A. M. AĞAyev s. C. Tağizadə


ABŞ – dünya iqtisadiyyatında



Yüklə 0,51 Mb.
səhifə12/15
tarix06.02.2018
ölçüsü0,51 Mb.
#26728
1   ...   7   8   9   10   11   12   13   14   15

ABŞ – dünya iqtisadiyyatında



Amerikan kapitalizminin formalaşmasının tarixi xüsusiyyətləri. Dünyada ABŞ kimi ikinci bir dövlət tapılmaz ki, güclü çoxşaxəli bir təsərrüfata malik olsun və dünya təsərrüfatında belə güclü təsir göstərsin. Bununla bərabər ABŞ iqtisadiyyatı dünya təsərrüfatının digər ölkələrinin təsirinə məruz qalır. ABŞ-ın dünya iqtisadiyyatında olan xüsusi rolu amerikan sosializminin formalaşmasının tarixi spesifikası ilə şərtlənir. ABŞ 9.4 mln km2 ərazidə yerləşməklə, dünyada bu göstərici üzrə 4-cü yeri tutur(Rusiya,Kanada, ÇXR-dan sonra). ABŞ-ın ərazisi təbii resurslarla zəngindir və həmçinin əlverişli iqlim şəraitinə malikdir. Faydalı qazıntılardan 100 növü ABŞ ərazisinin payına düşür. O cümlədən dünya xammal(mineral) ehtiyatlarının 20%-i bura daxildir; neft, təbii qaz, kömür və s. Əsas kənd təsərrüfatı rayonlarının iqlimi Kuban(Rusiya), Ukraynanın cənubu ilə eynidir və kənd təsərrüfatının məhsuldarlığı üçün tamamilə əlverişlidir.

Kapitalizmə qədərki münasibətlərdə ABŞ-da elə bir maneə yox idi ki, məhsuldar qüvvələrin inkişafına maneə olsun (ölkənin cənubunda hökm sürən quldarlığın qalıqları istisna olmaqla). Ölkənin yaradılmasının əvvəllərində xeyli azad torpaqlar var idi. Əmək haqqının nisbətən yüksək səviyyəsi və digər gəlirlər həm əvvəllər, həm də müasir zamanda başqa ölkələrdən gələnləri cəlb edir. Psixoloji cəhətdən bu insanlar sosial aktivlik, yüksək ruh, əməyə və hər cür mərhumiyyətlərə hazır olmalarını nümayiş etdirirdilər. Genişlənmiş istehlak bazarı kütləvi istehsalın inkişafını stimullaşdırır ki, bu da kifayət qədər iqtisadi artımın və baza sahələrinin inkişafının əsasını təşkil edir. Kütləvi istehsalın bir sıra sahələri XIX əsrin axırı- XX əsrin əvvəllərində yaradılmışdır. Belə ki, I dünya müharibəsi illərində yüngül avtomobillərin istehsalı üzrə ABŞ artıq milyon göstəricisini də aşmışdır(1916-cı ildə 1.5 milyon avtomobil).

Artıq XX əsrin əvvəllərində ABŞ bir çox iqtisadi göstəricilər üzrə dünyada birinci yeri tutdu. I və xüsusilə II dünya müharibəsindən sonra isə ABŞ dünya sistemində lider mövqeyini qazandı. ABŞ bu müharibələrdə iştirak etsə də, onun ərazisi demək olar ki, ziyan görməmişdir.ABŞ ərazisində son müharibə 1865-ci ildə (Cənubla Şimal arsında) başa çatmışdır.1939-1944-cü illər ərzində UMM(VNP) ABŞ-da 43%, sənaye məhsulu isə 2,4 dəfə artmışdır. Əksinə keçmiş SSRİ və Avropa ölkələrinin iqtisadiyyatı ərazilərinin tamamilə viran olunması ucbatından geridə qaldı. II dünya müharibəsinin başa çatmasından sonra ilk illər ərzində heç bir dövlət ABŞ-a ciddi iqtisadi rəqib kimi müqavimət göstərmək iqtidarında deyildir. ABŞ-ın üstünlüyü o qədər əhəmiyyətli dərəcədə idi ki, hətta iri inkişaf etmiş ölkələr belə amerikan kapitalından birbaşa olaraq iqtisadi və maliyyə asılılığında qalırdılar. ABŞ bütün ölkələri milli sərvətin həcminə və sənaye istehsalının həcminə görə mahiyyətcə qabaqlayırdı. Həmçinin bura daxili bazara elmi-texniki tərəqqi və əmək məhsuldarlığının ölçüsü, beynəlxalq ticarətin həcmi və kapital ixracı da daxildir(yəni bu sahələrə görə ABŞ üstünlüyü əldə saxlayırdı). ABŞ-da iqtisadi inkişafın sürətli olmasının iqtisadi planında, ilkin olaraq ölkədə bərqərar olan azad iqtisadi fəaliyyət prinsipi, rəqabətin qorunması və müdafiə olunması durur. Hələ 1890-cı ildə antitrest qanunvericiliyi qüvvəyə mindi. Bu qanun bazarların bölüşdürülməsi və qiymətlərin süni şəkildə saxlanması haqqında sövdələşmələrə qadağan qoydu, iri şirkətlər tərəfindən bazarın inhisarlaşmasını, həmçinin rəqabətin sarsıdılması üçün şirkətlərin qovuçmasını (birləşməsini) qadağan etdi.Amerikan iqtisadiyyatının vacib cizgilərinə aşağıdakıları aid etmək olar:


  • Sahibkarkığın əsas kulmu (ayinləri /dini termindir/) və ictimai şüurda cəmiyyətin yarışmaq ruhunun kök salması(aşılanması);

  • Yüksək peşəkarlığa tələbat;

  • Uğura can atmaq, insanların əməyə olan yüksək motivasiyasını təmin edən firavanlıq.

  • Sahibkarlarda isə investisiyalara motivasiyanı təmin etmək(yəni xoşbəxt həyat, firavanlıq).

Müharibədən sonra dünyanın yenidən qurulmasında ABŞ-ın rolu. Kapitalist dünyasının vahid lideri olmaqla ABŞ müharibədən sonra dünyanın yenidən qurulmasında lider roluna iddia etməyə başladı.Qeyd etdiyimiz kimi XIX əsrin sonu XX əsrin əvvəllərində ABŞ əsas iqtisadi göstəricilərə görə birinci yerə çıxdı və Versal sülh müqaviləsindən sonra dünyanın sahibi kimi Böyük Britaniyanın yerini tutmalı idi.Həmin dövrdə ABŞ dolları ən dəyərli və möhkəm valyuta oldu.Nyu-York isə dünyanın ən böyük maliyyə və pul bazarına çevrildi. Amerikanlılar dünya ağalığını qətiyyətlə öz üzərinə götürdülər və özlərinin iqtisadi üstünlüyündən bəhrələnərək “Paks Amerikana” arzularını həyata keçirməyə cəhd etdilər. Bu arzu isə Amerikan himayəçiliyinə əsaslanan liberal quruluşdan ibarətdir.

1948-50-ci illərdə UDM indeksi ABŞ-da cəmi 6%, Qərbi Avropada15%, Yaponiyada 9%, keçmiş SSRİ-də isə 18% dərəcəsi üzrə artdı.

ABŞ-da ikinci dünya müharibəsi dövründə qazanılmış iqtisadi üstünlüyünü möhkəmləndirmək üçün təkcə iqtisadi göstəricilərin həcmi üzrə deyil, həm də keyfiyyət göstəriciləri üzrə - əmək məhsuldarlığı və istehsal xərcləri üzrə özlərinin mövqelərini gücləndirmək üçün tədbirlər həyata keçirdilər. Bu məqsədə, xüsusilə Tafta-Xartli qanunu (1947) xidmət edirdi ki, bunun köməyi ilə işə qəbul zamanı həmkarların mövqeyi zəilənirdi;bütün fəhlələr isə, onların həmkarların üzvü olub-olmamasında asılı olmayaraq qəbul olunurdu. Yeni qanunvericilik əmək məhsuldarlığın yüksəldilməsi və istehsal xərclərinin azaldılmasına gətirib çıxartdı.

Eyni zamanda ABŞ xarici iqtisadi fəaliyyətdə də özünün iqtisadi üstünlüyünü möhkəmləndirmək üçün əməli tədbirlər gördü. Müharibədən sonra Qərbi Avropanın yenidən qurulması planı adlandırılan Marşal planını irəli sürdülər. Marşal planına görə Qərbi Avropada xüsusilə Qərbi Almaniyada Amerika kapitalının intensiv investisiyalaşması və Amerika bazarında Qərbi Avropa əmtəələrinin aktiv importunu nəzərdə tuturdu. ABŞ-ın belə siyasəti məqsədli idi. Soyuq müharibə dövründə Şərqi Avropa blokuna, Qarşılıqlı İqtisadi Yardım Şurası və Varşava Müqaviləsi ölkələrinə qarşı mübarizədə Qərb ölkələrinin mövqeyini gücləndirməkdən ibarət idi. O zaman bu bloklarda hakim rol keçmiş SSRİ-yə məxsus idi. Marşal planının və o vaxtı AFR-ın iqtisadiyyat naziri L. Erxardın proqramının həyata keçirilməsi nəticəsində Qərbi Almaniyanın iqtisadi potensialı yeni texniki əsaslar üzrə sürətlə bərpa olundu. 1949-cu ildə ABŞ-ın təşəbbüsü ilə NATO yaradıldı(Şimali Atlantika müqaviləsi Təşkilatı). Bu müqaviləni əvvəlcə 12 dövlət imzaladı.1952-ci ildə Türkiyə və Yunanıstan da NATO-ya qoşuldu.1966-cı ildə Fransa NATO hərbi təşkilatdan çıxdı.

1955-də ABŞ təşəbbüsü ilə Mərkəzi Müqavilə (SENTO) hərbi siyasi qruplaşma yaradıldı. Yaxın və orta Şərq üzrə İrak, İran, Pakistanın 1970-ci illərin sonlarında bu qrupu tərk etməklə o, süqut etdi.

Məşhur iqtisadçılar XX əsrin ikinci yarısında iqtisadi həyatı şərti olaraq 3 dövrə üzrə bölürlər:



  1. İqtisadiyyatın dövlət tənzimlənməsinin məqsədi;

  2. Dünya iqtisadiyyatında ABŞ-ın vəziyyəti;

  3. Qəbul olunmuş taxnologiyaların xarakteri.

Birinci dövr xronoloji olaraq 13 il sürdü.1946-cı ildən 1957-1958 illərdəki dünya böhranına qədər. Bu dövr iqtisadiyyatın vətəndaş birliyi üzrə yenidənqurulması, ictimai istehsalın strukturunun dəyişməsi, ETT-nin mühərrik kimi istifadə edilməsi və əmtəə və xidmətlərə istehlak tələbinin yüksəldilməsinin iqtisadi artımı ilə xarakterizə olunur.

Ikinci dövr də təxminən 15 il çəkdi (1959-cu ildən 1974-ci ilə qədər). Struktur (neft) böhranı ilə bağlı yeni iqtisadi böhran qopdu. Bu dövrdə dövlət tənzimlənməsi xeyli genişlənir. ABŞ hökuməti tam məşğulluğa və qiymətlərin sabitliyinə nail olmağa səy edir. Bu dövr 1961-ci ildən 1969-cu ilə kimi davam edir və “işgüzar tsikl” adlanır. Sonra Qərbi Avropa və Yaponiya tərəfindən rəqabətin yüksəlməsinə görə ABŞ-ın dünya iqtisadiyyatında rolu bir qədər zəifləyir. Lakin bu hələ son deyildir.

Üçüncü dövr 1970-ci illərin ortalarından başlayır. ABŞ-da bu dövr əmək məhsuldarlığının artım tempinin aşağı düşməsi və xərclərin artması ilə xarakterizə olunur. ABŞ-ın payı UMM(VNP)-də OESR üzvləri arasında 1961-ci ildə 42,3%-dən 1975-ci ildə 37,5%-ə endi. Yaponiyanın payı 7,0%-dən 12,3%-ə qalxdı.

“Ümumi bazar” ölkələrinin payı (Böyük Britaniya, Belçika, Yunanıstan, Danimarka, İrlandiya, İtaliya, Lüksemburq, Fransa, AFR) demək olar ki, ABŞ-ın səviyyəsinə yaxınlaşdı. Bu dövrdə ABŞ-ın iqtisadi vəziyyətinin zəifləməsinin əsas faktoru kimi ölkə daxilində rəqabətlə müqayisədə kapital yığımının aşağı səviyyədə olması şərtləndirilir.

Üçüncü dövrdə neft qiymətlərinin qalxması ABŞ-ı enerji qoruyucu texnologiyalarının tətbiqinə, ictimai istehsalın strukturunun dəyişdirilməsinə məcbur etdi. Dövlət tənzimlənməsinin Keynsçilik nəzəriyyəsi öz yerini monetarizmə verdi. Burada ön planda pul-kredit tənzimlənməsi durur. Sahibkarlıq fəaliyyətində muzdlu işçilərin iştirakının yeni dalğası diqqəti özünə çəkdi. Fəhlələrin fikirlərinin nəzərə alındığı şirkətlərdə (qərarların qəbul olunması prosesində) əmək məhsuldarlığı 46%-dən yuxarı oldu. Digər tərəfdən fəhlələr şirkətin aksiyalarına sahib olduqları üçün müəssələrin işində iqtisadi səmərəlilik artır. Bu şərtlər 70-ci illərlə müqayisədə 80-cı illərdə həm həcmcə, həm də keyfiyyət göstəriciləri üzrə yaxşılaşmaya səbəb oldu. Bunun sayəsində ABŞ dünya təsərrüfatında tutduğu mövqeyini qoruyub saxlamağa nail oldu.

Dünya təsərrüfatında ABŞ-ın müasir vəziyyəti. Dünya iqtisadiyyatında ABŞ-ın müasir liderlik vəziyyətinin üç əsas mövqe ilə təmin olunması nəzərə çarpılır: daxili bazarın nəhəng miqyası ilə; elmi-texniki potensialın yüksək səviyyəsi ilə; digər ölkələrlə dünya təsərrüfat əlaqələrinin güclü və geniş yayılmış şəbəkəli sistemi ilə.

Daxili bazarın nəhəng miqyası haqqında çoxsaylı misallar gətirmək olar: dünyada ÜMM-ın ən böyük həcmi; cari istehlaka və investisiyaya istiqamətlənən ən iri vəsaitlər ABŞ-a məxsusdur. ABŞ dünyada ən iri elmi - texniki potensiala malikdir. Heç bir ölkə maşın və avadanlıq istehsalına görə ABŞ ilə müqayisə oluna bilməz.Maşın texniki məmulatların dünya üzrə 40%-i ABŞ-da istehsal olunur. ABŞ-da 2000-ci illərin əvvəllərində elmi əməkdaşların sayı 3 mln nəfərdən çox olmuşdur.İşçi qüvvəsi arasında elm və mühəndislərin xüsusi çəkisinə görə ABŞ liderdir: hər 10 min nəfər məşğul olan əhaliyə 280 alim və mühəndis düşür (Yaponiyada 240, Almaniyada 210, Fransada 165).

Dünya təsərrüfatı əlaqələrinin güclü, geniş yayılmış sistemi, əmtəə və xidmətlərinin eksport-importunun geniş axını, ABŞ-dan və ABŞ-a kapital axını ilə xarakterizə olunur. Son zamanlar xarici ticarətdə və investisiyalarda baş vermiş dəyişiklikləri də qeyd etmək lazım gəlir. Dünya təsərrüfatı əlaqələrində ABŞ-ın əhəmiyyətli təsiri, müasir dövrdə resurs qoruyucu texnologiyaların strukturundakı artan rolu və digər ölkələrin onu xammal göndərməyin əvəzində ABŞ-dan imtiyaz almağa cəhd etməklə müəyyənləşir.Həmin ölkələr ABŞ bazarlarında öz əhatələri üçün “yuva” yaratmaq məqsədini güdürdülər. Xammal əldə etməklə çətinlik çəkmədən, ABŞ resurs qoruyucu texnologiyalarının daha da təkmilləşdirilməsinin qayğısına qalır.

Xarici iqtisadi fəaliyyətdə əhəmiyyətli dəyişikliklər kapitalın hərəkətində, xüsusilə birbaşa kapital qoyuluşunda nəzərə çarpır. TMK xarici filiallara iri vəsaitlər sərf edirlər. Qərbdə “ikinci iqtisadiyyat” adlandırılan müəssə və firmaların ümumi satış həcmi ABŞ-ın ÜMM-un 32%-ni təşkil edir. ABŞ-ın neft sənayesinin nəhənglərinin (1994-1995-ci illərdə) 50%-dən çoxu xaricə sərmayə qoymuşlar.XX əsrin sonunda ABŞ-ın xaricdə, bazar qiymətlərilə birbaşa kapital qoyuluşları 870 mlrd. dollardan çox, xarici birbaşa investisiyaların həcmi isə 740 mlrd dollardan çox olmuşdur.Amerika iqtisadiyyatının intensiv investisiyalaşdırılması, mütəxəssislərin fikrincə, onun gücünün vacib əlamətidir.1996-cı illə müqayisədə 2000-ci ildə “böyük yeddilər”də iqtisadiyyatın orta artım tempi 2.2%-dən 2.6%-ə qalxmışdır.BVF rəyinə görə, buna səbəb, struktur islahatlar və sərt maliyyə siyasəti olmuşdur.



Amerika modelinin bəzi xüsusiyyətləri. Məlumdur ki, Qərbin inkişaf etmiş ölkələrinin müasir qarışıq iqtisadi modeli özünəməxsus müxtəlifliyə malikdir. Məsələn, yapon iqtisadiyyatı modeli ön planda ümumi milli mənafelərin irəli çıxarılması, ölkənin çiçəklənməsi naminə əhalinin müəyyən maddi qurbanlara getməyə hazır olması ilə xarakterizə olunur.

Amerika modeli sahibkarlıq fəaliyyətinin hərtərəfli təşviq edilməsinə (həvəsləndirilməsinə),əhalinin daha aktiv hissəsinin zənginləşdirilməsi əsasında qurulmuşdur. O, yüksək əmək məhsuldarlığına əsaslanır və şəxsi uğurun qazanılmasına orientasiya olunur.

Müasir dövrdə amerikan, avropa və yapon idarə etmə modellərinin mahiyyətcə yaxınlaşması müşahidə olunur. ETİ-nin və rəqabətin inkişafı onlar arasındakı fərqləri tarazlayır. Bununla bərabər, müəyyən fərqlər yenə də qalmaqdadır. Amerika modelində idarəetmə kadrlarının hazırlanması üzrə iş aparılır, idarəedici fəaliyyət baxımından zəngin təcrübə qazanılmışdır. Bununla əlaqədar olaraq istehsala çəkilən xərclərin təxminən 70%-i əməyin payına düşür.Amerikalı idarəedicilər istehsalın əmək qoruyucu metodlarının tətbiqinə orentasiya edirlər.Qərbi Avropa ölkələri üçün xammal və material ehtiyatlarının qıtlığı üzündən materialların qorunması metodu xarakterikdir. Yapon modeli isə tipik olaraq eksport-import əməliyyatlarına orentasiya edir. Amerika idarəetmə modelinin vacib xüsusiyyəti güclü tərəflərin mikrosəviyyədə(firma) və makrosəviyyədə (dövlət tənzimlənməsi) kompleks istifadəsindən ibarətdir. Amerikan firmaları istehsalın və əməyin təşkilinin effektivliyi və çevikliyi, istehsalın və idarəetmənin yüksək ixtisaslaşması ilə fərqlənirlər. Direktorlar şurasının əsas vəzifəsi müəssənin gələcək perspektiv inkişafını öyrənməkdən ibarətdir: orta təbəqə- marketinq, aşağı təbəqə(ustalar)-kollektivdə əmək münasibətlərinin təkmilləşdirilməsi, sağlam iş mühitinin yaradılması ilə məşğuldur. Istehsala bu cür yanaşma yüksək əmək məhsuldarlığını, məhsulun keyfiyyətinin yüksəldilməsini və istehsal olunmuş məhsul vahidinə istehsal xərclərinin azaldılmasını təmin edir. Bu cür yanaşma ilə nəinki firmanın qorunması üçün, eləcə də dünyanın təsərrüfat əlaqələrində daha uğurlu inkişafı təmin etmək üçün kifayət qədər mənfəət əldə etməyə imkan verir.

ABŞ dolları dünya valyuta maliyyə sistemində əsas ehtiyat və hesablaşma olaraq qalmaqdadır.Qərb ölkələrinin mərkəzi banklarında valyuta rezervlərinin 2/3-i dollardan ibarətdir. Dünya ticarətində hesablaşmaların 50 %-i dollarla həyata keçirilir. Təbii olaraq, 80-cı illərdə bu, ABŞ və bütövlükdə dünya təsərrüfatının digər ölkələrinin iqtisadi yüksəkliyində müsbət rol oynadı.

Dünya təsərrüfat əlaqələrində ABŞ inteqrasiya proseslərinə diqqəti gücləndirməklə özünün dünya iqtisadiyyatında olan rolunun möhkəmləşdirilməsinə çalışır. Bununla əlaqədar, qeyd etmək lazımdır ki, ənənəvi inteqrasiya proseslərində daha çox diqqət Şimali Amerika Azad Ticarət Assosassiyasına (NAFTA) verilir.Belə ki, ucuz işçi qüvvəsi tətbiq etməklə digər inkişaf etmiş ölkələrlə uğurlu rəqabət aparır və beynəlxalq arenada özünün mövqeyini möhkəmləndirməklə iqtisadi artımının davam etməsini təmin edir.

Beləliklə, qeyd etdiyimiz fikirlərdən belə nəticə çıxarmaq olar ki, ABŞ-ın dünya iqtisadiyyatında olan lider rolu aşağıda qeyd olunan şərtlərlə səciyyələnir:



  • Amerikan kapitalizminin formalaşmasının tarixi xüsusiyyətləri;

  • Ölkənin zəngin təbii resursları;

  • İxtisaslı və dərrakəli fəhlələrin, mühəndis-texnik işçilərin, alimlərin əlləri ilə yaradılmış qüdrətli (güclü) istehsal potensialı;

  • Amerika xalqının zəhmətsevərliyi, onun aktiv yaradıcı fəaliyyətilə çalışması.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə