A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə31/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   27   28   29   30   31   32   33   34   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
d
əyərləndirir. Bunun ardınca o, digər ehtiyacların təmin olunması yolların-
dan b
əhs edir və bu sırada əkinçilik, sənətkarlıq və inşaat sahəsində fəaliy-
y
əti, əmtəə mübadiləsi, ailə institutunun formalaşması kimi məsələləri incə-
l
əyir.  Şah  Vəliyullaha görə,  əkin  əkib-becərmək,  suvarma  şəbəkəsi yarat-
maq, heyvanları əhlilləşdirmək və onlardan (ətindən, südündən, dərisindən 
v
ə s.) istifadə etmək qida ehtiyaclarını qarşılamaqda önəmli fəaliyyətlərdən-
dir; s
ənətkarlıq insanların həyati ehtiyaclarını təmin etməyin vacib yolların-
dan
dır; insanları qışın soyuğundan və  yayın istisindən qorumaq üçün təbii 
sığınacaqlardan istifadə etmək və zamanla evlər tikmək ehtiyacları qarşıla-
maq üçün vacib şərtlərdəndir (1, 133-134). 
Filosof  sosial  sistemi  inkişaf  prosesində  götürərək, təbii  ehtiyacların 
(yem
ə, içmə, isti və  soyuqdan qorunma, cinsi əlaqədə  olma və  s.) təmin 
olun
masının yeni ehtiyaclar doğuracağı nəticəsinə gəlir və dövlətçilik insti-
tutunun meyd
ana çıxmasını da bu baxış bucağından izah edir. Şah Vəliyul-
la
hın əsaslandırmasına görə, insanlar qarşılanması vacib olan ehtiyac və is-
t
əklərə görə eyni olsalar da, təbiətcə fərqlidirlər ki, bu da fərdlərarası müna-
sib
ətlərdə, yardımlaşma və işbirliyində xoşa gəlməyən halların (haqq və hü-
qu
qun inkarı, məsuliyyətdən boyun qaçırma, paxıllıq, xəsislik və s.) ortaya 
çıxmasını şərtləndirir. Belə halları önləmək və ya nizamlamaq üçün insanlar 
z
əruri olaraq idarəçilik qurumuna ehtiyac hiss etmişlər. Mütəfəkkirin fikrin-
c
ə, dövlət sosial ədalətin bərqərar olmasında ən başlıca rol oynamalıdır. İn-
san
ların asayiş və təhlükəsizliyini təmin etmək, zülm və fəsadların (adam öl-
dürm
ə, döymə, oğurluq, xalqı üsyana qaldırma, zina və s.) qarşısını almaq, 
rüşvət və qumar kimi sosial bəlaları, ticarətdə pis vərdişləri (çəki və ölçüdə 
al
datma, ehtikarlıq, mallarda qüsuru gizlətmə və s.) önləmək və aradan qal-
dırmaq dövlətin əsas vəzifələrindəndir (1, 152-153). Bunlarla yanaşı, dövlət 
toplumu inkişafa və xoşbəxtliyə aparacaq yol və vasitələr tapmalı və tətbiq 
etm
əlidir.  Şah  Vəliyullaha görə, dövlətin fəaliyyətində  və  sosial  nizamın 
t
ənzimlənməsində müxtəlif peşə və ixtisasların xalq arasında müəyyən nis-
b
ətdə paylanmasına nəzarət mühüm yer tutmalıdır. Onun müşahidə və araş-
dırmalar əsasında gəldiyi qənaət bundan ibarətdir ki, peşə və sənət sahələri 
xalq  arasında  düzgün  bölüşdürülməsə, toplumun sosial-iqtisadi həyatında 
geril
əmə  baş  verəcəkdir. Məsələn,  xalqın  böyük  əksəriyyətinin ticarətlə 
m
əşğul olması kənd təsərrüfatının geriləməsinə yol açacaq. Yaxud da çox-
luq h
ərbi işlərə meyl edərsə, geriləmə həm ticarətdə, həm də kənd təsərrüfa-
tında özünü göstərəcəkdir (1, 153). 
 
- 70 - 


F
əlsəfə tarixi 
 
Ş.V.Dehləvi sosial ədalət prinsipləri üzərində  qurulmuş  və  iqtisadi 
baxımdan güclü bir sistemi xalqın rifah və xoşbəxtliyinin əsas meyarların-
dan biri kimi t
əqdir edir. Belə bir sistem islamın təbliğ etdiyi prinsiplərə də 
uy
ğundur. Dövlət belə bir sistem qurub onu yaşada bilmədiyi halda tənəzzü-
l
ə məhkumdur. Mütəfəkkir bu baxış bucağından və öz dövrünün şərtlərin-
d
ən  çıxış  edərək, dövlətin  çöküşünün  iki  əsas səbəbini göstərir: birincisi, 
dövl
ət xəzinəsinin talan olunması – bu bir qisim insanın dövlət büdcəsindən 
müt
əmadi maddi yardım alması nəticəsində baş verir. Bu insanların sırasın-
da x
əzinədə haqqı olan hərbçilər və elm adamlarından başqa dövlət adam-
la
rının  mükafatlandırdığı  şairlər, zahidlər və  dilənçiliyi adət  halına  gətirən 
tüfeylil
ər də  var.  İkincisi,  kəndlilərin, tacirlərin və  digər  peşə  sahiblərinin 
üz
ərinə ağır vergilərin qoyulması. Bu hal bir tərəfdən verginin ödənilməsi-
nin mümkünsüzlüyün
ə, digər tərəfdən isə iqtisadiyyatın geriləməsinə səbəb 
ola bil
ər; yaxud da bəzilərinin vergidən yayınması, ya da üsyana qalxması 
il
ə nəticələnə bilər (1, 154-155). Nəticədə ölkə tənəzzülə uğrayar. Buna görə 
d
ə filosof dövlətin belə halların qarşısını almasını zəruri sayır. 
Şah Vəliyullah insanların yaşayış səviyyəsində, maddi durumunda da 
orta yolu tövsiy
ə edir. O, nə aşırı maddi rifahı, nə də yoxsulluq və səfaləti 
t
əqdir etmir. Mütəfəkkirin fikrincə, maddi rifahın yaxşı tərəfi ilə yanaşı pis 
t
ərəfi də  var:  aşırı  mal-mülk, var-dövlət  düşkünü  olanların  mənəvi  saflığı 
pozulur, onlar göz
əl əxlaq prinsiplərindən uzaqlaşırlar. Lakin Şah Vəliyul-
lah dünya nem
ətlərindən imtina etməyi də düzgün saymır və Allahın kasıb-
ları sevdiyinə dair müsəlmanlar arasında kök salmış fikrin də yanlış olduğu-
nu 
əsaslandırır. İslam insan həyatının hər iki dönəminə (dünya və axirət hə-
ya
tı) eyni səviyyədə yanaşılmasını təbliğ edir, var-dövlət hərisi olub nəfsini 
axir
ət  üçün  saflaşdırmamağı  məqbul  saymadığı  kimi,  dünya  malından  əl 
ç
əkmək, gözəlliklərdən üz çevirmək kimi davranışları da təqdir etmir. Ehti-
yac
ların  qarşılanmasına  laqeyidlik  göstərmək  Allahın  məmnun  qaldığı  bir 
şey deyildir. Buna görə peyğəmbər də dünya nemətlərindən əl çəkərək özü-
nü ibad
ətə həsr etmək istəyən kəslərə qarşı çıxmışdır. Ən yaxşısı orta yol-
dur. İslamın da təbliğ etdiyi “dəngəli bir həyat tərzinin əsas alınmasıdır” (1, 
188; 385). 
Şübhəsiz ki, bir məqalədə Ş.V.Dehləvi kimi böyük düşüncə sahibinin 
f
əaliyyətini və  dünyagörüşünü  yetərincə  təhlil etmək və  dəyərləndirmək 
mümkün deyil. Amma hesab edirik ki, bu m
əqalə ilə tədqiqatçıların diqqə-
tini Şah Vəliyullaha yönəldə bilərik. 
 
- 71 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə