elə  bazarda  əmələ  gəlir  ki,    harada 

məhdud sayda iri müəssisələr fəaliyyət göstərir.   Onlar  tərəfindən təklif 

edilən əmtəələr həm eyni və qarşılıqlı əvəz edilən, həm də bir-birindən 

fərqli  ola bilərlər.  Birinci növ    əmtəələrə  misal  olaraq  polad,  plastmas, 

buğda  və  s.  Ikinci  növ  əmtəəyə  misal  kimi  isə  müxtəlif  növ  modelli 

video və audio aparatlar, avtomobillər və s. çıxış edə bilər. 




 

100


Bu  cür  bazar  şəraitində  onların  iştirakçıları,  müəyyən  vaxtdan-

vaxta  öz  rəqibləri  ilə  «qiymətlər  haqda  ümumi  razılaşma»  qəbul 

edilməsinə  və  ya  «paralel  qiymət  siyasəti»  aparılması  haqda  razılığa 

girməli olurlar. 

Bir  sıra  ölkələrin  əksinhisar  qanunvericiliyi  qiymətlər  haqda 

razılığa  qadağa  qoyur.    Paralel  qiymət  siyasətinin  keçirilməsi  üçün 

müəssisə  xərclərin  kalkulyasiya  maddələrinin  unifikasiyası  haqda  və 

vahid mənfəət norması haqda razılaşma bağlayır. 

Beləliklə,  oliqopoliyanın  xarakterik    cizgiləri  (əlamətləri) 

aşağıdakılardır: 

1)  satıcı  firmaların  müştərək  (birgə)  hərəkəti  (fəaliyyəti);  2) 

qarşılıqlı  əvəzedilmə.  Onu  qeyd  etmək  vacibdir  ki,  indiki  zamanda 

oliqopolist  rəqabətin  ümumi  nəzəriyyəsi  mövcud  deyildir.  Bu  onu 

bildirir  ki,    oliqopoliyanın  hər  bir  modelinə  funksiyalaşmanın  xüsusi 

spesifikliyi məxsusdur. 

Müxtəlif növ rəqabətin xarakterik xüsusiyyətləri şəkil 3.10-da verilib. 

Bir  sıra  hallarda  rəqiblərin  təklifinin  və  qiymətlərinin 

öyrənilməsi liderin arxasında qiymətəmələgəlmə

 adlı qiymətəmələgəlmə 

strategiyasını  məqsədyönlü  edir.    Bu  strategiyaya  görə  oliqopoliya 

bazarında  «hakimlik»  edən  istehsalçı  müəssisə  bu  əmtəəyə  qiyməti 

vahid  (rəhbər)  şəkildə  təyin  etmək  imkanına  malikdir.  Bazarın    qalan 

iştirakçıları lider tərəfindən təyin edilən qiymət arxasında gedirlər. Qeyd 

edək  ki,  bu  qiymətlər  elə  ola  bilərlər  ki,  potensial  yeni  satıcılar  öz 

işlərini verilmiş bazarda başlamaq xeyirsiz, faydasız olur. Buna görə də 

qiymət  raskladının  bəzi  variantlarında  oliqopoliyə  bazarına    yeni 

satıcıların daxil olması iqtisadi cəhətdən məhduddurlar. 

              Q,P 

 

 



     Q

2

 



 

     P


1

 

 



     Q

 



 

 

                 n



0                                                            

n

 




 

101


Şəkil 3.11. Oliqopolist  tərəfindən əmtəəyə qiymətin dəyişməsi 

zamanı buraxılan həcmin dəyişməsi. 

Bir  çox  hallarda  kiçik  rəqiblər  liderin  həyata  keçirdiyi  qiymət 

artırılmasının  ardınca  öz  qiymətlərini  yüksəltməyə  cəhd  edə  bilmirlər. 

Lakin onlar öz qiymətlərini aşağı salırlar. Əgər bunu lider edirsə. 

 Qiymətlərin  kiçik  rəqiblərin  təşəbbüsü  üzrə  daha  çox  aşağı 

düşməsi  (salınması)  bazarın  vəziyyətinə  mənfi  təsir  edəcəkdir.  Xüsusi 

halda iki rəqiblərin qiymətlərinin bərabərləşməsi (tarazlaşması) bazarın 

xərcləri aşağı olanların xeyrinə olaraq yenidən bölüşdürülməsi baş verir. 

Müvafiq  qrafik  şəkil  3.11-də  verilib.  Bu  qrafikdə  Q

1

  və  Q


2

  –


birinci  və  ikinci  müəssisələrin  qiymətləridir.  P

1

  –  birinci  müəssisənin 



məhsul buraxılışı; n

0

 – rəqiblərin qiymətlərinin tarazlaşdığı zamanı. 



 

 

§3.4. MÜQAVILƏ QIYMƏTƏMƏLƏGƏLMƏSI 



 

 

Müasir  şəraitdə  alqı-satqı  aktları  adətən  mövcud  (qurulmuş) 



təsərrüfat  əlaqələri  əsasında  həyata  keçirilir.  Bu  əlaqələr  istehsalçıların 

istehlakçılarla  (satıcıların  alıcılarla)  qarşılıqlı  əlaqələrinin  forma  və 

metodlarının məcmusunu əks etdirir. 

Bazar 


iqtisadiyyatı 

şəraitində 

təsərrüfat 

əlaqələrinin 

mərkəzləşdirilmiş  tənzimlənməsi  başlıca  (əsas)  olmur.  Hərçənd  heç  də 

tam  şəkildə  istisna  da  edilmir.  Alıcılar  və  satıcılar  arasında  qarşılıqlı 

əlaqə  müqavilə  münasibətləri  əsasında  təyin  edilir  (qurulur).  Müqavilə 

münasibətləri  mülki  qanunvericiliyin  hüquq  normaları  bazasında 

(əsasında)    formalaşır  (sənədləşir).  RF  Mülki  Məcəlləsi  müqavilə 

hüququnun  əsas  müddəalarını  əhatə  edir.  Onlar  müqavilənin  şərtlərini, 

mübahisələrin  həll  edilməsi  qaydalarını  (hansılar  ki,  müqavilənin 

bağlanmasından  əvvəl  ola  bilər),  müqavilə  öhdəliklərinin  yerinə 

yetirilməsinin təmin edilməsi, müqavilənin dəyişdirilməsi və pozulması 

qaydalarını reqlamentləşdirir.  

Alqı-satqı  aktlarının  həyata  keçirilməsi  üçün  (müqavilə  ilə 

reqlamentləşdirilən) qiymətəmələgəlmə bir qayda olaraq mənfəətin orta 

xərclərə  əlavə  edilməsi  nəticəsində  hesablama  yolu  ilə  həyata  keçirilir. 

Mahiyyət  etibari  ilə  bu  satılan  əmtəənin  maya  dəyərinə  müəyyən 

standart əlavənin hesablanmasını bildirir. 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə