A. M. AĞAyev s. C. Tağizadə


III Bölmə Seminar məşğələlərinə dair



Yüklə 0,51 Mb.
səhifə14/15
tarix06.02.2018
ölçüsü0,51 Mb.
#26728
1   ...   7   8   9   10   11   12   13   14   15

III Bölmə

Seminar məşğələlərinə dair

Bu fəsildə seminar dərsləri üçün nəzərdə tutulmuş suallar və onun qısa, konkret cavabları verilmişdir.Suallar tələbələrin iştirakı ilə seminar müəllimləri tərəfindən tərtib olunmalı və qabaqcadan elan edilməklə keçirilməlidir. Belə suallar hər bir mövzu üçün də tərtib edilə bilər. Bizim təqdim etdiyimiz suallar dərs yükünün sonunda 15 nəfərlik qrup üçün nəzərdə tutulmuşdur. Seminar müəllimi tərəfindən tərib edilən bu formada suallar suallar bir neçə dəfə qrupda keçirilməyi məqsədə müvafiq olardı. Bu tələbələrin fənn üzrə hər hansı bir sualın qısa və konkret cavabını bilməsinə kömək edər, həm də onların fərdi yaradıcılığına səbəb olar.



Suallar:


  1. Dünya təsərrüfatının subyektləri .

  2. Dünya təsərrüfatının yarımsistemlərə ayrılması meyarları.

  3. Dünya təsərrüfatının inkişafının əsas göstəriciləri.

  4. Dünya təsərrüfatının formalaşması və onun inkişaf dövrləri.

  5. İqtisadi inteqrasiyanın obyektiv əsasları və mərhələləri.

  6. Ümumdünya təsərrüfatının elementi kimi azad iqtisadi zonaların yaranması.

  7. Dünya üzrə iqtisadi artımın mahiyyəti və dinamikası.

  8. Dünya üzrə iqtisadi artımın keyfiyyəti.

  9. Yaponiyanın iqtisadi inkişaf modeli.

  10. Fransanın makroiqtisadi inkişaf modeli.

  11. İtaliya iqtisadiyyatının quruluşu

  12. Böyük Britaniyanın iqtisadiyyatının quruluşu.

  13. Kanadanın makroiqtisadi inkişaf modeli.

  14. İnkişaf etmiş sənaye ölkələrinin əsas inkişaf modelləri.

  15. Yeni sənaye ölkələrinin (YSÖ) iqtisadi modelinin əsas cəhətləri.


Cavablar:
1. Dünya təsərrüfatının subyektləri
Ümumdünya Bankının statistik məlumatına görə Müasir dünya özündə 210 dövlət və ərazini birləşdirir. Hər bir ölkə özünün müxtəlif cəhətləri ilə fərqlənir. Bu müxtəliflik tarixi inkişafın gedişində ayrı-ayrı ölkələrin coğrafi vəziyyəti, iqlim şəraiti, təsərrüfatçılıq ənənəsi və bu kimi amillərin təsiri altında yaranmışdır.

İqtisadi ədəbiyyatlarda eləcə də gündəlik mətbuatda “dünya İqtisadiyyatı” və yaxud “dünya təsərrüfatı” anlyışları çox geniş istifadə olunur. Dünya təsərrüfatı qlobal bir iqtsadi orqanizm kimi bir-biri ilə qarşılıqlı fəaliyyətdə və asılılıqda olan milli iqtisadiyyatların m əcmusundan ibarətdir.

Dünya təsərrüfatının subyektləri aşağıdakılardır:


  • ayrı-ayrı dövlətlər və onların makroiqtisadi kompleksi;

  • transmilli kompaniyalar;

  • beynəlxalq təşkilatlar və institutlar.


2. Dünya təsərrüfatının yarımsistemlərə ayrılması meyarları

Dünya təsərrüfatı vahid bir sistem olmaqla müxtəlif hissələrdən, yarımsistemlərdən ibarətdir.Bu yarımsistemlər müəyyən ümumi və fərqli cəhətlərə malik olub öz inkişaflarında həm ümumi qlobal sistemin ümumi məqsədini izləməli olurlar. Bu mənada onlara həm daxili, həm də xarici qanunauyğunluqlr təsir etmiş olur.

Dünya təsərrüfatında müəyyən yarımsistemlər ayırmaq üçün bir çox meyarlar tətbiq edilir. Bunlar əsasən aşağıdakılardır:


  • iqtisadi inkişaf səviyyəsi;

  • iqtisadiyyatın sosial strukturası;

  • iqtisadi artımın tipi

  • xarici iqtisadi əlaqələrin səviyyəsi və s.

Yarımsistemin müəyyən edilməsində istifadə olunan əsas meyarlardan daha çox yayılanı iqtisadi inkişaf səviyyəsidir. Bu meyar ümumiyyətlə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi ilə müəyyən edilir.

Yarımsistemlərin ayrılmasının əsas əlamətlərindən biri də onların iqtisadi ehtiyatlarının həcmidir. Bu iqtisadi potensial məhsuldar qüvvələrin miqyası, ərazisinin həcmi, əhalisinin sayı, ehtiyatların bölgüsü və s. ilə izah olunur. Dünya təsərrüfatındakı yarımsistemlərin müəyyən edilməsindəki meyarlara əsasən aşağıdakı daha böyük qrup dövlətlər ayrılır:



  • sənayecə inkişaf etmiş ölkələr;

  • keçid dövrü ölkələri ( keçmiş sosialist dövlətləri );

  • inkişaf etməkdə olan ölkələr.

Bu yarımsistemlər də özlüyündə bir neçə yarımqruplara, ərazi üzrə qrup dövlətlərə bölünürlər.
3. Dünya təsərrüfatının inkişafının əsas göstəriciləri
Aydındır ki, dünya təsərrüfatının yaranması ilə bu anlayışı əks etdirən iqtisadi kateqoriyalar, göstəricilər də yaranır. Bu göstəricilər dünya iqtisadiyyatının inkişaf dinamikasını və vəziyyətini xarakterizə edir.

1.Dünya üzrə ümumi məhsul – D.Ü.Ü.M. Bu göstərici müəyyən dövrdə bütün dünya ölkələrində istehsal olunan son məhsul və xidmətlərin ümumi həcmini əks etdirir.

2.Ayrıca götürülmüş hər bir ölkədə ümumdaxili məhsul – ÜDM. Bu göstərici milli hesab sistemi ilə hesablanır və hər bir milli təsərrüfatın daxili və xarici bölməsinin əsas makroiqtisadi əlaqələrini əks etdirir.

ÜDM 3 metodla hesablanır:1. gəlirlərə görə, 2.xərclər üzrə; 3. əlavə dəyər vergisi metodu.

Əsas makroiqisadi göstəricilərdən biri də ümummilli məhsul anlayışıdır. ÜMM ÜDM-dan fərqli olaraq ancaq ölkə daxilində deyil ölkədən kənarda da işgüzar fəaliyyətlə məşğul olanların əmək haqqını, faizləri, dividentləri əks etdirir.

ÜDM – milli hesablama sistemi ilə hesablanır. DÜÜM isə vahid valyuta – ABŞ dolları ilə hesablanır.


4. Dünya təsərrüfatının formalaşması və onun inkişaf dövrləri
XVI-XVIII əsrlərdəki sənaye çevrilişinədək müstəmləkəçilik siyasətində yerli sərvətləri, işçi qüvvəsini talan etmək, qeyri ekvivalent mübadiləyə üstünlük vermək halları daha əsas götürülürdü.

XIX əsrin axırlarınadək xalis merkantilist ənənəsi üstünlük təşkil edirdi.

Maşınlı sənayenin inkişafı ilə tədricən müstəmləkəçilər müstəmləkə ərazilərini öz əmtəələrinin satış bazarına çevirmişlər.

XIX əsrin ortalarından Avropa ölkələrindən olan kapital ixracı daha da genişlənməyə başlamışdı. Bütün ixrac olunan vəsaitin yarıdan çoxu şimal ölkələrinə, yarısı isə Asiya, Latın Amrikası, və Afrika ölkələrinə göndərildi.

XIX əsrin axırlarında iqtisadi inkişaf dünya miqyasında sürətlə artırdı. Qərb ölkələrində elm və texnikanın yüksəlişi məhsuldar qüvvələrdə xeyli dəyişiklik yaradırdı.

Müasir dünya təsərrüfatı sistemi daha çox sənaye çevrilişləri ilə xarakterizə edilir. Bir çox iqtisadçılar dünya təsərrüfatının inkişafında XX əsrin özünü də müəyyən dövrlərə ayırırlar.Bunlar aşağıdakılardır:

1.1920-1930-cu illər. Həmin dövrdə dünya təsərrüfatında böhranlar müşahidə olunmuşdu.Milli iqtisadiyyatlar əsasən hərbiləşdirməyə yönəldilirdi. Bu dövrdə iqtisadi böhranlar nəticəsində inkişaf etmiş sənaye ölkələrində istehsalın həcmi 18% azalmışdır.

2. İkinci dünya müharibəsindən sonra dünya sosialist təsərrüfat sistemi yarandı.II Dünya müharibəsi illərində ABŞ Qərbi Avropanın dirçəlməsinə kömək edirdi. Marşal planı deyilən plan hazırlandı. Bu planın həyata keçirilməsində 17 dövlət iştirak edirdi. 1951-ci ildə bu planı dəyişərək “təhlükəsizliyin qarşılıqlı təmin edilməsi” adlandırmışlar.

3.1950-1980-cı illərdə ABŞ və digər sənaye ölkələrinin iqtisadi inkişaf səviyyəsində yaxınlaşma müşahidə olunmağa başlamışdır.1955-ci ildə sənayecə inkişaf etmiş altı ölkənin ümumdaxili məhsulu ABŞ-ın ÜDM-nun 74%-nə, 1970-ci ildə isə 114%-nə bərabər olmuşdur.

4. XX əsrin son onilliklərini dünya təsərrüfatının inkişafında yeni dövr hesab etmək olar. Həmin dövrdə Şərqi Avropa ölkələri və keçmiş Sovet İttifaqının sosial quruluşunda köklü dəyişikliklər baş vermişdir.


5. İqtisadi inteqrasiyanın obyektiv əsasları və mərhələləri
Milli təsərrüfatların iqtisadi əlaqələrinin və əmək bölgüsünün inkişafında inteqrasiya obyektiv zəruri bir prosesdir.İnteqrasiya yolu ilə xarici iqtisadi mübadilədən tutmuş istehsal dairəsi də daxil olmaqla milli təsərrüfatların yaxından qovuşması ilə ərazilər üzrə təsərrüfat proseslərinin əmələ gəlməsinə imkan yaranır. Beynəlxalq iqtisadi inteqrasiya ərazi üzrə yaranır və bir neçə formada təzahür edir. Inkişaf etmiş sənaye ölkələrində bu proses dövlətlərarası və mikro səviyyədə olan müəssələrarası səviyyədə yaranır.

1.İqtisadi inteqrasiyanın ən sadə forması “azad ticarət zonası” hesab olunur.

2.İqtisadi inteqrasiyanın ikinci forması “gömrük ittifaqı” hesab olunur.

3.İqtisadi inteqrasiyanın üçüncü nisbətən mürəkkəb forması olan “ümumi bazar” yaranır.

4.Dövlətlərarası iqtisadi inteqrasiyanın daha mürəkkəb forması olan “İqtisadi və valyuta ittifaqı” yuxarıdakı formaların bütün cəhətlərilə yanaşı ümumi iqtisadi və valyuta-maliyyə siyasətinə keçirilməsini nəzərdə tutur.

Beynəlxalq inteqrasiyanın bu kimi sahələrinin gələcək inkişafı ola bilər ki, siyasi ittifaqlara da çevrilsin. İqtisadi inteqrasiya bu intaqrasiyaya daxil olan hər bir tərəf üçün aşağıdakı əlverişli şəraitləri yaradır:

1. İnteqrasiya əməkdaşlığı hər bir təsərrüfat subyektinə imkan verir ki, maliyyə, material, əmək, yeni texnologiya və bu kimi ehtiyatların inteqrasiya ərazisi çərçivəsində hərəkətinə şərait yaransın.

2. Ərazi çərçivəsində ölkələrin iqtisadi yaxınlaşması hər bir birliyin müəssisələrinin üçüncü ölkələrin müəssisələrinin rəqabətindən qorunmasına kömək edir.

3. İnteqrasiya əlaqələri onların iştirakçılarına imkan verir ki, daha zəruri sosial məsələləri həll edə bilsin.

Beləliklə, dünya təsərrüfatında ayrı-ayrı ölkələrin milli təsərrüfatlarının yaxınlaşması və bir-birinə qovuşması prosesi vahid təsərrüfat orqanizmin yaranmasına yol açır ki, bu da inteqrasiya adlanır.

İnteqrasiya təsərrüfat həyatının beynəlmiləlləşməsinin ən yüksək təzahür formasıdır.
6. Ümumdünya təsərrüfatının elementi kimi azad

iqtisadi zonalarının yaranması və mahiyyəti
İqtisadi ədəbiyyatlarda azad iqtisadi zona və yaxud xüsusi iqtisadi zona çox hallarda eyni mənalarda işlədilir. Sadəcə olaraq xüsusi iqtisadi zonada iqtisadi fəaliyyətin bütün tərəfləri tənzim edilə bilmir. Azad iqtisadi zonada isə adından göründüyü kimi xalis, azad-sərbəst fəaliyyət nəzərdə tutulur.

Xüsusi iqtisadi zona milli iqtisadi məkanın bir hissəsi olub, ölkənin ayrı-ayrı hissələrində tətbiq olunmayan xüsusi güzəşt və stimullar sisteminə əsaslanır. Deməli, xüsusi iqtisadi zona bu və ya digər dərəcədə xüsusiləşmiş coğrafi ərazidir.

Xarici kapitalın cəlb edilməsi və ölkə daxilində iqtisadi proseslərin formalaşmasında, onun təsirindən başqa xüsusi iqtisadi zona yaradılması aşağıdakı səbəblərdən irəli gəlir:


  1. Sənaye ixracına maraq yaratmaq və bunun əsasında valyuta vəsaitləri əldə etmək.

  2. Məşğulluğun artmasına nail olmaq.

  3. Həmin zonadan yeni təsərrüfatçılıq metodları təcrübəsini yaymaqda istifadə etmək.

  4. Hər bir ölkə bütün hallarda öz iqtisadiyyatını xarici fəaliyyət üçün tam açıq elan etmək istəmir.

Xüsusi iqtisadi zona yaradılmasında Çinin və başqa dövlətlərin təcrübəsi əsasında aşağıdakı ümumi cəhətlərin zəruri olması əsas götürülür.

  1. Əlverişli coğrafi vəziyyət;

  2. Daha əlverişli infrastruktura olması;

  3. İnfrastruktura ilə bağlı torpaq, su, enerji, müxtəlif xammal növləri, nəqliyyat şəbəkəsi , telekomunikasiya və s.

  4. Əlverişli sosial infrastruktura, o cümlədən zəruri standartlara uyğun yaşayış binaları, uşaq baxçaları, məktəblər, xəstəxanalar, gündəlik tələbat mallarının təmini və s.

  5. Nisbətən ucuz, lakin yüksək ixtisaslı işçi qüvvəsi;

  6. Yüksək maliyyə xidmətləri göstərilməsi və beynəlxalq maliyyə bazarı ilə əlaqə;

  7. Avadanlıqların təmiri üzrə yüksək xidmət;

  8. Vergiqoymada güzəşt və digər hüquqi normalar;

  9. Ümumi siyasi sabitlik və s.

7. Dünya üzrə iqtisadi artımın mahiyyəti və dinamikası


İqtisadi artım dedikdə müəyyən dövr ərzində istər milli istərsə də dünya miqyasında baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərinin nəticəsi kimi məhsul istehsalı və xidmətlərin həcminin artması nəzərdə tutulur. İqtisadi artım anlayışının kəsb etdiyi məzmun barədə iqtisadçılar arasında fikir müxtəlifliyi mövcuddur. Belə ki, bir çox Amerika iqtisadçıları iddia edirlər ki, iqtisadi artım ardıcıl olaraq əhalinin gəlirlərinin artması deməkdir. Bir qismi göstərir ki, iqtisadi artım istehsalın genişləndirilməsi sürətini təmin edir.

İqtisadi artımın nəticəsi isə əsasən öz əksini əmək məhsuldarlığının səviyyəsində, milli məhsulun artım sürətində,əhalinin tələbatının ödənilməsi dərəcəsi və həyat səviyyəsində tapır.

Hər bir iqtisadi proses özünəməxsus ölçü xarakterinə malikdir. Cəmiyyət miqyasında iqtisadi artım ümummilli məhsulun yaxud ümumdaxili məhsulun həcmi ilə, eləcə də hər nəfərə düşən ümumdaxili məhsulun həcmi ilə müəyyən edilir.İqtisadi artım hər şeydən əvvəl:

- əmək ehtiyatlarının kəmiyyəti və keyfiyyətindən;

- əsas kapitalın həcmindən və tərkibinin yaxşılaşmasından;

- istehsalın təşkilinin və texnologiyanın təkmilləşdirilməsindən;

- təbii ehtiyatların kəmiyyət və keyfiyyətindən;

- cəmiyyətdə sahibkarlıq fəaliyyətinin həcmi və s.-dən asılıdır.

Məhz iqtisadi artım iqtisadi, siyasi, sosial amillərin qərşılıqlı əlaqələrinin nəticəsi kimi çıxış edir. Son onilliklərdə dünya iqtisadiyyatının inkişafında ciddi dəyişikliklər baş vermişdir. Xüsusilə İEÖ-də təkrar istehsalın ritmi pozulmuş, mənfəət, kapital qoyuluşu azalmışdır.Ticarət və tədiyyə balansında kəsr alınmış, infilyasiya baş vermişdir.

Dünya üzrə son onilliklərdə ÜMM-un artım sürəti 1970-ci ildəkindən 2,6 dəfə, 60-cı ildəkindən 3,5 dəfə az olmuşdur.Sənaye məhsullarının artımı da həmin nisbətdə azalmışdır.


8. Dünya üzrə iqtisadi artımın keyfiyyəti
Müasir şəraitdə dünya iqtisadiyyatında iqtisadi artımın “yeni keyfiyyəti” anlayışı yaranmışdır. İqtisadi artımda bu yeni keyfiyyət aşağıdakı şərtlər zəminində mövcud ola bilər.

- ETT-nin nəaliyyətləri əsasında istehsalın keyfiyyətcə yeni maddi bazasının yaradılması;

- İqtisadiyyatın quruluşunun yenidən qurulması, elm tutumlu sahələrə üstünlük verilməsi;

- Ehtiyatlara qənaət edə bilən yeni texnologiyanın tətbiqi;

- Yüksək inkişaf etmiş infrastrukturun yaradılması;

- Təhsil sistemində islahat aparılması, keyfiyyətcə yeni işçi qüvvəsi hazırlanması;

Demək lazımdır ki, tam şəkildə bu cür yeni keyfiyyətdə iqtisadi artım ancaq inkişaf etmiş ölkələr üçün xarakterikdir. Bu ölkələrdə iqtisadi artımın yeni keyfiyyəti aşağıdakı sosial-iqtisadi proseslərdə təzahür edir:

- İqtisadiyyatın sosial-inkişaf meyli güclənir, istehsalın istehlaka tabe edilməsi genişlənir, xidmət dairəsi artır, səhiyyə və təhsil sistemi daha sürətlə inkişaf etdirilir. Əhalinin həyat səviyyəsinin yüksəlməsinin təmin edilməsi ön plana çəkilir.

- İqtisadi artımın təmin ədilməsində ETT-ə daha çox üstünlük verilir.

- İqtisadi artımın son nəticəsi sadəcə olaraq məhsulun həcmi ilə deyil, tələbatın ödənilmə səviyyəsi ilə müəyyən edilir.

- Təkrar istehsalda kapital tutumlu formadan kapitala qənaət sisteminə keçirilməsi baş verir.

- Əmək fəaliyyətinin xarakterində köklü dəyişiklik edilir.

- Elmin rolu artır; dövlət elmi-tədqiqat mərkəzləri genişlənir. Təhsil sahələrinin istehsalatla əlaqəsi artır və həmçinin elm sahəsinə çəkilən xərclər də artır. Məhz elmin inkişafı iqtisadi artımın yeni keyfiyyətini müəyyən edir.

İqtisadi artım hər bir ölkənin əsas məqsədidir. Onların idelogiyasından, inkişaf səviyyəsindən asılı olmayaraq əsas məqsəd iqtisadiyyatın inkişafı və əhalinin həyat səviyyəsini yüksəltməkdir.


9. Yaponiyanın iqtisadi inkişaf modeli
Yaponiyanın iqtisadiyyatının yüksək sürətlə inkişafı onun özünəməxsus təsərrüfatçılıq mexanizminə malik olması ilə xarakterizə edilir.

Xüsusi sahibkarlıq quruluşunun əlamətləri onunla xarakterizə edilir ki,başqa ölkələrdən fərqli olaraq Yaponiyanın sosial quruluşu müasir sənayenin ikili xarakteri ilə səciyyələnir.

Emal sənayesində əsas yeri xırda və orta sahibkarlar tutur. Kiçik kompaniyaların əsasında kapital təmərküzləşməsi və iri birliklərin yaranması baş verir.

İqtisadi quruluşun əsas cəhəti – firmaların üfüqi qruplaşmaları ilə xarakterizə edilir. Belə qruplaşmalar işgüzar münasibətlərin bütün sistemində öz əksini tapa bilir. Bu qruplaşmalar iki növ və yaxud səviyyədə baş verir:

Birinci – kapitalların və şəxsi nüfuzun qovuşması – çulğalaşmasına əsaslanır.

Kompaniyalar və müəssisələr arasındakı ən çox yayılmış əlaqə şaquli deyil, üfüqi əlaqələrdir.

İri kompaniyalar birliyinin üfüqi inteqrasiyası maliyyə qrupları yaradılmasına səbəb olur. Onlar da iri banklar, ticarət və sənaye kampaniyaları tərəfindən idarə edilirlər.

İqtisadi inkişafın Yaponiya modelinə xarakterik cəhətlərdən biri də ondan ibarətdir ki, milli ənənələrdən istifadə edilir. Yaponiya üçün uzun iş müddəti xarakterikdir. Kişilər həftədə orta hesabla 57,7 saat işləyir.

Yaponiyanın iqtisadi modelinin xarakterik cəhətlərindən biri də ondan ibarətdir ki, ümumi problemlərin həllində dövlət aparatı ilə iri kompaniyaların mövqeyi eyni olur, üst-üstə düşür.

Dövlət bölməsi çox olmadığına görə ümumdövlət planlaşdırması əsasən xüsusi firmaların fəaliyyətinin tənzimlənməsinə yönəldilir.

Ümumdövlət planı sistemi beş qrupdan (bölmədən) ibarətdir: İqtisadi və sosial inkişaf planı; torpağın inkişafı və istifadə edilməsi planı; mədsuldar qüvvələrin səmərəli yerləşdirilməsi; sahə planları; ümumdövlət mənafeyi bölməsi; regional planlar.
10. Fransanın makroiqtisadi inkişaf modeli
İkinci dünya müharibəsindən sonra Fransa iqtisadiyyatı 50-ci illərin əvvəllərinə xeyli miqdarda bərpa edilə bilmişdir. 1948-ci ildə Fransaya “Marşal planı”na əsasən 1,13 mlrd. dollar köməklik edilmişdir. 1954-cü ildən isə ölkənin iqtisadiyyatında yüksəliş dövrü başlamışdır. 1958-ci illərdə kömür sənayesinin 97%-i, qaz hasilatının 95%-i, aviasiya sənayesi və elektrik enerjisi hasilatının 80%-i, avtomaşın sənayesinin 40%-dən çoxu dövlətin əlində olmuşdur.

1946-cı ildə dövlətin iqtisadiyyata təsiri metodu kimi xüsusi orqan olan “planlaşdırma üzrə baş komisarlıq orqanı” yaradılmışdır.

- Birinci planın (1947-1953) əsas vəzifəsi iqtisadiyyatın modernləşməsi və bərpa edilməsi; - İkinci planda (1954-1957) əsas məqsəd xüsusi firmaların rəqabət qabiliyyətini möhkəmlətmək; - üçüncü planda (1958-1961) əsas məqsəd himayədarlıqdan açıq iqtisadiyyata keçmək olmuşdur;

1971-1975-ci illəri əhatə edən 6-cı planda beynəlxalq miqyaslı milli kompaniyalar yaradılması və yığım normaların artırılması əsas götürülürdü. 1976-1980-cı illərdə sənayenin yeni istiqamət götürməsi siyasəti elan edilmişdir.Fransada həyata keçirilən iqtisadi siyasətin əsas fərqləndirici cəhətləri ondan ibarət idi ki, burada qiymətlər üzərində, qiymətli kağızlar buraxılmasında, kredit fəaliyyətində və s. ciddi nəzarət vardır.

Fransanın iqtisadi sistemi Almaniya modelinə çox yaxındır. Burada da iqtisadiyyatın sosial təmayüllü modeli xarakterikdir. Əsas mərkəzdə “rifah dövləti” dayanir. İqtisadiyyatda dövlətin rolu yüksək olduğuna görə çox vaxt bu sistemi Etatistik model adlandırırlar. Fransada ÜDM-un 54%-nin yenidən bölgüsü dövlət tərəfindən həyata keçirilir. Bütün işçilərin 24%-i dövlət bölməsində fəaliyyət göstərir.

Dövlət maliyyəsində sosial təminat sistemi böyük bir çəkiyə malikdir. Dövlət müəssisələrində işləyənlər ixtisar edilmirlər, 50-55 yaşında pensiyaya çıxırlar, pensiyanın həcmi əmək haqqından artıqdır. ÜDM-un 30%-ə qədəri (400 mlrd. dollardan artıq) sosial tələbata xərclənir. Sosial təminat ilk növbədə vergi ödəyənlər hesabına həyata keçirilir. Ona görə də vergilər artırılır. Son vaxtlar məşğulluğun azalması, iqtisadi artım sürətinin zəifləməsi, pensiyaçıların sayının və əhalinin sosial gəlirləri səviyyəsinin artması məsələləri belə bir qənaət yarada bilir ki, Fransanın “sosial bazar” sistemi müəyyən problemlərlə rastlaşa bilər. Almaniyada olduğu kimi Fansada da xüsusi bölmənin inkişafına o qədər də stimul yaradılmır. Milli kapital daha münasib vergi səviyyəsi və dəyişkən elastiki əmək bazarı olan ölkələrə axıdılmağa üstünlük verir.


11. İtaliya iqtisadiyyatının quruluşu
İtaliya Cənubi Avropada yerləşir. İtaliya iqtisadiyyatının xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, sənayecə inkişaf etmiş Şimal və Mərkəz ilə aqrar və zəif inkişaf etmiş Qərb arasında müəyyən əksliklər vardır.

İtaliyanın kənd təsərrüfatında da kifayət qədər kiçik və orta fermer təsərrüfatının olmasına baxmayaraq kənd təsərrüfatı öz effektivliyi baxımından inkişaf etmiş Qərb dövlətlərindən geridir. İtaliyanın iqtisadiyyatı inhisarçı kapitalın hökmranlığı ilə, xarici kapitalın xüsusi çəkisinin yüksək olması ilə səciyyələnir.

İtaliyanın “Neft-qaz birliyi” 160-dan çox kompaniyaya nəzarət edir. “Neft-qaz və kimya sənayesi” fəaliyyət göstərir. Əsasən inkişaf etməkdə olan ölkələrdə neft və qaz çıxarılmasını həyata keçirir.

Ən böyük xüsusi kompaniyalardan biri də Fiatdır (290 min işçisi var). 100-dən çox kompaniyaya nəzarət edir. Minik maşınlarının 80%-dən çoxunun istehsalını öz əlində cəmləşdirmişdir.

“Fininvest”-illik dövriyyənin həcminə görə 3-cü xüsusi birlikdir (26 min işçisi var). Əsas fəaliyyəti- televiziya verlişləri, mətbuat işi, reklam biznesi, kinofilmlər çəkmək və yaymaq, sığorta işi və s. ibarətdir.İtaliyada sənayenin bir çox sahələri inkişaf edə bilmişdir.Sənayedə emal sənayesi daha böyük əhəmiyyət kəsb edir. İtaliyada sənayenin aşağıdakı ixtisaslaşmış sahələrini göstərmək olar:


  • maşınqayırma məhsulları və nəqliyyat avadanlığı;

o cümlədən:

  • toxuculuq-tikiş avadanlığı (İtaliya bu sahədə dünyada Almaniya və İsveçrədən sonra 3-cü yeri tutur);

  • kənd təsərrüfatı maşınları-nəqliyyat-inşaat avadanlığı;

  • avtomaşınlar;

  • elektronika və elektrotexnika (bu sahənin məhsulunun 40%-i ixrac edilir);

  • kimya məhsulları (əczaçılıq da bura daxildir);

İtaliya dərman preparatları istehsalına görə 5-ci yeri tutur.
12. Böyük Britaniyanın iqtisadiyyatının quruluşu
Böyük Britaniyanın iqtisadi inkişaf quruluşu inkişaf etmiş digər sənaye ölkələrindən o qədər də fərqlənmir. ÜDM-un 1,8-2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payına düşür, cəmi işçilərin 2,1%-i həmin sahələrdə çalışır.

Sənaye və tikinti müvafiq olaraq 31,4 və 26,4%, xidmət bölməsi isə 66,8% və 71,5% təşkil edir.

Böyük Britaniyada kənd təsərrüfatı özünün yüksək effektivliyi və məhsuldarlığı ilə fərqlənir, mexanikləşmə səviyyəsi daha yüksəkdir. Buğda, arpa, vələmir və donuz ətinə görə daxili tələbatdan artıq kartof, mal və qoyun əti, yun, qənd, yumurta və s. kimi məhsullar isə daxili tələbatdan az istehsal olunur.

Böyük Britaniya inkişaf etmiş sənaye ölkəsi kimi daha məşhurdur. İldə 130 mln. ton neft, 90 mlrd m3 qaz hasil edir. İqtisadiyyatın ən böyük bölmələrindən biri kimi inşaat kompaniyalarının cəmi məhsulu ildə 55-70 mlrd. funt sterlinq təşkil edirdi.

Ölkənin emal sənayesində aşağıdakı sahələr daha çox üstünlüyə malikdir:


  1. Nəqliyyat maşınqayırması (cəmi sənaye istehsalının 12%-ni təşkil edir). Burada da avtomobilqayırma, gəmiqayırma, aerokosmika sənayesi daha üstündür (hərbi və mülki təyyarə istehsalına görə ABŞ və Fransadan sonra 3-cü yeri tutur);

  2. Ümumi maşınqayırma (kənd təsərrüfatı texnikası, dəzgahlar, toxuculuq-tikiş avadanlıqları və s.);

  3. Elektronika və elektrotexnika (kompyuter, proqramlaşma təminatı, telekomunikasiya vasitələri);

  4. Tibbi avadanlıqlar, məişət texnikası;

  5. Kimya sənayesi;

  6. Metal istehsalı və s.

Elmi texniki tərəqqidə Böyük Britaniya dünya üzrə liderlik edən ölkələrdən biri kimi Avropada ən yüksək elmi texniki potensiala malikdir.

İqtisadiyyatın əsas sahələrindən biri turizm və maliyyədir. Əmək qabiliyyətli əhalinin 7%-i turizm sahəsində işləyirlər. Turizmdən illik gəlir 8 mlrd. dollardan artıqdır. Böyük Britaniyada ÜDM-un 25%-i maliyyə xidməti nəticəsində yaranır. London dünya maliyyəsinin mərkəzi hesab olunur. Burada bank fəaliyyəti çox geniş yayılmışdır.


13. Kanadanın makroiqtisadi inkişaf modeli

Kanada yarandığı vaxtdan demək olar ki, öz simasına, inkişaf tərzinə görə böyük-güclü dövlət kimi məşhurdur. Kanadanın iqtisadi inkişaf yolu əsasən üç amilin təsiri altında olmuşdur:



  1. Ölkənin zəngin təbii ehtiyatları vardır. Geniş səhraya və əlverişli iqlim şəraitinə malik olması yüksək məhsuldar k/t-nın inkişafına zəmin yaratmışdı.

  1. 2.Kanada burjuaziyasının demoqrafik və sosial-psixoloji xüsusiyyətləri. Kanada Britaniyanın müstəmləkəsi olmuşdur. Onların daha yüksək təsərrüfatçılıq cəhətlərini mənimsəyə bilmişlər.

  2. 3.Xarici və xüsusilə Amerikanın kapitalından geniş istifadə edilməsi.

Kanadanın inkişaf modelinə Amerikanın təsiri probleminin şərhində 1980-cı illərin əvvəllərinə ABŞ-da aparılmış islahatların rolunu da qeyd etmək olar.

Dövlətin tənzimlənməsində, vergi qoyulmasında, kapital qoyuluşunun stimullaşmasında, iqtisadiyyatın özəlləşdirilməsində islahatlar aparılmışdır. Kanadanın iqtisadiyyatını səciyyələndirən cəhətlərdən biri də iqtisadiyyatda dövlətin rolunun artıq olmasıdır. Bütün həlledici sahələr dövlətin nəzarəri altında olmuşdur. 1990-cı illərdə iqtisadiyyatda dövlət tənzimlənməsinin köhnə mexanizmində köklü dəyişiklik edilməsi başlanmışdır. Özəlləşdirmə daha geniş vüsət almışdır. Beləliklə 1990-cı illərdə Kanada iqtisadiyyatında köklü dəyişikliklər baş vermişdir.

Müstəqim vergilər orta əmək haqqının 46%-ni təşkil edir. Kanadada yaranan problemlərdən biri də qocaların sayının artmasıdır. Bu isə öz növbəsində dövlətin pensiya və tibbi xərclərinin artmasını tələb edir.
14. İnkişaf etmiş sənaye ölkələrinin əsas inkişaf modelləri
İqtisadi inkişafın tarixi əlamətləri, eləcə də ayrı-ayrı amillər yığımı, onların əlaqələndirilməsi nəticə etibarilə qərb ölkələrinin inkişaf tipini müəyyən etməyə imkan verir.

Milli iqtisadiyyatda mövcud olan müxtəlif institutların, özəklərin, birliklərin, vəzifə bölgüsünün, nəzarətin, iqtisadi proseslərin təşkili həmin iqtisadiyyata müəyyən xüsusi cəhətlər vermiş olar. Bütün bu cəhətlərdən asılı olaraq təsərrüfat sistemi formalaşır və iqtisadi inkişaf modeli yaranır. Bunlardan aşağıdakıları qeyd etmək olar.

Liberal model. ABŞ öz təsərrüfatçılığı praktikasında son onilliklərdə tənzim olunan bazar şəraitinə üstünlük verilir. Xüsusi mülkiyyət daha çox üstünlük təşkil edir.

İşçi qüvvəsindən istifadə edilməsində Amerikanın öz xüsusiyyəti vardır. Belə ki, orada iri fəhlə partiyaları, müəssisələr səviyyəsində əmək müqavilələri bağlanılması, mərkəzləşmiş həmkarlar təşkilatı yoxdur. Kollektiv müqavilələr üç illiyə bağlanır, əmək haqqının dəyişməsi müqavilədə göstərilir. Bu sistem-model Kanada, Belçika, Fransa, İrlandiya, İtaliya, Böyük Britaniya üçün də xarakterikdir.

Korporativ model. Bu model tənzim olunan bazarı nəzərdə tutur. Bu da dövlətin yaxından iştirakı ilə baş verir. Həmin model iki yarımtipdə olur: 1. Demokratik və ya sosial islahat forması; 2. İerarxiya formasında.

Demokrativ korporativçilik modeli.Hakimiyyətdə sosial demokratlar olan ölkələrdə həmin model daha çox üstünlük təşkil edir. Bu modeldə dövlət sahibkarlığı yüksəkdir. İsveçdə, Şimal ölkələrində, Avstraliyada bu model xarakterikdir.

Bu modeldə sosial razılaşma yolları axtarılır. Burada həmkarlar geniş fəaliyyət göstərirlər, işsizlərə yüksək təminat verilir, məşğulluq barədə geniş siyasət aparılır.

İerarxiya korporativimi modeli Yaponiyada xarakterik olan bu modeldə işgüzar fəallığa dövlət köməklik göstərir. Əmək müqaviləsi müəssisə səviyyəsində də bağlana bilir. Müqaviləyə əsasən işçinin alacağı əmək haqqının 30%-ə qədəri ildə iki dəfə əmək haqqına əlavə kimi verilir.

Sosial bazar modeli bazar korporativ modelə daha yaxındır. Həmin modeldən Almaniyada daha geniş istifadə edilir. Burada sosial çətinlikdə olan gənclərə, fermerlərə, az təmin olunan ailələrə kiçik və orta müəssələrə köməklik göstərilməsi nəzərdə tutulur.
15. Yeni sənaye ölkələrinin (YSÖ) iqtisadi modelinin əsas cəhətləri
Ayrı-ayrılıqda regionlar üzrə bu ölkələrin müəyyən xüsusiyyətlərini araşdırdıqda bəzi fərqli cəhətlər də müşahidə olunur. Belə ki, məsələn Cənub Şərqi Asiyanın YSÖ əsasən aqrar ölkəsi idilər. Bəzi faydalı qazıntıları da vardır. Bu ölkələr özünəməxsus Şərq mədəniyyəti və mentaliteti nəticəsində yüksək nəticələr əldə etmişlər. Beynəlxalq təşkilatların hesablamalarına görə gənclərin intelektual səviyyəsi Sinqapurda, Cənubi Koreyada, Yaponiyada və Honkonqda ən yüksəkdir.

Cənub Şərqi Asiya YSÖ-dən fərqli olaraq Latın Amerikasının YSÖ – Argentina, Braziliya, Meksika və Çili daha zəngin faydalı qazıntılara malikdirlər. Burada dəmir filizi, əlvan metallar, uran, boksitlər, kömür, neft, təbii qaz, qızıl, almaz və s. çıxarılır.

Asiya və Latın Amerikasının YSÖ modelləri arasındakı özünə məxsus fərqləndirici amillər həlledici rola malikdirlər. Bu modellərin mahiyyəti aşağıdakılardan ibarətdir:

Birinci modeldə milli iqtisadiyyatın inkişafında əsasən xarici bazara, ixracata üstünlük verirlər.

İkinci modeldə isə xaricdən alınan məhsulları əvəz edən məhsul istehsalının artmasını nəzərdə tuturlar.

Birinci model ilə keçən əsrin axırlarında ABŞ, II Dünya müharibəsindən sonra Qərbi Avropa ölkələri, Yaponiya və nəhayət Asiyanın YSÖ irəliləmişlər.



İkinci model isə əsasən Latın Amerikasının YSÖ-nə xasdır. Dünya təcrübəsindən məlumdur ki, xaricdən alınan məhsulların əvəz edilməsi üçün istehsalın təşkili strategiyası bəzi İEOÖ-in iqtisadi tərəqqisində böyük rol oynamışdır.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə